müəyyənləşdirilir və nəhayət seçmə əlaməti (artma və ya azalma) verilir. Qeyd edək ki, bu seçmə ardıcıl bir necə
sütuna görə də aparıla bilər. Lakin şərtlərin hər biri əvvəlkini inkar etməməlidir.
Əslində Word mətn redaktorunda sənədə əlavə olunan cədvəllər hesablanan cədvəllər olmurlar. Lakin bəzən
cədvəllərdə bəzi sadə hesabatların aparılması tələbatı yaranır. Bu məqsədlə menyunun «Формула» əmrindən istifadə
edilir. Əvvəlcə nəticə yerləşdiriləcək xana müəyyənləşdirilir. Bu adətən ya sonuncu sətrin, ya da sonuncu sütunun
xanası olur. Sonra əmr verilir. Açılan pəncərədə istifadə ediləcək funksiya «Вставить функцию» sahəsində verilən
variantlar içərisindən seçilir. Nəticənin adətən ədəd olduğunu nəzərə alaraq «Формат числа» sahəsindən ədədin
formatı müəyyənləşdirilir. Bundan sonra «Формула» sahəsində “=” işarəsindən sonra yazılmış funksiyanın
arqumenti
göstərilir. Əməliyyatları əksəriyyəti cədvəl diapazonları üçün aparıldığından burada adətən xanalar diapazonu
göstərilir. Məsələn, C1:C6 və ya B1: D1. qeyd edək ki, diapazonların göstərilməsində sütunların fikrən latın hərfləri
ilə əlifba sırası ilə nömrələndiyi, sətirlərin isə rəqəmlərlə ardıcıl olaraq nömrələndiyi nəzərdə tutulmalıdır.
İstifadə edilən funksiyalara gəldikdə, burada makimumun, minimumun tapılması, diapazonda elementlərin
sayı, ədədin yuvarlaqlaşdırılması, cəmin hasilin hesablanması, mütləq
qiymətin və tam hissənin, qalıq hissənin
verilməsi və s. funksiyalar vardır.
Cədvəldə cədvəl torunun ekranda görünüb-görünməməsinin «Таблица» menyusunun «Отображать сетку»
əmri ilə yerinə yetirmək olar. Lakin qeyd edək ki, bu məqsədə nail olmaq üçün, daha döğrusu cədvəl torunun ekranda
görünməməsi üçün
onun xətlərinin, yəni çərçivə xətlərinin əvvəlcədən seçilərək rəngsizləşdirilməsini həyata keçirmək
lazımdır. Bu halda cədvəl xətləri böz rəngdə olacaq. Belə halda cədvəl torunun ekranda görünməməsini təmin etmək
olar. Bütün bu qeyd olunanların həyata keçirilməsi üçün menyunun «Свойства таблицы» əmri verilərkən açılan
pəncərədəki «Границы и заливки» əmrindən istifadə etmək lazımdır.
Qeyd edək ki, «Свойства таблицы» əmrini verərkən açılan pəncərənin aşağısında olan «Параметры» əmri vasitəsilə
cədvəl daxilində xanalarda işlək sahələrin, verilənlər sahələrinin cədvəl xanalarının kənarlarına görə yerləşməsini də
müəyyənləşdirmək mümkündür.
Dostları ilə paylaş: