T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə17/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

Yağ
nasosdan
-- təzyiq
altında yağ süzgəcinə verilir,orada mexaniki qarışıqlardan təmizlənir və silindrlər
blokunda açılmış kanala –baş yağ magistralına daxil olur.Baş yağ magistralından 
ayrılan yağ kanalları ilə yağ dirsəkli valın əsas boyunlarına ,paylayıcı valın
dayaqlarına və digər detallara daxil olur.Sürgüqolu boyunlarına dirsəkli valda 
açılmış deşiklərdən daxil olur. Bəzi mühərriklərdə sürgüqolununun aşağı başlığında
kanal olur,bu kanalla yağ porşen barmağını yaratmaq üçün verilir.Yağın silindrin
işçi səthinə verilməsi üçün bəzi hallarda sürgüqolunun aşağı başlığında deşik
açılır .Sürgüqolu boynunda və dirsəkli valdakı deşiklər üst-üstə düşdükdə yağ bu
deşikdən təzyiq altında püskürdülür və silindrin güzgüsü üzərinə düşür .Bəzi
hallarda bu məqsədlə xüsusi forsunkalardan istifadə olunur.Yastıqlarda olan 
araboşluqlarından süzülən yağ çarxqolu-sürgüqolu və qazpaylama mexanizmlərinin
hərəkət edən detallarına çilənir və damcı və yağ dumanı şəklində mühərrikin


digər detallarına düşür.Silindrlər bloku başlığı sahəsindən yağ ağırlıq qüvvəsinin
təsiri ilə geri altlığa axır və bu zaman qazpaylama mexanizminin detallarını 
yağlayır.Karterin altlığı yağın saxlanması revervuardır. Yağ doldurma başlığından
süzüldükdə ,o, mühərrikin daxilindəki boşluqlardan keçərək karter altlığına yığılır. 
Altlıqda olan yağın səviyyəsini mühərrikin karterindəki deşikdən yağ şupu ilə ölçmək
olur.Yağ nasosu yağı təzyiq altında (süzgəc və kanallardan keçməklə) çarxqolu –
sürgüqolu və qazpaylama mexanizmlərinin sürtünən detallarını vurur.Yağ nasosunun
ən geniş yayılmış növləri dişli çarxqlı və rotorlu nasoslardır.Yağ nasosu mühərrikin
dirsəkli valından ,paylayıcı valdan və ya əlavə ötürücü valdan hərəkətə gətirilə
bilər.Adətən xarici və ya daxili dişli çarxlı yağ nasosları tətbiq edilir.Dişli ilişməli
nasoslar daha yığcamdır və vasitə dirsəkli valdan hərəkətə gətirilir,buna görə onlar 
minik avt-rinin mühərriklərində isə tətbiq edilirlər. Nasosun yaratdığı təzyiq yağ
magistralının davimətindən, yağın özlülüyündən və dişli çarxların fırlanma tezliyindən
asılıdır.Fırlanma tezliyinin artmasıyla dişli çarxlı yağ nasosları çox yüksək təzyiq
yarada və mühərrikin işi üçün lazım olandan daha çox yağ verə bilir. Buna görə
nasosdan çıxışda reduksiya klapanı quraşdırılır,təzyiq verilmiş həddən böyük
olduqda o açılır və yağı nasosun giriş boşluğuna qaytarır. Yağlama sistemində
yağın təzyiqinin aşağı düşməsi mühərrikin ani anda sıradan çıxmasına səbəb ola 
bilər,buna görə ona yağ magistralında vurulmuş xüsusi verici ilə nəzarət edilir. 
Vericidən elektrik siqnalı cihazlar panelində yerləşdirilmiş yağın təzyiq göstəricisinə
və ya qəza təzyiqi nəzarət lampasına daxil olur.Bəzi mühərriklərdə təzyiqin
vericisinin siqnalı elektron idarə bloku tərəfindən istifadə olunur.o,yağın təzyiqi 
təhlükəli nasazlığı halda mühərriki söndürə bilir.Əksər yük avt-bili mühərriklərində yağ
axınlarının bölünməsi üçün ikiseksiyalı yağ nasosları istifadə olunur.Yağın
soyudulması üçün yağ radiatorları və ya su-yağ istilik mübadiləsi qurğuları istifadə
oluna bilər.

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə