Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə168/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   164   165   166   167   168   169   170   171   ...   192

 

34



– Mənə zəhər lazımdı, – aptekçiyə demiĢdi. 

O  vaxt  yaĢı  otuzu  keçmiĢdi.  Bir  az  arıqlasa  da,  yar-yaraĢığını  hələ  itirməmiĢdi.  Qara 

gözlərinin soyuq, ötkəm və amiranə baxıĢları vardı, gicgahlarının və almacıq sümüklərinin dərisi 

tamam  tarımlaĢmıĢdı.  Bizim  Ģəhər  adamlarının  təsəvvürünə  görə,  bu  cür  sifət  yalnız  mayak 

gözətçisində ola bilərdi. 

– Mənə zəhər lazımdır, – dedi. 

– EĢitdim, miss Emili. Nə cür zəhər?! Yəqin, siçovullara qarĢı istifadə etmək istəyirsiniz, 

eləmi? Mən sizə… 

– Mənə ən güclü zəhər lazımdır. Adı nə olur olsun, fərqi yoxdur. 

Aptekçi bir neçə zəhər adı sadaladı. 

 

Bunlar elə zəhərlərdir ki, fili də çökdürərlər. Ancaq məncə, sizə… 



– Siçan zəhəri lazımdır, – miss Emili onun sözünü kəsdi. – O, güclü zəhərdirmi? 

– Siçan zəhəri?... Bəli, mem. Ancaq məncə. sizə… 

– Mən siçan zəhəri istəyirəm sizdən.   

Aptekçi  baĢını  qaldırıb  diqqətlə  onu  süzdü.  Lakin  miss  Emili  onun  bu  baxıĢını  çox 

laqeydliklə qarĢıladı; ən xırda əzələsi belə tərpənməyən daĢ sifəti alay  bayrağı kimi ona meydan 

oxudu. 


– Nə olar, – aptekçi dedi. – Özünüz bilərsiniz, mən nə deyə bilərəm. Ancaq qanuna görə, 

siz bu zəhərdən nə üçün istifadə edəcəyinizi qabaqcadan bildirməlisiniz. 

Miss  Emili  baĢını  yüngülcə  geri  atıb,  düz  onun  gözlərinin  içinə  baxdı.  Yazıq  aptekçi, 

nəhayət,  bu  soyuq  və  zabitəli  baxıĢlara  tab  gətirməyib,  arxaya  döndü  və  otaqdan  çıxdı.  Siçan 

zəhəri  bağlamasını  da  ona  qaradərili  oğlan  uĢağı  gətirdi.  Miss  Emili  evdə  həmin  bağlamanı 

açanda  isə    qutunun  üstündəki  kəllə  və  sümük  Ģəklinin  altında  bu  sözləri  oxudu:  «Siçovullara 

qarĢı iĢlədilməlidir». 

 

IV 



 

Məhz  buna  görə  sabahı  gün  hamımız  eyni  fikrə  gəldik:  «O  özünü  öldürəcək»  və 

fikirləĢdik  ki,  onun  üçün  bundan  yaxĢı  çıxıĢ  yolu  yoxdur.  Çünki  Homer  Berronla  görüĢməyə 

baĢladığı  ilk  günlər  hamımız  əmin  idik  ki,  onlar  evlənəcəklər.  Amma  sonra  eĢidəndə  ki,  daim 

«Sığın  klubu»nda  içki  masası  arxasında  özündən  cavan  adamlarla  yeyib-içməkdən  zövq  alan 

Homer  Berron  baĢına  toplaĢanlara  subaylığın  üstün  məziyyətlərindən  dəm  vurur,  «miss  Emili 

onu  hökmən  öz toruna  salacaq»  dedik.  Aradan  bir  müddət  də  keçdi.  Ġndi  onlar  hər  bazar  günü 

günortadan sonra günəĢ Ģüasından par-par parlayan faytonda (miss Emili qürurla baĢını dik tutar, 




 

34



Homer  Berron  isə  ağzında  siqar,  Ģlyapasını  yan  qoyub  sarı  əlcəkli  əlində  yüyəni  və  qamçını 

Ģəstlə sıxardı) yanımızdan keçəndə arxasınca «Yazıq Emili» deyə pıçıldaĢmağa baĢladıq. 

Bir az keçəndən sonra bəzi qadınlar «Onların bu hərəkəti Ģəhərin adına ləkədir, cavanlara 

pis  təsir  göstərir»,  –  deyə  gileylənməyə  baĢladılar.  KiĢilər  bu  iĢə  qarıĢmaq  istəmədilər,  lakin 

arvadları baptist keĢiĢini dilə tutub miss Emilinin yanına göndərdilər. 

(Halbuki bütün qohumları 

kimi,  miss  Emili  də  yepiskopal  kilsəyə  mənsub  idi).

  KeĢiĢ  bu  görüĢün  nə  məzmunda  keçdiyi 

barədə  heç  vaxt  heç kimə  heç  nə  demədi,  lakin  ikinci dəfə  onun  yanına getməkdən qəti  imtina 

elədi.  Növbəti  bazar  günü  onlar  yenə  də  faytonda  Ģəhəri  gəzməyə  çıxdılar.  Bazar  ertəsi  isə 

keĢiĢin arvadı miss Emilinin Alabamadakı qohumlarına məktub göndərdi. 

Beləliklə,  budur,  o,  yenə  də  evdə  tək  deyildi  və  biz  intizarla  hadisələrin  necə  cərəyan 

edəcəyini  gözləyirdik.  Əvvəlcə  elə  bir  Ģey  olmadı.  Sonra  qəti  inandıq  ki,  onlar  evlənmək 

istəyirlər. Çünki öyrənmiĢdik ki, miss Emili zərgərin yanında olub və ona hər  əĢyasının üstünə 

H.B.  hərfləri  yazılmıĢ,  gümüĢ  üzqırxan  dəsti  sifariĢ  verib.  Ġki  gündən  sonra  isə  eĢitdik  ki,  o, 

mağazadan alt köynəyi də daxil olmaqla  kiĢi üçün bahalı paltar dəsti alıb. Hamımız rahat olduq: 

«Deməli,  doğrudan  da,  evlənirlər».  Biz  buna  sevindik.  Ona  görə  sevindik  ki,  miss  Emilinin 

qonaq gələn iki əmisi qızı onun özündən də betər Grirson xislətli idilər. 

Buna  görə  də  Ģəhər  küçələrində  tikinti  iĢləri  baĢa  çatdıqdan  bir  müddət  sonra  Homer 

Berronun yoxa çıxması heç kimi təəccübləndirmədi. Yalnız bir az ona məyus olduq ki, görəsən, 

onlar bu iĢi nə üçün açıq bəyan etmədilər. Ancaq əmin idik ki, Homer Berron ya miss Emilini öz 

yanına köçürtmək üçün hazırlıq görməyə gedib, ya da elə miss Emiliyə öz qohumlarından yaxa 

qurtarmağa Ģərait  yaratmaq üçün  yoxa  çıxıb (onlara qarĢı sui-qəsd  hazırlanmıĢdı  və  bu qəsddə 

biz  hamımız  miss  Emilinin  tərəfindəydik).  Doğrudan  da,  heç  bir  həftə  keçməmiĢ,  onlar 

Alabamaya qayıtdılar və biz gözlədiyimiz kimi, üç gündən sonra Homer Berron yenidən Ģəhərdə 

peyda oldu. Miss Emilinin qonĢusu axĢam toranlığında zənci qulluqçunun evin arxa qapısını açıb 

onu içəri buraxdığını öz gözləri ilə görmüĢdü. 

O vaxtdan Homer Berronu bir daha görən olmadı. Bir müddət elə  miss Emilinin özü də 

gözə görünmədi. Zənci qulluqçu əlində bazar zənbili gündə bir dəfə Ģəhərə çıxıb qayıtsa da, evin 

giriĢ  qapısı  daim  bağlı  qalırdı.  Sonralar,  miss  Emilinin  evinin  ətrafına  xlorlu  əhəng  tökdükləri 

gecədə  olduğu  kimi,  arada  bir  anlığa  pəncərədə  görünsə  də,  düz  yarım  il  küçəyə  çıxmadı. 

FikirləĢdik  ki,  bunu  da  baĢa  düĢmək  olar  –  bir  qadın  kimi  öz  həyatını  qurmaqda  hər  dəfə  ona 

mane olan atasının ruhu, görünür, hələ ölməmiĢdi və ölmək fikrində də deyildi. 

Miss Emili təzədən camaat içinə çıxanda xeyli kökəlmiĢdi: artıq saçlarına dən düĢmüĢdü. 

Sonra bir neçə ilin içində saçları tamam ağardı və axırda duza bulaĢmıĢ qırmızı istiot rəngi aldı. 

YetmiĢ dörd yaĢında öldüyü günə qədər saçları özünün bu rəngini – adətən, iĢgüzar, çox çalıĢqan 

kiĢilərin saçları ağaranda belə  olur, – itirmədi.  



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə