Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə33/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   29   30   31   32   33   34   35   36   ...   70

5)
 
Cümlələrdə müəyyən sözlərin şüurlu olaraq müəllif pri- yəmu 
kimi  təkrarlanmasr  vurğunun  yerini  müəyyənləşdirir,  təkrar  əlunan 
sözün  birinci  tərəfi  qüvvətli  tələffüz  edilir;  Məsələn:  Günlər 
bircə-bircə  keçir,  məqsədimizə  biz  çatınq  yavaş-yavaş.  Bir 
məqsədimiz əlmuşdur: öyrənmək, öyrənmək, yenə də öyrənmək. 
6)
 
Kəskin etiraz, təşviq bildirən sözlərə vurğu düşür: Yəx, belə 
əlmayacaq. Xeyr, belə əxumaq olmaz. Haydı, iş başına. 
7)
 
Hiss,  həyəcan  bildirən  nidaların  üzərinə  vurğu  düşür: 
Məsələn: Aman, əlmasm azar! Əfsus, günlər boş keçir. Heyhat, vaxt 
gözləmir. 
8)
 
Tərzi-hərəkət  zərflərinə  məntiqi  vurğu  düşür;  Məsələn;  O, 
ətağa yavaşca keçdi. Külək birdən başladığı kimi, qəflətən sakitləşdi. 
9)
 
Xitablar,  müraciət  bildirən  sözlər  məntiqi  vurğu  qəbul  edir; 
Məsələn: Vaqif, indi get. Əsmə, ey külək, yağma, ey yağış. 
10)
 
Sual cümlələrində sual əvəzlikləri və sual ədatlan ilə işlənən 
sözər:  Məsələn:  -  Adm,  səyadm  nədir?  Yəlumuz  hayanadır? 
Harada yaşayırsan? Sən dərsdən sənra stadiənaım gedəcəksən? 
11)
 
-da/də bağlayıcıları ilə işlənən sözlər; - Mən idmançılara da, 
məşqçilərə də təşəkkür edirəm. 
12)
 
Qüvvətləndirici və məhdudlaşdırıcı ədatlardan (hətta, məhz, 
əksərən, ancaq, yalnız, bircə, təkcə və s.) sonra gələn sözün üzərinə 
düşür: Hətta hakim də təəccüblə baxdı. Yalnız yaxşı oxumaq azdır, 
həm də yarışlarda yaxşı çıxış etmək lazımdır. 
HƏVaCANLI VURfiU 
Nitqin  emosionallığını  artıran  vasitələrdən  biri  də  həyəcanlı 
vurğudur.  Yüksək  emosiya,  hiss-həyəcan  ifadə  etmək  məqsədilə 
cümlədə, abzasda sözün və ya ayrıca bir cümlənin yüksək intonasiya 
ilə  deyilməsi  hayəcanlı  vurğu  adlanır.  Məntiqi  vurğudan  fərqli 
olaraq, həyəcanlı vurğu ən azı bir cümləni əhatə edir, iki, üç və daha 
çox cümlə, hətta bir abzas, beyt, bənd həyəcanlı vurğu altında deyilə 
bilir,  danışanın  nəzərdə  tutduğu  məqsədi  məharətlə  əks  etdirir. 
Deməli, cümlənin bütün üzvləri, yaxud 
lOZ 


iki, üç cümlə, bəzən də bir abzas xüsusi intonasiya ilə ifadə olunur, 
nitq  axarında  aktuallaşmış  üzvə,  hissəyə  çevrilir,  dinləyicilərin 
diqqətini özünə yönəldir. Məsələn: 
-
 
Bir qulağın məndə olsun, a Bəbir, gör sənə nə deyirəm. Qədiri 
də öldürüblər! 
Bəbir bəy qaşlarını çatdı. Ona tərəf əyildi. Qəlyan əlindən düşdü: 
-
 
Necə? 
-
 
Qədiri ey!.. Qədir tərəfindən başın sağ olsun... Allah sənə səbir 
versin! Necə olsa nökərin idi! 
-
 
Belə bizim bu Qumrunun əri!.. 
-
 
Özüdür, həmin Qumrunun əri!... 
Məşədi  Cahangir  son  sözlərini  mənalı  əda  ilə  bitirdi.  "Qu.. 
.mru..nun.. .əəəəri!" (Mir Cəlal. "Dirilən adam" romanından). 
Azərbaycan  dilində  qoşa  sait  və  ya  qoşa  samitlərin  işlənməsi 
təsadüfi xarakter daşıyır, amma həyəcanlı vurğu zamanı nitqdə belə 
hallara yol verilir: Məs: - Əccəb oldu, qoy ollsun! Danışşş! 
Məni, məni, məni qəmzə oxilə öldürdü! 
Sənin, sənin, sənin ol cadu gözlərin yeksər (Nəsimi). 
A-a-a-al ki, yeridir kö-kö-kö-könlümü mənim. 
Sa-sa-sa-sal ki, yeridir zü-zü-zü-zülfünə çini (Nəsimi). 
Vurğunun bu növü danışanın daxili hissinin, həyəcanının səslərlə 
ifadəsidir. Bu zaman sözün bir səsi-saiti, yaxud samiti daha gərgin, 
daha güclü olur, səs uzadılır (2, səh,88). Ay, can, of, uf, tfu, vay və s. 
nidalararmda  sait  və  samitlər  qoşalaşdırıldıq-  da,  üçləşdirildikdə 
əmələ gələn məna həyəcanlı vurğu hesabı- nadır. 
-
 
Vay (vayy), vay (vayy)! Nə yaman müşkülə düşdü işim, Allah 
(M.Ə.Sabir). Çox qəşəngdir (qəşşşəngdir)! 
FASİia 
(PAUZA) 
Nitq axını zamanı cümləyə fonosintaktik çalar verən fasilənin də 
xüsusi yeri vardır. Danışıqda tənəffüs məqsədilə edilən 
103 


fasilə fonetik-ritmik qrupun yaranmasında başlıca vasitədir. Tənəffüs 
nitq prosesi ilə bağlıdır və ona xidmət edir. Fasilə nitqi məntiqi məna 
daşıyan  hissələrə  bölməklə  onun  dəqiqliyinə,  düzgünlüyünə, 
aydınlığına səbəb olur. Məsələn: Oxu, qardaşın kimi, tənbəl olma  - 
Oxu qardaşın kimi, tənbəl olma; Gözəl qızın lenti hanı?- Gözəl, qızın 
lenti hanı? Əmiqızm yatmayıb ki, səni gözləyir - Əmi, qızın yatmayıb 
ki,  səni  gözləyir  və.s.  Bu  cümlələrdə  diqqəti  çəkən  fasilədir.  Şifahi 
nitqdəki fasiləni yazıda durğu işarəsi (vergül) əvəz edir. Tənəffüs və 
durğu işarələri cümlənin mənasını dəyişdirə bilir. 
Cümlədə  qarşılaşdırma  bildirən  amma,  ancaq,  fəqət,  lakin, 
səbəb  bildirən  çünki  bağlayıcılarmdan,  bir  sıra  ədatlardan,  artıq, 
hətta, bəri, qabaq, əvvəl, sonra, ötrü, ilə qoşmalarından, xitablardan 
sonra da fasilə edilir, yazıda onlardan əvvəl və ya sonra vergül işarəsi 
qoyulur. 
Əruz  vəznində  yazılmış  əsərlərdə,  xüsusən  qəzəllərdə  fasilə 
təfllələrini (təqtləri) gözləmək mütləq lazımdır. Hər bir təqtdən sonra 
edilən qısa və ya davamlı fasilə nitqdə xüsusi ritm yaradır. Məsələn: 
Qamu bimarinə canan/dəvayi-dərd edər ehsan,// 
Neçin qılmaz/mənə dərman/, məni bimar o sanmazmı?// (Füzuli) 
Kipriyin xəncərdir/, qaşların kaman// 
Yıxdığın acizə/ verməzsən aman,// 
Dedilər//, cəlladsan/, etməzdim güman,// 
Salacaqdır məni/ qana gözlərin,// (Ə.Vahid) 
Nitq  zamanı  səsin  müəyyən  intervalda  alçalıb  yüksəlməsi 
melodiklik əmələ gətirir. Nitqin bu keyfiyyəti hissi hallann ifadəsinə 
xidmət  edir,  emosional  həssaslığın  göstəricisinə  çevrilir.  Cümlənin 
melodiyası  əvvəlcə  yüksək  olur,  sona  doğru  alçalır.  Səs  tonunun 
ucalıb  enməsi  yazıda  durğu  işarələri  ilə  tənzimlənir.  Sual  və  nida 
işarələri  ilə  işlənmiş  cümlələr  səs  tonunun  yük-  səklyi  ilə  seçilir: 
Məsələn: Haydı dəlilərim, bu gün dava günüdür! Dostum, bəs harada 
qalmışdın? 



Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə