Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə27/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   23   24   25   26   27   28   29   30   ...   70

dinnəmək  üçün  ən  yaxşı  üsul  fikri  qısa  və  aydın  ifadə  etməkdir. 
Dəmir seyf, cədvəl şəkli, taksi maşım, qara neft, pensiya pulu və s. 
söz birləşmələrindəki dəmir, şəkil, maşın, qara, pul sözləri artıqdır, 
axı  seyf  dəmirdən  olur,  taksinin  maşın  olduğu,  neftin  qara  olması 
hamıya aydındır. Yaxud, "Məndə ona qarşı məhəbbət var", "Ürəyim 
fərəh hissi ilə döyünürdü", "Ta qədimdən yaradıcı sənətkarlara hörmət 
var"  və  s.  cümlələrində  qarşı,  hissi,  ta,  yaradıcı  sözlərinin 
lüzumsuzluğu  göz  önündədir.  Görəsən,  yaradıcı  olmayan  sənətkar 
varmı?  Ta  ədatı  uzaqlıq  bildirdiyindən  "ta  qədimdən"  işlətməyə 
ehtiyac yoxdur və s. Bu tipli cümlələrdə uzunçuluqdan irəli gələn bəzi 
sözləri atmaqla fikri yığcam ifadə etmək mümkündür. 
Dilə  yaxşı  bələd  olmayan  adamlann  nitqində  konkretlik  və 
yığcamlıq  kimi  keyfiyyətlərin  çatışmaması  təbiidir.  İndi  xarici 
ölkələrə  yazışmalar,  göndərilən  məktublar,  teleqramlar.  Ali 
Məhkəməyə  appelyasiya  şikayətləri  çox  yığcam  verilir.  İnternet 
saytlarında  artıq  cümlə  və  təkrar  fikirlər  oxunmur.  Bunları  nəzərə 
almaq  və  yığcam  yazıb  danışmaq  hamı  üçün  mədəniyyət  forması, 
qanun-qayda əlaməti olmalıdır. 
NİTQİN SADƏLİYİ. Nitqin sadəliyi onun aydınlığından, asan, 
anlaşıqlı,  təbii  və  düzgün  olmasından  asılıdır.  Sadə  nitq  ümumxalq 
danışıq  dili  elementlərindən,  bəsit  cümlələrdən,  elmi  və  ya  bədii 
üslubdan qaçmaq anlamında yox, fikrin asan qavra- nılmasına kömək 
edən,  əşya  və  hadisələrin  mahiyyətini  yığcam  və  dəqiq  verən  ifadə 
tərzi  kimi  başa  düşülür.  Dinləyicilərin  ümumi  səviyyəsinə  uyğun 
olmaqla  hər  cür  qondarma,  süni  ifadələrdən,  təmtəraqlı, 
gurultulu,yalançı  pafosdan,  gerçəkliyi  əks  etdirməyən  söz 
birləşmələrindən  (vicdanın  böyük  heykəli,  ölməzlik  zirvəsi,  şeirin 
günəşi,  dağın  ciyəri,  kadr  potensialı,  horizontal  xətt  və  s.)  istifadə 
nitqin sadəliyi baxımından məqbul sayılmır. Anlaşılmayan və ya az 
anlaşıqlı,  lakin  konkretlik  və  təbiilikdən  uzaq  söz  birləşmələri, 
mürəkkəb  konstruksiyalar  anlaşılmazlıq  yaradır,  məfhumun 
canlandırılmasını  mümkünsüz  edir  ("vicdanın böyük  heykəli"  kimi) 
və nitqin asan başa düşülməsini çətinləşdirir. 
84 


NİTQİN  MÜNASİBLİYİ.  Nitqin  münasibliyi  üçün  misallar  və 
sitatlar  elə  seçilməlidir  ki,  kənkret  dil  situasiyalarının,  ədəbi 
üslubların, zəruri söz və ifadələrin işlədilmə qanunauyğunluğu nəzərə 
alınsın.  Ünsiyyətin  müxtəlif  sahələrinə  xidmət  edən  funksional 
üslublann  hər  birinin  özünəməxsus  dil  materialını  seçmə  və  işlətmə 
üsullan vardır. 
Bədii yazıda dil elementlərinin uyğunluğu digər yazı növlərindən 
fərqlənir. Bədii əsərdə yazıçı janrdan asılı olaraq yaratdığı obrazlan 
dövrün həyat nərmalanm gözləməklə bədii ifadə və təsvir vasitələri ilə 
qələmə  alır,  xalqın  sosial  həyat  şəraitini  yeri  gəldikcə 
İfazeələgizmlərlə,  atalar  sözləri  və  zərb-məsəllərlə,  şifahi  xalq 
ədəbiyyatı nümunələri ilə zənginləşdirir, əxlaqi- psixoloji faktərlan ön 
planda  bədii  sözün  qüdrəti  ilə  nümayiş  etdirir,  insanlarda  kiməsə 
nifrət, kiməsə məhəbbət hissi ilə dəlu əsl sənət nümunələri yaradır. 
Bu  üslubda  elmi  terminlərə,  hər  növ  neoləgizmlərə,  dilin 
təmizliyini pozan yad-yabançı sözlərə, şablon, trafaret fikirlərə az rast 
gəlirik.  Amma  işgüzar  (rəsmi-kargüzarlıq,  rəsmi-  əməli)  yazı 
növlərində  standart  fərmalar  üstünlük  təşkil  edir.  Bunlar  rəsmi 
sənədlərin pozulmaz forması kimi sabitliyini saxlayır. 
Nitq  mübadiləsinin  informasiya  məqsədinə  xidmət  etməsi  üçün 
natiqdən dil strukturuna bələdlik və savad, dilin ifadə vasitələrindən 
istifadə bacanğı, nitq vərdişi, materialın məzmunu və həcmi haqqında 
aydın  təsəvvür,  dinləyici  və  ya  əxucuya  veriləcək  məlumatın 
zəruriliyi tələb əlunur. Bu zaman nitqin ünsiyyət mühitinə uyğunluğu, 
dinləyən və ya oxuyanlann anlama səviyyəsinə müvafiqliyi nəzərdə 
saxlanılır. 
Nitqin  münasibliyini  şərtləndirən  amillər  içərisində  aşağıdakılar 
daha  önəmlidir:  1)  Mövzunun  (fikrin)  məzmununa  uyğun  dil 
materialının seçilməsi; 2) Dil vasitələrinin nitqin məqam və şəraitinə 
uyğunluğu;  3)  Nitq  üslubundan  asılı  olaraq  dil  vasitələrinin 
məqsədəuyğunluğu; 4) Dil materialının natiqin şəxsiyyətinə, yaşma, 
savadına, dünyagörüşünə, sənətinə uyğunluğu. 


Nitq  prosesində  kimin  kimlə,  hansı  şəraitdə  (təklikdə,  yoxsa 
auditoriya  qarşısında,  ya  da  ekran  və  ya  efir  vasitəsilə)  infərmasiya 
mübadiləsi  aparması  gözlənilməli,  nitqin  məzmunu,  məqsədi, 
istiqaməti  aydın  əlmalı,  natiqin  (müəllimin,  lektorun,  mühazirəçi, 
məruzəçi  və  ya  çıxış  edənin)  nəzəri  və  praktik  hazırlığı  iştirak 
edənlərin, dinləyən və ya əxuyanlann marağı dairəsində əhnahdır. 
İctimai yerlərdə dövlət əleyhinə müəyyən sirləri danışmaq, dövlət 
kəşfiyyat işlərindəki müəyyən  məlumatlan danışmaq əl-  maz. Hərbi 
hissələrin nömrəsini, yerini bildirmək də bu qəbildəndir. Buna görə də 
"N" hərfi ilə hissəyə işarə edilir. Yaxud, danışıqda əxlaq nərmalanna 
görə  heç  kəs  öz  arvadının  adını  yad  kişilər  arasında  çağırmır. 
Ümumiyyətlə, azərbaycanlılar qadın- qız adlannı məclislərdə, ictimai 
yerlərdə kişilər arasında çəkməyi düzgün saymırlar. Cavan gəlin və ya 
ər hətta valideynlərinin yanında belə "mənim arvadım", "mənim ərim" 
ifadələrini işlətmir, başqalannm yanında isə onların adlarını çəkməyi 
əxlaq  qaydalarına  görə  münasib  görmürlər.  Dilçilikdə  buna  tabu 
deyilir. Elə bu səbəbdən A.Bakıxanəvun "Kitabi-Əsgəriyyə" əsərində, 
Ə.Haqverdiyevin  "Xəyalat"  pyesində,  A.Şaiqin  "Məktub  yetişmədi" 
hekayəsində  qadın  obrazı  verilməmiş,  qadın  adı  çəkilməmişdir. 
Keçmiş  əxlaq  normalarına  görə  kişi  arvadının  adını  böyüklərinin 
yanında deyə bilməzdi, "uşaqların anası" və ya "filankəsin qızı" (əgər 
tanınmış  kişinin  qızı  idisə)  deyə  işarə  edərdi.  Bu  hal  başqa  xalqlar 
üçün  xarakterik  deyil.  Ruslar  "maya  je-  na",  fransızlar  "ma  fam" 
deməkdən nəinki çəkinmirlər, əksinə, qürur duyurlar. 
Yaxşı danışmaq, sərt mənanı yumşaltmaq üçün evfemizmlər- dən 
də istifadə olunur. "Yox" əvəzinə "xeyr"; "yalandır" əvəzinə "doğru 
deyil",  "həqiqətə  uyğun  deyil";  "xoş  getdin"  əvəzinə  "xoş  gəldin"; 
"demək"  əvəzinə  "buyurmaq";  "ölmək"  əvəzinə  "rəhmətə  getmək", 
"ömrünü  bağışlamaq"  və  s.  kimi  sinonim  söz  və  ifadələri işlətməyə 
üstünlük verilir. 
Nitqin münasibliyi üçün formaca eyni, məzmunca müxtəlif olan 
sözlərə - omonimlərə yazılı nitqdə geniş yer ayrılır. Çünki 
86 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə