Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə28/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   24   25   26   27   28   29   30   31   ...   70

şifahi nitqdə sözün mənasına daha çox fikir verildiyi halda yazılı nitq 
həm  fərma,  həm  də  məzmun  cəhətdən  münasib  və  dəqiq olmalıdır. 
Yazılışına  görə  müxtəlif,  səslənməyə  görə  eyni  əlan  sözlər  - 
omofonlar nitq prosesində səslərin təhrifi ilə meydana çıxır. Məsələn: 
Külək qapını aşdı (açdı) - O, baryeri aşdı. 
Şeirdə belə sözlər ritm və qafiyə xatirinə əmofon şəklinə salınır. 
Aşıq şeirinin təcnis janrında qafiyələr cinas sözlər üzərində qurulur: 
Mən qurban eylərəm yara canımı, 
Götürüb doğraya, yara canımı. 
Alıb təpə-dımaq yara canımı. 
Bilmirəm dərmanı, ay ana, ana. 
(A.Ələsgər) 
Şair "yara" sözlərini cinas məqamında işlətmişdir. Birinci "yar" 
ismi yönlük halda, ikinci "yarmaq" feilinin arzu forması, üçüncü isə 
"əzik, xəstəlik" mənasında olan "yara" sözüdür. Belə omofonlar həm 
fonetik-üslubi, 
həm  də  semantik-  məntiqi  cəhətdən  fikri 
qüvvətləndirməyə xidmət edir. 
Dildə  yazılışı  eyni,  səslənməsi  müxtəlif  əlan  sözlərə  -  omo- 
qraflara  isə həm  yazılı, həm də şifahi nitqdə çəx rast gəlirik: gəlin 
(isim)  -  gəlin  (felin  əmr  fərması),  açar  (isim)-  açar  (felin  qeyri-qəti 
gələcək  zamanı),  bağlar  (isim,  cəm  halda)-  bağlar  (bağlamaq  feli 
qeyri-qəti  gələcək  zamanda)  və  s.  Belə  sözlər  mənasına,  vurğunun 
yerinə görə bir-birindən fərqlənir. 
Dildə mənanı daha dəqiq ifadə etmək baxımından sinonimlərin 
də  rəlu  böyükdür.  Müxtəlif  məna  çalarhqlanna  malik  an-  layışlan 
bildirən  sinənimlər  ifadə  formasına  görə  fərqlidir.  Ağ  eləmək  -  ağ 
yalan  danışmaq,  əyləşmək  -oturmaq,  dinləmək-  eşitmək-qulaq 
asmaq, yaşlı-qoca-ağsaqqal, qaçmaq-yüyürmək, ölmək-gözlərini 
əbədi  yummaq-dünyasını  dəyişmək-  dünyadan  köçmək  və  s. 
sinənimləri  nitqdə  danışıq  şəraitindən,  işlənmə  məqamından,  üslubi 
və  subyektiv  münasibətindən  asılı  əlaraq  danışanın  və  ya  yazanın 
fikrinə uyğun şəkildə öz ifadəsini tapır. 
87 


NİTQİN  RABİTƏLİYİ.  Nitq  prosesində  əgər  sözlər  yerli- 
yerindədirsə,  cümlələr  düzgün  qurulmuşsa,  mövzu  rabitəli,  əlaqəli 
şəkildə  şərh  olunursa,  deməli,  informasiya  verən  ifadə  etdiyi  fikri 
yaxşı bilir, onun mahiyyətini hərtərəfli dərk edir. Belə vaxt hadisənin, 
faktın  izah  olunma  ardıcıllığı  məntiqə  əsaslanır.  Ümumiyyətlə, 
ardıcıllıqla şərh olunan material yaxşı anlaşılır, mənimsənilir. Bunun 
üçün  materialın  əsas  və  ikinci  dərəcəli  məsələləri  bir-birindən 
ustalıqla  aynimah,  ikinci  dərəcəlilərin  üzərində  çox  durmayıb  əsas 
məsələnin  izahına  keçmək  vacibdir.  Natiq  əsas  məsələnin  üzərində 
xüsusi dayanmaqla onun mahiyyətini öz sözləri, düşüncəsi və üslubu 
ilə rabitəli ifadə etməlidir. 
NİTQİN ORİJİNALLIĞI. Özünəməxsusluğu ilə seçilən, bir sıra 
məziyyətləri ilə fərqlənən nitq orijinal sayılır. Təbii ki, belə nitq bir 
konfransda, iclasda, toplantıda yalnız bir və ya iki nəfərdə alına bilər. 
Nitqin orijinallığı özünü nədə göstərir? 
1)
 
Şifahi nitqdə başqalarından seçilən fərdi, bəzi hallarda tələffüz 
tərzində.  Natiq  cümlələrdəki  ayn-ayn  sözləri,  məqamında  ayrı-ayrı 
hecalan, məntiqi vurğunu çox aydm diksiya ilə tələffüz edir, söz və 
qrammatik formalarda orfoepik normalan tam gözləyir, ucadan, lakin 
aramla,  tələsmədən  danışır,  intonasiya  çalarlanndan,  sözlərin 
avazlanmasından məzmuna uyğun bacanqla bəhrələnir. 
2)
 
Mövzu  ilə  əlaqədar  sitatlardan,  poetik-üslubi  ifadələrdən, 
aforizmlərdən,  atalar  sözləri,  zərb-məsəllərdən  bacarıqla  istifadə 
olunmasında.  Natiq  fikirlərini  aydın,  ifadəli  və  maraqlı  çatdırmaq 
üçün  az  işlədilən,  lakin  münasib  formalardan  yararlanmaqla  nitqini 
orijinal qurur. Bu zaman mühazirə, məruzə və ya çıxışda mövzunun 
aktuallığı nəzərə tez çarpır, mövzunun məzmunu bütün təfərrüatı ilə 
izaha  cəlb  olunur,  axırda  da  nəticə  çıxarılmaqla  deyilənlər 
yekunlaşdırıhr. 
Əlbəttə,  mövzunun  aktuallığını  ön  plana  çəkməmişdən  natiq  öz 
dediklərinə diqqəti cəlb etmək məqsədilə bir atalar sözünü, məşhur bir 
şairdən bir beyt və ya bir misra şeir deyə bilər, yaxud mövzu ilə bağlı 
bir  görkəmli  tarixi  şəxsiyyətdən,  dövlət  xadimindən  bir  sitat 
gətirməklə fikrini əsaslandıra bilər. 
&8 


Bədii  təsvir  vasitələri  də  nitqin  orijinallığını  təmin  etməyə 
yönəldilə bilər. Əlbəttə, bu hal natiqin savad və bacanğmdan, aldığı 
ixtisasdan, bədii sözün sirlərinə bələdliyindən asılıdır. Bədii əsərləri 
müntəzəm  mütaliə  edən,  şair,  yazıçı  və  ya  söz  ustalarının  dilində 
səslənən  aforizm  və  hikmətli  sözləri  öyrənib  yaxşı  mənimsəmiş 
şəxslər  obrazlığa  xidmət  edən  bədii  təsvir  vasitələrinə  (ritorik 
suallara, məcazi mənada işlədilən metafora, metonimiya, sinekdoxa, 
anafora,  epifora  və  s.  kimi  təsirli  və  obrazlı  ifadələrə)  geniş  yer 
verməklə  öz  nitqini  bədii,  daha  yararlı  və  münasib  edən  orijinal 
üsullarla gözəlləşdirə bilir. 
Sual və tapşırıqlar 
1.
 
Dəqiqlik hansı üslubun (bədii, publisistik, elmi, işgüzar və ya 
ailə-məişət) səciyyəvi xüsusiyyətidir? 
2.
 
Sözləri düzgün tələffüz etmək nəyin göstəricisidir? 
3.
 
Düzgün  olmayan  tələffüzün  sözün  mənasını  dəyişdirdiyini 
xatırlayaraq bir neçə nümunə göstərin. 
4.
 
Hansı nitq forması düzün hesab olunur? 
5.
 
Hansı nitq təmiz hesab edilir? 
6.
 
Nitqin  təmizliyinin  pozulmasına  gətirib  çıxaran  səbəblər 
hansılardır? 
7.
 
Bədii əsərlərdə dialekt sözlərinə nə vaxt yer verilir? Bəs hansı 
məqamlarda dialektizmlərə yer verilməsi məqbul sayılmır? 
8.
 
Məhəlli  elementlərə,  loru  sözlərə,  jarqonizmlərə,  əcnəbi 
sözlərə  təmiz  nitqdə  rast  gəlmək  olurmu?  Əgər  rast  gəliriksə,  belə 
nitqi necə adlandmrlar? 
9.
 
Nitqin aydınlığını necə başa düşürsünüz? 
10.
 
Nitqin münasibliyi üçün əsas şərtlər hansılardır? 
Çalışma 54. Kiçik bir məqalə yazın, onun giriş, orta (əsas) 
hissə və sonluğunun həcm nisbətini izah edin. 
Çalışma  55.  Mətndəki  fonetik,  leksik  və  morfoloji  dialek- 
tizmləri göstərin. Məhəlli xüsusiyyətlərin hansı dialektə aid olduğunu 
müəyyənləşdirin: 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə