Dəyişən addım dişli çarxı fırlatdıqca, sükan idarəsinin ötürmə ədədini artırmağa
imkan verir.Faktiki olaraq bu sistemdə sükan çarxı nə qədər çox fırladılırsa,
sürücüdən tələb olunan qüvvə bir o qədər az olur.Düz
xətt üzrə getdikdə sükan
idarəsi,sükan çarxının kənar vəziyyətə qədər döndərilmə halına nəzərən "ağrıdır",
bu manevr etməni və parklamanı asanlaşdırır.Dəyişən ötürmə ədədli ədədli sükan
mexanizmində proporsional artan ötürmə ədədi nəzərdə tutulub.VAZ-2110 avt-
bilinin sükan idarəsində sükan mexanizminin karteri 5 alüminm xəlitəsindən tökmə
üsulla hazırlanıb.Onun daxilində iki yastıq üzərində tamasa 19 ilə ilişmədə olan
intiqal dişli çarxı 26 yerləşdirilir. Qabaq yastıq 25 (valın başında) – diyircəkli, arxa
yastıq 27 (sükan valına yaxın) isə- kürəvidir.Kürəvi yastıq oxboyu yerdəyişmənin
qarşısını almaq - onun daili halqası valda stopor halqası 28 ilə saxlanılır, xarici
halqası isə sükan mexanizmin karterində qayka 31 ilə öz yuvasına sıxılır.Qaykanın
oyuğunda kipləşdirici halqa 30, qayka və stopor halqası arasında
isə -qoruyucu
şayba 29 var.Qaykanın öz-özünə açılmasına dişli stopor şaybası mane olur.Qayka
qoruyucu örtüklə (toztutucu) 16 örtülüb.Toztutucuda və karterdə tamasanı orta
vəziyyətə gətirmək üçün (təkərlərin görüşməsini nizamladıqda) nişanlar var.
Tamasa intiqal dişli çarxının dişlərinə metal keramik dayaq 21 vasitəsilə yayla 22
sıxılır.Rezin halqa 20 dayağı karterdə kipləşdirir.Yay isə öz növbəsində nizamlayıcı
qayka ilə 23 sıxlır.Sükan intiqalı iki sükan sartqısından və qabaq asqının teleskopik
dayaqlarına qaynaq olunmuş dönmə linglərindən 11 ibarətdir. Hər dartqı öz növbəsində
iki hissədən –daxili 12 (uzun) və xarici 9 (qısa) dartqılardan və həmçinin uclarında
əks istiqamətinli xarici yivlər yonulmuş, ortasında isə altıüzlü nizamlayıcı dartqıdan
8 (daxili və xarici dartqıları birləşdirən) ibarətdir. Nizamlayıcı dartqı fırladıldıqda,
sükan dartqısının uzunluğu dəyişir.Nizamlama başa çatdıqdan sonra sükan dartqılarının
ucları boltlarla dartılır.Xarici (qısa) dartqı 9 kürəvi oynaqla 10 dönmə linginə 11
birləşib. Çirkəndən qorunmaq üçün oynaq rezin qoruyucu örtüklə örtülüb. Oynaq,
ucluqla sökülməyən konstruksiya təşkil edir,buna görə də o sıradan çıxdıqda ucluq
dəyişməli və təkərlərin görüşməsi nizamlanmalıdır.Sonsuz
vint mexanizmndə sükan
valının sonunda silindrik sonsuz vint nəzərdə tutulur. Sonsuz vint sükan
mexanizminin üstünlüyü böyük ötürmə ədədinin (22:1-ə qədər) asan əldə
edilməsidir.Dişli sektorun dişləri sonsuz vintlə daimi ilişmədədir,sükan valının
istənilən döndərilməsi dişli sektorun dönməsinə səbəb olur. Sükan soşkası
dişli
sektora bərkidilib və bir qayda olaraq 70
o
dönə bilir.İşçi elementlərin sürüşmə
sürtünməsi hesabına belə tipli sükan mexanizminin yeyilməsi nisbətən yüksəkdir,lakin
onu nizamlamaq olar.
Dostları ilə paylaş: