T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə44/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

intiqal valları 
mühərrikin burucu momentini aparan 
təkərlərə ötürür,aparan təkərlərin lazımi dönməsini təmin edir və asqının rəqsləri zamanı 
oxboyu yerdəyişməni kompensasiya edir və arzuolunmaz vibro səs-küy effektini izolə 
edir. 
Intiqal valları qabaq intiqallı avt-rdə ötürmələr qutusu və təkərin topu arasında, arxa 
intiqallı və qeyri-asılı asqılı avt-rdə arxa körpünün baş ötürməsi və təkər topu arasında 
yerləşdirilir. 
Hərəkət zamanı yüklənmə dərəcəsinin fərqlənməsi və yol şəraiti ilə bağlı diferensialın və 
təkər topunun bir-birinə nəzərən yerdəyişməsi baş verir.Tormozlama və sürətlənmə 
zaman daimi yuxarı və aşağı hərəkət də intiqal ilə kompensasiya olunur. 
Hər bir təkər intiqalı konstruktiv olaraq bir-biri ilə intiqal valı ilə birləşmiş iki bərabər 
bucaq sürətli kardan oynağından ibarətdir: 
aparan təkər tərəfdə yerləşən oynaq fiksə edilmiş, ötürmələr qutusu (diferensial) tərəfdə 
olan digər oynaq isə (hərəkətli) plunjer tipli olur. 
qeyd etmək lazımdır. 
SÜKAN İDARƏSİ. 
Avt-bilin idarə olunan təkərlərinin döndərilməsini təmin edən quruluşların 
məcmusu sükan idarəsi 
adlanır. Sükan idarəsinin vəzifəsi sürücü tərəfindən 
minimal qüvvə sərf olunmaqla təkərlərin lazımi həddə döndərilməsi və avt-bilin
hərəkət trayektoriyasının dəqiq seçilməsidir.Avt-bilin sükan idarə və asqı sistemi
qarşılıqlı əlaqılidir. Asqının hər hansı bir elementində uyğunsuzluq yaranarsa,bu avt-
bilin sükan idarəsinin xarakteristikalarına ciddi təsir edir.Avt-bilin təhlükəsiz


hərəkətinin təmin edilməsində sükan idarəsinin rolu çox böyükdür.Sükan idarəsinin
müxtəlif əlamətlərə görə təsnifatı şəkil6.1-də verilmişdir. İdarərtmə orqanı-sükan 
çarxı daim sürücünün əlində olduğu üçün müasir avt-billərdə,o həm də informasiya
fukksiyasını yerinə yetirir,sükan çarxındakı qüvvələrdən və titrəyişlərdən sürücüyə yol
örtüyünün vəziyyəti,təkərlərin yolla ilişməsinin yüklənməsi haqda məlumatlar ötürülür. 
Avt-bilin sükan idarəsi istənilən sürətdə sükan çarxının dünmə bucağı və avt-bilin
hərəkət istiqamətlərnin dəyişməsi arasında hiss olunan əlaqəni təmin etməli və
yüksək etibarlılığa malik olmalıdır.Avt-bilin hərəkət istiqaməti iki müxtəlif üsulla
dəyişilə bilər.avt-bilin təkərlərinin və ya bəndlərinin üfüqi müstəvidə döndərilməsi
hesabına(kinematik dönmə üsulu) və ya bir bortdakı təkərlərin sürətinin azaldılması
və ya yormozlanması heasbına (tırtıllı dönmə). Əksər avt-billərdə qabaq təkərlərin 
döndərilməsi üsulundan istifadə olunur. İkioxlu avt-bilin adətən yalnız qabaq oxu
idarəolunan təkərli olur.Bəzi hallarda belə avt-billərin idarə olunma qabiliyyətini
yüksəltmək üçün bütün təkərləri idarə olunan hazırlanır,lakin bu zaman sükan
idarəsinin konstriksiyası mürəkkəsbləşir və yükərsək sürətlərdə idarəolunma ilə
bağlı problemlər meydana çıxır.Buna görə də qabaq və arxa idarə olunan təkərli avt-
llərdə yüksək sürətlərlə hərəkət etdikdə,arxa təkərlərin məcburi idarə olunması
söndürülür, təkərlər isə neytral vəziyyətdə fiksə edilir.İdarəolunmayan təkərlərin 
"kiçik dönməsi" adlanır və düzgün layihələndirilmiş asqıda sürətli döngələrdə idarə
olunma qabiliyyətini yüksəltməyə imkan arxıverir.Üçoxlu avt-billərdə də idarə
olunan təkərli bir ox ola bilər,lakin bu zaman ikinci və üçüncü idarəolunmayan oxlar 
yaxınlaşdırılmalıdır. Əgər bu oxlar paylanıbsa və ya avt-bilin üçdən çox oxu varsa
təkərlərin yana sürüşməsinin qarşısını almaq üçün idarə olunan təkərli bir neçə
oxdan istifadə edilir.Bu zaman sürücü irbaşa yalnız birinci oxun təkərlərini döndərir, 
qalan oxların təkərləri isə birinci oxla,onların dönməsin idarə edən mexaniki, hidravlik
və ya elektrohidravlik intiqalla əlaqələnir. 

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə