Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə170/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   166   167   168   169   170   171   172   173   ...   192

 

34



O GÜN ġƏR QARIġANDA 

 

 



 

Ġndi Ceffersonda hər Ģey dəyiĢib, daha bazar ertəsi həftənin o biri günlərindən heç nə ilə 



fərqlənmir.  Küçələrə  asfalt  döĢənib,  səkilərdəki  nəhəng,  kölgəsindən  küçələrə  gün  düĢməyən 

qollu-budaqlı  ağaclardan  əsər-əlamət  belə  qalmayıb;  telefon  və  elektrik  Ģirkətləri  ilbəil  onları 

qırıb  atmıĢ,  yerində  təpəsindən  iri,  amma  rəngi  qaçmıĢ,  ətsiz-qansız  salxımlar  sallanan  dəmir 

dirəklər basdırmıĢlar. Bizim indi Ģəhər camaĢırxanamız var və hər bazar ertəsi səhər tezdən rəngi 

hələ  qurumamıĢ  xüsusi  camaĢırxana  maĢınları  həftənin  kirli  paltarlarını  təmizləmək  üçün 

küçəbəküçə  Ģəhərin  baĢına  dolanır  və  bu  zaman  adamı  səksəndirən  maĢın  siqnallarını,  asfaltda 

sürüĢən  Ģinlərin  cırılan  ipəyi  xatırladan  canüzücü  cırıltılarını  eĢitdikcə  bu  kirli  paltarlar  sənə 

yuxu kimi gəlir. Ġndi  hətta köhnə adətə  görə  hələ  də  ağlara paltar  yuyan zənci qadınlar da kirli 

paltarları o maĢınlara verirlər. 

On beĢ il bundan qabaq isə hər bazar ertəsi səhər tezdən Ceffersonun sakit, tozlu, kölgəli 

küçələri,  Ģala  bərk-bərk  sarınmıĢ  baĢlarında  mələfəyə  bükülmüĢ  pambıq  tayası  boyda  iri  paltar 

bağlamaları  daĢıyan  zənci  qadınlarla  dolu  olardı;  özü  də  bu  qadınlar  ağların  mətbəxləri 

qarĢısından götürdükləri həmin iri paltar bağlamalarını baĢlarında elə sərbəst aparırdılar ki, zənci 

məhəlləsindəki  daxmalarının  önündə  onları  gözləyən  qara  qazanlara  çatanacan  əllərini  o 

bağlamalara bircə dəfə də toxundurmurdular. 

Nensi də bağlamanı qaldırıb baĢına qoyar, sonra yay-qıĢ baĢından çıxarmadığı qara həsir 

Ģlyapasını  tərsinə  çevirib  onun  üstünə  atardı.  Nensi  ucaboyluydu,  uzunsov,  sərt    əzələli  sifəti 

vardı,  diĢləri  düĢdüyündən  ovurdları  batıq  görünürdü.  Biz  Nensinin  bütün  yol  boyu  barmağını 

belə  toxundurmadan  o  boyda  bağlamanı  və  o  bağlamanın  üstünə  tərsinə  atılmıĢ  Ģlyapanı  baĢı 

üstündə necə düz və taraz apardığına tamaĢa eləmək üçün bəzən dalanın yarısına qədər, bəzən isə 

çəmənliyi keçənəcən onun arxasınca gəlirdik: çünki o, xəndəyə düĢüb çıxanda da, taxta hasarın 

barmaqlıqları arasından siviĢib keçəndə də nə baĢındakı bağlama, nə də onun üstündəki Ģlyapa 

sürüĢüb  düĢərdi;  düĢmək  nədi,  heç  ləngər  də  vurmazdı.  Hasardan  keçəndə  Nensi  əllərini  və 

dizlərini  yerə  qoyub  çömələr,  taxta  barmaqlıqların  arasından  siviĢər  və  o  biri  tərəfdə  ayağa 

qalxıb  yoluna  davam  edərdi,  amma  bu  zaman  baĢını  dimdik  tutar,  ona  görə  də  baĢındakı 

bağlamanı daĢ və ya hava Ģarı kimi tərpənməz saxlayardı. 

Bəzən  kirli  paltarları  zənci  qadınlarının  ərləri  gəlib  aparırdılar,  amma  Ġsus  heç  vaxt 

Nensiyə  kömək  eləməzdi;  nə  atam  onu  bizdən  qovmamıĢdan  əvvəl,  nə  də  Dilsi  xəstələndiyinə 

görə bizim mətbəx iĢlərimiz Nensiyə tapĢırılandan sonra. 



 

34



O  vaxtlar  biz  hər  səhər  Nensinin  daxmasına  qaçır,  onu  səhər  yeməyi  hazırlamaq  üçün 

evimizə çağırırdıq. Xəndəyə çatan kimi dayanırdıq, çünki atam tapĢırmıĢdı ki, Ġsusdan 

 üzündə 


bıçaq  yarası  olan  qısaboy  zəncidən  uzaq  olaq,  ona  görə  də  xəndəyin  bu  tərəfində  dayanıb 

Nensinin  daxmasını  özü  bayıra  çıxanacan  daĢa  basırdıq.  O,  qapıya  çıxıb  oyan-buyana 

boylanardı, əynində heç nə olmazdı. 

 



 Nə olub? Niyə daĢlayırsınız? 

 Nensi dedi. 



 Nədi,  balaca Ģeytanlar, nə istəyirsiz? 

  Atam  deyir,  gəlib  yemək  hazırlasın, 



  Keddi  dedi. 

  Atam  deyir,  səhər  yeməyinin 



vaxtından, onsuz da, yarım saat keçib, durmasın, tez gəlsin. 

  Hm,  böyük  iĢ  olub,  mən  yemək-zad  biĢirən  deyiləm, 



  Nensi  dedi. 

  Qoymazsınız 



yatam? 

  Vallah,  sərxoĢdur, 



  Ceyson  dedi. 

  Atam  deyir  ki,  sən  həmiĢə  sərxoĢ  olursan.  Yenə 



içmisən, Nensi? 

  Onu  kim  dedi?  Qoymazlar  da,  doyunca  yuxunu  alasan, 



  Nensi  dedi. 

  Mən  sizə 



yemək-zad biĢirən deyiləm. 

Sonra  biz  onun  daxmasına  bir-iki  dənə  də  daĢ  atıb,  evə  qayıdardıq.  Və  nəhayət,  Nensi 

gəlib çıxanda, dərsə xeyli gecikmiĢ olurdum. Nensi ikinci dəfə həbsxanaya düĢdüyü günəcən elə 

bilirdik  ki,  bunun  hamısı  viskidəndir.  Həmin  gün  Nensi  küçədə  bank  xəzinədarı  və  baptist 

kilsəsinin  dyakonu  mister  Stovellə  rastlaĢanda  ondan  əl  çəkməmiĢdi:  «Mənim  haqqımı  nə  vaxt 

verəcəksiniz,  cənab?  Üç  dəfə  olmusunuz,  bir  sent  də  verməmisiniz».  Mister  Stovell  onu 

yumruqla  vurub  yerə  sərsə  də,  Nensi  yerdə  də  səsini    kəsməmiĢdi:  «Haqqımı  verin,  cənab!  Üç 

dəfədir…»  Mister  Stovell  bu  zaman  özünü  saxlaya  bilməyib,  onun  ağız-burnunu  təpiklə  vurub 

əzmiĢdi.  ġerif  mister  Stovellin  qolundan  tutub  kənara  çəkəndə  isə  yerdə  uzanılı  qalan  Nensi 

qəhqəhə çəkirmiĢ. Hətta o, baĢını döndərib diĢlərini və ağzının qanını yerə tüpürəndən sonra da 

dediyindən dönməmiĢdi: «Üç dəfə olub, bir sent də verməyib». 

Nensi  diĢlərini  elə  orda  itirmiĢdi  və  həmin  gün  hamı  Nensi  ilə  mister  Stovelldən 

danıĢırdı. O axĢam həbsxananın yanından keçənlər Nensini pəncərənin dəmir barmaqlıqlarından 

asılaraq  bütün  gecəni  səhərə  kimi  qıĢqıra-qıĢqıra  oxuyan  görmüĢdülər.  Bəziləri  hətta  həbsxana 

hasarının  önündə  ayaq  saxlayıb  ona  və  onu  susdurmağa  çalıĢan  nəzarətçinin  dediklərinə  qulaq 

asmıĢdı. Yalnız sübhə yaxın Nensinin səsi kəsilmiĢdi və elə bu vaxt içəridən taqqıltı və cırmaq 

səsi  eĢidən  gözətçi  tələsik  yuxarı  qalxmıĢ,  içəri  girib  Nensinin  özünü  pəncərənin  dəmir 

barmaqlıqlarından  asdığını  görmüĢdü.  Sonralar  həmin  nəzarətçi  deyirmiĢ  ki,  bu,  viskinin  yox, 

kokainin  təsirindən  ola  bilər,  çünki  zənci  kokain  iyləməsə,  heç  vaxt  intihar  etmək  fikrinə 

düĢməz, çünki zənci yalnız kokain iyləyəndən sonra zənci olduğunu unudur. 

Nəzarətçi Nensinin boğazını ilgəkdən çıxarmıĢ, onu huĢa gətirdikdən sonra isə qamçı ilə 

möhkəmcə  döymüĢdü.  Nensi  özünü  paltarı  ilə  asıbmıĢ.  Hər  Ģey  düĢündüyü  kimi  olacaqmıĢ, 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə