304
Sonralar astrolyabiya avropalıların Amerika qitələrinə üzməsini mümkün edəcəkdi.
Müsəlman alimləri kimya elmində çox sayda yeni kəşflər etdilər və təbabəti
elmi tədqiqat, öyrənilmə sahəsi kimi inkişaf etdirdilər. Xüsusən məşhur olan təbib
İbn Sina idi, o, Qərbdə Avitsenna kimi tanınırdı. O, “Həkim elminin kanonu” adlı
tibbi ensiklopediya yazmışdı, digər cəhətlərlə yanaşı, müəyyən xəstəliklərin
sirayətləndirici təbiətini vurğulamış və onların çirkli su təchizatı vasitəsilə necə
yayıldığını göstərmişdi. Latın dilinə tərcümə olunduqdan sonra Avitsennanın əsəri
orta əsrlər Avropasının universitet tələbələri üçün əsas tibb dərsliyi oldu. Avitsenna
çox sayda müsəlman alimlərindən biri idi ki, onun əsəri latın dilinə tərcümə
edilmiş və Avropada XII və XIII əsrlərdə intellektual həyatın inkişafına xeyli
kömək göstərmişdi.
İslam dünyası da müəyyən problemlərlə üzləşməli oldu. X əsrin ortalarından
Abbasilər xilafətinin başçılıq etdiyi islam imperiyası parçalanmağa başladı.
Paytaxtı Qahirə şəhəri olan şiə xilafəti Bağdadın sünnü xilafətinə rəqib olmaqla
islam dünyasını yarı böldü. Şimali Afrikadakı Fatimilər sülaləsi inkişaf edərək
islamın dinamik mərkəzi kimi Abbasilər xilafətini üstələdi. Bu üstünlüyü əldə
etməkdə ticarət mühüm rol oynadı. Həm də onlar din məsələsində tolerant idilər və
qeyri-yerli xalqlardan olan muzdlu döyüşçülərdən güclü ordu düzəltmişdilər. Bu
xalqlardan biri səlcuq türkləri idi və onlar tezliklə Fatimidlərin özünə qorxu
törətməyə başladılar.
Səlcuq türkləri Mərkəzi Asiyadan olan nomad (köçəri) xalq idi, onlar islama
keçib Abbasi xilafəti üçün hərbi muzdlular kimi gücləndilər. Tədricən Persiyanın
və Ermənistanın içərilərinə hərəkət etdilər, onların sayı XI əsrdən başlayaraq artdı
və Abbasi imperiyasının şərq əyalətlərini tutmağa qadir oldular. 1055-ci ildə türk
lideri Bağdadı işğal etdi və Abbasi imperiyasının komandanlığını sultan titulu ilə
öz üzərinə götürdü. XI əsrin son dövrlərindən səlcuq türkləri Misirə və Bizans
imperiyasına təzyiqlərini artırdı. Bizans imperatoru çağırış qaydasında türklərə
ağılsızcasına müraciət etdikdə, axırıncılar 1071-ci ildə Manzikertdə Bizans
ordusunu darmadağın etdilər. Bu vaxt bizanslılar kömək üçün nəzərlərini qərbə
tikdilər, Papaya şikayətləndilər və bu, səlib yürüşlərinə gətirib çıxardı.
Xristianların digər xalqlara qarşı qəddarlıqları
Xristian Avropasında yəhudilər yeganə dini azlıq idi ki, onlara qeyri-xristian
dininə sitayiş etməyə icazə verilmişdi. Yəhudilər artan qaydada ticarətlə və
sənətkarlıqla məşğul olurdular. Cənubi Avropada onlar müsəlman və xristian
dünyaları arasındakı mədəni və intellektual əlaqələrdə mühüm funksiyanı həyata
keçirirdilər.
Səlib yürüşləri müsəlmanlara qarşı olsa da, xristianlar həmçinin öz
vətənlərində də düşmən axtarmağı unutmurdular. Birinci Səlib yürüşü vaxtı
yəhudiləri Fransada və Reynlandda təqib edirdilər. Həmin dövrün salnaməçisi
yazırdı ki, “ingilis səlibçiləri Müqəddəs Torpağa yollananda, Portuqaliyada,
Lissabonda kralın nökərləri olan bütpərəstləri və yəhudiləri qovdular, onların
mülkiyyətini və əmlakını qarət etdilər, evlərini yandırdılar, üzüm bağlarını qəsb
etdilər, onlara bir salxım da üzüm saxlamadılar”. Yəhudiləri himayə edənlər
305
təhlükədə olurdular. XIII əsrdə dinsizlərlə mübarizə atmosferində yəhudilər daha
çox təqib edilirdilər. Rahiblər israr edirdilər ki, bu “Xristin qatillərinə” qarşı
hərəkətə keçmək lazımdır. Ənənəvi xristian nöqteyi-nəzərinə görə yəhudilər
İisusun öldürülməsinə görə cavabdeh idilər, ona görə də yəhudi kitablarını ictimai
qaydada yandırırdılar. Dördüncü Lateran Şurası 1215-ci ildə yəhudi gettolarının
inkişafını və ya divarla çəpərlənməni bəyəndi, bunun nəticəsində onlar
xristianlardan izolyasiya edilirdi. Bu təqiblər nifrət olunan yəhudilərə qarşı ikinci
yeni ənənəvi antisemitizmi qızışdırırdı. Yəhudilərin qovulması prosesi Mərkəzi
Avropaya da yayıldı və Şimali Avropa yəhudilərinin çoxu axırıncı sığınacaq kimi
Polşaya köçməyə məcbur edildi. Polşada məskunlaşan yəhudilərin sonrakı
nəsillərinin taleyi daha acınacaqlı oldu və onlar Hitler faşizminin həyata keçirdiyi
Holokostun 6 milyonluq qurbanlarının demək olar ki, yarısını təşkil etdi.
Xristian kilsəsi əslində bütün xalqlara ağalıq etmək üçün xristian dünyası
yaratmağa səy göstərirdi. Bu məqsəd təkcə ideya şəklində mövcud olmayıb,
konkret tədbirlər vasitəsilə özünün həyata keçirilməsi ümidini yaradırdı. 1433-cü
ildə Papa VI Aleksandr (o və onun övladları iyrənc əməllərinə - qətllərə,
zinakarlığa görə biabırçı şöhrət qazanmışdılar) bulla dərc etdi, bu sənədə görə iki
xristian dövlətinin – İspaniya və Portuqaliyanın bütün Atlantik okeandan keçən bir
xəttlə ağalıq sferaları ayrılırdı. Bu xəttdən qərbə tərəf olan bütün ərazilərin
İspaniyaya, şərqə tərəf olanların isə Portuqaliyaya məxsus olduğu təsdiq edilirdi.
Sonralar qərbdə Portuqaliyaya ancaq Braziliya çatdı, həmin ölkə də Xristofor
Kolumbun dünyanın naməlum sahələrini kəşf etmək işini davam etdirən
səyahətçilər tərəfindən tapılmışdı. Protestant İngiltərə XVI əsrdə dünya dəniz
dövlətinə çevrilməklə katolik kilsəsinin bu planlarını alt-üst etdi.
Xristianlar təkcə islama qarşı səlib yürüşü etməklə kifayət-lənməyib, Yeni
Dünyada da – Cənubi Amerikada qan tökmə, qırğınlar təşkiletmə və quldurluq
əməliyyatlarına əl atmaqla buradakı sivilizasiyaları məhv etmişdilər. 1519-cu ildə
Ernan Korbesin başçılıq etdiyi kiçik konkistadorlar qrupu Meksikanın atsteklər
yaşayan mərkəzini işğal etdikdə böyük cinayətlərə imza atdı. Paytaxt Tenoçtitlan
şəhərində hökmdar II Montesuma ispan işğalçıları tərəfindən əsir götürüldü, sonra
isə öz təbəələri tərəfindən öldürüldü. Atstek monarxı Kortesi ağ allah Ketsalkoatın
nümayəndəsi hesab etmişdi, köhnə rəvayətlərə görə həmin allah bir dəfə qayıdacaq
və yenidən çar taxt-tacını tutacaqdır. Ona görə də Montesuma əcnəbilərə qızıl
hədiyyələr təklif etdi və şəhərdə yaşamaq üçün onlara saray verdi, lakin ispanlar
çarı əsir götürüb, şəhəri qarət etdilər.
Bir qədər sonra şəhər sakinləri ispanları qovdular, lakin atsteklərin düşməni
olan tayfalardan kömək alıb yenidən şəhərə daxil olanda öldürülən hinduların
cəsədlərini və başlarını tapdalayıb keçirdilər. Bu hadisə ispanlara səlib yürüşü vaxtı
Yerusəlimin dağıdılmasını xatırlada bilərdi. Lakin, burada, Meksikada ölənlərin
sayı daha çox idi. Quru torpaq üzərində cəsədlərdən təpə düzəlmişdi. Rus rəssamı
V.V.Vereşşaginin müharibələrin dəhşətli nəticəsinə həsr etdiyi və quzğunların
ətrafında dövrə vurduğu kəllələrdən ibarət piramidanı təsvir edən “Müharibənin
apofeozu” əsəri bütünlüklə Tenoçtitlan dəhşətinin mənzərəsini əks etdirə bilərdi.
Cəsədlərdən şəhəri bürüyən üfunətdən hətta Kortesin özü də xəstələnmişdi.
Dostları ilə paylaş: |