Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə29/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   25   26   27   28   29   30   31   32   ...   70

...  Hamı  əsəbiləşmişdi,  hətta  cavanlardan  bir  neçəsinin  çıxıb 
evlərinə getdiklərini görən Cəbo yenidən başladı və: 
-  Ə,  noldu  ə?  Bir  kişi  tapılmadı  mənim  maşınımı  yusun?  Pul 
verirəm da bə, müftə yumayacaq ki? -dedi. 
Bu  sözlərdən  sonra  Zalı  Məmmədoğlu  Cəbonu  nə  ilə,  necə 
vurdusa onu çul kimi yerə sərdi və dedi: 
- Ədə, köpəyin balası, bu kənddə səni tanımırlar kimsən? 
Hansını deyim ə? Niyə belə qudurdun, bala? 
Və  Zalı  Məmmədoğlu  özünü  dədəsinin  üstünə  atan  Kamranı 
görən kimi: - Ədə, qoduq, apar onu əvə, ayılsın, sonra buraxın adam 
içinə. Bəsdir, adam qudurur ey, ta belə yox! İtin balaları, elə bilirsiniz 
camaatın mənliyi-filanı yoxdur? Ə, qanın da bula- n?! Dünənə kimi 
acından  köpük  qusurdunuz  dana!  Bir  tikə,  Allah  yetirən  çörəyi  nə 
üçün adam balası kimi yemirsiniz ə, hi? 
Zalı Məmmədoğlu kənddə montyor işləyirdi və ailəsini namusla 
dolandıran kişilərdən idi; bir tikə çörəyi o, daşdan çıxarırdı, əlindən 
inni-cinni  qurtarmazdı:  pəncərələrə  şüşə  salmaq,  qapı-pəncərə 
qayırmaq,  elektrik  avadanlıqları  təmirçisi,  xolodilnik  ustası,  radiyo, 
televizor, bir sözlə, necə deyərlər. Zalı belə Zalı idi. (Şamil Zaman. 
Qarabağları tərənnüm edirəm. (... Bakı, 2007, səh.83) 
NİTQİN  MƏNTİQLİYİ.  Obyektiv  gerçəkliyi  doğru,  dürüst  əks 
etdirən  hökm,  fikir  məntiqə  əsaslandığı  üçün  məntiqi  nitq  adlanır. 
Məntiqə əsaslanaraq mülahizə və mühakimələrini düzgün və konkret 
ifadə edən natiqin nitqi kommunikativ keyfiyyət kimi dəqiq olur, yəni 
məzmun insan təfəkkürünün məhsulu kimi meydana gəlir. Məntiqilik 
şifahi  xalq  ədəbiyyatı  nümunələrində  -  əfsanə,  nağıl,  qaravəlli  və 
təmsillərdə  şüurlu  olaraq  pozulur,  söz  və  ifadələrin  semantikası 
bilərəkdən şişirdilir, ya da kiçildilir. Məs: Yeddi gün, yeddi gecə yol 
getdi; Koroğlu yeddi 
90 


qazan  plovu  yedi;  Qırx  gün,  qırx  gecə  yatdı;  Dərələrdən  sel  kimi, 
təpələrdən  yel  kimi  keçdi;  Göydən  üç  alma  düşdü;  Uçan  xalçaya 
mindi;  Sehirli  papağı  geyib  görünməz  oldu;  Yeddi  başlı  əjdahanın 
canını aldı; Zümrüd quşunun qanadına minib qaranlıq dünyadan çıxdı 
və s. 
Məntiqilik  nitqin  ən  mühüm  keyfiyyətidir.  Elmi  informasiya 
məntiqə  əsaslanır,  insanlar  onu  dərk  etməkdə  çətinlik  çəksələr  də, 
fikrin düzgünlüyü və həqiqiliyi kimlərdəsə şübhə doğurmur. 
NİTQİN AHƏNGDARLIĞI. Nitqin ahəngdarlığı deyiləndə onun 
səlisliyi, gözəlliyi, axıcılığı, rəvanhq gözlənilməklə  materialın alçaq 
tondan başlayaraq uca tona doğru yüksəlməsi, eyni zamanda avazın, 
tempin  dəyişməsi,  dinləyiciləri  özünə  cəlb  etmə  qabiliyyəti,  dilin 
fonetik  imkanlarından  bəhrələnməklə  cümlədə  eyni  köklü  üzvlərin 
ardıcıl  sıralanması  və  sadə  fikirlərin  mürəkkəbə  doğru  faktlar  və 
rəqəmlərlə ahəngdar verilməsi nəzərdə tutulur. 
NİTQİN ZƏNGİNLİYİ. Zəngin söz ehtiyatına malik natiq yalnız 
dilin incəliklərinə bələdlik nəticəsində öz nitqini rəngarəng qura bilir. 
Nitqin zənginliyinin başlıca amili onda dil vahidlərinin təkcə çoxluğu 
deyil, rəngarəngliyidir. Natiq öz fikirlərini daha münasib sözlərdən - 
sinonimlərdən, antonimlərdən, fiazeoloji birləşmələrdən, ibarələrdən, 
məcazların  müxtəlif  növlərindən  istifadə  hesabına  nitqini  maraqlı 
qurur, onların asan dərk edilməsi ilə dinləyicilərə xoş təsir bağışlayır. 
Deməli, nitqin zənginliyi dilin ifadə və təsvir vasitələri hesabına başa 
gəlir. 
Nitqin zənginliyi dil strukturundan, xüsusən aktiv söz ehtiyatının 
kəmiyyət  və  keyfiyyətindən  asılı  olan  məsələdir.  Nitqin  zənginliyi 
bütün üslublar üçün vacib olsa da, bədi üslubda o daha yüksək, elmi 
və  publisistik  üslublarda  nisbətən  aşağıdır.  Səbəbi  də  onunla  izah 
edilir  ki,  bədii  əsərlərdə  yazıçının  dilin  bütün  laylarında  işlənən 
sözlərdən  istifadə  etmək  hüququ  var,  amma  elmi  və  publisistik 
üslublarda mövzu ilə əlaqədar sahə sözləri və terminlər çoxluq təşkil 
edir. Bədii əsərdə yazıçının söz 
91 


ehtiyatı zəngin olduğu üçün o, hadisələri dəqiq, incə, ifadəli, obrazlı 
və  orijinal  üsulda  ifadə  imkanına  malikdir.  O,  sözlərin  lek- 
sUc-semantik zənginliyindən tutmuş intonasiya və ritin incəliklərinə 
qədər bütün dil vasitələrinə müraciət etməkdə azaddır. 
Nitqin  zənginliyinin  əsas  əlaməti  onda  işlənən  sözlərin  təkrar 
olunmadan  kəmiyyətcə  çoxluğudur.  Geniş  dünyagörüşünə, 
mükəmməl  savada,  daimi  mütaliəyə  malik  şəxsin  söz  ehtiyatı 
kəmiyyət və keyfiyyətcə çox zəngin olur. Söz sənətkarlannm - şair və 
yazıçıların bədii nitqinin zənginliyi məhz bu hesabadır. 
Biz  tələbələrimizin,  o  cümlədən,  gələcək  məşqçi  və  bədən 
tərbiyəsi müəllimlərimizin zəngin nitq mədəniyyətinə nail olmasını, 
mədəni  və  savadlı  şəxs  kimi  yetişməsini  istəyiriksə,  onlara  ana 
dilimizdə  radio-televiziya  verilişlərini  diqqətlə  izləməyə,  mütaliə 
etməyə  maraq  oyatmalı,  müxtəlif  vasitələrlə  -  dis-  putlar,  bədii 
gecələr,  şair  və  yazıçılarla  görüşlər  keçirməklə,  sözlərin,  ifadələrin, 
cümlələrin  ifadə  tərzinə  diqqəti  yönəltməklə,  nitqin  məziyyətlərini 
mənimsətməklə  onların  söz  ehtiyatını  artırıb  zənginləşdirməyə 
çalışmalıyıq.  Bədii,  elmi,  kütləvi,  publisistik  əsərlərin  müntəzəm 
mütaliəsi  gənclərimizin  söz  ehtiyatını  artırmaqla  onlar  üçün 
ümumişlək olmayan, az işlətdikləri sözlərin də nitqdə aktivləşməsinə 
səbəb olacağı şübhəsizdir. 
NİTQİN İFADƏLİYİ. İfadəlik üslub baxımından ən uğurlu dil 
vasitələri tapıb işlətmək deməkdir. İfadəli nitq təkcə aydın, düzgün, 
səlis,  məntiqi  olmaqla  bitmir,  həm  də  təsirli,  emosional,  cazibəli 
formada öz əksini tapır. İfadəli nitq ondan bəhrələnənlərin hisslərinə 
təsir  edir,  marağını  artırır,  çünki  burada  məntiq  güclü  olduğu  kimi, 
ifadə  tərzi  də  tutarlı  söz,  ifadə  və  ibarələrlə  həm  zəngin,  həm  də 
ifadəlidir. 
İfadəliyi  çox  vaxt  söz  sənətkarlarına  aid  edirlər,  axı  onlar  dilin 
zəngin  söz  xəzinəsinə,  onun  qayda-qanunlarına  daha  yaxşı 
bələddirlər. Onlar özlərindən əvvəl yaşayıb-yaratmış sələflərinin bədii 
irsinə  dərindən  yiyələnirlər,  deyilmişləri  təkrar  etmədən  orijinal 
fikirlərini  daha  emosional,  cazibəli,  mənalı  ifadə  etmək  bacarığı 
nümayiş etdirirlər, dilin bütün sisteminə - fonetika. 
92 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə