T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə45/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

SÜKAN
İDARƏSİNİN
ÜMUMİ
QURULUŞU

Müasir avt-billərin sükan idarəsinə(şəkil 6.2)aşağıdakı elementlər daxildir. 

Sükan valı (sükan kolonkası)ilə birlikdə sükan çarxı. 



Sükan mexanizmi. 

Sükan intiqalı (gücləndirici və ya amortizatorlar da ola bilər). 
Sükan çarxı sürücü kabinəsində yerləşir və şaquli vəziyyətə nəzərən elə bucaq
altında yerləşir ki,sürücünün əli ilə onun çənbərini tutması ən rahat olsun. Sükan 
çarxının diametri nə qədər böyük olarsa,digər eyni şəraitlərdə sükan çarxının 
çənbərində daha az qüvvə tələb olunur,lakin bu zaman kəskin manevrlər etdikdə, 
sükanın tez döndərilmə imkanı azalır. Müasir minik avt-billərində sükan çarxını 
diametri 380-425mm,ağır yük avt-billəri və avtobuslarda isə 440-550mm arasında
dəyişir.Sükan mexaniki reduktordur, o, sükan çarxına tətbiq olunan qüvvəni idarə 
olunan təkərlərin döndərilməsi üçün lazım olana qədər artırır.Sükan mexanizminin
ötürmə ədədi nisbətən böyük olur,buna görə də idarəolunan təkərləri 30-45
o
maksimal
bucaq döndərmək üçün sükan çarxını bir neçə dövr fırlatmaq lazımdır.Sükan valı
sükan çarxını sükan mexanizmi ilə birləşdirir,çox hallarda oynaqlı hazırlanır,bu sükan
idarəsi elementlərini daha rasional tərtib etməyə.yük avt-billəri üçün isə qatlanan 
kabinə tətbiq etməyə imkan verir.Bu məqsədlə sükan valına bəzən əzilən elementlər
yerləşdirilir, sükan çarxı dağılma zamanı sərt qəlpələr yaratmayan nisbətən yumşaq
materialla örtülür.Sükan intiqalı sükan mexanizmini idarə olunan təkərlərə birləşdirir.Bir 
neçə idarəolunan körpülü avt-billərin sükan idarəsi daha mürəkkəbdir.Sükan çarxını 
döndərmək üçün tələb olunan qüvvəni daha da azaltmaq üçün sükan intiqaıənda 
sükan idarəsi gücləndiriciləri tətbiq olunur.İlk vaxtlar gücləndiricilər yalnız yük avt-
billəri və avtobuslarda tıtbiq olunurdu. Nahamar yollarda hərəkət etdikdə,sükan
çarxına ötürülən sıçrayış və zərbələri azaltmaq üçün sükan intiqalına sündürücü
element-sükan idarəsi amortizatorları yerləşdirilir.Bu amortizatorların konstruksiyası
asqının konstruksiyasından prinsipial olaraq fərqlənmir.Şəkil 6.4-də Sobol QAZ-2752 
sükan idarəsi sükan kalonkalı sükan çarxıdan,sükan idarəsinin intiqalından və hidravlik
gücləndiricidən ibarətdir.Sükan kolonkası sükan çarxının vəziyyətini hündürlük və
meyl bucağı üzrə nizamlamağa imkan verir. 


Hidrogücləndiricili sükan mexanizmi alüminium karterdən,kürəvi qaykalı vintdən və
sektorun valından ibarətdir.Vini karterdə iki radial-dayaq yaştıq üzərində yerləşdirilib. 
Vint fırladıldıda kütəvi qayka-tamasa vintin üzərində hərəkət rdir,qayka dişləri ilə
sektorun valını döndərir.Sektorun valının şlislərində sükan soşkası bərkidilib. 
Hidrogücləndiricinin hidravlik silindri birbaşa sükan mexanizminin çuqun karterində
yonularaq hazırlanıb,porşen-tamasa isə onu iki həcmə bölür.Nasos vasitəsi ilə verilən 
işçi maye(yağ)onu hərəkət etdirir,sektoru və valı döndərir və bununla da sürücüyə 
"kömək"edir.Hidrogücləndiricinin sistemi imtina etdikdə, sükan idarəsinin iş qabiliyyəti
saxlanılır,lakin sükan çarxında müqaviməti artır. Hidrogücləndirmə sisteminin bütün 
aqreqatları rezin şlanqla birləşdirilib. Hidrogücləndiricinin nasosu silindrlər blokunun 
aşağı hissəsində kronşteyn üzərində yerləşdirilib,o,mühərrin dirsəkli valından pazvari
qayışla hərəkətə gətirilir.Nasosun gövdəsində qoruyucu və sərt klapanları var. 
Qoruyucu klapan,vurma və sorma həcmlərini birləşdirməklə nasosu çox yüklənmədən 
qoruyur. Sərf(üstəlik buraxma)-klapanı dövrlər sayı müəyyən olunmuş həddən çox 
olduqda sistemə mayenin verilməsini məhdudlaşdırır. Hidrogücləndiricinin bakı işçi 
mayeni saxlamaq üçün rezervuar və həmçinin də işçi mayenin soyudulması və
yeyilmə məhsullarından təmizlənməsi rolunu oynayır.Bakın içində,mayenin tərkibində 
45mkm-dən böyük olan yeyilmə məhsullarını tuta bilən süzgəc elementi yerləşdirilib.İşçi
prosesdə bütün maye daim süzgəcdən keçməklə sirkulyassiya edir.Sükan intiqalı
soşkadan, uzununa, eninə və iki yan dartqıdan, asqının dayaqları ilə birləşmiş
rəqqasi linglərdən və sükan trapesiyasının iki lingindən ibarərdir. Soşka uzununa
dartqıya birləşdirilib. Yan sükan dartqıları eninə dartqı və həmçinin trapesiyanın sol
və sağ lingləri ilə birləşib. Trapesiyanın hər lingi iki boltla asqıdakı dayaqlarına 
bərkidilib. Təkərlərin dönməsini sinxonlaşdıran eninə sükan dartqısı iki rəqqasi


lingdən asılıb. Rəqqasi linglərin oxu asqının kronşteynlərində yerləşdirilib.Oynaqlar
hermetikdir,sökülmür və nizamlanmır. 

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə