Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə171/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   167   168   169   170   171   172   173   174   ...   192

 

35



amma həbsxanaya düĢəndə əynində bircə donu olduğundan əllərini bağlamağa heç nə tapmayıb, 

ona görə də boğulanda istər-istəməz əlləri ilə pəncərənin altından yapıĢıb. Elə həmin an nəzarətçi 

səs  eĢidib  yuxarı  qaçmıĢ  və  Nensini  çıl-çılpaq  pəncərədən  asılan  görmüĢdü.  Nəzarətçinin 

söylədiyinə görə, hələ o vaxt Nensinin çılpaq qarnı balaca Ģar kimi azca irəli çıxıbmıĢ. 

Dilsi  xəstələnib  öz  daxmasından  bayıra  çıxa  bilmədiyi  vaxtlar  bizim  yemək-içməyimizi 

Nensi hazırlayırdı. Bir gün gördük ki, onun önlüyünün altı bərk dombalıb, onda hələ atam Ġsusa 

bizə  gəlməyi  qadağan  eləməmiĢdi.  O  da  bizdəydi  və  pilətənin  yanında  oturmuĢdu,  qara 

sifətindəki  bıçaq  yeri  sifətinə  yapıĢmıĢ  kirə  oxĢayırdı.  Birdən  o  dedi  ki,  Nensi  donun  altında 

qarpız gizlədib. 

 Sənə nə? Sənin ki tağından deyil, 



 Nensi dedi. 

 Tağ nədi? 



 Keddi soruĢdu. 

 Mənim tağımdan olsaydı, onu dibindən kəsərdim, 



 Ġsus dedi. 

  Heç  utanmırsan, 



  Nensi  dedi. 

  Körpə  uĢaqların  yanında  da  belə  söz  danıĢarlar? 



Ġstəyirsən  ki,  mister  Ceyson  gəlib  səni  burda,  uĢaqların  yanında  bu  cür  yava-yava  danıĢan 

görsün? 


 O nə deyir ki? 

 Keddi soruĢdu. 



 Tağ nədir? 

  Ağ  adamın  mətbəxində  görünmək  mənə  qadağandı, 



  Ġsus  dedi, 

  amma  o  mənim 



mətbəximdə  istədiyini  eləyə  bilər.  Hətta  evimə  də  girə  bilər,  mən  bunu  ona  qadağan  da  edə 

bilmərəm, ona görə ki, o gələndə bu ev mənimki olmur. Mən onu qova bilmərəmsə, o da  məni 

qova bilməz. Qova bilməz. 

Dilsi  hələ  də  xəstə  yatırdı.  Atam  Ġsusa  bizə  gəlməyi  qadağan  eləmiĢdi.  Dilsi  hələ  də 

xəstəydi. Onun xəstəliyi yaman uzandı. AxĢam yeməyindən sonra bir yerə yığıĢmıĢdıq. 

  Noldu,  görəsən,  Nensi  mətbəxdə  iĢini  qurtarmayıb? 



  anam  dedi. 

  Məncə,  o,  gərək 



çoxdan qurtarmıĢ olaydı.  

  Ġndi  Kventin  mətbəxə  düĢüb  öyrənər, 



  atam  dedi. 

  Kventin,  düĢ  gör,  Nensi  orda 



neyləyir. Qurtarıbsa, deynən getsin. 

Mətbəxə  düĢdüm.  Nensi  iĢini  qurtarmıĢdı.  Qablar  yuyulub  yerinə  yığılmıĢ,  pilətə 

söndürülmüĢdü. Nensi sönmüĢ pilətənin önündə stul qoyub oturmuĢdu. O mənə baxdı. 

 Anam deyir ki, nə oldu, qurtarmadı? 



 dedim. 


 Hə, 


 Nensi dedi, 

 qurtarmıĢam. 



 Hələ də mənə baxırdı. 

 Sənə nə olub? Nə olub, Nensi? 



  Axı  mən  neyləyim  ki,  zənciyəm, 

  Nensi  öz-özünə  danıĢırdı. 



  Bunda  mənim  nə 

günahım? 



 

35



O, həsir Ģlyapa baĢında, soyuq pilətənin önündə oturub gözlərini məndən çəkmirdi. Geri 

qayıtdım,  çünki  pilətə  sönmüĢ,  mətbəx  soyumuĢdu,  axı  mən  buranı  həmiĢə  isti,  qaynaĢan  və 

rahat  bir  yer  kimi  təsəvvür  eləyirdim.  Ġndi  isə  mətbəx  adama  yad  gəlirdi:  ocaq  sönmüĢ,  qab-

qacaq yığıĢdırılmıĢdı, indən belə kiminsə yemək istəyəcəyinə isə güman yox idi.  

 Qurtarıb? 



 anam soruĢdu. 

 Hə, 


 dedim. 


 Bəs onda niyə çıxıb getmir? 

 ĠĢini qurtarıb, oturub orda. 



 Gedim görüm, 

 atam dedi. 



 Bəlkə, o, Ġsusu gözləyir, gəlib onu aparacaq, 

 Keddi dedi. 



 Ġsus baĢqa Ģəhərə köçüb, 

 dedim. Bunu bizə  Nensinin özü demiĢdi;  bir gün yuxudan 



ayılanda görüb ki, Ġsus yanında yoxdu. 

 Məni atıb getdi, 



 Nensi dedi. 

 Məncə, indi Memfisdədir, yəqin, polisin qorxusundan 



qaçıb. 

 Sənin üçün daha yaxĢı, 



 atam dedi. – Ümid edirəm, bir də o buralara qayıtmaz. 

 Ayy


, Nensi qaranlıqdan qorxur, 

 Ceyson dedi. 



 Sən də qorxursan, 

 Keddi dedi. 



 Qorxmuram. 

 Ağciyər. 



 Mən qorxaq deyiləm. 

 Kendeysi, bəsdi, 



 anam  Keddiyə acıqlandı. Atam mətbəxdən qayıtdı. 

 Gedim onu evinə ötürüm, 



 o dedi. 

 Qorxur, deyir ki, Ġsus gəlib. 



 Öz gözləri ilə görüb? 

 anam soruĢdu. 



 Yox, zəncilər xəbər göndəriblər ki, o Ģəhərə qayıdıb. Narahat olma, bu saat qayıdaram. 

  Sən  indi  məni  burda  tək  qoyub,  Nensini  ötürəcəksən? 



  anam  hirsləndi. 

  Yəni  o  bu 



qədər əziz olub? 

 Dedim ki, bu saat qayıdaram, 



 atam təkrar etdi. 

 O yava zənci bu həndəvərdə dolaĢdığı bir vaxtda bu körpə uĢaqları burda yiyəsiz qoyub 



hara gedirsən? 

 Mən də gedirəm, 



 Keddi dedi, 

 ata, qoy mən də gedim. 



 Onun uĢaqlarla nə iĢi, 

 atam dedi, 



 onsuz da, Allah onu uĢaq sarıdan bədbəxt yaradıb. 

 Mən də gedirəm, 



 Ceyson dedi. 




 

35



 Ceyson! 

 anam qıĢqırdı. Atama deyirdi, bunu onun səsinin ahəngindən bilmək olurdu. 



Anam elə danıĢırdı ki, elə  bil, atam hər gün ancaq onun xətrinə dəyməyə bəhanə axtarır və  hər 

dəfə də hökmən buna bir səbəb tapır. Mən dinməzcə dayanmıĢdım, çünki atam da, mən də yaxĢı 

bilirdik ki, əgər səsimi çıxartsam, anamın yadına düĢəcəm və o, məni buraxmayacaq. Buna görə 

də  atam  mənə  sarı  baxmırdı.  UĢaqların  ən  böyüyü  idim,  mənim  doqquz,  Keddinin  yeddi, 

Ceysonun isə beĢ yaĢı vardı. 

 Bəsdi, sən Allah, 



 atam dedi, 

 bu saat qayıdırıq. 



Nensi  Ģlyapasını  baĢına  qoymuĢdu.  Dalana  çatdıq.  «Bu  neçə  ildə  Ġsusun  mənə  heç  bir 

pisliyi dəyməyib, 

 Nensi dedi. 



 Ġki dolları olsa, birini mənə verərdi. 

 Hər yan qaranlıq idi. 



 

Bircə bu dalan qurtarsaydı, sonra özüm tək də gedərəm». 



Dalan hələ də qaranlıq idi. 

  «Müqəddəs ruhlar» günü Ceyson  bax  burda qorxudan az qaldı özünü  batıra, 



  Keddi 


dedi. 

 Yalan deyirsən, 



 Ceyson dedi. 

 Reyçel xala necə, ona demisən? Bəlkə,  o, Ġsusu birtəhər yola gətirdi? 



 atam Nensiyə 

dedi. Reyçel xala qoca qarıydı. Nensinin qonĢuluğunda, onun evinin arxa tərəfində uçuq-sökük 

bir  daxmada  tək-tənha  yaĢayırdı.  Saçları  ağappaq  ağarmıĢdı.  Heç  yerdə  iĢləmir,  bütün  günü 

qapıda oturub qəlyan çəkirdi. Deyirdilər ki, o, Ġsusun anasıdı. O özü də bəzən bunu təsdiq edir, 

bəzən isə deyirdi ki, Ġsusun ona heç bir qohumluğu çatmır. 

 Yox, yalan demirəm, 



 Keddi dedi. 

 Sən Fronnidən də, lap elə T.P.-dən də, lap elə ən 



qorxaq zəncidən də qorxaqsan. 

  Yox,  o  heç  kimin  sözünə  baxmaz, 



  Nensi  atama  dedi. 

  Deyir  ki,  onun  qəlbindəki 



Ģeytanı, guya mən oyatmıĢam və onu susdurmağın ancaq bircə yolu var. 

 Di yaxĢı, burnunu sallama, 



 atam dedi. 

 O, bir daha buralara qayıtmaz, qorxma. Bir 



də ağlarnan az otur-dur. 

 Ağlarnan neynəsin? 



 Keddi soruĢdu. 

 Otur-dur nə olan Ģeydi? 



 O heç  yana gedib eləməyib, 

  Nensi dedi. 



  Hiss eləyirəm ki,  burdadır, hardasa, bax, 

bu  dalanın  bir  küncündə  gizlənib  bizi  pusur.  Hər  sözümüzə  qulaq  asır.  Düzdü,  mən  onu  öz 

gözlərimlə    görməmiĢəm  və  güman  ki,  indən  belə  mənə  onu  ancaq  bircə  dəfə  görmək  qismət 

olacaq,  özü  də  əlində  bıçaq. 

O  bu


  bıçağı  iplə  boynundan  asıb  həmiĢə  kürəyində,  köynəyinin 

altında gəzdirir. Görəndə də buna təəccüblənməyəcəyəm. 

 Mən qorxaq deyiləm, 



 Ceyson dedi. 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə