Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə177/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   173   174   175   176   177   178   179   180   ...   192

 

36



Sual: Burbon viskisimi? 

Folkner: Yox, mən vasvası adam deyiləm. Heç nə olmayan yerdə Ģotland viskisi ilə də 

keçinə bilirəm. 

Sual: Ġqtisadi azadlığı xatırlatdınız. Sizcə, yazıçının buna ehtiyacı varmı?  

Folkner: Yox, yazıçıya iqtisadi  azadlıq lazım deyil. Ona yalnız qələm və kağız lazımdı. 

Mən eĢitməmiĢəm ki, hansısa yazıçı müəyyən məbləğ alandan sonra nəsə dəyərli bir Ģey yazmıĢ 

olsun.  Əsl  yazıçı  hansısa  pul  fonduna  ümid  eləmir.  Onun  bütün  fikri-zikri  öz  yaradıcılığı  ilə 

məĢğuldur. Əgər o, əsl yazıçı deyilsə, vaxtın və iqtisadi azadlığın yoxluğunu bəhanə etməklə özü 

özünü  aldadır.  Oğrular, 

butlegerlər,

  oğurluq  mal  satanlar  əsl    sənət  əsəri  yaratmağa  qadirdilər. 

Adətən,  insan  hansı  çətinliklərə  və  məhrumiyyətlərə  dözə  biləcəyini    sınamaqdan  çəkinir.  Öz 

dözümlülüyünü yoxlamaqdan qorxur. Əsl yazıçını  isə heç nəylə qorxuda bilməzsən. Ona hökm 

edə  biləcək  yeganə  bir  Ģey  varsa,  o  da  ölümdü.  Əsl  yazıçı  uğur  və  yaxud  zənginlik  barədə 

düĢünmür. Uğur qadın kimi bir Ģeydir:  əgər onun önündə sıyılsan, o sənə nifrət edəcək. Ancaq 

ona  hiss  etdirsən  ki,  səni,  ümumiyyətlə,  maraqlandırmır,  bəlkə  də    özü  sənin  diqqətini  cəlb 

etməyə çalıĢar. 

Sual: Kinoda iĢləmək sizin yaradıcılığınıza xələl gətirə bilərmi? 

Folkner: YaxĢı yazıçıya heç bir Ģey xələl gətirə bilməz. Pis yazıçıya isə çətin ki, nəsə 

kömək edə  bilsin. Onun üçün, ümumiyyətlə, belə  bir problem mövcud deyil, çünki o öz ruhunu 

hansısa üzgüçülük hovuzuna satıb.  

Sual: Sizcə, kinoda iĢləyərkən yazıçı kompromisə getməyə məcburdumu? 

Folkner: ġübhəsiz. Kino öz təbiəti etibarı ilə əməkdaĢlıq tələb edir, hər cür əməkdaĢlıq 

isə  müəyyən  mənada,  kompromis  deməkdir:  nəsə  qazanırsan,  amma  həm  də  nədənsə  imtina 

etməli olursan.  

Sual: Hansı aktyorlarla iĢləmək sizin üçün daha xoĢdur? 

Folkner:  Ən  rahat  iĢlədiyim  aktyor  Hemfri  Boqartdır

30

.  Biz  onunla  “Malik  olmaq  ya 



olmamaq” filmində, bir də  “Uzun yuxu”da bir yerdə iĢləmiĢik.  

Sual: Daha bir filmdə iĢləmək istərdinizmi? 

Folkner:  Bəli,  Corc    Oruellin    “1984”  adlı  romanı  əsasında  ssenari  yazmaq  istərdim. 

Mənim ideyama görə, bu film elə bitməlidir ki, o, təkrar etməkdən usanmadığım bir tezisi sübut 

etsin: insan azadlığa olan əzəli sevgisi sayəsində ölümsüzdü.  

Sual:  Siz kinoda ən yaxĢı nəticələrə hansı yolla nail olmusunuz? 

Folkner:  Mənə  elə  gəlir  ki,  aktyorlar  və  müəllif  ssenarini  bir  kənara  atıb,  səhnəni  dərhal 

kamera  önündə  oynamağa  baĢlayanda  bu,  daha  yaxĢı  alınırdı.  Əgər  mən  kino  iĢinə  ciddi 

yanaĢmasaydım, daha doğrusu, kinoya və özümə olan adi hörmətim sayəsində ona ciddi yanaĢa 

                                                

30

 

 Boqart Hemfri (1889 – 1957) – Amerika kinoaktyoru və rejissoru 




 

37



biləcəyimi  hiss  etməsəydim,  ümumiyyətlə,  bu  iĢə  giriĢməzdim.    Ancaq  indi  anlayıram  ki, 

məndən yaxĢı ssenarist çıxmaz, buna görə də kinoda iĢləmək mənim üçün heç vaxt yazıçı əməyi 

qədər daxili tələbata çevrilməyəcək.  

Sual: Hollivudda baĢınıza gələn o məĢhur hadisə barədə danıĢa bilərsinizmi? 

Folkner:  Mən 

M.Q.M


31

.

  studiyasında  müqavilə  üzrə  iĢimi  baĢa  vurmuĢdum  və  evə 



qayıtmağa hazırlaĢırdım. Mənimlə birlikdə çalıĢan rejissor dedi: “Bizimlə yenə iĢləmək istəsəniz, 

xəbər  göndərin,  mən  yeni  müqavilə  barədə  studiya  ilə  danıĢaram”.  Ona  təĢəkkür  edib,  evə 

yollandım. Təxminən  altı  aydan sonra  həmin rejissora teleqram  vurdum ki,  yeni sifariĢ almaq 

istəyirəm. Tezliklə Hollivuddan bir məktub gəldi, içində pul çeki –  ilk həftənin əmək haqqı var 

idi. Buna məəttəl qaldım, çünki studiyanın əvvəlcə mənə rəsmi bildiriĢ, çağırıĢ, yaxud müqavilə 

göndərəcəyini  güman  edirdim  və  bu  qərara  gəldim  ki,  yəqin,  müqavilə  gecikib,  növbəti  poçtla 

gələr. Bunun əvəzinə bir həftə sonra yeni bir məktub aldım, içində yenə çek vardı, bu da ikinci iĢ 

həftəsinin  əmək haqqıydı. Bütün bunlar 1932-ci ilin noyabrında baĢladı və 1933-cü ilin  mayına 

qədər  davam  etdi.  Sonra  studiyadan  bu  məzmunda  teleqram  aldım:  “Uilyam  Folkner,  Oksford, 

Missisipi. Siz hardasınız

? M.Q. M

. studiyası”. 

Mən də onlara belə bir cavab yazdım: “M.Q.M. studiyası. Kalver-Siti, Kaliforniya. Uilyam 

Folkner”. 

Operator qız soruĢdu: “Bəs mətn hanı, mister Folkner?” Ona dedim: “Hamısı budu”. O isə 

dedi:  “Təlimata  görə,  mən  mətnsiz  teleqram  göndərə  bilmərəm,  nəsə  bir  Ģey  fikirləĢin”.  Belə 

olan halda biz müxtəlif teleqram nümunələrini gözdən keçirib, indi yadımda deyil, nəsə yubiley 

münasibətilə  göndərilən    Ģablon  bir  təbrik  mətni  seçdik  və  onu  göndərdik.  Sonra  Ģəhərlərarası 

telefon zəngi gəldi – studiyadan zəng vurmuĢdular, mənə təklif etdilər ilk təyyarə reysi ilə Nyu 

Orleana uçub, rejissor Brauninqin qəbulunda olum. Oksfordda qatara minib səkkiz saatdan sonra 

Nyu  Orleanda  ola  bilərdim.  Ancaq  studiyanın  məsləhətinə  əməl  edib  Memfisə  getdim.    Ordan 

Nyu Orleana təyyarə çox gec-gec uçurdu. Ġlk reys düz üç gündən sonra oldu.  

Saat  6-da  artıq  mister  Brauninqin  qaldığı  mehmanxanada  idim.  Onların    nəyləsə  bağlı 

qəbul günüydü. O mənə buyurdu ki, gedib yaxĢıca dincəlim və  səhər tezdən iĢə baĢlamağa hazır 

olum. Ondan filmin süjetini soruĢdum. O isə dedi: “Hə-ə, gedin filan otağa, ssenarist orda oturur.  

O sizə süjetin məzmununu danıĢar”. 

Həmin otağa getdim. Ssenarist otaqda tək-tənha oturmuĢdu. “Siz dialoqları yazandan sonra 

mən sizə süjeti göstərərəm”, – o dedi. Brauninqin yanına qayıtdım.  

O da “Qayıdın onun yanına deyin ki, ... yox yaxĢısı budur, gedin yatıb dincəlin, sabahdan isə iĢə 

baĢlayın” dedi. 

                                                

31

 



 M. Q. M. (Metro – Qolduin – Meyer)  – Hollivud kinoĢirkəti. Folkner 1932,  1935–1937, müharibə 

illərində və 1951-ci ildə Hollivudda çalıĢıb. 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə