Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə165/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   161   162   163   164   165   166   167   168   ...   192

 

33



sanki, sehrli  bir aləmin  miniatürü idi. Burda onun dodaqları qaçmağa  baĢladı. Qaranlıqda, kino 

baĢlayanda,  hər  Ģey qaydasında olacaq, o özünü  saxlamalı,  bu gülüĢü tez, boĢ  yerə  sərf eləyib 

qurtarmamaldır.  Buna  görə  dərhal  –  baĢlar  ona  tərəf  dönməmiĢ,  insan  marağının  doğurduğu 

pıçıltılar  hələ  baĢlamamıĢ-zala  tələsdi;  rəfiqələri  keçib  həmiĢə  oturduqları  yerdə  oturdular; 

burdan gümüĢü Ģüaların iĢığında cərgələrin arasından qol-qola ötüb-keçən cavan oğlan və qızlara 

tamaĢa eləmək onlar üçün çox asan idi. 

ĠĢıqlar  söndü,  ekran  gümüĢü  rəngli  iĢığa  büründü  və  gözəl,  məĢəqqətli,  qəmli  həyat  öz 

axarına  baĢladı.  Cavan  oğlan  və  qızlar  hələ  də  cüt-cüt  zala  girməkdə  idilər;  yarıqaranlıqda 

onların  xıĢıltısı  və  xoĢ rayihəsi  ətrafa  yayılırdı;  ikiləĢən kürəklərinin  cizgiləri son dərəcə  zərif, 

cazibədar görkəm  alırdı; çevik bədənləri bir az yöndəmsiz olsa da, əsrarəngiz dərəcədə cavan və 

təravətli  idilər.  Onlardan  arxada,  ekranda  isə  gümüĢü  rəngli  röyalar  durmadan,  aramsız  axıb 

gedirdi.  O  gülməyə  baĢladı.  Bu  gülüĢü  boğmağa,  susdurmağa  çalıĢdı,  amma  bacarmadı, 

qəhqəhələri daha da Ģiddətləndi;  hamı çevrilib ona baxmağa baĢladı. Rəfiqələri kömək edib onu 

yerindən  qaldırdılar 

  hələ  də  susmaq  bilmirdi 



  bayıra  çıxardılar.  Ucadan,  zil  səslə  qəhqəhə 

çəkə-çəkə səkinin kənarında dayandı. Nəhayət, taksi gəldi, onu maĢına mindirdilər. 

Rəfiqələri  onun  əynindəki  çəhrayı  donu,  zərif    köynəyi  və  nazik  corabları  çıxardılar, 

yatağa uzatdılar, gicgahlarına qoymaq üçün buz doğradılar, həkim arxasınca adam göndərdilər. 

Onu  yerində  tapmaq  mümkün  olmadığı  üçün  özləri  heyrətlə  pıçıldaĢa-pıçıldaĢa  ona  yardım 

göstərməyə  baĢladılar:  buzu  tez-tez  dəyiĢib,  üzünü  yelpiklədilər.  Buz  hələ  soyuq  olduğuna  və 

yaxĢı  sərinlətdiyinə  görə  o,  gülməyini  kəsdi,  bir  müddət  sakitləĢdi,  yalnız  hərdənbir  azacıq 

inildədi. Ancaq tezliklə onu yenidən gülmək tutdu və səsi aləmi baĢına götürdü. 

 



Sısssss!    Sısssss



  deyə  tez-tez  buz  kisəciklərini  dəyiĢməyə  baĢladılar,  saçlarını 

darayıb qaydasına saldılar, onlara dən düĢüb-düĢmədiyini yoxladılar. 

 Yazıq qız, 



  biri dedi.  Arxasınca o birisi  dilləndi: 

  Sən  bilən, doğrudanmı,   belə  bir 



Ģey olub? 

  və  onların  qəzəbli,  mübhəm  gözlərində  qara,  istehzalı  iĢartılar  göründü. 



  Sısssss! 

Yazıq qız! Yazıq Minni! 

 

 

Maklendon  maĢını  öz  təzə  evinin  qabağında  saxlayanda  artıq  gecəyarısı  idi.  Bu  ev  quĢ 



qəfəsi kimi səliqəli, yaraĢıqlı, eyni zamanda o qədər də xırda, kiçik bir ev idi, ağ və yaĢıl rənglə 

rənglənmiĢdi. O, maĢının qapısını bağladı, artırmaya çıxıb, evə girdi. Arvadı torĢerin böyründəki 

kreslodan qalxdı. Maklendon qapıda dayanıb diqqətlə onun üzünə baxdı, qadın onun nəzərlərinə 

tab gətirməyib, gözlərini yerə dikdi. 




 

33



 Saata bax, 

 Maklendon divar saatını göstərərək dedi. Qadın əlində jurnal, baĢını aĢağı 



salıb  onun  qarĢısında  durmuĢdu.  Solğun  sifətində  gərgin  və  xəstəhal    ifadə  vardı. 

  Sənə 



deməmiĢəm ki, gecələr burda oturub, mənim haçan gəldiyimi güdmə? 

 Con, 



 arvadı dedi. Əlindəki  jurnalı kənara qoydu. Maklendon ayaqlarının ucları üstə 

dikəlib, qızmıĢ baxıĢları ilə onu tərs-tərs süzdü; sifətindən tər axırdı. 

  Bəyəm  sənə  deməmiĢəm? 



  o,  arvadının  üstünə  yeridi.  Qadın  baĢını  qaldırdı. 

Maklendon onun çiyinlərindən yapıĢdı. Arvadı lal-dinməz dayanıb onun gözlərinin içinə baxırdı. 

 Eləmə,  Con. Yata bilmirəm…  Çox istidir, bir də ki… YaxĢı, Con. Ağrıyır axı. 



 

 Bəyəm sənə deməmiĢəm? 



 o, arvadını buraxdı, onu yarı vurub, yarı itələyib kresloya 

yıxdı; qadın yıxıldığı yerdən tərpənmədən dinməzcə otaqdan çıxan ərinin dalınca baxdı. 

Maklendon  evin  içindən  keçərkən  köynəyini  çıxardı,  pərdəli  pəncərələri  olan  arxa 

artırmada  isə  onunla  baĢını,  çiyinlərini  silib  atdı.  ġalvarının  arxa  cibindən  tapançasını  çıxarıb 

çarpayının  önündəki  masanın  üstünə  qoydu,  oturub  ayaqqabılarını  soyundu.  Sonra  qalxıb 

Ģalvarını  əynindən  çıxardı.  Yenidən  onu  tər  basdı,  aĢağı  əyilib,  hirslə  köynəyini  axtarmağa 

baĢladı. Axır ki, tapdı, onunla bədəninin tərini silib,  kənara atdı. Sonra yerindən qalxıb çılpaq 

bədənini  tozlu  pəncərə  ĢüĢəsinə  dirəyib,  bayıra  baxdı.  Ətrafda  nə  bir  səs,  nə  bir  hənirti 

duyulurdu, cücülər də harasa yox olmuĢdular. Biganə, laqeyd ay iĢığı və ulduzların bərələ qalmıĢ 

donuq baxıĢları altında uzanıb yatan qaranlıq dünya, sanki, heyrət içində donub qalmıĢdı. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

33



EMĠLĠ ÜÇÜN QIZILGÜL 

 

Missi  Emili  Krirson  vəfat  eləyəndə  qadınlı-kiĢili  bizim  bütün  Ģəhər  onun  dəfninə  getdi: 

kiĢilər,  sanki,  uçub  dağılmıĢ  qədim  bir  abidəyə  hörmət  və  ehtiramlarını  bildirmək,  qadınların 

əksəriyyəti isə bu xanımın yaĢadığı evin içərisini görməyə, axır ki, fürsət tapdıqları üçün; çünki 

malikanəyə  həm  bağbanlıq,  həm  də  aĢpazlıq  edən  qoca  zənci  qulluqçudan  savayı,  bu  evə  on  il 

olardı ki, heç kəsin ayağı dəyməmiĢdi.  

Divarları Nuh əyyamında ağardılan nəhəng, dördkünc bina yetmiĢinci illərin yüngülsayaq 

üslubuna  müvafiq  surətdə  günbəzlər,  uzun-uzun  millər,  naxıĢlı  eyvanlarla  bəzədilmiĢdi  və  bir 

vaxtlar Ģəhərin ən mötəbər ailələrinin yaĢadığı ən kübar küçədə yerləĢirdi. Lakin sonralar burada 

tikilən qarajlar və pambıqtəmizləmə zavodları  ən hörmətli ailələri buradan sıxıĢdırıb çıxarmıĢdı 

və indi yalnız miss Emiligilin köhnə dəbli evi pambıq furqonları və benzindoldurma stansiyaları 

arasında əvvəlki kimi qürur və təkəbbürlə yüksəlirdi, sanki, ona meydan oxuyanlara özü meydan 

oxuyurdu.  Budur,  indi  miss  Emili  də  sidr  kolluğu  basmıĢ  Ģəhər  qəbiristanlığında  Cefferson 

uğrunda döyüĢlərdə  həlak olan  federal ordu  əsgərləri  və konfederatların adlı-adsız qəbirləri  ilə 

yanaĢı  uyuyan  o  mötəbər  ailələrin  nümayəndələrinə  qoĢulacaq,  onların  arasında  öz  yerini 

tutacaqdı.  

Miss Emili  sağlığında köhnə ənənələrin, bir növ,  Ģəhərin öz üzərinə götürdüyü  mənəvi 

məsuliyyətin  canlı  mücəssəməsi  idi  və  bu  məsuliyyət  onun  boynuna  1894-cü  ildə,  Ģəhərin 

ovaxtkı meri polkovnik Sartoris (o adam ki, zənci qadınlarına küçəyə önlüksüz çıxmağı qadağan 

etmiĢdi)  bu  qadının  atası  öləndən  dərhal  sonra  onu  vergi  verməkdən  həmiĢəlik  azad  etdiyi 

gündən düĢmüĢdü. Miss Emili bunu xeyirxahlıq kimi qəbul etməmiĢdi. Çünki polkovnik Sartoris 

belə bir dolaĢıq əhvalat uydurmuĢdu: guya, onun atası haçansa Ģəhərin büdcəsinə borc pul verib 

və  həmin  pulu  indi  baĢqa  cür  geri  qaytarmaq  münasib  düĢməzdi.  Yalnız  polkovnik  Sartoris 

dövrünün adamları belə bir Ģeyi uydura və yalnız qadın xeylağı belə bir Ģeyə inana bilərdi. 

Ancaq  yeni  nəslin  müasir  düĢüncə  ilə  tərbiyə  olunmuĢ  nümayəndələri  Ģəhər 

hakimiyyətinə  sahib  olanda  bu  müqavilə  məlum  narazılığa  səbəb  oldu.  Təzə  ilin  birinci  günü 

onlar miss Emiliyə vergi kağızı göndərdilər. Fevral ayı gəlib çatdı, amma miss Emilindən heç bir 

cavab  çıxmadı.  Ona  rəsmi  məktub  yazdılar,  xahiĢ  etdilər  ki,  özü  münasib  bildiyi  vaxt  Ģerifin 

yanına gəlsin. Bir həftədən sonra mer özü məktub göndərdi, təklif etdi ki, istəyirsə, o özü miss 

Emilinin  yanına  gələ  bilər  və  yaxud  onun  arxasınca  avtomobil  göndərər.  Əvəzində  solğun 

mürəkkəblə,  incə  hüsnxətlə  köhnə  formatlı  kağıza  yazılmıĢ  bir  cavab  məktubu  aldı.  Həmin 

məktubun  qısaca  məzmunu  bundan  ibarət  idi:  miss  Emili  çoxdan  evdən  bayıra  ayaq  basmır; 

vergi kağızı isə izahatsız-filansız, həmin məktuba əlavə edilmiĢdi. ġəhərin bələdiyyə Ģurası təcili 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə