Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə174/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   170   171   172   173   174   175   176   177   ...   192

 

35



– Gəlin lampanın baĢına yığıĢaq. – Nensi dedi. – Sizə maraqlı bir Ģey göstərəcəm. Hələ 

tezdi, hara gedirsiniz? 

–  Yox,  biz  getməliyik,  –  Keddi  dedi,  –  maraqlı  bir  Ģey  də  yoxdur.  –  O  da,  Nensi  də 

lampaya sarı gəldilər. 

– Gəlin gedək evə, – Ceyson dedi, – getməsəniz, hamısını anama deyəcəm. 

–  Ġstəyirsiniz  baĢqa  nağıl  danıĢım  sizə,  –  Nensi  dedi.  O,  lampanın  lap  yanında 

dayanmıĢdı,  Keddiyə  baxırdı,  amma  gözləri  burnunun  üstündə  çubuğu  düz  saxlamağa  çalıĢan 

adamın gözləri kimi  yuxarı zillənmiĢdi. Düzdür,  o, Keddini görmək üçün  aĢağı  baxırdı, amma 

adama elə gəlirdi ki, üzüyuxarı, burnunun üstündəki çubuğa baxır. 

– Mən nağıl istəmirəm, – Ceyson dedi, – getməsək, ayağımı yerə döyəcəm. 

– Bu, çox maraqlı nağıldı, – Nensi dedi, – bayaqkından da yaxĢıdır. 

–  Nədən  danıĢır?  –  Keddi  dedi.  Nensi  lampanın  yanında  durmuĢ,  əlini  onun  üçtünə 

qoymuĢdu. Lampa iĢığında əli uzun qara ağaca oxĢayırdı. – Niyə əlini lampadan çəkmirsən? – 

Keddi dedi. – Yandırmır? 

Nensi lampa ĢüĢəsinə yapıĢdırdığı əlinə baxdı və o saat əlini çəkdi. Keddinin üzünə baxa-

baxa qolunu aĢağı saldı, yekə qara əli yanına düĢdü, sallana-sallana qaldı, elə bil, onu biləyinə 

iplə calamıĢdılar. 

– Gəlin maraqlı bir Ģey fikirləĢək, – Keddi dedi. 

– Mən evimizə getmək istəyirəm, – Ceyson dedi. 

–  Qarğıdalı  qovuraq?  –  Nensi  gah  Keddinin,  gah  Ceysonun,  gah  mənim,  sonra  yenə 

Keddinin üzünə baxdı. 

 – Hə, necədi? 

– Mən qarğıdalı istəmirəm, – Ceyson dedi. – Yenə  konfet olsaydı, hə… 

Nensi Ceysonun üzünə baxdı: – Tavanı da odun üstündə sən tutarsan. – Onun uzun, qara, 

enli əli hələ də sallana-sallana qalmıĢdı. 

– YaxĢı,  – Ceyson razılaĢdı, onda qalıram,  çünki Keddi onu tuta bilməz.  Amma tavanı 

Keddiyə versəniz, evimizə gedəcəm. 

Nensi ocaq qaladı. 

– Nensiyə baxın, əlini odun içində saxlayıb, – Keddi dedi. – Nə olub sənə, Nensi? 

– Məndə qarğıdalı olmalıdı, – Nensi dedi, – az da olsa, olmalıdı.  

O, tavanı çarpayının altından çıxardı, tavanın qulpu sınmıĢdı. Ceyson ağlamağa baĢladı: 

– Deməli, biz qarğıdalı qovura bilməyəcəyik. 

– Daha gecdir, evə gedək, – Keddi dedi. – Gedək, Kventin. 

– Dayanın, – Nensi dedi. – Dayanın, bu dəqiqə tavanın qulpunu yapıĢdıracam. Ġstəyirsiniz 

siz də gəlin kömək eləyin. 



 

36



– Məncə, daha heç nə lazım deyil, – Keddi deyil. – Onsuz da,  çox gecdir. 

– Kömək elə, Ceyson, kömək elə, yapıĢdırım. 

– Yox,  eləmirəm, – Ceyson dedi. – Mən evimizi istəyirəm. 

– 

Sıss,



  – Nensi dedi,  – 

sısss.


  Bax. Mənə  bax. Ġndi  bunu  elə  düzəldəcəm ki, Ceyson onu 

əlində tutub, qarğıdalı qovuracaq. – Bir az məftil qırığı tapıb, tavanın qulpunu bərkitdi. 

– Yenə qırılacaq, – Keddi dedi. 

– Qırılmaz, – Nensi dedi, – bir baxın. Hə, indi gəlin qarğıdalını dənələyək. 

Qarğıdalı  da  çarpayının  altındaydı.  Onu  dənələyib,  tavaya  tökdük.  Nensi  Ceysonun 

qolundan yapıĢıb tavanı odun üstünə uzatdı.  

– Hanı, 

çırtlamır

 ki? – Ceyson dedi. – Yox, mən evə gedirəm. 

– Bir az səbrin olsun, – Nensi dedi. – Ġndi çırtlayacaq. Ay gülməli olacaq ha!  

O, ocağa yaxın oturmuĢdu. Lampanın alovu o qədər çox idi ki, his eləməyə baĢladı. 

– Niyə onu bir az azaltmırsan? – mən dedim. 

– 

Eyib 


etməz,  –  Nensi  dedi,  –  sonra  təmizləyəcəm.  Bir  az  gözləyin,  bu  dəqiqə  çırtaçırt 

baĢlayacaq. 

–    Məncə,  baĢlamayacaq,  –    Keddi  dedi.  –    Vaxtdır,  evə  getməliyik.  Onlar  indi  orda 

nigarandırlar. 

–  Hara gedirsiniz?  –   Nensi dedi.  –  Ġndi  baĢlayır. Dilsi onlara deyəcək. Biləcəklər ki, 

mənim  yanımdasınız.  Gözümü  açandan  sizə  iĢləmiĢəm.  Bura  gəldiyinizə  görə  sizə  heç  nə 

deməzlər. Bir az gözləyin, bu dəqiqə baĢlayacaq. 

Ceysonun  gözünə  tüstü  doldu  və  o  ağlamağa  baĢladı.  Tava  əlindən  ocağa  düĢdü.  Nensi 

yaĢ əsgi gətirib onun üzünü silsə də, Ceyson kirimədi. 

–  Kiri, –  Nensi dedi, –  kiri, – amma o kirimədi. Keddi tavanı ocaqdan çıxartdı. 

– Hamısı yanıb, –  Keddi dedi. – Yenə qarğıdalı var, Nensi? 

–  Bayaq hamısını tavaya tökdünüz? – Nensi dedi. 

–  Hə,  –    Keddi  dedi.  Nensi  onun  üzünə  baxdı.  Sonra  tavanı  götürüb  ağzını  açdı, 

içindəkiləri ətəyinə töküb, uzun qara əlləri ilə dənələri saf-çürük eləməyə baĢladı. Biz gözümüzü 

ondan çəkmirdik. 

– Ayrısı yoxdur ki? –  Keddi dedi. 

– Var,  –  Nensi dedi. –  Var. Budu e, hamısı yanmayıb ki. Bu dəqiqə onları seçim… 

 – Mən evə getmək istəyirəm. – Ceyson dedi. – Hamısını anama deyəcəm. 

– Kiri görək, – Keddi birdən dedi. Hamımız nəfəsimizi çəkib qulaq asdıq. Nensinin baĢı o 

dəqiqə geri, arxadan cəftələnmiĢ qapıya sarı döndü, gözləri isə lampa iĢığından qırmızı rəng aldı. 

– Kimsə gəlir, – Keddi dedi. 



 

36



Nensi  ocağın  baĢında  oturub,  uzun  qara  əllərini  dizləri  arasında  ovuĢdura-ovuĢdura 

təzədən  inildəməyə  baĢladı;  birdən  gözləri  iri  yaĢ  damcıları  ilə  doldu  və  ocaqdakı  alovun  iĢığı 

altında  qırmızı  Ģara  oxĢayan  damcılar  yanaqlarından  süzülüb  çənəsinə,  ordan  isə  aĢağı 

yuvarlandı. 

– Nensi ağlamır, elə deyil? – mən dedim. 

– Yox, mən ağlamıram, – Nensi dedi. Gözləri yumulu idi. – Mən ağlamıram. Kimdir o? 

– Bilmirəm, – Keddi dedi və qapını açıb bayıra boylandı. – Biz getməliyik. Budur,  atam 

da gəldi. 

– Hamısını deyəcəyəm, – Ceyson dedi, – məni də siz gətirdiniz.  

Nensinin gözlərindən hələ də yaĢ axırdı. Bizə sarı döndü: 

– Qulaq asın, siz də ona deyin. Deyin ki, burda oynamaq istəyirik. Deyin ki, səhərə kimi 

burda qalmaq istəyirsiniz. Deyin ki, məni də sizinlə aparsın, lap döĢəmədə yataram, mənə döĢək-

zad lazım deyil. Orda oynayarıq sizinlə. Keçən dəfəki kimi, yadınızdadır? 

– Oynayıb-eləmədin, – Ceyson dedi, – hələ məni də ağlatdın. Gözümə tüstü doldurdun. 

Hamısını atama deyəcəm. 

 



 

Atam içəri girdi. Bizə baxdı. Nensi  ayağa qalxmadı. 

– Deyin ona, – o dedi. 

– Keddi bizi məcbur elədi, – Ceyson dedi, – mən gəlmək istəmirdim. 

Atam ocağa yaxınlaĢdı. Nensi baĢını qaldırıb onun üzünə baxdı. 

– Reyçel xalagilə gedib, orda qala bilməzsən? – atam dedi. 

Nensi onun üzünə baxırdı, əlləri hələ də dizlərinin arasındaydı.  

– O, burada yoxdur, – atam dedi, – olsaydı, gələndə görərdim, hər yanda sakitlikdir. 

– O, xəndəkdədir, – Nensi dedi, – bilirəm, orda gizlənib, gözləyir. 

– BoĢ Ģeydir, – atam dedi. Nensinin üzünə baxdı. – Nədən bilirsən ki, ordadır? 

– NiĢanəsini görmüĢəm, – Nensi dedi. 

– Nə niĢanə, – atam soruĢdu. 

–  Otağa  girəndə  masanın  üstündə  gördüm.  Qanı  hələ  qurumamıĢ  bir  parça  donuz  əti. 

Lampanın  yanına  qoymuĢdular.  O  buralardadır,  bilirəm.  Siz  bu  qapıdan  çıxan  kimi  məni  o 

dünyaya göndərəcək. 

– Hara göndərəcək, Nensi?, – Keddi dedi. 

– Mən xəbərçi deyiləm, – Ceyson dedi. 

– BoĢ Ģeydir, – atam dedi. 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə