T texniki kolleci


Diferensialın bloklanması



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə42/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

Diferensialın bloklanması.
Təkərlərarası və oxlararası bloklama mövcuddur. 
Təkərlərarası bloklama yolla ilişməsi yaxşı olan təkərə aparan təkərə daha çox moment 
ötürür.Əgər təkər buz üzərində fırlanırsa, diferensial çox güman ki,mənfi təsir 
göstərəcək. Sadə diferensial hər iki təkərə eyni burucu moment ötürür. Təkərlərarası 
bloklama hesabına ilişməsi yaxşı olan daha çox moment alır. Oxlararası bloklama da 
təkərlərarası bloklama kimi işləyir,lakin o, burucu momentin oxlar arasında bölünməsini 
təmin edir.Ötürülən burucu moment dartıcı qüvvədən və diferensialın bloklama 
mexanizminin bloklama dərəcəsindən asılı olur.Bloklama dərəcəsi
S faizlərlə göstərilir 
və aşağıdakı kimi hesablanır: 
S=(burucu momentlərin fərqi / burucu momentlərin cəmi ) x 100 %. 
Diferensialın bloklama konstruksiyalarının iki tipi mövcuddur: 
mexaniki bloklama;avtomatik bloklama. 
Mexaniki bloklamada
diferensialın bloklanması əllə mexaniki və ya pnevmatik 
intiqalın köməyi ilə qoşulur.Qoşulmuş vəziyyətdə yumruqcuqlu mufta sağ intiqal valını 
diferensialın gövdəsi və aparılan konik dişli çarxla birləşdirir.Qoşulma muftasının daxili 
dişli tacı və yumruqcuqlu mufta ilə sağ intiqal valı və diferensial sərt birləşdirilir.Bunun 
nəticəsi olaraq diferensialın konik dişli çarxları aparan bənd kimi işləyir, diferensial 
100% bloklanır. 
Avtomatik bloklamada 
yarımox dişli çarxlarının fırlanma tezliklərinin dəyişməsi və 
aparan təkərlərə ötürülən burucu momentin ilişmə şəraitinə uyğun paylanması 
avtomatik baş verir.İlişməsi yaxşı olan təkər çox böyük moment alır.Bloklanmanın 
qoşulması avtomatik baş verir,adətən,bloklama dərəcəsi 25 %-dən 75 %-ə qədər təşkil 
edir.Avtomatik bloklamanın müxtəlif tipləri var.Diferensialın avtomatik bloklanma 
sistemləri tam intiqallı avtomobillərin transmissiyası paraqrafında geniş baxılıb. 



Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə