T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə41/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

Differensial mexanizmi
Diferensial ilk dəfə 1897-ci ildə buxar avt-bilində istifadə edilib.Dairəvi hərəkət edən avt-
bilin bütün təkərləri ayrı-ayrı radiuslar üzrə diyirlənib,müxtəlif yol keçir,əgər aparan 
təkərlər arasında sərt əlaqə olarsa bu və ya digər təkər sürüşəcək.Bunun baş verməməsi 
üçün avt-billərdə diferensial mexanizmi quraşdırılır.Konstruksiyalarına görə 
diferensialların müxtəlif növləri mövcuddur və onların geniş təsnifatı verilib.Diferensial 
ona verilən burucu momenti aparan təkərlər və ya aparan körpülər arasında paylamaq 
funksiyasını yerinə yetirir və aparılan vallara müxtəlif bucaq sürəti ilə fırlanma imkan 
verir.Diferensiallar təkərlərarası və oxlararası (əgər bir neçə aparan körpü arasında 
yerləşdirilərsə) olur.Təkərlərarası konik simmetrik differensial gövdədən 5, satellit dişli 
çarxlardan 4 və yarımox dişli çarxlardan 1 ibarətdir.Gövdə,adətən, baş ötürmənin 


aparılan dişli çarxı ilə birləşdirilir.Satellitlər planetar reduktor rolu oynayır və yarımox 
dişli çarxlarını diferensialın gövdəsi ilə birləşdirir.Yarımox dişli çarxları (günəş) aparan 
təkərlərlə yarımoxlarla şlisli birləşmə ilə birləşir. "Qazel" QAZ-3302 avt-bilinin diferensial 
mexanizmində baş ötürmə differensialla birlikdə reduktor təşkil edir və arxa körpünün 
karterində yerləşdirilir.Körpünün belə konstruksiyası "bandjo" adlandırılır.Diferensialın 
gövdəsi iki hissədən 1,9 (satellitlərin sol və sağ qutularından) ibarət olub öz aralarında 
boltlarla 2 birləşdirilir.Gövdədə satellitlərin iki oxu 7, dörd satellit 6 və dayaq şaybalı iki 
konik yarımox dişli çarxları 4,8 yerləşdirilib.Yarımox dişli çarxlarının şlisli deşiklərinə 
yarımoxların şlisli ucları daxil olur.Konik simmetrik diferensialın işini aydınlaşdıraq.Avt-bil 
düzxətli hərəkət etdikdə hər körpünün aparan təkərləri eyni hərəkətə müqavimətlə 
rastlaşır, onlar eyni sürətlə fırlanır və eyni yol gedir.Bu zaman diferensialın gövdəsi, 
satellitlər və yarımox dişli çarxları bütöv halda fırlanır.Bu halda satellitlər öz oxları 
ətrafında fırlanmır, yarımox dişli çarxlarını pərçimləyir və hər iki aparan təkərə eyni 
burucu moment ötürülür.Avt-bil döndükdə, dönmə mərkəzinə tərəf daxili təkərə,xarici 
təkərə nisbətən böyük hərəkətə müqavimət qüvvəsi təsir edir, o, ləng fırlanır və bununla 
da daxili təkərin yarımox dişli çarxı öz fırlanma sürətini azaldır.Nəticədə aparan təkərlər 
məhz bu tələb olunur. Avt-bil nahamar yollarda hərəkət etdikdə aparan təkərlər müxtəlif 
müqavimətlə rastlaşır və müxtəlif yol gedir.Buna uyğun olaraq,diferensial onlar üçün 
müxtəlif fırlanma sürəti,sürüşməsiz və yerində boş fırlanmasız diyirlənməni təmin edir. 
Simmetrik diferensial ona ötürülən burucu momenti,bucaq sürətlərinin isttənilən 
nisbətində bərabər paylayır.Belə diferensialın təkərlərarası qismində istifadə edilməsi 
düzxətli hərəkətdə və həmçinin sürüşkən yollarda mühərriklə tormozlama halında 
dəyanətliyi yaxşı təmin edir.Konik simmetrik diferensial kiçik sürtünməli diferensialdır. 
Diferensialdakı sürtünmə avt-bilin keçicilik qabiliyyətini artırır, diferensial geri qalan 
təkərə qabağa gedən təkərə nəzərən daha böyük moment ötürülür.Bu zaman aparan 
təkərlərdəki cəm dartıcı qüvvə artır.Lakin kiçik sürtünməli diferensialda cəm dartıcı 
qüvvənin artımı cəmi 4-6% təşkil edir, bu isə avt-bilin dartıcı keyfiyyətlərini və keçicilik 
qabiliyyətini artıra bilmir.Belə avt-bil sürüşkən yollarda avt-bilin keçicilik qabiliyyətini 
məhdudlaşdırır.Aparan təkərlərdən biri sürüşkən, digəri isə quru bərk yol səthinə 
düşdükdə bu xüsusi ilə aydın özünü göstərir. Burucu momentin cəmi avt-bilin hərəkəti
üçün kifayət etməzsə avt-bil dayanacaq.Bu zaman quru bərk yolda olan təkər 
tərpənməz dayanacaq, sürüşkən yoldakı təkər isə -yerində fırlanacaq.Müasir 
diferensiallar demək olar ki, bu çatışmamazlıqdan uzaqdır.Bu çatışmamazlığı aradan 
qaldırmaq üçün onlarda müxtəlif konstruksiyalı bloklanan diferensiallardan istifadə 
edilir.Bununla yanaşı müasir minik avtomobilləri kurs dəyanətliyi sistemi ilə təchiz 
olunur, bu sistem hərəkət trayektoriyasından asılı olaraq burucu momenti oxlar arasında 
və ayrı-ayrı təkərlər arasında optimal paylanmaya əsaslanır. 



Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə