Suleyman-m teze qxd


Min turac ötdükcə ellər bağında



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə31/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   27   28   29   30   31   32   33   34   ...   70

Min turac ötdükcə ellər bağında 
Göylərə uçdunmu sən o qanadla? (S. Vurğun). 
Çalışma  58.  Frazeoloji  birləşmələri  tapıb  onların  ümumişlək 
sözlərə uyğun qarşılığını göstərin: 
Gözüm  bir  alagöz  xanıma  düşdü,  Sındı  qol-qanadım  yanıma 
düşdü. (A.Ələsgər); Mənim ürəyim yumşaqdır. Hicran qəmini çəkib, 
sənin  halına  yanır;  Bilirsən  ki,  hər  nə  vardı,  hamısı əldən  getdi;  O, 
xırda oğurluqla məşğul olmur, həmişə qaz vurub qazan doldurmağa 
çalışır;  Üz  vermə  nadana, sirr  vermə  pisə;  Sənin ona  əl  qaldırmağa 
ixtiyarın yoxdur; Söz vermişəm, yalan gəlməz dilimə. 
Çalışma  59.  Frazeoloji  birləşmələrə  uyğun  gələn  ümumişlək 
sözləri tapıb qarşı-qarşıya yazın: 
a)
 
üzü  gülmək;  əl  altından;  yada  salmaq;  yola  düşmək;  əldən 
düşmək; dabanına tüpürmək; ürəyi ağzına gəlmək; ağzına su almaq; 
dilotu yemək; başa düşmək; göz verib, işıq verməmək; yola salmaq; 
b)
 
qorxmaq, qaçmaq, susmaq, yorulmaq, çox danışmaq, getmək, 
anlamaq, xatırlamaq, ötürmək, gizli, sevinmək, incitmək. 
Çalışma 60. Səslənməsinə və yazılışına görə eyni olan, mənaları 
arasında  heç  bir  əlaqə  olmayan  omonim  sözlərin  mənalarını  tapın, 
hansı nitq hissələrinə aid olduğunu qarşısında göstərin
axmaq, divan, dava, əlli, alıcı, düz, başlıq 
Çalışma  61.  İsimlə  feilin  kökünü  omonim  saymaq  olarmı? 
Fikrinizi əsaslandırın: 
bit-bitmək,  az-azmaq,  çat-çatmaq,  yol-yolmaq,  saç-saçmaq, 
tut-tutmaq,  sol-solmaq,  sağ-sağmaq,  üz-üzmək,  qırx-qırxmaq, 
ağrı-ağrımaq,  gül-gülmək,  yay-yaymaq,  say-saymaq,  qız-qız-  maq, 
yaz-yazmaq, aş-aşmaq, qır-qırmaq, inci-incimək. 
Çalışma  62.  İndiyə  qədər  gördüyünüz  afişaları  xatırlayaraq  bir 
konsert afişası tərtib edin. 
Çalışma  63. Elan  ilə bildiriş  arasında fərq varmı? Bir  bildiriş 
yazın. 
96 


İNTONASİYA, VURĞU VU FASİIU
 
intonasiya  latın  sözüdür,  "ucadan  təlaffüz  etmdk"  mənasında 
işlənir. İntonasiya modallıq bildirir. 
Məntiqi  nitqdə  fikrin,  mövzunun  məzmununu  dəqiq  və  aydın 
şəkildə  çatdırmaq  üçün  cümlələrin  ekspressivliyini  təmin  etməyə 
yönəlmiş intonasiya diqqətdə saxlanılır. Nitqdə emosional boya kəsb 
etməklə  dinləyicilərin  hisslərinə  təsir  mexanizmi  kimi  intonasiya 
xüsusi  əhəmiyyət  daşıyır.  İntonasiya  baxımından  düzgün  qurulmuş 
nitq  insanların  qəlbinə  tez  yol  tapır,  onları  darıxmağa,  yorulmağa 
qoymur, xoş əhval-ruhiyyə yaradır, maraq oyadır. 
Nitqin  ahəngi,  mclodik  səs  quruluşu,  ritmi  (vurğulu  və  vur- 
ğusuz hecaların nisbəti, əlaqəsi), tempi və ya surəti (müəyyən vaxt 
ərzində  sürətli  və  ya  yavaş  tələffüzü),  intensivliyi  (nəfəsal-  manm 
güclənməsi  və  ya  zəifləməsi),  məntiqi  vurğusu,  tembri  kimi 
xüsusiyyətləri  -  birlikdə  intonasiyanı  təşkil  edir.  Məhz  intonasiya 
vasitəsilə  nitqdə  müxtəlif  emosional  vəziyyət  yaradılır.  Modallıq 
bildirən  intonasiya  cümlənin  mənasını  müəyyənləşdirir,  cümlə 
üzvlərinin  düzgün  qruplaşdırılmasını  təmin  edir,  cümlə  daxilində 
xitabları,  ara  sözləri,  ümumiləşdirici  sözləri,  əlavələri  və 
xüsusiləşmələri nəzərə çarpdınr. 
Dilimiz  intonasiya  cəhətdən  zəngindir  və  bu  hesaba  nitq 
prosesində rəngarəng məna çalarları yaratmaq olur. İntonasiya, qısa 
şəkildə  desək,  tələffüz  hadisəsidir.  Ünsiyyət  prosesində  natiq  öz 
məqsədinə  uyğun  tərzdə  nitqini  qurur.  Yazılı  nitqi  oxuyan  şəxs 
yazanın  intonasiyasını  eşitmir,  amma  yazı  manerasından,  durğu 
işarələrinə və dil vasitələrinə istinadən onun hansı hisslərlə cümlələri 
qurmasını təsəvvür edir. Məsələn: əyləşin, bağışlayın, üzr istəyirəm, 
xoş gəldiniz, bəli, əhsən, təşəkkür edirəm və s. kimi söz və ifadələr 
intonasiyadan asılı olaraq 
97 


həm nəzakət və hönnət mənalanm ifadə edir, həm də istehza, hiddət, 
qəzəb, kinayə məqamlannda işlədilir. 
İntonasiya ilə bağlı qüsurlar həm sürətli, həm də asta damşıq və ya 
oxu zamam üzə çıxır. Sürətin normaya uyğun deyil, ondan aşağı və ya 
yuxan  avazlanması  mənanın  təhrif  olunmasına  gətirib  çıxarır. 
Avazlanmamn zəif nitq taktları, cümlələr arasındakı fasilə qədərindən 
artıq və ya əskik olması nəticəsində nitq gözəlliyini itirir. İntonasiya 
kasıblığı və ya çoxluğu danışanın mövzunu məzmuna uyğun forma ilə 
verə bilməməsi hesabmadır. 
İntonasiya tələffüzün dörd elementini - fasilə, vurğu, melodiya 
və  tempi  özündə  birləşdirir.  Bu  dörd  element  nitqin  xarici 
komponentləridir  və  onlar  birlikdə  avazlanmanı  yaradır,  nitqdə 
ifadəliyin verilməsinə xidmət edir. 
Vllfiu 
Sözlərdə  hecalardan  və  ya  cümlələrdə  sözlərdən  birinin 
digərlərinə nisbətən daha güclü, ucadan, qüvvətli tələffüz olunmasına 
vurğu  deyilir.  Dilimizdə  vurğunun  üç  növü  vardır;  heca  vurğusu, 
məntiqi vurğu və həyəcanh vurğu. Heca vurğusuna söz vurğusu da 
deyilir. 
HECA VURĞUSU
 
Sözdəki  hecalardan  birinin  digərinə  (digərlərinə)  nisbətən 
qüvvətli  tələffüz  olunması  heca  vurğusu  adlanır.  Heca  vurğusu 
təkhecah  sözlərə  aid  deyil.  Heca  vurğusu  sözlərdə  tələffüz  zamanı 
səslənmə gözəlliyi yaradır, bəzi hallarda isə yeni məna əmələ gətirir. 
Fenosemantik  vəzifə  daşıyan  vurğu  yerini  dəyişərkən  sözün 
leksik-semantik  mənası  da  dəyişir.  Məsələn:  Mina  (ad)-  mina 
(partlayıcı maddə). Arif (ad)- arif (bilikli, hal bilən), Sima (ad)- sima 
(üz,  sifət).  Şura  (ad)-şura  (birlik  və  ya  sovet),  Aydın  (ad)-  aydın 
(aşkar, açıq). Qabil (ad)-qabil (bacarıqlı). Adil (ad) - adil (ədalətli) və 
s. 
98 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə