T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə36/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

Tormozlanma zamanı 
idarəetmə klapanı açılır,muftanın friksion diskləri 
tam açılır.Burucu moment arxa oxa ötürülmür. 
ÖTÜRMƏLƏR
QUTUSU

Ötürəmələr qutusu ötürmə ədədinin dəyişilməsi yolu ilə araran təkərlərdə burucu
momenti və avtomobilin hərəkət sürətini dəyişmək üçün istifadə edilir.Bununla
bərabər o,avt-bilin arxaya hərəkət etməsinə imkan verir, dayanacaqlarda və ya
avt-bilin öz ətaləti ilə hərəkət zamanı mühərrikin işləməsi üçün dirsəkli valı
aparan təkərlərdən uzunmüddətli ayırır.Ötürmələr qutusunun müxtılif konstruksiyaları
mövcuddur və onların təsnifatı olunmuşdur.Ötürmələr qutusunun tətbiq olunma 
ehtiyacı mühərrikin dirsəkli valı ilə aparan təkərlərin fırlanma tezlikləri arasındakı fərqdən 
yaranır.Daxili yanma mühərriklərinin fırlanma tezliyi 500-9000 dövr/dəq, avt-bilin aparan 
təkərlərinin fırlanma tezliyi isə 1800 dövr/dəq arasında dəyişir.Ötürmələr qutusu 
transmissiya mexanizmlərinin fırlanma tezliyini dəyişərək avtomobilin lazımi hərəkət 
sürətini, həmçinin də aparan təkərlərdə optimal burucu momenti təmin edir. Daxili 
yanma mühərrikləri ən böyük burucu momenti orta və yüksək dövrlərdə, 3000 -7000 
dövr/dəq-də əldə edir.OQ-su mühərrikin imkanlarından mümkün qədər yaxşı istifadə 
etməyə və onu avtomobilin sürəti ilə uyğunlaşdırmağa imkan yaradır. Mexaniki (pilləli) 
ötürmələr qutusu başqa tip ötürmələr qutularından onunla fərqlənir ki,ötürmələr əl ilə 
və ya yarımavtomatik qoşulur. Onlar uzun ömürlüyü, xidmətin sadəliyi və f.i.ə-nın 
yüksək olması ilə fərqlənir. Mexaniki ÖQ-da fırlanma tezliyinin və burucu momentin 
dəyişdirilməsi dişli çarxlar cütünün ötürmə ədədlərinin pilləli dəyişdirilməsi ilə baş verir. 
Valların sayına görə mexnaiki ÖQ iki (vallarının oxları bir düz xətt üzrə) vallı olur. Üç vallı 
ötürmələr qutuları mühərrikin qabaqda yerləşən və arxa təkərləri aparan avt-rdə 
quraşdırılır.Aparan və aparılan vallar bir ox üzərində yerləşdirilir. Ötürmələr qutusunun 
müxtəlif pillələrində burucu momentin qiymətinin (dövrlər sayının necə dəyişdiyini 
göstərilən sxem üzərində aydınlaşdırsaq. İlişmədə olan iki dişli çarxdan fərz edək ki, 
birinci dişli çarxın 20,ikincinin isə 40 dişi var.Deməli birinci dişli çarx iki dövretdikdə
ikinci yalnız bir dövr edəcək (ötürmə ədədi 2-yə bərabərdir). Birinci dişli çarxda (“A”) 20 
diş, ikincidə (“B”) 40,üçüncüdə (“C”) 20, dördüncüdə (“D”) yenə də 40 diş var.Bu 
sxemin ümumi ötürmə ədədi 2 x 2=4.Yəni ötürmələr qutusunun ikinci valında dövrlər 
sayı birinci valla müqayisədə 4 dəfə azalacaq. Aparan valın dövrlər sayı 2000 dövr/dəq 
olarsa, ötürmələr qutusunun aparılan valının dövrlər sayı 500 dövr/dəq olar. Karter 
ötürmələr qutusunun bütün əsas qovşaq və detallarını özündə birləşdirir.Ötürmələr 
qutusunun karteri, adətən, yüngül əritidən və ya çuqundan hazırlayırlar.İki seksiyadan 
ibarət olannkarterlər yastıqlar müstəvisi üzrə sökülür. Karterin seksiyaları ötürmələr 
qutusunun valları,valların yastıqları və ilişmə muftasının elementləri üçün dayaq
rolunu oynayır.İş zamanı ötürmələr qutusunun dişli çarxları böyük yüklənməyə
məruz qaldığı üçün onlar yaxşı yağlanmalıdır.Arxa pillə,yəni ötürmələr qutusunun
aparılan valının əks istiqamətdə fırlanması əlavə dişli çarxlı valla təmin edilir. 
Əlavə dişli çarx ötürmədə istirak edən dişli carxların ümumi sayının tək olması üçün
lazımdır,bu halda burucu moment öz istiqamətini dəyişir(şəkil 3.27). İstismar


prosesində yaranan izafi təzyiqin bərabərləşdirilməsi üçün ütürmələr qutusunun
ventiyasiyası və havanın kınarlaşdırılması sistemi nəzərdə tutulur. 
Ventilyasiya sistemi havanın kənarlaşdırılması sistemi bloklanarsa, bu,yağın axmasına
və hermetikliyin pozulmasına səbəb ola bilər.Mexaniki ötürmələr qutusunun pillələri
sinxronlaşdırıcılar vasitəsi ilə birləşdirilir.Sinxonlaşdırıcı -qoşulan dişli çarxın və aparılan 
valın fırlanma tezliklərini bərabərləşdirməklə ötürmələrin səlis dəyişilməsini təmin edən
mexanizmdir. Sinxronlaşdırıcının tətbiq edilməsi dişlərə düşən zərbə yüklənmələrinin 
azalması hesabına dəyişmə muftasının dişli tacının və dişli çarxların yeyilməsini
azaldır, ötürmələrin dəyişilməsi vaxtı akustik səs—küyü aşağı salır.ÖQ-nun xidmət
müddətini artırır.Sinxronlaşdırıcının(şəkil 3.29)topu ötürmələr qutusunun aparılan 
valında şlislər üzərində yerləşdirilib və valın üzərində ötürmələrin dəyişdirilmə muftası 
ilə birlikdə oxboyu yerdəyişmə edə bilir.Top həmşinin müftayla şlislərlə birləşmişdir. 
Topun xarici səthində hər 120 dərəcədən bir üç yarıq kəsilmişdir, onlarda
sinxronlaşdırıcının çağanları yerləşdirilir.Çağanların çıxıntıları muftanın daxili şlisli
səthinin halqaşəkili oyuğun ilə uyğun gəlir. Çağanlar muftanın daxili səthinə
halqaşəkilli yaylarla sıxılır.ÖQ –nun aparılan valının dişli çarxları yan konusşəkilli
səthlərə malikdir,onlara sərbəst fırlanan bürünc bloklayıcı halqalar otuzdurulmuşdur. 
Çağanların sonları bloklayıcı halqalarla ilişmədədir.Sinxronlaşdırıcı belə işləyir.. 
ötürməni qoşduqda çəngəl muftanı lazımi dişili çarx tərəfə hərəkət etdirir. Muftayla
birlikdə dişli çarx istiqamətdə çağanların təsir qüvvəsi hesabına bloklayıcı halda
da hərəkət edir.Dişli çarxın və valın fırlanma tezlikləri arasındakı fırqə görə
sürtünmə qüvvəsi yaranır və bloklayıcı halqanı dirənənədək fırladır.Muftanın və
bloklayıcı halqanın dişləri bir-birinin qarşısında durur.deməli mufta sonrakı hərəkəti
dayanır.Sinxronlaşdırıcı ararılan valın iki dişli çarxını növbə ilə qoşa bilir. İKİQAT
sinxronlaşdırıcı—sinxonlaşdırıcının aralıq halqası ötürücü dişli çarx ilə. Daxili halqası
ilə xarici halqası ilə sərt birləsir.Beləliklə iki sürtünmə cütü formalaşır.Daxili halqa—aralıq
halqa və aralıq halqa –xarici halqa. Bunun sayəsində ümumi sürtünmə səthi sadə
sinxronlaşma ilə müqayisədə təqribən iki dəfə artır.İkiqat sinxronlaşma qoşulma
qüvvəsini azaldır.ömür uzunluğunu artırır və əks istiqamətdə qoşulma zamanı
komfortu artırır.İkiqat sinxronlaşma, adətən, alcaldılmış ötürmələr üçün istifadə 
olunur.Sürtünmə qüvvələri sinxronlaşdırıcının xarici və daxili halqaları və həmçinin


də daxili halqası və qoşulan dişli çarxın konus səthi arasında təsir edir.Onların
təsiri ilə sinxronlaşdırıcının və dişli çarxın fırlanma tezlikləri bərabərləşir. 
Sinxronlaşdırılan detalların fırlanma tezlikləri bərabərləşərsə, xarici halqaya sürtünmə
qüvvələrinin təsirin dayanır.Xarici halqa sinx—cının muftasının təsiri ilə muftanın
sonrakı irəliləyisinə və onu qoşulacaq ötürmənin dişli tacı ilə ilişməyə mane
olmayacaq vəziyyətə çevirir.Nəticədə ötürülmələr qutusunun valı və qoşulmuş
ötürülmənin dişli carxı arasında güc ötürməsi təmin olunur. dəyişdirilməsidir 
Ötürmələrin dəyişdirilmə mexanizminin---(şəkil 3.31)vəzifəsi ötürmələr qutusunda 
pillələrin,o, sürücü tərəfindən idarə olunur. 
Mexaniki pilləli ötürmələr qutusunda dəyişdirilmə mexanizmi sürüngəclərə bərkidilmiş 
çəngəllərdən,pillələrin dəyişdirilmə dəstəyindən,fiksə edicilərdən, qıfıldan və arxa 
gedişin qoşulmasını çətinləşdirən yaylı qoruyucudan ibarətdir.Şəkil 3.32-də beş pilləli
mexaniki ötürmələr qutusunun sadələşdirilmiş sxemi verilmişdir. 
Ötürmələr qutusunun pillələri dəyişmə mexanizminin çəngəlləri sürügəclərlə idarə
olunur. Ötürmələr qutusunun dəstəyini sola və ya sağa hərəkət etdirdikdə müxtəlif
cəngəllər (uyğun olaraq müxtəlif muftalar) iş görür.Ötürmələr qutusunun dəstəyinin
qabağa və ya geriyə hərəkəti bir muftanı aparılan val üzərində yerləşdirilmiş bir
dişli çarxla ilişməyə gətirir.Burucu moment aparılan vala qoşulmuş mufta vasitəsi ilə
ötürülür. Arxa gediş kiçik çarx vasitəsi ilə reallaşır.Qıfıl eyni zamanda iki pillənin


qoşulmasını istisna edir. Kürəvi fiksə edici pillələrin öz—özünə qoşulub-ayrılmasının
qarşısını alır.Bütün pillələr sinxronlaşdırılıb,1-ci və 2-ci ötürmə ikiqat sinxronlaşdırılıb. 
Mühərrikin burucu momenti ÖQ-na aparan val vasitəsi ilə daxil olur. 

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə