Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə169/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   165   166   167   168   169   170   171   172   ...   192

 

34



Elə  o  vaxtdan  onun  evinin  giriĢ  qapısı,  –  arada,  təqribən  qırx  yaĢlarında  çini  qablar 

üzərində  rəsm  çəkmək  dərsi  verdiyi  altı-yeddi  ili  hesaba  almasaq  –  öldüyü  günə  qədər  bağlı 

qaldı. Onda alt  mərtəbədəki otaqlardan  birini emalatxanaya çevirmiĢdi  və polkovnik Sartorisin 

yaĢıdlarının  qızları  və  nəvələri  –  əllərində  iyirmi  beĢ  sent  nəzir  pulu  bazar  günü  kilsə 

məktəblərinə hansı həvəs və davamiyyətlə gedirdilərsə, onun yanına da o həvəs və davamiyyətlə 

dərs almağa gəlirdilər. Məhz o vaxt miss Emilini vergi verməkdən azad etdilər. 

Amma sonra yeni nəsil Ģəhərin ətinə və qanına çevriləndə, bir vaxtlar onun yanına  rəsm 

dərsi  almağa  gələn  qızlar  artıq  yaĢa  dolmuĢ,  onu  tərk  etmiĢdilər  və  indi  hətta  onlar  belə,  öz 

uĢaqlarını  zəhlətökən  fırça,  rəng  və  qadın  jurnallarından  kəsilib  götürülmüĢ  Ģəkillərlə  onun 

yanına  göndərmirdilər.  Və  giriĢ  qapısı  axırıncı  Ģagirdin  ardınca  örtüləndən  sonra  bir  daha 

açılmadı.  ġəhərdə  rüsumsuz  poçt  xidməti  yaradılanda  isə  təkcə  miss  Emili  öz  evinin  divarına 

metal nömrə lövhəsi və poçt qutusu vurulmasına razılıq vermədi. Onu çox dilə tutmağa çalıĢsalar 

da,  heç  kimə  qulaq  asmadı.  Günlər,  aylar,  illər  ötüĢdü  və  səhərlər  əlində  bazar  zənbili  ərzaq 

arxasınca yollanan zənci qulluqçunun saçları bizim gözümüzün  önündə yavaĢ-yavaĢ ağardı, beli 

büküldü. Hər ilin dekabrında biz miss Emiliyə vergi ödəmək üçün rəsmi kağız göndərirdik, hər 

dəfə də bir həftədən sonra o məktubu ağzı belə açılmamıĢ halda poçtdan geri alırdıq. Arabir onu 

alt mərtəbədəki pəncərələrdən birinin önündə görərdik – görünür, yuxarı mərtəbə, ümumiyyətlə, 

bağlı qalırdı – tərpənib eləməzdi, daĢdan yonulmuĢ bütə oxĢayırdı. Onun bizi görüb-görmədiyini 

də  dəqiq  demək  mümkün  deyildi.  Bu  minvalla  o,  beləcə,  hamımıza  doğma,  lal-dinməz, 

dərkolunmaz və inkaredilməz bir büt kimi, nəsildən-nəslə keçirdi. 

Və  budur,  o  da  öldü.  Toz-torpaq,  üfunət  basmıĢ  alaqaranlıq  evində  xəstələnib  yatağa 

düĢdü; qocalıb əldən düĢmüĢ zənci qulluqçudan baĢqa ona baxa biləcək heç kimsə qalmamıĢdı. 

Biz  heç  onun  haçan  xəstələndiyindən  də  xəbər  tutmamıĢdıq.  Çünki  qoca  qulluqçudan  heç  nə 

öyrənmək  mümkün  deyildi  və  biz  bu  vəziyyətlə  çoxdan  barıĢmıĢdıq.  Qoca  zənci  heç  kimlə, 

güman ki, heç miss Emilinin özüylə  belə danıĢmırdı. Çünki səsi çoxdan iĢlədilməyən əĢya kimi 

pas atmıĢdı, xır-xır xırıldayırdı. 

O,  alt  mərtəbədəki  otaqların  birində,  qoz  ağacından  düzəldilmiĢ  ağır,  miçətkənli 

çarpayıda keçinmiĢdi: onun ağsaçlı 

baĢı,

 köhnəlmiĢ,  sapsarı  saralmıĢ kifli balıncda uyuyurdu. 



 

 



Zənci  birinci  yas  yerinə  gələn qadınların  ilk dəstəsini giriĢ qapısının ağzında qarĢılayıb, 

onları içəri ötürmüĢdü. Boğuq pıçıltı səsləri otağı bürümüĢdü, gələnlərin iti nəzərləri dörd yanı 

gəzirdi.  Zənci  özü  isə  yox  olmuĢdu.  O,  sakitcə  otağın  içindən  keçib,  arxa  qapıdan  bayıra 

çıxmıĢdı və sonra onu bir də görən olmadı. Əmisi qızları bu dəfə özlərini dərhal yetirdilər. Dəfn 




 

34



mərasimini hadisənin sabahı gününə təyin etdilər. Bütün Ģəhər yasa gəldi. Miss Emilinin tabutu 

satın  alınmıĢ  gül  dəstələrinin  içində  itib-batmıĢdı.  Tabutun  baĢ  tərəfində  atasının  dərin  fikrə 

dalmıĢ  halda pastellə çəkilmiĢ portreti dayanmıĢdı, dörd  ətrafında  isə Ģəhər xanımları  bir-birini 

sıxıĢdıra-sıxıĢdıra hüzn içində pıçıldaĢırdılar. Evin önündəki artırmada və çəmənlikdə 

qos-qoca

 

kiĢilər  əyləĢmiĢdilər:  bəzilərinin  əynində  təzəcə  təmizlənib  ütülənmiĢ,  konfederat  ordusuna 



məxsus hərbi forma vardı və bu qocaların yaddaĢında miss Emili yaĢıd kimi qalmıĢdı; hər birinə 

elə  gəlirdi  ki,  cavanlıqda  neçə  dəfə  onu  rəqsə  dəvət  edib,  hələ  üstəlik,    ona  öz  sevgisini  də 

bildirib.  Bütün  yaĢlı  adamlar  kimi,  onlar  da  hadisə  və  tarixləri  qarıĢıq  salırdılar.  Onlara  görə, 

keçmiĢ  heç  də  üfüqdə  itib-batan  cığır  deyil,  geniĢ,  həmiĢəyaĢıl  bir  çəmənlik  idi  və  bizim 

günlərdən təqribən onca ilin dar dərəsi ilə ayrılırdı.  

Artıq  hamımız  bilirdik  ki,  mərtəbədəki  otaqlardan  birinə  qırx  ildən  çoxdur  heç  kəsin 

ayağı dəyməyib və onun qapısı indi də bağlıdır. Miss Emilinin cəsədini lazımi qaydada torpağa 

tapĢırandan sonra həmin qapını sındırıb açdılar. 

Sərt  zərbədən  uzun  illərdən  bəri  yığılıb  qalmıĢ  toz  ərĢə  qalxdı.  Bu  otaq,  sanki,  bəylə 

gəlinin  zifaf  gecəsi  üçün  sahmana  salınmıĢ,  buna  uyğun  mebellə  təchiz  olunmuĢdu.  Otağın 

havasından  kəskin  qəbir  iyi  gəlirdi;  nazik  toz  qatı  hər  yanı  bürümüĢdü,  rəngi  solmuĢ  çəhrayı 

bəylik  taxtının  qırçınları,  çəhrayı  abajurların  lampaları,  geyim    masası    (bu  masanın  üstündə 

büllur  ətir ĢüĢələri, rəngi solmuĢ üzqırxan  ləvazimatları  bir-birinə  qarıĢmıĢdı  və onların rəngi o 

qədər solmuĢdu ki, üstlərindəki hərflər də oxunmurdu) toz içində itib-batmıĢdı. Yenə o masanın 

üstündə,  sanki.  əyindən  indicə  çıxarılmıĢ  yaxalıq  və  qalstuk  vardı,  onları  ordan  qaldıranda  isə  

yerində  tozdan  aydın  seçilən  aypara  Ģəkli  qaldı.  Kostyum  səliqə  ilə  stulun  çiynindən  asılmıĢdı, 

çəkmələrsə döĢəmədəydi, corablar da onların üstünə atılmıĢdı. 

KiĢinin özü çarpayıda uzanmıĢdı. Biz uzun müddət lal-dinməz qalıb, qorxunc bir səhnəyə 

–  çılpaq  kəllənin  donmuĢ  təbəssümünə,  ağaran  diĢlərinə  mat-mat  baxdıq.  Ölü,  sanki  kimisə 

qucaqlayıbmıĢ  kimi  uzanmıĢdı,  lakin  məhəbbətdən  çox  yaĢayan,  zaman  ötdükcə  onun  əyər-

əskiyinə sığal çəkib hamarlayan əbədi yuxu onun sevgilisini əlindən almıĢdı. Haçansa onun gecə 

köynəyi  olmuĢ  bir  Ģeyin  cır-cındası  ilə  örtülmüĢ  cənazəsi,  elə  bil,  üstünə  uzandığı  çarpayıya 

əriyib  qovuĢmuĢdu  və  o  özü  də,  onun  böyründəki  balınc  da  buz  kimi  soyuq  toz  örtüyünə 

bürünmüĢdü. 

Biz  yalnız  indi  ikinci  balıĢın  da  üstündə  aydın  seçilən  baĢ  izi  olduğunu  gördük.  Kimsə 

aĢağı əyilib ordan nə isə götürəndə, özümüzü irəli verib, bu gözəgörünməz külün quru və kəsif 

iyindən  udquna-udquna,  onun  duza  bulaĢmıĢ  istiot  rəngli  bir  çəngə  saç  olduğunu  aydın  seçə 

bildik. 


 

 


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə