Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə167/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   163   164   165   166   167   168   169   170   ...   192

 

34



tez  əlini  çiynindən    asdığı  torbaya  salıb  çıxarırdı.  Zirzəminin  qapısını  açıb  oraya,  eləcə  də 

həyətdəki  bütün  tikililərin  ətrafına  xlorlu  əhəng  tökdülər.  Geri  qayıdarkən  bir  də  çəmənlikdən 

keçəndə  bayaqdan  qaranlığa  bürünmüĢ  pəncərələrdən  birində  iĢıq  yandı:  arxadan  düĢən  iĢıq 

Ģüasında  miss  Emili  oturulu  daĢ  heykələ  bənzəyirdi.  KiĢilər  çəmənlikdən  qısıla-qısıla  keçib, 

özlərini küçə boyunca əkilmiĢ sıx ağaclığa verdilər. Bir-iki həftədən sonra iy yoxa çıxdı. 

Bax elə  o vaxtdan camaatın  miss Emiliyə  yazığı  gəlməyə  baĢladı. Onun doğmaca  bibisi 

olan Uayet qarının ömrünün  axırında ağlını tamam  itirdiyini  xatırlayıb,  bu qənaətə gəldilər ki, 

Girirsonlar 

elə  həmiĢə  belə  olublar,  həmiĢə  özlərini  olduğundan  bir  az  yuxarı  tutublar.  Yəni  

qohum-əqrəbanın gözündə Ģəhərdə  miss Emiliyə  yaraĢan bir oğlan yox idi və  s. Onların – miss 

Emili  ilə  atasının  öz  evlərinin  artırmasında  necə  ədayla  dayandıqları  indi  də  gözlərimizin 

önündən getməyib: atası qamçını əlində bərk-bərk sıxaraq ayaqlarını aralı qoyub Ģəstlə qabaqda, 

bəmbəyaz  geyimli,  incəbelli  miss  Emili  isə  azca  arxada,  qapı  çərçivəsinin  tən  ortasında 

dayanırdı. Buna görə də otuz yaĢı tamam olandan sonra belə onun ərə getmədiyini görəndə buna 

nəinki sevinirdik, hətta elə  bilirdik ki, kimsə  bizim  intiqamımızı  alıb. Çünki  fikirləĢirdik ki,  bu 

nəsildə dəlilik xəstəliyi olsa belə, indi münasib bir oğlan düĢsə, artıq miss Emili ondan heç cür 

imtina eləməz. 

Atası  öləndə  məlum  oldu  ki,  o  öz  yeganə  övladına  bu  evdən  savayı  heç  nə  miras 

qoymayıb. Camaat buna da sevindi. Sevindik ki, nəhayət, miss Emilinin halına acıya biləcəyik. 

Yəni  fikirləĢdik  ki,  tənhalıq  və  ehtiyac  içərisində  yaĢadıqca  miss  Emili  öz  qürurunu  unudacaq, 

yumĢalıb  hamı  kimi  olacaq.  Nəhayət,  o  da  baĢqaları  kimi  hər  qəpiyinin  qədrini  biləcək,  onu 

qazananda sevinəcək, itirəndə isə kədərlənəcək. 

Atasının ölümünün sabahı günü səhər tezdən Ģəhərin bütün qadınları, adətə uyğun olaraq, 

miss  Emiliyə  baĢsağlığı  vermək  və  öz  köməklərini  təklif  etmək  üçün  onlara  yollandılar.  O, 

əynində  hər  gün    geydiyi  paltarla  onları  qapının  ağzında  qarĢıladı.  Üz-gözündə  hüzndən  əsər-

əlamət belə yox idi. Gələnlərə də dedi ki, atası ölməyib. KeĢiĢlərin və həkimlərin meyiti otaqdan 

çıxarmaq  üçün  göstərdikləri  bütün  cəhdlərə  baxmayaraq,  o,  düz  üç  gün  inadından  dönmədi. 

Axırda  naəlac qalıb onu qanun və zor gücü ilə  hədələyəndə təslim oldu  və  meyiti təcili aparıb 

basdırdılar.   

O vaxt heç kəs miss Emilinin bu hərəkətini dəlilik əlaməti saymadı. FikirləĢirdik ki, onu 

baĢa düĢmək olar, axı atası neçə-neçə cavan, subay  oğlanı bu evə yaxın düĢməyə qoymamıĢdı və 

indi  ona,  bu  yazıq  tənha  qadına,  hamı  kimi,  heç  olmasa,  əlində  olanı  itirməməyə  çalıĢmaqdan 

savayı heç nə qalmayıb.  

 

III 



 


 

34



Sonra uzun  müddət xəstə  yatdı. Biz onu bir də  təzədən görəndə  cavan qız uĢaqları kimi 

saçlarını vurdurub xeyli qısaltmıĢdı:  bir az, rəngli kilsə pəncərələrində təsvir olunan qəmgin və 

ciddi  mələklərə  bənzəyirdi.  Elə  o  vaxt  Ģəhər  hökuməti  küçələrə  səki  saldırmaq  fikrinə  düĢdü;  

müqavilələr  imzalandı  və  miss  Emilinin  atası  ölən  ilin  yayında  bu  sahədə  qızğın  iĢ  baĢladı. 

Tezliklə Ģəhərin küçələrində  zənci  fəhlələrdən, qatırlardan,  müxtəlif tikinti qurğularından  ibarət 

bir briqada peyda oldu. Həmin briqadaya boy-buxunlu, qarasaç, gursəsli, gündən yanıb qaralmıĢ 

sifətində  iri  aydın  gözləri  dərhal  nəzərə  çarpan  Homer  Berron  adlı  əsil  yanki  baĢçılıq  edirdi. 

Balaca uĢaqlar, oğlanlar dəstəylə onların ardınca düĢər, əsl yankinin zəncilərə necə təpindiyinə 

və  onların  da  dərhal  öz  külünglərini  qaldırıb  endirərək,  bu  hərəkətin  ahənginə  uyğun  nəğmə 

oxumalarına  heyran-heyran  tamaĢa  edərdilər.  Az  vaxt  içərisində  Homer  Berronun  Ģəhərdə 

tanımadığı  adam  qalmadı.  ġəhərin  hansı  yerində  xeyli  adam  toplaĢmıĢdısa  və  oradan  bərk 

gülüĢmə  səsi  gəlirdisə,  o  saat  bilirdin  ki,  bu  yığnağın  baĢında  Homer  Berron  durub.  Heç  bir 

müddət keçməmiĢdi ki,  biz onu  hər  bazar günü axĢamüstü  miss Emili  ilə  birlikdə Ģəhəri gəzən 

görməyə  baĢladıq:  kirayə  götürdükləri  bir  cüt  kəhər  ata  qoĢulmuĢ  sarı  rəngli,  ikiyerli  üstüaçıq 

faytonda  küçələri  gəzərdilər.  Əvvəlcə  biz  buna  sevindik.  Sevindik  ki,  miss  Emilidə  həyata, 

azacıq  da  olsa,  maraq  oyanıb.  Çünki  Ģəhər  qadınları  belə  danıĢırdılar:  «

Grirsonlar

  heç  vaxt 

Ģimallıya,  özü  də  günəmuzd  fəhləyə  ciddi  yanaĢmazlar».  Amma  bəziləri,  xüsusən  də  yaĢlılar 

baĢqa  cür  düĢünürdülər:  əsil-nəcabəti  olan  qadın  hətta  ən  bədbəxt  anlarında  belə  öz  nəslinin 

ləyaqətini  unutmamalıdır.  Lakin  onlar  bunu  dillərinə  gətirməkdən  çəkinirdilər,  söz  düĢəndə  isə 

deyirdilər: «Yazıq Emili. Qohumları gərək vaxtında onun qeydinə qalaydılar». Onun, doğrudan 

da, qohumları vardı:  Alabamada yaĢayırdılar. Atası, ağlını itirmiĢ Uayet qarının mülkü üstündə 

neçə  il  bundan  əvvəl  onlarla  dalaĢıb  küsüĢmüĢdü  və  o  vaxtdan  bu  iki  ailə  bir-biri  ilə  əlaqə 

saxlamırdı. Hətta miss Emilinin atası öləndə də Alabamadan dəfnə gələn olmadı.  

«Yazıq Emili» sözləri ilk dəfə dilə gətirilən gündən cürbəcür Ģayiələr yayılmağa baĢladı. 

«Deyirsiniz, yəni arada ciddi bir Ģey var?» – deyə həmin qadınlar bir-birindən soruĢurdular. «Bəs 

necə!  Buna  baĢqa  nə  ad  vermək  olar?»  O  vaxtdan  miss  Emilidən  xəlvət,  onun  evinin 

gözqamaĢdırıcı  günəĢ  Ģüalarından  qorumaq  üçün  pərdəsi  endirilmiĢ  pəncərələrinin  altında, 

küçədən keçən tikinti briqadasının ardınca bir pıçıltı gəzməyə  baĢladı: «Yazıq Emili». 

Artıq biz hamımız onun qürurunun sınmıĢ olduğunu zənn etsək də, o, yenə əvvəlki kimi 

baĢını  dik,  həm  də  həmiĢəkindən  dik  tutaraq  gəzirdi.  Sanki,  o,  Grirsonlar  nəslinin  son 

nümayəndəsi kimi bu nəslin Ģərəf və ləyaqətini sübut etməyə çalıĢırdı; elə bil, bütün bu Ģayiələr, 

bütün bu söz-söhbətlər onun üstünlüyünə, öz müstəsnalığına olan inamını nəinki qırmamıĢ, hətta 

birə-on 

qat 


artırmıĢdı.  Sonralar  aptekdən  siçovulları  qırmaq  üçün  istifadə  olunan  siçan  zəhəri 

alanda da özünü  bu cür təkəbbürlü aparmıĢdı.  Bu hadisə  «Yazıq Emili»  ifadəsi camaatın dilinə 

düĢdüyü gündən düz bir il sonra baĢ vermiĢdi. Onda alabamalı iki əmisi qızı ona qonaq gəlmiĢdi. 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə