Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə181/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   177   178   179   180   181   182   183   184   ...   192

 

37



içmək,  sevmək  mümkün  deyil,  iĢləmək  isə  –  mümkündü.    Məhz  bu  səbəbdən  də  insan  həm 

özünü, həm də baĢqalarını bədbəxt eləyir. 

   S u a l: Yəqin siz özünüzü ġervud Andersona borclu hiss edirsiniz. Bəs bir yazıçı kimi 

onun haqqında nə fikirdəsiniz? 

   F o  l k  n  e r:  O  mənim  nəslimdən olan  yazıçıların atasıdı  və  bizdən sonrakı  nəsillərin 

davam  etdirəcəyi  Amerika  ədəbiyyatı  ənənələrinin  banisidi.  O  öz  qiymətini  almamıĢ  yazıçıdı. 

Drayzer onun böyük qardaĢı, Mark Tven isə – hər ikisinin atasıdı. 

   S u a l: O dövrün Avropa yazıçıları barədə nə fikirdəsiniz? 

   F o l k n e r: Mənim dövrümdə iki böyük insan var idi: Tomas Mann və Coys. Coysun 

«Uliss»inə savadsız baptist vaizin Əhdi-Ətiqə yanaĢdığı kimi – inancla yanaĢmaq lazımdır. 

   S u a l:  Necə olub ki,  siz Bibliyanı bu qədər yaxĢı öyrənmisiniz? 

   F  o  l  k  n  e  r:    Mənim  ulu  babam  Marri  yumĢaq  və  xeyirxah  adam  idi  –  ən  azı,  bizə, 

uĢaqlara  qarĢı.  ġotlandiya  əsilli  olsa  da,  o  qədər  də  mömin,  sərt  adam  deyildi,  amma  çox 

möhkəm prinsipləri  vardı. Onlardan  biri  bundan    ibarət  idi ki,  hər gün səhər tezdən  hamı  süfrə 

baĢına  yığıĢanda,  böyüklər  də  daxil  olmaqla,  ailənin  hər  üzvü  Bibliyadan  bir  neçə  sətir  əzbər 

deməliydi  və  bunu  deyə  bilməyənlər  səhər  yeməyindən  məhrum  edilirdi;  yalnız  otaqdan  çıxıb 

hansısa  sitatı  əzbərləməyə  icazə  verilirdi.  Adətən,  bu  cəzaya  məruz  qalan  otaqdan  babamın 

sağlığında  evin  böyüyü  rolunu  oynayan  qarımıĢ  qız  xalamla  bir  yerdə  çıxırdı,  o  isə  sənin 

beyninin içini elə oyurdu ki, sabahı gün hər Ģey öz qaydasında olurdu. 

   Amma sətirləri son dərəcə dəqiq deməliydin. Nə qədər ki, balacaydın, eyni bir sitatı  – 

əgər o səndə yaxĢı alınırdısa – təkrar əzbər deyə bilərdin. Hər səhərimiz belə keçirdi və tədricən 

yaĢın artır, böyüyürdün; nəhayət, bir səhər ( bu vaxtacan sən artıq dil-dil ötür, demək olar ki, nə 

dediyini belə dinləmədən qabağa qaçmağa çalıĢırdın, çünki Ģüurunda artıq beĢ, ya on dəqiqə  idi 

ki, mətni oxuyub qurtarmıĢdın, artıq vetçina, bifĢteks, cücə qızartması, Ģirin kartof və iki-üç növ 

qızardılmıĢ  çörək  yeyirdin)  o  baxıĢları  öz  üzərində  hiss  edirdin:  gömgöy,  yumyumĢaq  və  çox 

mehriban... Bu anda hətta ciddi olmasa da, qətiyyətli  bir cüt göz  sənə  tuĢlanırdı  və  sabahı gün 

sən yeni sətirlər əzbərləmiĢ olurdun.   

   S u a l: Bəzi adamlar deyirlər ki, sizin yazdıqlarınızı hətta iki, üç dəfə oxuyandan sonra 

da baĢa düĢmürlər. Bu adamlara nə məsləhət görərdiniz? 

   F o l k n e r: Dördüncü dəfə oxumağı. 

   S u a l: Müasir yazıçıları oxuyursunuzmu? 

   F o l k n e r: Yox. Təkrar oxuduğum kitabları hələ gəncliyimdə tanımıĢ  və sevmiĢəm, 

adam  köhnə  dost  yanına  qayıtdığı  kimi  mən  də  indi  onlara  təkrar  qayıdıram.  Bu,  Əhdi-Ətiq, 

Dikkens,  Konrad,  Servantesin  «Don  Kixot»udu.  Onları  hər  il  təkrar  oxuyuram  –  bəzi  adamlar 

Bibliyanı,  Floberi,  Balzakı  təkrar  oxuduğu  kimi.  Balzak  öz  böyük  dünyasını  yaradıb  və  onun 



 

37



iyirmi  kitabının  hamısını  canlı  qan  dövranı  bir-birinə  birləĢdirir.  Sonra  Dostoyevski,  Tolstoy, 

ġekspir. Hərdən Melvili, Ģairlərdən isə Marlo, Kempion, Conson, Gerrik, Donna, Kits və ġellini 

təkrar oxuyuram. Hələ  də  Hausmanı  mütaliə  edirəm. Bu kitabları o qədər tez-tez oxuyuram ki, 

indi onları birinci səhifədən  axıra qədər oxumağıma ehtiyac yoxdu,  adətən, hansısa  qəhrəmanla 

bağlı  bir  səhnəyə,  yaxud  parçaya  müraciət  edirəm:  bu,  küçədə  tanıĢınla  rastlaĢanda  bir  neçə 

dəqiqəliyinə ayaq saxlayıb, onunla  söhbət eləməyinə bənzəyir. 

   S u a l: Bəs Freydi? 

   F o l k n e r:  Mən Nyu Orleanda yaĢayanda hamı Freyddən danıĢırdı, ancaq özüm onu 

heç vaxt oxumamıĢam. Ancaq axı ġekspir də Freydi oxumayıb. Heç Melvill də, Mob Dik isə – 

ondan da betər. 

   S u a l: Nə vaxtsa detektiv oxuyubsunuzmu? 

   F o l k n e r: Simenonu oxumuĢam, çünki o mənə Çexovu xatırladır. 

   S u a l: Sizin sevimli ədəbi qəhrəmanlarınız kimlərdi? 

   F  o  l  k  n  e  r:  Bir  xarakter  kimi  Sara  Qemp  xoĢuma  gəlir:  əyyaĢ,  opportunist,  qəddar, 

zalım  bir  qadındı,    xarakterində  yaxĢı  Ģeylər  çox  azdı,  ancaq  ən  azı,  əsl  xarakterdi;  missis 

Harris


36

,  Folstaf,  ġahzadə  Hel,  Don  Kixot  və  əlbəttə,  Sanço.  Ledi  Makbet  obrazına  həmiĢə 

heyran  olmuĢam.  BaĢqa  kimləri  deyim?  Osnova

37

,  Ofeliya,  Merkutsio.  Merkutsio  və  xanım 



Qemp  yaĢamağı  bacarırlar:  naz-nemət  axtarmırlar  və  heç  nədən  sızıldayıb  eləmirlər.  Əlbəttə, 

Hek  Finn  və  Cim.  Tom  Soyerdən  heç  vaxt  xoĢum  gəlməyib  –  məncə,  o,  dəhĢətli  dərəcədə 

nümunəvidi.  Sonra  Corc  Harrisin  keçən  əsrin  40,  ya  50-ci  illərində  Tennesi  dağlarında  yazdığı 

kitabların birindəki Sat Lavinquddan

38

 xoĢum gəlir. Onun özü ilə bağlı heç bir illüziyası yoxdu, 



bacardığını edir, hərdən  qorxaqlıq elədiyi də olur, ancaq bunu özü də bilir və bundan utanmır, 

heç vaxt taleyini lənətləmir, öz bədbəxtliklərinə görə baĢqalarını, ya da Allahı günahlandırmır. 

   S u a l: Roman janrının gələcəyini necə Ģərh edərdininz? 

   F  o  l  k  n  e  r:  Mənə  elə  gəlir  ki,  insanlar  roman  oxumağı  yadırğamadıqca  onu 

yazacaqlar,  ya  da  əksinə...  Əlbəttə  ki,  əgər  illüstrasiyalı  jurnallar,  komikslər  insanın  mütaliə 

qabiliyyətini  öldürməsə.  Ancaq  belə  görünür  ki,  bizim  ədəbiyyat  geriyə,  neandertal  dövrünün 

mağaralarındakı ibtidai yazılara doğru yuvarlanır. 

   S u a l: Sizcə, tənqidin təyinatı nədən ibarətdir? 

   F  o  l  k  n  e  r:  Sənətkarın  tənqidçilərə  qulaq  asmağa  vaxtı  yoxdu.  Tənqid  hələ  yazıçı 

olmağa  hazırlaĢanlar üçün    maraqlıdı, amma artıq  yazan adamın tənqid oxumağa  vaxtı  yoxdu. 

                                                

36

 



 Sara Gemp, missis Harris –  Çarlz Dikkensin “Martin Çezlvit: həyatı və sərgüzəĢtləri” romanın 

personajları   

37

 

 Osnova – U. ġekspirin”Yay gecəsinin yuxusu” əsərində toxucu qadın 



38

 

 Sat Lavinqud –  Amerikalı müəllif Corc VaĢinqton Harrisin (1814 – 1869) eyniadlı yumoristik hekayələr 



toplusunun qəhrəmanı 


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə