ÜÇÜn təDRİs olunan «Fəlsəfə» FƏNNİNİN İŞÇİ TƏDRİs proqrami



Yüklə 96,12 Kb.
səhifə11/18
tarix16.08.2023
ölçüsü96,12 Kb.
#120610
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   18
C fakepath2023 SILABUS FELSEFE hm dov Y. son

M ö v z u 11. Cəmiyyət
Cəmiyyət, birlik və sosial anlayışları. «Birlik» və «cəmiyyət» terminlərinin fərqi. Birlik insanların mənşəcə bir kökdən olması zəminində yaranan varlığıdır. Cəmiyyət insanların məqsədyönlü və mütəşəkkil xarakterli birgə fəaliyyətidir. Sosial anlayışın geniş və məhdud mənası. Cəmiyyət, xalq, millət və dövlət anlayışlarının münasibəti. Cəmiyyətə fəlsəfi və ümumsosioloji yanaşmanın fərqi. Adamları cəmiyyət halında birləşdirən əlaqə və qanunauyğunluğa yanaşma üsulları: naturalist, idealist, materialist.
İctimai istehsal anlayışı. Maddi və mənəvi istehsal, onların əlaqəsi və qarşılıqlı təsiri. İstehsal üsulu cəmiyyətin konkret tarixi müəyyənliyinin əsasıdır. Məhsuldar qüvvələr və istehsal münasibətlərinin dialektikası. Məhsuldar qüvvələr və istehsal münasibətləri arasında ziddiyyətlər ictimai inkişafın mənbəyi və hərəkətverici qüvvəsidir, ictimai inqilabın iqtisadi əsasıdır. Cəmiyyət və ictimai münasibətlər. Maddi və ideoloji münasibətlər.
Bazis və üstqurum. Üstqurumun bazisə fəal təsiri. Bazisin müəyyənedici rolu, üstqurumun nisbi müstəqilliyi.
Cəmiyyətin iqtisadi həyatının əsas təzahürləri. Fəlsəfi iqtisadi təfəkkür tərzi. İqtisadiyyat və iqtisadi münasibətlərin əsasında dayanan insan tələbatı. İnsanın təsərrüfat həyatı və siyasi iqtisad. İqtisadiyyat və siyasətin əlaqəsi. İqtisadi fəlsəfə sosial fəlsəfənin tərkib hissəsidir. A.Smit siyasi iqtisadiın banisidir. K.Marksın iqtisadi təlimi. İstehsal və istehlak, insanlar arasındakı mübadilə münasibətləri.
İqtisadi münasibətlər və iqtisadi maraqlar. Texnika anlayışı. Texnikanın məqsədi və funksiyaları. İnsan fəlsəfəsi və texnikanın fəlsəfəsi. Cəmiyyətin iqtisadi və hüquqi problemləri. Cəmiyyətin iqtisadi həyatının obyektiv və subyektiv tərəflərinin qarşılıqlı fəaliyyəti. Cəmiyyət tarixində idarəçilik mexanizmi. İdarəetmənin tətbiqi: təsərrüfat, ictimai-siyasi və sosial-psixoloji. İqtisadi informasiyaların vertikal və üfiqi hərəkəti. Cəmiyyətin iqtisadi həyatının subyektiv tərəfi. İqtisadi şüur. İqtisadiyyatın idarə olunmasında dövlət siyasəti.
Xalq və kütlə. Kütlə psixologiyası, onun kortəbiiliyi. Xalq və görkəmli şəxsiyyətlər. Millətin mahiyyəti və səciyyəvi əlamətləri. Azərbaycanın mili müstəqilliyi və xalqın tarixi müqəddəratında onun rolu. Milli keçmişimizə və milli ənənələrə hörmət inkişafın əsas şərtidir. Azərbaycan xalqının mili mənlik şüuru və onun inkişafı. Milli mənlik və millətçilik. Müasir dünyada gedən mili proseslər.
Cəmiyyətin sosial strukturu. Sinif, sosial qrup və sosial təbəqə anlayışları. Siniflərin yaranması haqqında müxtəlif baxışlar.
Müasir dövrdə sosial struktda olan dəyişikliklər: sosial təbəqələşmənin dərinləşməsi, fermerlər, kooperatorlar, biznesmenlər, sahibkarlar və başqa qrupların yaranması. Ziyalılar və qulluqçuların sosial həyatında yeniliklər. Sosial strukturda sosial-ərazi birliklərinin rolu. Müasir urbanizasiya prosesləri, cəmiyyətin sosial-ərazi strukturunda dəyişikliklər.
Cəmiyyətin sosial strukturunda ailənin yeri. Ailə cəmiyyətin və sosial strukturun təkrar istehsalının mənbəyidir. Ailənin tarixi inkişafı. Müasir cəmiyyətdə ailənin funksiyaları. Ailə, nigah və sevgi münasibətləri.
Siyasi rejim anlayışı. Totalitar, avtoritar, liberal və demokraptik siyasi rejimlər. Demokratik cəmiyyətin siyasi quruluşu. Müasir Azərbaycan cəmiyyətində demokratikləşmənin inkişafı.
Hüquq anlayışı. Hüquq və sosial ədalət prinsipi. Vətəndaşların hüquqları, vəzifələri və məsuliyyəti. Hüquqi dövlət, demokratizm, qanunun aliliyi və şəxsiyyət azadlığı dövlətin əsasıdır. Müasir Azərbaycan və hüquqi dövlət quruculuğu.
Siyasi hakimiyyət anlayışı. Hakimiyyətin bölünməsi ideyası. Qanunverici, icra və məhkəmə hakimiyyəti, partiyalar, ictimai-siyasi hərəkatlar və təşkilatlar, onların demokratikləşmə prosesində iştirakı.
Siyasi aksiologiya. Siyasi fəaliyyətdə mənəvi əxlaqi və ümumbəşəri normalara riayət etməyin zəruriliyi. Müasir Azərbaycan cəmiyyətində siyasi sistemin təkmilləşməsinin əsas istiqamətləri.
İctimai-iqtisadi formasiya anlayışı. İctimai-iqtisadi formasiyalar haqqında müxtəlif baxışlar. İctimai-iqtisadi formasiyayanın strukturu. İctimai-iqtisadi formasiyaların tipləri: ibtidai icma, quldarlıq, feodalizm, kapitalizm və kommunizm ictimai-iqtisadi formasiyaları.
Dünya tarixi prosesinin vəhdəti və rəngarəngliyi. Müasir dövrdə ictimai tərəqqidə ümumbəşəri inteqrativ keyfiyyətlərin artması meyli. Elmi-texniki, ictimai və mənəvi tərəqqi arasında qarşılıqlı əlaqə.



Yüklə 96,12 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə