T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə47/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

Sükan intiqalı 
Sükan intiqalı avtomobilin idarə olunan təkərlərini sükan mexanizmi ilə əlaqələndirən
dartqı və ıötürməklə,təkərlərin düzgün dönməsini təmin etməkdir.Sükan intiqalının
konstruksiyası,xüsusən də sükan dartqı və oynaqlarının sayı və yerləşməsi avt-
bildə istifadə olunan asqının tipindən asıldır.Sükan intiqalı idarə olunan müxtəlif
təkərlərin dönmə bucaqları arasında tələb olunan optimal nisbəti təmin etməli, 
asqı işlədikdə təkərlər dönməməli və yüksək etibarlığa malik olmalıdır.Bir oxun
sağ və sol təkərlərinin dönməsini sinxronlaşdırmaq üçün onlar oynaqlı mexanizmlə-
trapesiya ilə birləşdirir.Sükan trapesiyası sağ və sol təkərlərin müxtəlif bucaq altında 
döndərilməsini təmin edir,bu isə onlarda döngələrdə müxtəlif radiuslar üzrə sürüşmədən
diyirlənməyə imkan verir. "Sükan trapesiyası" adlı dönmə yumruqlarının yaratdığı 
həndəsi formaya görə adlandırılıb.Sükan idarəsi düzxətli hala uyğun vəziyyətdə
olduqda,eninə sükan dartqısı qabaq oxu paralel olur. Dönmə yumruqlarının lingləri
döndükdə,eninə sükan dartqısı qabaq oxa nəzərən paralel vəziyyətdə olmur.Bunun 
sayəsində dönmə mərkəzinə nəzərən daxili təkər, xarici təkərə nisbətən böyük bucaq
altında dönür.Sükan idarəsinin əks tərəfə fırladılması zamanı güzgü effekti alınır. 
Həndəsi quruluş dönmə zamanı ümumi mərkəzin olmasını təmin edir. Sükan intiqalının 
ən sadə konstruksiyası-sükan soşkası tərəfindən hərəkət etdirilən bir bəndli eninə
dartqıdır. Sükan soşkası dönmə yumruğundakı dönmə oynağı ilə birləşən lingi hərəkət 
etdirmək üçün üzününa sükan dartqısını dartır və ya itələyir.Eninə sükan dartqısı avt-
bilin qabaq təkərlərinin dönmə yumruqlarında olan dönmə oynaqlarının hər ikisini
birləşdirir.Dönmə oynaqlarından hər hansı birinin istənilən hərəkəti sükan dartqısı
vasitəsi ilə əks tərəfdəki dönmə yumruğundakı oynağa ötürülür.Uzununa və eninə
sükan dartqılarının birləşdirilməsi üçün kürəvi oynaqlardan istifadə olunur. Qeyri-


asılı avt-billərdə,adətən iki,üç və çoxbəndli sükan intiqalları istifadə olunur.Tamasalı 
sükan mexanizmi avt-billərdə iki sükan dartqısı istifadə olunur.Sükan tamasasının 
müxtəlif tipləri mövcud olsa da, dönmə yumruqları ilə birləşməni təmin etmək üçün 
oxşar konstruksiyalı sükan intiqallarından istifadə olunur. Sükan tamasasının düzxətli
hərəkət etdirilməsi kürəvi oynaqlarla sükan dartqısına ötürülür.Sükan intiqalının
belə tərtibatında sükan tamasası faktiki olaraq sükan dartqısının tərkib hissəsi olur. 
Dönmı şkvoreni-dönmə yumruğunun dönməsini təmin edən mərkəzi dönmə barmağıdır. 
Dönmə şkvoreni ilə daha güclü kommersiya avt-billərini və yolsuzluq avt-billərini
təmin edirlər. Hərəkət edən hissələrin yeyilməsinin qarşısını almaq üçün dönmə
şkvorenini periodik olaraq yağlamaq lazımdır.Müasir minuk avt-billərində dönmə
şkvorenləri əvızinə kürəvi oynaqlar istifadə olunur(şəkil 6.20).Şəkil 6.21-də Niva 
Şevrolet avt-bilinin soşka ilə hərəkət etdirilən üç bəndli sükan intiqalı verilmişdir. 
İçliklər antifriksion xüsusiyyətli materialdan hazırlanır.Örtük oynağın içinə çirk və
suyun düşməsinin qarşısını alır.Son zamanlar arxa idarə olunan təkərlərin elektron
idarəetməli hidravlik sisteminin müxtəlif sxemləri hazırlanıb(şəkil 6.23). 

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə