300
Belə cəhdlərə heç də son qoyulmur. İslama qarşı nalayiq hücumlar edən,
“Şeytan ayələri” kimi həcv kitabının müəllifi Salman Ruşdiyə Qərbdə hərarətli
himayə göstərilir. Əlbəttə, ona İran ayatollaları kimi ölüm fitvası vermək də müasir
dünyagörüşə əks olan ekstremist baxışları gündəliyə gətirmək cəhdindən başqa bir
şey deyildir. İdeyaya qarşı mübarizə ictimayi qınaqdan uzağa qetməməlidir.
İdeyanı ölümlə, edamla məhv etmək mümkün deyildir.
Hər bir dünya dininin müqəddəs şəxsləri öz ideyaları və fəaliyyətləri ilə
toxunulmazlıq hüququ qazanmışlar, bunu pozmaq ümumbəşəri hiddət
doğurmalıdır. Təəssüf ki, Den Braunun “Da Vinçi kodu” əsərində İisusun
evlənməsi və Mariya Maqdalinadan qızı olmasını iddia etməsi Vatikanın hiddətinə
səbəb olsa da, Məhəmməd peyğəmbərə Danimarka jurnalında təhqiramiz
karikatura dərc edilməsi ali xristian kilsəsini narahat etmədi. Yalnız müsəlman
ölkələrində bu iyrənc hərəkətə qarşı etiraz nümayişləri baş verdi. Belə münasibətlər
heç də dünya əhalisinin az qala yarısı arasında qarşılıqlı hörmət və anlaşmaya nail
olmağa kömək edə bilməz.
İslam mədəniyyəti
İslam təkcə inam məsələsi deyildi, həm də orta əsrlərdə meydana gəlmiş
yeni və güclü mədəniyyət nümunəsi idi. Müsəlmanların müqəddəs kitabında da
elmə, ona xidmət edənlərə yüksək qiymət verilir. İslamı cəhalət yayan bir cərəyan
olduğunu iddia edənlər böyük və bağışlanmaz səhvə yol verirlər və əgər azacıq
araşdırmağı bacarsalar bu dinin yarandığı şəhərdə cahiliyyətə necə son
qoyduğunun şahidi olarlar.
Abbasi sülaləsinin dövründə ərəblərlə ərəb olmayan müsəlmanlar arasındakı
fərqlər götürüldü. Etnik mənşəyindən asılı olmayaraq bütün müsəlmanlar həm
mülki, həm də hərbi vəzifələr tuta bilərdi. Bu cəmiyyətdə böyük mobillik yaradırdı
və aşağı sinifdən olanlara da dövlətin idarə olunmasında iştirak etmək imkanı
verirdi. Çində orta əsrlərdə bu problem dövlət vəzifələrinə imtahan yolu ilə qəbul
olunmaq qaydası yarananda həll olundu, bu üsul kəndli gənclərin dövlətdə mühüm
vəzifələr tutmasına şərait yaratdı. İlk müsəlman dövlətində də adamlar arasında
fərqlərin götürülməsi traybalizmin qarşısını kəsmək rolunu oynamaqla, özünü
protektsionizm halları üçün mühüm maneə kimi göstərdi. Bu tədbir həm də islam
həyatının təsirini işğal edilmiş ərazilərin sivilizasiyası üçün açırdı.
Abbasilər 762-ci ildə paytaxt şəhəri olan Bağdadı saldılar. Bu şəhər Dəclə
çayının üstündə, əvvəlki paytaxt Dəməşqdən şərqə tərəf xeyli uzaqda yerləşirdi,
İran körfəzinə olan çay yolundan fayda götürürdü. Eyni zamanda Aralıq
dənizindən Mərkəzi Asiyaya gedən karvan yolunun üstündə idi. Şərqə tərəf hərəkət
yeni mədəni istiqaməti dəstəkləməklə, həm də Persiyanın təsirinin irəliləməsinə
şərait yaratdı. Abbasilərin hakimiyyəti altında hakimlər, tacirlər və idarəetmə
qulluqçuları döyüşçülərdən daha üstün hesab edilirdi, onlara ideal vətəndaşlar kimi
baxılırdı.
Abbasi sülaləsinin idarəçiliyi IX əsrdə özünün ən yüksək zirvəsinə çatdı. O
dövrün xəlifəsi Harun-ər Rəşid daha çox məşhur idi, onun idarəçiliyi çox hallarda
301
Abbasi xilafətinin “qızıl dövrü” kimi təsvir edilir. Onun oğlu əl-Mamun təhsilin
böyük himayəçisi idi. O, astronomik rəsədxana yaratmış və klassik yunan
əsərlərinin tərcümə edilməsinin bünövrəsini qoymuşdu. Bu dövr həmçinin dinamik
iqtisadi inkişaf illəri idi. Ərəblər Roma imperiyasının ən varlı əyalətlərini işğal
etmişdilər və bu vaxt Şərqə gedən ticarət yoluna nəzarət edirdilər.
Bağdad nəhəng ticarət imperiyasının mərkəzinə çevrilmişdi, bu imperiya
Avropanın, Asiyanın və Afrikanın içərilərinə doğru genişlənmiş, islam dünyasının
var-dövlətinin üzərinə böyük miqdarda əlavələr artırmışdı. Nəhəng var-dövlət həm
də tarixdə daim təsdiqini tapan bir prosesin – maliyyə pozğunluğunun,
korrupsiyanın artmasına səbəb olmuşdu.
Abbasi xəlifələri mühüm vəzifələri tədricən öz saray favoritlərinə hədiyyə
kimi verməklə öz hakimiyyətlərinin bünövrəsini dağıtmağa başladılar və tezliklə
özləri nominal rəhbərlərə çevrildilər. Bütün dövrlərdə meydana çıxan favoritizm
bir qayda olaraq ona rəvac verən üsul-idarənin məhvinə yol açır. Əyalət
hökmdarları xəlifənin nəzarətindən çıxıb, özlərinin müstəqil sülalələrini
yaradırdılar. Hətta əvvəllər, VIII əsrdə Əməvi sülaləsindən olan Əbd ər-Rəhman
İspaniyaya qaçdıqda, orada artıq öz ayrıca əmirliyini qurmuşdu. 756-cı ildə o,
İspaniyanın cənubunda nəzarəti ələ keçirmişdi və öz hakimiyyətini İspaniyanın
mərkəzinə doğru genişləndirmişdi. O, əmir və ya komandir titulunu götürmüş, Əl-
Əndəlus (ərəblər İspaniyanı belə adlandırırdılar) əmirliyi yaratmışdı.
III Əbd ər-Rəhman isə 929-cu ildə özünü xəlifə elan edərək, əmirliyi
Kordoba xilafətinə çevirmişdi. Ümumiyyətlə X əsr Kordoba xilafətinin hərtərəfli
çiçəklənməsi dövrü hesab olunur. Əl-Əndəlus hökmdarları vahid cəmiyyəti inkişaf
etdirirdilər, burada bütün dinlərə tolerantlıq göstərilirdi. Saray həmçinin yazıçıları
və rəssamları dəstəkləməklə parlaq və gur inkişaf edən mədəniyyət yaratmışdı.
İslam mədəniyyətinin inkişafında və yayılmasında islamın özünün meydana
gəlməməsindən əvvəl baş verən bəzi hadisələr də müəyyən müsbət rol oynadı.
Bizans imperatoru Yustinian taxt-taca çıxmasından iki il sonra, 529-cu ildə
Afinadakı fəlsəfə məktəbini bağlatdı. Həmin dövrdə məşhur olan Afina
Akademiyasından o, bütpərəst müəllimləri qovdu. Bu hərəkət bütpərəstlikdən daha
çox yunan fəlsəfəsi əleyhinə yönəlmişdi. Bunun nəticəsində Avropa uzun müddət
cəhalətpərəstliyə gömüldü. Bu vaxt yunan elminin vida işığı tədricən söndükdə,
onun son nümayəndələri Yaxın Şərqdə, onları qaçmağa məcbur edən xristian
fanatiklərindən daha çox dözümlülük göstərən və elmə daha yaxşı maraq bəsləyən
perslərin və ərəblərin ölkələrində sığınacaq axtardılar. Onların sonrakı ardıcılları
erudit iudeylərlə və nestorian xristianları ilə birlikdə fəlsəfi və elmi əsərləri yunan
dilindən ərəb dilinə tərcümə etdilər. Hindistandan gəlmiş alimlər Abbasi xilafətinin
dəstəyi ilə Bağdaddakı “Beyt ül-hikmə”nin – Müdriklik evinin vasitəsilə
sanskritdən tərcümələr etdilər.
Fəlsəfə orijinal və cəsarətli islam mütəfəkkirləri olan əl-Fərabi, Avitsenna,
İbn Ruşdun hesabına dirçəldi. Dünya şöhrətli alimlər – Məhəmməd əl-Xarəzmi, əl-
Razi, Ömər Xəyyam, Biruni və İbn Xaldun elmin inkişafına böyük töhfələr
verdilər. Onların əsərləri latın dilinə tərcümə olundu və Avropa təfəkkürünün
inkişafına böyük təsir göstərdi. Pers matematiki, astronomu, filosofu və şairi Ömər
Dostları ilə paylaş: |