T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə16/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

silindr
blokunda
,
blok
başlığında

mühərrikin
digər
detallarında
açılmış
.Daha çox yüklənmiş sürtünmə səthlərinə yağ təzyiq altında verilir, 
mühərrikin mexanizmlərinin digər detalları yağ çilənməsi və yağ dumanı ilə 
yağlanır.Yağ dirsəkli və qazpaylama vallarının yastıqlarına sistemin kanalları ilə təzyiq 
altında verilir.Yastıqları yağlayıb,qismən soyudub və yeyilmə məhsullarını özü ilə 
görürərək, yağ yenidən getiyə mühərrikin karterinə axıb tökülür. Dirsəkli val 
fırlandıqda onun dirsəkləri karter yağ səthinə çırpılaraq yağ damcıları və yağ
dumanı əmələ gətirir ki, bu da silindrlərin səthinin, porşen və porşen barmaqlarının
yağlanmasına imkan verir. Çarxqolu- sürgüqolu və qazpaylama mexanizmlərinin 
bütün hərəkət edən detalları tamamilə yağ içində olurlar.Bununla müasir 


mühərriklərin qovşaqlarının yüksək yeyilmə davamlığına nail olunur.Şəkil 2.50-də
yaş (a) və quru (b) karterli yağlama sistemlərinin konturu təsvir edilmişdir. 
Yaş
karterli-
yağlama sistemində yağ ehtiyatı silindrlərin blokunun altında 
altlıqdadır.Nasos torlu süzgəclə qəbuledici vasitəsi ilə yağı çəkir və onu süzgəcə
verir.Təmizlənmiş yağ süzgəcdən silindrlər başlığında və blokunda yağlama
nöqtələrinə daxil olur.Quru karterli yağlama sistemi bəzi yüksək sürətli idman
avt-rdə sitifadə edilir.Belə sistemlərdə kəskin manevrlərdə və ya nəqliyyat
vasitəsi maili olduqda yağ divarlardan birinə tərəf hərəkət etməyəcək və
yağqəbuledici yağın səviyyəsindən yuxarıda olmayacaq.Quru karterli yağlama
sistemlərində karterə süzülən yağ əlavə yağ nasosu ilə daim xüsusi çənə vurulur. 
Yağ bu çəndən təzyiq altında mühərrikin yağlama sisteminə verilir. Tipik yağlama 
sistemində yağ müəyyən səviyyəyə qədər doldurma boğazlığından karter altlığına
tökülür.Yağın səviyyəsinə yağölçən şupla nəzarət olunur.Şupda iki nişan- maksimal
və minimal səviyyə qeyd olunar.Mühərrik işlədikdə yağ altlıqdan yağ nasosunun 
köməyi ilə torlu süzgəcli yağqəbuledicidən keçməklə sorulur.

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə