Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə178/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   174   175   176   177   178   179   180   181   ...   192

 

37



Sabahı  gün  səhər  biz  hamımız,  ssenaristdən  savayı,  kiçik,  rahat,  kirayəyə  götürülmüĢ  bir 

qayıqda  yüz  mil  aralıdakı  Böyük  adaya  üzdük,  film  burda  çəkilməliydi.  Ora  o  vaxt  çatdıq  ki,  

ancaq nahar eləyə bildik, sonra da hava qaralmamıĢ evə qayıda bilmək üçün dərhal yüz mil yolu 

geriyə  –  Nyu  Orleana  üzdük.  Üç  həftə  iĢimiz  beləcə  davam  etdi.  Aradabir  məni  möhkəm 

narahatçılıq  bürüyürdü.  Bəs  ssenari  necə  olacaq?  Brauninq  isə  hər  dəfə  deyirdi:  “Narahat 

olmayın, yaxĢı-yaxĢı yatıb dincəlin, sabah iĢə baĢlamağa hazır olun”.  

Bir dəfə axĢam evə təzəcə qayıtmıĢdım ki, telefon zəng çaldı. Brauninq idi: “Təcili yanıma 

gəlin!” Mən də getdim. O mənə bir teleqram göstərdi: “Folkner iĢdən azad olunmuĢdur. 

M.Q.M.

 

studiyası”. Brauninq dedi:  “Narahat olmayın, mən elə indi bu əclafa zəng  vurub onu,  təkcə sizi 



yenidən  Ģtata salmağa deyil,  həm də  yazılı Ģəkildə üzr  istəməyə  məcbur edəcəm”.  Elə  bu  vaxt 

qapı  döyüldü.  Daha  bir  teleqram  gətirdilər.  O  teleqramda  yazılmıĢdı:  “Brauninq  iĢdən  azad 

olunmuĢdur. M.Q.M. studiyası”. Mən evə qayıtdım. Brauninq də harasa çıxıb getdi, ssenarist isə 

yəqin ki, öz otağında oturub əlindəki ilk həftənin pul çekini əziĢdirə-əziĢdirə qalmıĢdı. Bu film, 

eləcə, baĢa çatdırılmadı. Halbuki o adada  balıqçı qəsəbəsi tikilmiĢdi: dirəklər üzərində uzun bir 

platforma,  onun  üzərində  isə  daxmalar  quraĢdırılmıĢ,  bir  sözlə,  nəsə  körpü  kimi  bir  Ģey 

salınmıĢdı.  Halbuki  studiya  biri  40-50  dollar  olmaqla  onlarla  belə  daxma  ala  bilərdi.  Bunun 

əvəzində  bütöv  bir  butafor  kənd  salınmıĢdı:  platformanın  kənarında  divar  vardı,  əgər  qapını 

açsan,  birbaĢ  okeana  düĢərdin.  Biz  onu  tikməyə  baĢlayanda,  birinci  gün  yerli  bir  balıqçı,  içi 

yonulmuĢ  ağac  gövdəsindən  düzəldilən  xırda,  su  üzərində  zorla  duran  bir  qayıqda  yanımıza 

gəldi.  Bütün  günü  qızmar  günəĢ  altında  oturub,  əcaib  ağ  adamların  əcaib  oyuncaq  platformanı 

necə tikdiyinə tamaĢa elədi.  Növbəti gün o, həmin qayıqda bütün ailəsini – qucağında südəmər 

körpəsi olan arvadını, uĢaqlarını və qayınanasını da gətirdi, onlar da qızmar günəĢ altında oturub 

bu sarsaq, anlaĢılmaz mənzərəyə tamaĢa etdilər.  

Ġki-üç  il  keçəndən  sonra  yolum  yenə  Nyu  Orleana  düĢdü  və  orda  öyrəndim  ki,  yerli 

balıqçılar  ağ  adamların  tələm-tələsik  tikdikləri,  sonra  isə  birdən-birə  atıb  getdikləri  bu 

butafor 

platformaya baxmaq üçün hələ də xeyli uzaqlardan bura axıĢıb gəlirlər.  

Sual:  Siz  deyirsiniz  ki,  kinoda  iĢləyərkən  yazıçı  kompromisə  getməyə  məcburdu.  Bəs 

yazıçı öz yaradıcılığında oxucular qarĢısında hansısa məsuliyyət daĢıyırmı? 

Folkner:  Yazıçının  vəzifəsi  öz  iĢini  mümkün  qədər  yaxĢı  yerinə  yetirməkdi.  Əgər 

bundan sonra gücü, qüvvəsi qalarsa, onu sərf etməyə baĢqa bir Ģey də tapmaq olar. Məsələn, mən 

o  qədər  məĢğulam  ki,  oxucu  kütləsi,  yaxud  kimlərin  məni  oxuduğu  barədə  düĢünməyə  vaxtım 

yoxdur. Sıravi oxucunun mənim, ya da baĢqasının yaradıcılığı haqda rəyi məni, sadəcə, maraq-

landırmır.  Mən  öz  tələbatımı  yerinə  yetirməliyəm,  bu  isə    “Müqəddəs  Antoninin  yoldan 

çıxarılması”nı, yaxud “Əhdi-Əqiq”i oxuyarkən keçirdiyin hissi – məmnunluq hissini təkrar yaĢa-

maqdı.  Mən  quĢ  uçuĢunu  seyr  edərkən  buna  oxĢar  hisslər  keçirirəm.  Bilirsiniz,  əgər  cildini 



 

37



dəyiĢmək  mənə  qismət  olsaydı,  sar  quĢuna  dönmək  istərdim.  Kimsə  ona  qibtə  eləmir,  pislik 

arzulamır, o heç kimə lazım deyil. Onu heç nə təhdid eləmir, ona əngəl olan yoxdu, həm də nə 

olsa yeyir.  

Sual:  Sizə  gərəkli olan  nəticələri  əldə  etmək üçün  hansı texniki  üsulların köməyindən 

yararlanırsınız? 

Folkner: Əgər yazıçını baĢlıca olaraq iĢin texniki tərəfi maraqlandırırsa,  onda o, cərrah, 

yaxud  bənna  olsa,  daha  yaxĢıdır.  Elə  bir  resept,  yaxud  model  mövcud  deyil    ki,  onun  əsasında 

bədii əsər yarada biləsən və əgər gənc yazıçı hansısa nəzəriyyəyə riayət etməyə baĢlayırsa, o çox 

axmaq iĢ görür. Səhv edə-edə öyrənmək lazımdır:  insanlar öz yanlıĢlıqlarını dəf edə-edə həyatı 

dərk  edirlər.    Əsl  sənətkar  baĢa  düĢür  ki,  heç  kim  ona  lazım  olan  resepti  verə  bilməz.  Bundan 

əlavə,  o,   hədsiz  dərəcədə  iddialıdır:  özündən  əvvəlki  ustadlara  nə  qədər  hörmətlə  yanaĢsa  da, 

onları ötüb keçməyə can atır. 

Sual: BaĢqa sözlə, siz texnikanın vacibliyini inkar edirsiniz? 

Folkner:  Qətiyyən.  Bəzən  elə  olur  ki,  texnika  lap  əvvəldən  Ģərtləri  diktə  edir,  müəllif 

ideyanı  tam  düĢünüb  daĢınmamıĢ,  texnika  o  ideyanı  üstələyir.  Beləlikl,  əsər  özünəməxsus  bir 

“tour  de  force”

32

–a  çevrilir,  bu  zaman  yazıçının  vəzifəsi  yalnız  kərpicləri  səliqə  ilə  üst-üstə 



düzmək  olur,  çünki  hələ  heç  bir  kəlmə  də  yazmadan  o,  sanki,  bütün  əsəri  əvvəldən  axıra  kimi 

əzbər  bilir.   “Mən ölərkən” romanını  yazarkən  məndə də  belə alındı. Çətin  yazılırdı. Vicdanla 

görülən  iĢ  heç  vaxt  asan  olmur.  Eyni  zamanda,  həm  də  rahat  yazılırdı,  çünki  bütün  material 

əlimin altında idi. Mən bu kitabı, təxminən, altı həftəyə, həm də on iki saatlıq fiziki iĢdən sonra 

qalan asudə vaxtlarımda yazmıĢam. Sadəcə olaraq, necə deyərlər, ən adi, təbii sınaqlara – yanğın 

və  daĢqına  məruz  qalan  bir  qrup  insanın  halını  təsəvvürümə  gətirdim  və  onların  öz  yerlərini 

dəyiĢdirmələrini əsaslandırmaq üçün, necə deyərlər,  ən adi, ən təbii bir səbəb uydurdum. Bəzən, 

yəni  yazı  texnikası  haqqında  heç  düĢünmədiyin    hallarda    yazmaq  çox  asan  olur.  Mənim  üçün 

belə bir məqam həmiĢə təxminən 275-ci səhifədə baĢlayır, çünki bundan sonra personajlar özləri 

hər Ģeyi öz üzərlərinə götürüb əsəri bitirirlər. Ancaq əgər kitabı 274-cü səhifədə qurtarmaq lazım 

gələrsə, doğrusu, onun necə bitəcəyini özüm də bilmirəm. Sənətkar öz əsərini qiymətləndirərkən, 

özünü  aldatmamaq  üçün  obyektivlik,  üstəgəl  düzgünlük  və  cəsarət  kimi  xüsusiyyətlərə  malik 

olmalıdır. Heç bir əsərim mənim öz tələblərimə cavab vermədiyi üçün mənə ən çox acı və əzab-

əziyyət yaĢadan əsərimə daha çox üstünlük verərdim, necə ki, ana oğru və yaxud qatilə çevrilmiĢ 

oğlunu keĢiĢ oğlundan daha çox sevir. 

Sual: Bu hansı əsərinizdir? 

Folkner: “Hay-küy və qəzəb”. Ona beĢ dəfə cəhd eləmiĢəm, bu əhvalatı axır ki, yazıb 

qurtarmağa,  mənə  daim  əzab  verən  fikirdən  azad  olmağa  çalıĢmıĢam.  Bu,  bütün  ümidlərini 

                                                

32

 



 Tour de force (fr.) – məcburi səfər 


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə