The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə33/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   29   30   31   32   33   34   35   36   ...   102

80 
 
M.M. İsmayılova 
 
edib və  mənim o hünərim yoxdur ki, onu öldürəm. Gərək bu pulu qəbul edib, 
gedib Aslanı öldürəsən, Mirzə  oğlu pulu qəbul etməyib təvəqqesin qəbul edib. Yenə 
gedib Aslanı öldürmüşdür. Çox belə işlər etdi, girə düşmədi. Sonra həmin Mirzə oğlu 
Həsəni öz evində övrətilə yatdığı yerdə bir nəfər on yaşında uşaq  öldürdü. Və o uşaq 
ələ düşmədi, qaçıb getdi o taya, İran tərəfinə. Belə ki, məsəl deyiblər: 
Hər nə doğrarsan  çomağına, o çıxacaq qaşığına” (5, 307). 
Salnamə müəllifləri  əxlaqi- mənəvi dəyərlərin biliciləri, etnik düşüncənin 
qoruyucuları kimi çıxış edirlər. 
Öyüd- hikmət yüklü atalar sözü və  məsəllər tarixən Qarabağ folklor landşaftı 
üçün səciyyəvidir. Görkəmli folklorşünas İ. Abbaslı bu haqda yazır: “... Burada bir janr 
kimi atalar sözü və məsəllərin quruluş və funksiyalarında kənara çıxan, daha çox öyüd, 
nəsihət, hikmətli söz, frazeoloji və idiomatik birləşmə xarakteri daşıyan vahidlər də 
özünə yer tapmışdır” (6, 28). 
Salnamələrdə atalar sözləri və məsəlləri, aforizmlər ornomental finksiya daşıyır, 
“uzun mətləblərə körpü salmaq üçündür”(7, 118). 
Salnamə mətnlərində atalar sözləri, məsəllər, aforistik deyimlər etiket janrlarıdır, 
“toplumun inanc enerjisi ilə yüklənmiş fraqmentlərdir- sitatlardır, etnik davranış 
streotipləri və etnik- fəlsəfi normalardır, nüfuzlu sözlərdir” (3, 56). 
Mətnlərdən göründüyü kimi, müəlliflər və personajlar nüfuzlu sözlərə inanırlar. 
Atalar sözü salnamə  mətnində  həm də proqnostik funksiyanı yerinə yetirir. 
Məsələn:  İran ordusu Şuşanı  işğal edərkən Vaqifi zindana salır və orda onu təhqir 
edirlər, ona mənəvi, fiziki əzab- əziyyət verirlər. Bu zaman Vaqif deyir: “Mən ki, indi 
dustağam, şah dustağıyam, sən nakəssən ki, mənə təərüz və əziyyət edə biləsən. Məhz 
bu günə  ətvari- naqabil sənin nakəs və nanəcinliyinə  dəlildir. Həqq- təala kərim və 
rəhimdir. Məsəldir ki, mıxı mismar eyləyən vardır. Qəzara iş söylər oldu ki, o gücə şahı 
öldürdülər”. Doğrudan da, Vaqifin aforistik deyimi performativ gücə malik olur. Az 
keçmir, Qacarın ölüm xəbəri şəhərə yayılır. 
“Qızılbaşlar bunlara bir cür hücum etdilər ki. Göyə qalxan tozun çoxluğundan 
işıq dünya qaranlıq oldu”( 2 , 68). 
Mübaliğə folklorun xarakterik xüsusiyyətidir (qəhrəmanların xarici görünüşünü, 
onların gücü, qəhrəmanlığı, ziyafət məclisinin və s. təsvirində) (КЛЭ, 1056). 
Qarabağnamələrdə obrazların, hadisələrin mübaliğəli təsvirinə rast gəlirik. Xüsusən 
Pənah xanın qüdrəti mübaliğəli  şəkildə  təqdim edilir, İbrahim xanın zənginliyi, fiziki 
gücü  şişirdilir: “Xüsusi qoyun sürüləri, malı, camışı o qədər çox idi ki, saymaqla 
qurtarmazdı” (8, 145). 
“Zatının (Fətəli xan Əfşar- M.İ.) xəmrəsi ona (pənah xana) qarşı bəslədiyi gizli 
ədavətin suyu ilə yoğrulmuşdu. O, mərhum xana qarşı  hərb etmək məqsədi ilə yeddi 
dəfə fitnə  və  fəsadı gözlərə qaldırdı. Lakin hər dəfəsində, məqsədinə çatmadan, külli 
tələfatla geri qayıtdı. Axırıncı dəfə ulduzlar qədər saysız qoşunla gəlib Ballıca çayı ilə 
Xacə Əlili çayı arasında olan geniş bir səhrada düşdü...” (2, 44). 
İbrahim xan atasına yazdığı məktubla qaçmaq üçün atının göndərilməsini xahiş 
edir: “Belə  məlum olur ki,Fətəli xan məni də özü ilə  bərabər aparmaq fikrindədir. 
Mənim Qaladakı kürən atımı təcili surətdə mənə göndərin. Bəlkə yeriyən və səba yeli 
tək mənzil kəsən o atın köməyi ilə qaça bilim” (2,  46). 
Salnamələrdə mübaliğə döyüş təsvirləri üçün səciyyəvidir. Əsgərlərin sayı qeyri- 
adi səviyyədə mübaliğə edilir. 
“Mərhum İbrahim xan padşah adlanmasa da, onun cah- calalı müasiri olan İran 
padşahlarından daha çox idi” (2, 49). 
“Şəhərin ətrafında fələklər qədər əzəmətli olan çadırlarını qurdular” (2, 47). 


81 
 
M.M. İsmayılova 
 
“Ağa Məhəmməd  şah, sərdarın qayıtması  xəbərini eşitdikcə, yenə Qarabağ 
vilayətini almaq fikrinə düşdü. Bahar çağı yağış qətrələri və ağac yarpaqlarının sayından 
artıq qoşunla Azərbaycan tərəfinə bayraq qaldırdı” (2, 57). 
 
Ədəbiyyat 
1.
 
Rzasoy S. “Oğuz mifi və Oğuznamə” eposu. Bakı: “Nurlan”, 2007 
2.
 
Mirzə Adıgözəl bəy. Qarabağnamə // Qarabağnamələr. Birinci kitab. Bakı: 
Yazıçı, 1980. 192 s 
3.
 
Kamal R. “Kitabi- Dədə Qorqud”un kommunikativ məkanı: miforitual aspekt. 
Bakı: “Elm və təhsil”, 2013, 204 s. 
4.
 
Haqverdiyev Ə. Xortdanın cəhənnəm məktubları. Bakı: “Gənclik”, 1981 
5.
 
Baharlı . Əhvalati- Qarabağı / Qarabağnamələr. II kitab. s. 270- 310 
6.
 
Abbaslı  İ. Azərbaycan folklor antologiyası. V kitab (Qarabağ folkloru). Bakı: 
“Səda”, 2000 
7.
 
Hacıyev T. Dədə Qorqud: dilimiz, düşüncəmiz. Bakı: Yani nəşrlər evi, Elm, 
1999, 216 s. 
8.
 
Mirzə Camal Cavanşir Qarabaği. Qarabağ tarixi // Qarabağnamələr. I kitab. 
 
FOLKLOR MOTIFS IN “QARABAGNAME” 
 
M.M. Ismayilova 
SUMMARY 
 
Garabagh narrative literature was widespread in Garabagh Khanlands dedicated 
to its history. The texts described in the folklore are given in the forms of proverbs
sayings, narration. And all these were developed in Garabagh folklore. 
 
ФОЛЬКЛОРНЫЕ МОТИВЫ В «КАРАБАХНАМЭ»  
 
M.M.Исмайылова 
РЕЗЮМЕ 
 
«Карабахнамэ»  хроника,  посвященная  истории  Карабахскогого  ханства.  В 
этих  текстах  помимо  хроникального  стиля,  фольклорное  слово  занимает 
доминантное место. Пословицы и предания, гиперболы определяют  фольклорное 
повествование хроник. 
 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə