303
olmaları ilə fərqlənirdilər. Bağdadın otuzdan artıq kitabxanası var idi, Qahirədəki
kitabxanada 1,1 milyon ədəd əlyazma saxlanırdı. Qay Yuli Sezardan sonra xəlifə
Ömər növbəti dəfə məşhur Aleksandriya kitabxanasını yandırmışdısa, sonralar
ərəblər tarixdə analoqu olmayan zəngin kitabxanalar şəbəkəsi yaratmışdılar.
Ərəb imperiyasının mövcudluğunun ilk bir neçə əsri ərzində islam dünyası
antik sivilizasiyaların elmi və fəlsəfi əsərlərini qoruyub saxlamaqla, bəşəriyyət
üçün əvəzsiz bir xidmət göstərdi. Qədim Romada vətəndaş müharibəsi vaxtı çoxlu
günahsız qan axıtmış diktator Sulla təkcə bir əməlinə görə - Aristotelin əsərlərini
Afinada tapıb, üzə çıxardığına və elm aləminə bəxş etdiyinə görə ehtiramla yad
edilirsə, onda islam cəmiyyətləri antik dünyanın elmi və fəlsəfi incilərini hifz edib,
üzə çıxardıqlarına görə bütövlükdə bəşəriyyətin hansı böyük minnətdarlığına layiq
görülməlidir? Əgər Qədim Yunanıstan inkişaf etmiş sivilizasiyanın, elmin və
mədəniyyətin beşiyi sayılırsa, bu beşikdə bəslənən uşağı unutqanlıq xəstəliyindən
sağaldıb, dünyaya çıxaran islam mədəniyyəti ən böyük tərifə layiqdir.
Qədim yunan filosofları Avropada əsasən tanınmadıqları bir
vaxtda Platonun
və Aristolelin mühüm əsərləri ərəb dilinə tərcümə edilmişdi. Onlar Bağdaddakı
“Beyt ül-hikmə” adlanan kitabxanaya qoyulmuşdu. Burada onlar müsəlman
alimləri tərəfindən oxunur və öyrənilirdi. Ərəb alimləri arasında
Platon və Aristotel
o qədər sevilirdi ki, onları bir qədər “özününküləşdirmişdilər”, adları ərəb dilindəki
tələffüzə uyğun qaydada “Əflatun” və “Ərəstun” kimi işlədilirdi.
“Beyt ül-hikmə” həmçinin matematikaya aid Hindistandan gətirilmiş
mətnlərə malik idi. Qədim mətnlərin qorunub saxlanmasında kağızdan istifadə də
böyük köməklik göstərdi. Kağız istehsalı VIII əsrdə Çindən götürülmüşdü, bu
ölkədə isə bu materialdan bizim eranın 105-ci ilindən istifadə edirdilər.
Ləngimədən, VIII əsrin sonunda Bağdadda Barməkilər kağız fabriki tikdirmişdilər.
Tezliklə kitab satanlar və kitabxanalar meydana gəldi.
Antik əsərlərin ərəb dilinə tərcüməsi ilə iş bitmirdi. Sonralar onlar ərəb
dilindən latın dilinə tərcümə edildi və Avropa universitetləri yarandıqdan sonra bu
elm dünyasından çoxlu fayda götürdülər.
İslam alimlərinin Qərb üçün klassik bilikləri qoruyub saxlamalarına görə
layiq olduqları müvafiq tərifi almaları ilə yanaşı, onlar öz elmlərini də xeyli irəli
aparmışdılar. Burada matematika və təbiət elmlərinə onların göstərdiyi böyük
köməyin sübutu ilə müqayisədə digər hansısa bir yerdə buna bənzər şəhadəti
tapmaq
qeyri-mümkündür.
Matematikada
və
astronomiyada
onların
nailiyyətlərinin siyahısı ayrılıqda böyük təəssürat yaratmaq gücünə malikdir.
Müsəlmanlar Hindistandan sıfır rəqəminin işlədilməsi daxil olmaqla ədədi sistemi
qəbul edib Qərbə ötürdülər. Avropada bu ərəb sistemi kimi tanındı və Roma
rəqəmlərinin ağır və böyük yer tutması ilə müqayisədə hesab əməliyyatında əslində
inqilab yaratdı. IX əsr Persiya matematiki əl-Xarəzmi cəbr fənnini icad etdi.
Müsəlman astronomlar əl-Mamun tərəfindən Bağdadda qurulan rəsədxanada
ulduzların mövqelərini öyrənirdilər. Onlara Yerin kürə şəklində olması və çox
sayda ulduzların adı məlum idi. Onlar həmçinin ulduzlar barədə biliklərini
dəqiqləşdirdilər, bu, dənizçilər tərəfindən göy cisimlərinin mövqeyini müşahidə
etməklə öz olduqları yeri müəyyən etmək üçün bir vasitə kim istifadə edilirdi.