Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə179/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   175   176   177   178   179   180   181   182   ...   192

 

37



itirmiĢ iki qadının – Keddi və onun qızının faciəsidir. Dilsi isə mənim ən sevimli personajlarım-

dan biridir. O, qorxmaz, cəsarətli, səxavətli, xeyirxah və vicdanlı qadındı. O məndən də qat-qat 

cəsarətli, vicdanlı və səxavətlidi. 

Sual: “Hay-küy və qəzəb” romanı nədən baĢladı? 

Folkner: Hər Ģey bir obrazdan baĢladı. O vaxt mən onun rəmzi mənasını dərk etməmiĢ-

dim. Bu, armud ağacına dırmaĢıb, orda pəncərədən içəri boylanaraq, nənəsinin dəfn mərasimində 

gördüklərini aĢağıda onu gözləyən qardaĢlarına danıĢan, alt tumanı çirkə bulaĢmıĢ balaca bir qız  

obrazı  idi.  Onların  kim  olduğunu,  orda  nə  etdiklərini,  o  qızcığazın  alt  tumanının  niyə  çirkə 

bulaĢdığını izah edib qurtaranacan baĢa düĢdüm ki, bütün bunların hamısı bir hekayəyə sığmaz, 

bütöv bir kitab yazmaq lazımdı. Sonra mən bulaĢıqlı alt tumanın rəmzi mənasını anladım və bu  

obraz, heç bir sevgi, mərhəmət, anlayıĢ görmədiyi evdən navalça vasitəsi ilə  aĢağı düĢüb qaçan 

atasız, anasız bir qız obrazı ilə əvəz olundu. Mən bu əhvalatı əqli cəhətdən zəif bir uĢağın diliylə 

danıĢmağa  baĢladım,  çünki  mənə  elə  gəlirdi  ki,  həmin  hadisəni  faktları  bilən,  amma  bütün 

bunların nə üçün baĢ verdiyini anlamayan  bir adamın mövqeyindən danıĢmaq daha yaxĢı olar.  

Sonra baĢa düĢdüm ki, əhvalatı bu yolla ətraflı danıĢmaq mümkün olmayacaq. Onda bu əhvalatı 

baĢqa  bir  qardaĢın  diliylə  yenidən  danıĢmağa  cəhd  elədim.  Yenə  alınmadı.  O  əhvalatı  üçüncü 

dəfə  üçüncü qardaĢın dili  ilə  danıĢdım. Yenə  istədiyim olmadı. Belə olan  halda  bütün parçaları 

bir  yerə  yığıb,  boĢluqları  doldurmağa  çalıĢaraq  onu  öz  dilimdən  danıĢdım.  Ancaq  bu  əhvalat 

yenə  tamamlanmamıĢ  qaldı  və  yalnız  kitab  çıxandan  15  il  sonra,  onun  növbəti  nəĢrinə  əlavə 

yazdıqdan, yəni bu əhvalatı bir daha  danıĢmağa, baĢımdan çıxarıb atmağa, ondan azad olmağa   

axırıncı  dəfə  cəhd  elədikdən  sonra  tamamlandı.  Ən  kövrək  duyğularım  bu  kitabla  bağlıdır. 

Ondan heç cür ayrıla bilmirdim, ancaq nə qədər çalıĢsam da mənə lazım olana heç cür nail ola 

bilmədim. Bəlkə, bir dəfə də cəhd eləmək olar, amma çox güman ki, yenə heç nə alınmayacaq. 

 Sual: Benci sizdə hansı hissləri oyadır? 

Folkner: Bencinin məndə oyatdığı yeganə hiss kədər və mərhəmətdi,  amma bu hiss ona 

deyil, bütün insanlara qarĢıdı. Benci heç bir hiss doğura bilməz, çünki o özü heç nə hiss eləmir.  

Ona qarĢı duyduğum yeganə hiss – bir personaj kimi nə qədər inandırıcı alınması ilə bağlı niga-

rançılığımdı... Onun obrazı bir növ proloq, müqəddəmədi, Yelizaveta dövrünün dramında qəbir-

qazan belə bir rol oynayıb. O, boynuna düĢən sözləri deyir  və səhnəni tərk edir. Benci  nə xeyir, 

nə də  Ģər iĢ görməyə qadir deyil, çünki  bunların  nə olduğunu bilmir. 

Sual: Bəs o, sevgini hiss edə bilərdimi?  

Folkner:  Benci o qədər ağıllı deyil ki, özü haqda düĢünə bilsin. O, heyvan kimidi, əqli 

qabiliyyətdən  məhrumdu. Özünə qarĢı olan  nəvaziĢin  və  sevginin  fərqinə  varır, amma  heç  nəyi 

sözlə  ifadə  edə  bilmir  və  Keddinin  dəyiĢdiyini,  nəyinsə  bu  nəvaziĢ  və  sevgi  üçün  təhlükə 

doğurduğunu hiss edəndə yalnız zırıldayır. Keddi çıxıb gedir. Əqli qabiliyyətdən məhrum olduğu 



 

37



üçün Keddinin yoxluğunu belə dərk eləmir. O, sadəcə, nəyinsə əvvəlki kimi olmadığını, ətrafın-

da qəmli bir boĢluq əmələ gəldiyini hiss edir. Bu boĢluğu doldurmağa çalıĢır. Ona qalan yeganə 

Ģey  Keddinin  atılmıĢ 

sürütmələridir.

  Sözlə  ifadə  edə  bilmədiyi  həmin  nəvaziĢ  və  sevgini  o,  bu 

sürütmələrdə

  tapır,  ancaq  onlar  da,  qəflətən,  harasa  yox  olur.  O,  hadisələri  bir-birilə  bağlamaq 

iqtidarında deyil: çirk onun üçün heç bir əhəmiyyət kəsb etmir, buna görə də o çirklidi. Xeyir və 

Ģər kimi çirkli ilə təmizi də ayırmaq onun üçün mümkün deyil. Haçansa kimə məxsus olduğunu 

xatırlamasa  da,  canının  nə  üçün  sıxıldığını  anlamasa  da,  o  sürütmələr  ona  müəyyən  təskinlik 

gətirir. Əgər Keddi geri qayıtmıĢ olsaydı,  o, ola bilsin ki, onu da tanımazdı.  

Sual: Benciyə nərgizgülü vermələri nə anlam daĢıyır?  

Folkner: O gülü ona diqqətini yayındırmaq üçün verirlər. Sadəcə, həmin gün, aprelin 5-

də onların əlinə bu gül keçib. Burada heç bir xüsusi məna yoxdur. 

Sual:  Alleqoriya  formasında roman  yazarkən  yazıçı  hansısa  bir üstünlük  əldə edirmi? 

Mən “Əfsanə” romanındakı xristian alleqoriyasını nəzərdə tuturam. 

Folkner:  Bu  mənada,  kvadrat  Ģəkilli  ev  tikən  dülgər  də  onun  künclərini  düzbucaq 

formasında qurarkən belə bir üstünlükdən yararlanır. Uzunsov bir binanın tikilməsində  müvafiq 

inĢaat  formalarından  istifadə  etmədən  ötüĢmək  mümkün  olmadığı  kimi  “Əfsanə”də  də  xristian 

simvolikasından istifadə etmədən keçinmək olmazdı. 

Sual: Bu o deməkdirmi ki, dülgər kiminsə çəkicindən istifadə edə bildiyi kimi, sənətkar 

da xristianlıqdan yalnız mümkün üsullardan biri kimi istifadə edir? 

Folkner:  Mənim  nəzərdə  tutduğum  dülgərdə  belə  bir  çəkic  həmiĢə  var.  Xristianlıq  hər 

kəsdə var, əlbəttə, hər Ģey bu sözü necə anlamaqdan asılıdır. Bu, fərdi mənəviyyat kodeksidir, o 

kodeks sayəsində insan yaxĢılaĢır, bunu onun təbiəti də tələb edir. Xaç, aypara, ya nəsə baĢqa bir 

rəmz –  hansı olur olsun, bunların hamısı insana bəĢəriyyət qarĢısındakı borcunu xatırladır. Dini 

alleqoriyalar 

  insanın  özünün  nə  olduğunu  bilmək  üçün  bir  ölçü,  etalondu.  Amma  onlar,  hər 



hansı  fənni,  deyək  ki,  riyaziyyatı  öyrədən  dərslik  kimi,  insana  xeyirxahlığı  öyrədə  bilməz. 

Bununla  belə,  onlar  insana  özünüdərk  yollarını  göstərir,  insanın  imkan  və  məqsədlərinə  uyğun 

gələn  Ģəxsi  mənəviyyat  kodeksini  üzə  çıxarmağa  kömək  edir,  çünki  onlar,    ən  ali  insan  əzab-

əziyyəti,  fədakarlığı  və ümidləri  nümunəsini özündə daĢıyır. Yazıçılar  mənəvi alleqoriyalardan 

həmiĢə  istifadə ediblər və  bundan sonra da edəcəklər, çünki ifadəliyin gücü baxımından onların 

tayı-bərabəri yoxdu. Məsələn, «Mobi Dik»də

33

  üç qəhrəman  insan Ģüurunun üçlü  xüsusiyyətini 



təcəssüm  etdirir:  heç  nə  bilməmək,  bilib  laqeyd  qalmaq  və  nəhayət,  bilib  laqeyd  qalmamaq. 

«Əfsanə»də  bu  üçlüyü  –  «BaĢ  verən  bu  hadisələr  dəhĢətdi.  Hətta  məni  öldürsələr  də  bununla 

barıĢa  bilmərəm»  deyən  gənc  yəhudi  zabit,  «BaĢ  verən  bu  hadisələr  dəhĢətdi,  ancaq  buna  da 

                                                

33

 

 Amerika yazıçısı German Melvlillin (1819 – 1891)  “Mobi Dik və yaxud ağ balina”  romanı nəzərdə 



tutulur 


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə