T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə13/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

Termostat
-
avtomatik klapan olub radiatordan keçən mayenin miqdarını müəyyən hədlərdə
dəyişməklə mühərrikin tez qızdırılmasına kömək edir. Termostat mühərrikin
soyutma sistemində mayenin iki dövranla. kiçik və böyük dövranla hərəkətin 
istiqamətləndiri. Termostatin qapağı müəyyən olunmuş temperaturda açılmağa
başlayır.Mühərrik soyuqdursa, termostatın qapağı bağlanır,soyuducu maye radiatora


daxil olmur və maye kiçik dövranla mühırrikin daxilində) hərəkət edir,mühərrik tez
qizir. 
a).Kiçik dövranın vəzifəsi qırmızı rəngli oxlar) soyuq mühərriki tez qızdırmaqdır. 
Termostatın klapanının açılıb-bağlanma temperaturu, mühərrikin iş rejimindən asılı 
olaraq işçi mayenin temperaturunu optimallaşdırma proqramı ilə müəyyən olunur. 
Termostatın klapanı tam açıldıqda sistemdəki bütün maye böyük dövranla hərəkət
edir. 
RADİATOR-
istilik mübadiləsi elementi olub,ondan keçən mayenin istiliyini ətraf 
mühitə, avt-bil hərəkət etdikcə yaranan və ya ventilyator vasitəsilə yaradan axınına 
verir.Əlbəttə ki,avt-bil radiatorunun məişət nümunəsini hamı tanıyır.Hər bir evdə 
mərkəzi və ya xüsusi konfiqurasiyalı istilik radiatorları (batareyaları) olur.Onlar da
xüsusi konfiqurasiyaya malik olur,radiatorun mürəkkəb səthi nə qədər böyük
olarsa, sizin evdə də bir o qədər isti olar.Bu dövrdə hava daha soyuq olduğu
üçün isitmə sistemində su tez soyuyur,yəni istiliyini ətraf mühitə verir. Radiatorda 
yuxarı və aşağı çənlər sağ və sol çənlər), yuxarı və aşağı çənləri birləşdirən çoxlu
sayda yastı borucuklar və “arakəsmələr “ var ki ,bunlar böyük soyutma sahəsi
yaradır.İstilik mübadiləsini yaxşı təmin etmək üçün radiatorun hər iki çəni və 
borucuqları latundan və ya alüminiumdan hazırlanır. Radiatorun aşağı çənində
sistemindən mayeni boşaltmaq üçün kran yerləşdirilir.Soyuducu maye mühərrikdən 
radiatorun yuxarı çəninə verilir və soyudulduqdan sonra aşağı çəndən nasos vasitəsilə 
mühərrikə qaytarılır.

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə