Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə176/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   172   173   174   175   176   177   178   179   ...   192

 

36



Onun vəzifəsi insan qəlbini möhkəmləndirmək,  bəĢəriyyətin əbədi Ģöhrətini təĢkil edən kiĢilik, 

Ģərəf, ümid, qürur, yanımcıllıq, fədakarlıq  kimi keyfiyyətləri insana xatırlatmaqla ona hər Ģeyə 

axıracan  dözə,  duruĢ  gətir  bilməkdə  kömək  etməkdir.  ġairin  səsi,  sadəcə,  əks-səda  olaraq 

qalmamalı, insana axıracan dözməkdə və zəfər çalmaqda kömək etməlidir.                                                                                              

                                                                                                               1950 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 


 

36



CĠN STAYNLA MÜSAHĠBƏ 

 

 



 

Sual: Bu yaxınlarda demisiniz ki, müsahibə verməyi xoĢlamırsınız. Nə üçün? 

Folkner:  Məncə,  səbəb  bundadır  ki,  mən  Ģəxsiyyətimlə  bağlı  suallara  kəskin  reaksiya 

verirəm. Yaradıcılığım  barədə  nə  soruĢsalar, cavab  verməyə  çalıĢıram. ġəxsi  suallara  isə  cavab 

verə  də  bilərəm,  verməyə  də,  hətta cavab  versəm  belə, eyni suala cavabım  sabah tamam  baĢqa 

cür ola bilər.  

Sual: Bəs bu suallar sizə bir yazıçı kimi ünvanlanarsa? 

Folkner:  Əgər  Folkner  olmasaydı,  Heminquey,  Dostoyevski  və  yaxud  baĢqa  biri  – 

burada  kimliyin  elə  bir  əhəmiyyəti  yoxdur  –  eyni  Ģeyləri  yazacaqdı.    Bunu  belə  bir  fakt  da 

təsdiqləyir  ki,  ġekspir  pyeslərinin,  ən  azı,  üç  müəllif  tərəfindən  yazıldığı  iddia  olunur.    Ən 

mühümü    budur  ki,  “Hamlet”, 

“Yay  gecəsinin  yuxusu”

  kimi  əsərlər  mövcuddu,  onları  kimin 

yazdığı isə tamamilə əhəmiyyətsizdir. Sənətkar özü-özlüyündə əhəmiyyət kəsb etmir. Yaradılan 

əsər əhəmiyyətlidi, çünki  yeni  heç  nə deyə  bilməzsən. ġekspir, Balzak, Homer, demək olar ki, 

eyni Ģey haqqında yazıblar, əgər onlar daha min, iki min il yaĢasaydılar, naĢirlər yeni müəlliflər 

axtarmalı olmazdılar.  

Sual:  Hətta yeni  heç  nə deyilməyəcəyi  ilə razılaĢsaq  belə,  bəyəm  müəllif  fərdiliyi  heç 

bir əhəmiyyət kəsb etmir?   

Folkner:  Edir    –  amma  müəllifin  özü  üçün,  bütün  digər  adamlar  üçün  isə  hər  Ģeydən 

əvvəl əsərin özü maraqlı olmalıdı, müəllifin Ģəxsiyyəti yox. 

Sual: Bəs sizin müasirləriniz? 

Folkner:  Bizim  heç  birimiz  kamillik  idealına  nail  ola  bilməmiĢik.  Mən  yazıçıları, 

namümkün olanı mümkün eləmək cəhdimizdə düçar olduğumuz ən parlaq məğlubiyyətlərə görə 

qiymətləndirirəm. Mənə  elə gəlir ki, öz  əsərlərimi təzədən  yaza  bilsəydim, onlar, heç  Ģübhəsiz, 

indikindən  daha  yaxĢı  olardı  və  bunu  bilmək  sənətkar  üçün  həmiĢə  faydalıdır.  Axı  məhz  buna 

görə iĢləməyə davam edirsən:  hər dəfə ümid edirsən ki, bu dəfə   yaxĢı olacaq, bu dəfə  hökmən 

alınacaq. Əslində isə,  əlbəttə ki,  yenə alınmayacaq, amma bu cür düĢünmək, buna ümid etmək 

hər  bir  sənətkar  üçün  faydalıdı.  Çünki  əgər  yazdığın  arzuladığın  kimi  alınsaydı,  ideala  nail 

olsaydın, onda sənə  yalnız öz boğazını  kəsmək, yaxud da   o kamillik zirvəsindən özünü  aĢağı 

atmaq qalardı. Mən özüm uğursuzluğa düçar olmuĢ Ģairəm. Bəlkə də, hər  bir romançı  əvvəlcə 

özünü Ģeirdə sınayır və bunun onda alınmadığına əmin olanda, öz formasına görə Ģeirdən sonra 

ikinci  yerdə  duran hekayə  janrına giriĢir. Və  yalnız  buna da gücü  yetmədiyinə  inanandan sonra 

roman yazmağa baĢlayır.  

Sual: Elə bir düstur varmı ki, ona əməl etməklə əsl yazıçı olmaq mümkündü? 



 

36



Folkner: Bu,  99 faiz istedad, 99 faiz intizam, 99 faiz zəhmət düsturudu. Əldə edilənlə 

heç vaxt kifayətlənməməkdi. Çünki heç vaxt istədiyin kimi alınmır. Ġmkanın çatdığı səviyyədən 

daha  yüksəyə  can  atmaq,  daha  yüksək  zirvələri    arzulamaq  gərəkdi.  Öz  müasirlərini,  yaxud 

sələflərini ötüb keçməyə çalıĢmaq  lazım deyil. Özünü ötüb keçməyə çalıĢmaq lazımdır. Yazıçı 

öz iĢinin dəli-divanəsidi. Niyə belə olduğunu o özü bilmir, daha doğrusu, bu barədə düĢünməyə 

vaxtı  yoxdu.  Yazıçı  öz  əsəri üçün  materialı  istədiyi  yerdən çox rahatca götürə, iqtibas eləyə, 

hətta oğurlaya bilər.  

Sual: Yəni demək istəyirsiniz ki, yazıçı prinsipsiz də ola bilər?  

Folkner: Mən demək istəyirəm ki, yazıçı yalnız öz sənəti qarĢısında məsuliyyət daĢıyır. 

Buna görə də əsl yazıçı tamam prinsipsiz olmaq zorunda da qala bilər. Onun bir arzusu var. Və 

bu arzu onu  elə Ģiddətlə özünə cəzb edir ki, yazıçı, sadəcə, ondan xilas olmalıdı. Yoxsa heç cür 

rahat bilməz. Buna görə də  hər Ģey:  vicdan, qürur, ədəb-ərkan, dinclik və  xoĢbəxtlik bir kənara 

atılır – təki kitabı yazıb qurtara bilsin. Əgər bunun üçün öz anasını qarət eləmək lazım gələrsə, o 

buna da hazırdı: “Yunan 

güldanı

 Ģəninə oda”



28

 onlarla qoca qarıdan daha qiymətlidi. 

Sual:  Yəni  demək  istəyirsiniz  ki,  sıxıntılı  həyat,  xoĢbəxtlikdən  və  hətta    vicdani 

keyfiyyətlərdən məhrumluq yaradıcılıq üçün önəmli Ģərtlərdir?  

Folkner:  Yox,  əgər  həyatda  ruhi  rahatlığa,  müvazinətə  can  atırsansa,    bunların  hamısı 

vacibdi, amma sənət üçün ruhi rahatlıq, müvazinət tamamilə lüzumsuz Ģeylərdir. 

 Sual: Bəs onda yaradıcılıq üçün ideal mühit necə olmalıdı?  

Folkner:  Yaradıcılıq  üçün  mühitin  heç  bir  əhəmiyyəti  yoxdu,  harda  qazanıldığı  onu 

qətiyyən  maraqlandırmır.  Misal  üçün  elə  məni  götürək.  Mənə  təklif  ediləcək  ən  yaxĢı  iĢ 

fahiĢəxana sahibi olardı. Belə hesab edirəm ki, orada  yaradıcılıq üçün  ideal  mühit var. Ġqtisadi 

cəhətdən  tam  azadsan,  qorxu  və  aclıq  hissi  keçirmirsən,  daldalanmağa  yerin  var,  iĢ-gücün  isə 

yalnız və yalnız  pulları saymaq və ayda bir dəfə yerli polisə haqqını verib canını qurtarmaq olur, 

baĢqa  heç  nə  eləmirsən.  Səhərlər  boĢ-bekarsan,  iĢləmək  üçün  isə  bu,  əla  vaxtdır.  AxĢamlar 

darıxıb  eləmirsən,  ətrafın  adamlarla  doludur,  kimlə    istəsən  ünsiyyət  qura  bilərsən;  sonra  da 

cəmiyyətdə  mövqe  sahibi  olursan,  daha  heç  nə  eləmirsən,  bütün  iĢləri  madam  özü  idarə  edir, 

bütün  sakinlər

qadınlar  sənə  ehtiram  göstərir,  “ser”  deyə  müraciət  edirlər.  Əyalətdəki 



butlegerlər

29

 də sənə “ser” deyir, sən özün də polisləri, sadəcə, öz adları ilə çağırırsan. 



Bu mənada, sənətkar üçün ən ideal mühit sakitlik, tənhalıq və  bir də çox da baha baĢa 

gəlməyən kef  süfrəsidir. Sənətkar üçün qəbuledilməz  mühit  yüksək təzyiq, daimi  yorğunluq  və 

əsəb gərginliyi doğurur. Öz təcrübəmdən bilirəm, iĢləmək üçün kağız, tütün, yemək, bir qədər də 

viski lazımdır. 

                                                

28

 



 “Yunan 

güldanın Ģ

əninə oda”  – ingilis Ģairi Con Kitsin (1795 – 1821) ən yaxĢı Ģeirlərindən biridir, 1819-

cu ildə yazılıb 

29

 

 



Butleger –

 qanuna zidd olaraq spirtli içki alveri ilə məĢğul olan adam 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə