Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə175/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   171   172   173   174   175   176   177   178   ...   192

 

36



– Ordadır, bayırda,  – Nensi dedi.  – Bu dəqiqə pəncərədən  bizi pusur, sizin getməyinizi 

gözləyir. Siz gedən kimi… 

– BoĢ Ģeydir, – atam dedi. – Dur qapını bağla, səni aparıb Reyçel xalagilə qoyaq. 

– Bunun nə faydası? – Nensi dedi. O daha atamın üzünə baxmırdı, əksinə, indi atam ona, 

onun uzun süst, heç cür sakitləĢmək bilməyən əllərinə baxırdı. – Uzatmağın nə faydası? 

– Bəs onda neyləmək istəyirsən? – atam dedi. 

– Bilmirəm, – Nensi dedi. – Neyləyə bilərəm ki? UzaqbaĢı bir az gecikdirmək olar, amma 

nə  faydası?  Görünür,  bu  mənim  alnıma  yazılıb.  Görünür,  nə  yazılıb,  o  da  olacaq,  baĢqa  çarə 

yoxdur. 

– Nə olacaq, Nensi? – Keddi dedi, – sənə nə olacaq? 

– Heç nə, – atam dedi, – gedək, yatmaq vaxtıdır. 

– Keddi məni məcbur elədi, – Ceyson dedi. 

– Sən də Reyçel xalagilə get, qorxma, – atam Nensiyə dedi. 

– Bunun nə faydası? – Nensi dedi. Qollarını dizlərinə dirsəkləyib, əlləri qıçları arasında 

ocağın baĢında oturmuĢdu. – Hətta sizin mətbəxinizdə olsam da, uĢaqların yataq otağında yatsam 

da, xeyri yoxdur, çünki sabah tezdən məni burda qan içində… 

– Kiri…  – atam onun sözünü kəsdi. – Qapını arxadan yaxĢı-yaxĢı bağla, iĢığı da keçir, 

gir yerə. 

– Mən qaranlıqdan qorxuram, – Nensi dedi. – Ġstəmirəm ki, o məni qaranlıqda… 

– Deməli, bütün gecəni səhərə kimi elə beləcə, otaqda iĢığı yanılı qoyub oturacaqsan?  – 

atam dedi. Nensi yenidən inildəməyə  baĢladı, ocağın yanında, əlləri qıçları arasında oturmuĢdu. 

– Eh, cəhənnəmə ki, özün bilərsən, – atam dedi. – Gəlin gedək,  uĢaqlar, yatmaq vaxtıdır. 

–  Siz  gedən  kimi  mənim  vaxtım  bitəcək,  –  Nensi  dedi.  Bu  dəfə  həyəcansız  danıĢırdı. 

Sifəti də  əlləri kimi sakitləĢmiĢdi.  –  Bircə  onu deyim ki, tabut üçün topladığım pulu Lavlediyə 

vermiĢəm.  

Mister Lavledi qısaboy, həmiĢə üst-baĢı kirli gəzən sığorta agenti idi və hər Ģənbə günü 

səhər-səhər  daxma  və  mətbəxləri  bir-bir  gəzib  hər  zəncidən  on  beĢ  sent  tabut  pulu  yığırdı. 

Əvvəllər arvadı ilə bir yerdə mehmanxanada yaĢayırdı. Bir gün arvadı intihar elədi. Bir uĢağı – 

qızı vardı, arvadı öləndən sonra onu da götürüb harasa getdi. Bir-iki həftədən sonra geri qayıtdı. 

Biz onu hər Ģənbə günü zənci məhəlləsinə tələsən görərdik. 

–  BoĢ  Ģeydir,  heç  nə  olmaz,  –  atam  dedi,  –  Allah  qoysa,  sabah  tezdən  mətbəxdə  ilk 

salamlaĢdığım adam sən olacaqsan. 

– Çox çətin, – Nensi dedi. – Bir də ki  bu  Allahın iĢidir. Özü bilən yaxĢıdır. 

 



 

36



IV 

 

Biz onu elə orda, ocaq baĢında 



oturulu

 qoyub evdə çıxdıq. 

– Gəl qapını arxadan bağla, – atam ona dedi. Ancaq o, yerindən tərpənmədi. Heç dönüb 

bizə  sarı  baxmadı  da,  eləcə  lampa  ilə  ocağın  arasında  dinməzcə  oturmuĢdu.  Xeyli  gedəndən 

sonra dönüb baxanda, onu açıq qapıdan da görmək olurdu. 

– Axı nə olacaq, ata? – Keddi soruĢdu. 

–  Heç  nə,  –  atam  dedi.  Ceysonu  boynuna    mindirmiĢdi,  ona  görə  də  Ceyson  indi 

hamımızdan hündür idi. Xəndəyə düĢdük, mən dinməzcə ətrafa göz gəzdirdim, amma ay iĢığı ilə 

kölgələrimiz bir-birinə qarıĢdığından heç nəyi görmək mümkün deyildi.  

 – Ġsus burda gizlənib, o, indi bizi görür? – Keddi soruĢdu. 

– O burda yoxdur, – atam dedi, – çoxdan çıxıb gedib bu Ģəhərdən. 

– Siz məni məcbur elədiniz, yoxsa mən gəlmək istəmirdim, – Ceyson yuxarıdan səsləndi. 

Üzüyuxarı baxanda adama elə gəlirdi ki, atamın iki baĢı var: biri kiçik, biri böyük. 

Xəndəkdən çıxdıq. Biz hələ də hər dəfə geri döndükcə Nensinin evini, onun açıq qapısını 

aydın görürdük, amma qapısı açıq evdə, ocaq baĢında tək-tənha oturmuĢ Nensinin özünü görmək 

mümkün deyildi, çünki, o gözləməkdən bezmiĢdi. 

–  Daha  bezmiĢəm,  –  o  dedi,  –  niyə  mən  zənci  doğulmuĢam,  axı  bunda  mənim  nə 

günahım? 

Biz  onu  görməsək  də,  səsini  eĢidə  bilirdik,  çünki  xəndəkdən  çıxandan  sonra  yenə  onun 

iniltisi gəlirdi. Bu səs zümzüməyə oxĢayırdı da, oxĢamırdı da. 

–  Bəs indi paltarlarımızı kim yuyacaq, ata? –  mən soruĢdum. 

–  Mən zənci deyiləm, – Ceyson yuxarıdan, atamın baĢının üstündən dedi. 

–  Ondan  da  pissən,  –  Keddi  dedi.  –  Həm  də  xəbərçisən.  Ġndi  qarĢıdan  bir  Ģey  sıçrasa, 

zəncidən də pis qorxarsan. 

– Qorxmaram, – Ceyson dedi. 

– Qorxudan çığırarsan, – Keddi dedi. 

– Keddi, – atam hirsləndi. 

– Çığırmaram, – Ceyson dedi. 

– Ağciyər, – Keddi dedi. 

– 

Kendeysi,



 – atam yenə hirsləndi.  

            

 

 

 




 

36



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

                                 



                                                   

NĠTQ VƏ MÜSAHĠBƏLƏR 

 

 

 

 

 

 

 


 

36



U. FOLKNERĠN NOBEL NĠTQ 

 

 

Mən baĢa düĢürəm ki, bu mükafat mənə  deyil, mənim əməyimə – Ģan-Ģöhrət üçün yox, 

heç  mənfəət  üçün  də  deyil,  yalnız  insan  ruhunun  materialları  əsasında  bu  günədək  mövcud 

olmayan bir Ģeyi yaratmaq naminə bütün həyatım boyu qan-tər və min bir əzab-əziyyət içərisində 

gördüyüm iĢə verilib. Buna görə də mən  bu mükafatı onu almağa vəkil olunmuĢ Ģəxs kimi qəbul 

edirəm.  Bu mükafatın pul qismini, onun  məqsədinə və bütün tarixinə layiq bir Ģeyə sərf etmək 

mənim üçün çətin olmayacaq. Amma mənə göstərilən bu diqqətdən layiqincə istifadə  etmək və 

bu tribunadan öz həyatlarını  yazıçı əməyi kimi ağır, əzab-əziyyətli bir iĢə həsr etmək arzusunda 

olan gənc oğlan və qızlara səslənmək istərdim və ümidvaram ki, gələcəkdə haçansa indi mənim  

dayandığım bu kürsüdə dayanacaq kəs də hal-hazırda onların arasındadır.  

Bizim  zəmanəmizin  faciəsi  hamımızın  kütləvi  Ģəkildə  cismani  qorxu  içərisində 

yaĢamağımızdır, biz o qədər çoxdan bu vəziyyətdəyik ki, artıq onunla barıĢmıĢıq. Ġnsan ruhunun 

bundan  baĢqa  heç  bir  problemi  yoxdur.  Onun  üçün  yalnız  bir  sual  qalıb:  məni  haçan  məhv 

edəcəklər?  Buna görə də müasir gənc yazıçılar insan qəlbinin daim özü ilə  münaqiĢədə olması 

ilə  bağlı  problemləri    unudublar,  halbuki    əsl  ədəbiyyatı  məhz  bu  problemlər  doğurur,  yalnız 

onlar barədə yazılanlar dəyərli ola bilər və yalnız onlar qan-tərə və min bir əzab-əziyyətə dəyər. 

Yazıçı  bunları  unutmamalıdır.  O  özünə  aĢılamalıdır  ki,  qorxu  pis  Ģeydir,  bunu  özünə 

aĢılayandan  sonra  isə  qorxu  deyilən  Ģeyi  həmiĢəlik  unutmalı,  öz  yaradıcılıq  emalatxanasından 

sevgi,  Ģərəf,  qürur  və  fədakarlıq  kimi    köhnə,  əbədi  universal  həqiqətlərdən  savayı  –  çünki 

bunlarsız  istənilən əsər ölüdür, unudulmağa məhkumdur – qalan hər Ģeyi  bir kənara atmalıdır. 

Yazıçı  buna  əməl  etmədikcə  onun  əsəri  lənət  təhlükəsi  ilə  üz-üzə  qalacaq.  O,  sevgidən  deyil 

Ģəhvətdən, itkisi olmayan məğlubiyyətdən,  ümidi olmayan qələbədən  və ən dəhĢətlisi, amansız 

və  yaxud  acımasız  bir  hisslə  yazacaq.  Onun  təsvir  etdiyi  kədər  hamının  anladığı  kədər 

olmayacaq, heç bir ürəkdə dərin iz buraxmayacaq. O, insanın qəlbi deyil, onun 

mədəsi 

haqqında  



yazacaq. 

Yazıçı  bütün  bunları  təkrar-təkrar  özünə  aĢılamadıqca,  o,  kənarda    dayanıb  insanın 

məhvini  müĢahidə  edən  yad,  laqeyd  bir  adam  kimi  yazıb  yaradacaq.  Mən  insanın  məhvi 

haqqındakı düĢüncəni inkar edirəm. Ġnsanın ölümsüz olduğunu demək asandır, çünki o, hər Ģeyə 

axıracan dözə biləcək: çünki tənha qaya baĢında, qaranlıq uçurum üzərində məqsədsiz asılı qalan  

tale zənginin son cingiltisi  öləziyib sönəndən sonra da, hətta o vaxt da daha bir  səs – zəif, amma 

batırılmayan  Ġnsan səsi qalacaq. Mən bunu qəbul etmirəm.  Mən buna inanıram ki, insan nəinki  

axıracan dözəcək, o həm də zəfər çalacaq. Ġnsan ona görə ölümsüz deyil ki, onun səsi heç zaman 

tükənməyəcək,  ona  görə  ölümsüzdür  ki,    onun  öz  təbiəti  etibarı  ilə  acımaya,  qurban  getməyə, 

yenilməzliyə qadir qəlbi, ruhu var. Yazıçının, Ģairin borcu məhz bu Ģeylər haqqında yazmaqdır. 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə