Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə166/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   162   163   164   165   166   167   168   169   ...   192

 

34



iclas çağırdı. Miss Emilinin evinə xüsusi nümayəndə heyəti göndərdilər. Onlar azı, səkkiz-on il 

bundan  əvvəl  (bu  evdə  çini  qablara  rəsm  çəkməyi  öyrətmək  üçün  keçirilən  dərslər  kəsilən 

gündən) bütün qonaqların üzünə bağlı olan qapını döyəndə qoca zənci qulluqçu onları qarĢılayıb 

alaqaranlıq dəhlizə dəvət etdi; burada  yuxarı, daha müdhiĢ otağa aparan pilləkən vardı. Ġçəridən 

kəskin xarabalıq iyi gəlirdi, hər tərəfə üfunətli və kəsif  hava çökmüĢdü. Zənci qulluqçu gələnləri 

qonaq otağına apardı. Buradakı masa və stullar da köhnə dəbdəydi; ağır və yöndəmsiz olsalar da, 

üzlərinə  dəri  çəkilmiĢdi.  Qulluqçu  otaqdakı  pəncərələrdən  birinin  pərdəsini  çəkib  açanda 

masanın  üzərinə  çəkilmiĢ  dəridəki  iri  çatlar  aydın  göründü  və  onlar  əyləĢəndə  stulları  çoxdan 

basmıĢ  toz  yeganə  günəĢ  Ģüası  altında  tənbəl-tənbəl,  burum-burum  havaya  qalxdı.  Sobanın 

önündəki  solğun  rəngli  qızıla  tutulmuĢ  molbertdə  miss  Emilinin  atasının  pastellə  çəkilmiĢ 

portreti dayanmıĢdı. 

Bəstəboy, tosqun, təpədən-dırnağa qara geyinmiĢ bir qadın olan miss Emili (boynundakı 

nazik qızıl zəncir bel qurĢağına qədər sallanmıĢ və enli kəməri arxasında itib-batmıĢdı) dəstəyi 

qızılı  rəngə  çalan  əlağacına  söykənə-söykənə  içəri  girəndə  onlar  ayağa  qalxdılar.  Sür-sümüyü 

xırda, yüngül olsa da, çox potaydı, elə buna görə də baĢqa vaxt dolu, kök adlandıra biləcəyimiz 

Ģey indi qeyri-sağlam piylənmə təsiri bağıĢlayırdı. Bədəni, elə bil, üfürülüb ĢiĢirdilmiĢdi, sanki, 

uzun  müddət  durğun  bataqlığın  dibində  atılıb  qalmıĢdı.  Solğun,  ölü  rəngli  sifətinin  qırıĢları 

arasında itib-batan gözləri 

xəmirə  topasına

 sancılmıĢ  bir cüt közə  bənzəyirdi:  qonaqlar nə  üçün 

gəldiklərinin məğzini Ģərh edənəcən həmin gözlər bir sifətdən o birinə zillənir, sürətlə səyriyirdi. 

O,  əyləĢmək  üçün  qonaqlara  heç  yer  də  göstərmədi.  Eləcə  qapının  ağzında  dayanıb, 

danıĢan adam çaĢıb susanacan sakitcə qulaq asdı. Bu zaman qızılı zəncirin o 

biri ucunda

   gözə 

görünməyən saatın tıqqıltısı eĢidildi. 

Onun səsi buz kimi soyuq və quruydu. 

– Mən Ceffersona vergi verməli deyiləm. Polkovnik Sartoris bunun səbəbini mənə baĢa 

salıb. Hansınız maraqlanırsa, gedib Ģəhər bələdiyyəsindəki sənədlərə baxa bilər 

–  Biz  elə  də  eləmiĢik,  miss.  Biz  Ģəhər  hökumətiyik.  Bəyəm  siz  Ģerifin  imzası  ilə 

göndərilən məktubu almamısınız? 

– Hə, nəsə elə bir Ģey almıĢdım,  – miss Emili dedi. – Deməli, o özünü Ģerif hesab edir… 

Ancaq mən Ceffersona vergi verməli deyiləm. 

– Axı  bələdiyyə dəftərxanasında buna aid heç bir sənəd yoxdur. Görünür, biz… 

– Polkovnik Sartorisdən öyrənin. Mən Ceffersona heç nə borclu deyiləm. 

– Miss Emili, axı… 

– Polkovnik Sartorislə danıĢın (Polkovnik on il olardı ki, ölmüĢdü). Mən Ceffersona heç 

nə borclu deyiləm. Tob! – Zənci qulluqçu qapıda göründü. – Bu cənabları bayıra ötür. 

 



 

34



II 

 

Bir sözlə, o, düz otuz il  bundan  əvvəl  iy  məsələsi  ortaya çıxanda  bu  adamların atalarını 



necə məğlub etmiĢdisə, indi də onların özlərini – həm piyada, həm də süvari qoĢunlarını – tamam 

darmadağın etdi. Bu hadisə baĢ verəndə atası iki il idi ölmüĢdü, istəklisi isə – biz elə bilirdik ki, 

onlar evlənəcəklər – onu təzə atıb getmiĢdi. Atası öləndən sonra evdən bayıra çox nadir hallarda 

çıxan  miss  Emili  istəklisi  onu  atıb  gedəndən  sonra,  ümumiyyətlə,  gözə  görünmədi.  ġəhər 

xanımlarından bəziləri onun qapısını döyməyə ürək eləsə də, onları içəri dəvət edən olmadı. O 

zaman bu evdə həyatın hələ də davam etdiyini bildirən yeganə  Ģey, onda hələ lap cavan olan və 

əlində bazar zənbili gündə bir dəfə ərzaq arxasınca  Ģəhərə yollanan zənci qulluqçu idi.  

–  Heç  kiĢi  xeylağı  da  –  lap  nə  cür  təmizkar  kiĢi  olursa  olsun,  mətbəxi  lazımi  səliqə-

sahmanda  saxlaya  bilərmi?  –  Ģəhər  qadınları  gileylənirdilər  və  buna  görə  də  o  evdən    pis  iy 

yayılanda  heç  kəs  buna  təəccüblənmədi;  həmin  iy  məsələsi,  sanki,  qara  camaatla  –  plebey 

dünyası ilə yüksək və qüdrətli Grirsonlar ailəsi arasında yeni bir əlaqəyə, yeni bir bağa çevrildi. 

QonĢuluqda yaĢayan bir qadın bu barədə Ģəhərin meri, səksən yaĢlı hakim Stivenə Ģikayət 

etməkdən çəkinmədi.  

– Sizcə, mən nə etməliyəm, madam? – hakim soruĢdu. 

– TapĢırın, buna son qoysun, – qadın dedi. – Bəyəm qanun-zad yoxdur? 

– Güman edirəm ki, buna elə bir ehtiyac olmayacaq, – hakim Stivens dedi. – Yəqin, bu 

onun zəncisinin iĢidir:  görünür, orada ilandan, yaxud da siçovuldan-zaddan öldürüb, mən özüm 

onunla danıĢaram. 

Sabahı gün daha  iki  nəfər bu  barədə Ģikayətə gəldi. Onlardan  biri kiĢi  xeylağı  idi  və o, 

qadından fərqli olaraq,  çox ehtiyatla, nəzakətlə danıĢdı: 

– Biz  buna qarĢı  nəsə  bir tədbir görməliyik, cənab  hakim. Mən  buna görə miss Emilini 

narahat etməyi heç cür rəva bilmirəm, amma biz hökmən nəsə eləməliyik. 

Həmin axĢam bələdiyyə Ģurasının üzvləri – üç ağsaqqal qoca və bir cavan oğlan, gələcək 

nəslin nümayəndəsi – bir yerə toplaĢdılar. 

–  Burda  nə  çətin  iĢ  var  ki,  –  həmin  cavan  oğlan  dedi,  –  ona  rəsmi  xəbərdarlıq  etmək 

lazımdır, qoy həyət-bacasını səliqəyə salsın. Özü də bunun üçün müəyyən vaxt da təyin edərik, 

əgər o vaxtacan… 

 – Bu olmadı, ser, – hakim Stivens dedi. – Axı  qadın xeylağının üzünə necə demək olar 

ki, səndən pis iy gəlir?! 

Buna  görə  dənövbəti  gün  gecəyarıdan  keçəndə  həmin  dörd  kiĢi  miss  Emilinin  evinin 

önündəki  çəmənlikdən  keçib,  oğrun-oğrun  bünövrədəki  bütün  dəlmə-deĢikləri  və  yelçəkənləri 

bir-bir iyləyə-iyləyə binanın baĢına dolandılar, özü də onlardan biri toxum səpən adam kimi tez-




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə