Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə173/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   169   170   171   172   173   174   175   176   ...   192

 

35



– Bəs onda niyə qorxur? – anam dedi. 

– Qorxur ki, o orda ola. Deyir ki, ürəyinə damıb: bu gecə o,  hökmən orda olacaq. 

–  Bəs  onda  nə  üçün  vergi  veririk?  –  anam  dedi.  –  Mən  indi  bu  boyda  evdə  tək-tənha 

oturub gözləməliyəm ki, görüm siz haçan bu zənci qadını evinə ötürüb qayıdacaqsınız? 

– Sən nədən qorxursan? Mən də əlimdə bıçaq xəndəkdə uzanıb səni pusmuram ki? – atam 

dedi.  


– Dilsi mənə Ģokolad tortu biĢirməsə, ağlayacam, – Ceyson dedi.  

Anam bizi bayıra qovdu, atam isə Ceysonu hədələdi ki, Dilsi ona Ģokolad tortu biĢirsə də, 

biĢirməsə də, dəxli yoxdur, bu dəqiqə səsini kəsməsə, döyüləcək. Mətbəxə düĢdük.  

–  Atam  deyir  ki,  getsin  evə,  qapını  da  arxadan  bağlasın,  heç  nə  olmaz,  qorxmasın,  – 

Keddi dedi. – Nədən qorxmasın, Nensi? Ġsus sənə hirslənib? 

Nensi  qollarını  dizlərinə  dirsəkləyib,  qəhvə  stəkanını  iki  əli  ilə  qıçları  arasında  tutub 

oturmuĢdu.  Gözlərini  stəkana  zilləmiĢdi.  «Neynəmisən  ki,  Ġsusun  sənə  acığı  tutub  Nensi?»  – 

Keddi  dedi.  Stəkan  əlindən  düĢdü,  amma  sınmadı,  içindəki  qəhvə  yerə  töküldü.  Nensi  heç 

qımıldanmadı da, elə bil, stəkanı hələ də əlləri arasında tutmuĢdu. Yenə də inildəməyə baĢladı, 

amma bu dəfə səsi çox yavaĢ çıxırdı. Zümzüməyə oxĢayırdı da, oxĢamırdı da. Biz ona baxırdıq. 

–  Bura  bax,  –  Dilsi  dedi,  –    bəsdi  zıqqıldadın,  özünü  ələ  al.  Gedim  VerĢi  də  götürüm 

gəlim, səni ötürək. – O getdi. 

 

Biz  yenə  ona  baxdıq;  çiyinləri  titrəyirdi,  amma  səsini  kəsmiĢdi.  Dayanıb,  gözlərimizi 



ondan çəkmirdik.  

 

–  Nensi,  Ġsus  sənə  nə  eləmək  istəyir?  –  Keddi  dedi.  –  Axı  o,  onsuz  da  burda  yoxdur, 



baĢqa Ģəhərdədir. 

 

Nensi də dönüb bizə baxdı: «Yadınızdadır, mən sizdə qalanda necə yaxĢı oynayırdıq. Elə 



deyil?» 

– Yox, mənim yadıma gəlmir, – Ceyson dedi. 

– Sən heç orda yox idin ki? Anamnan yatmıĢdın, – Keddi dedi. – Sən yox idin orda. 

– Gəlin bizə gedək, – Nensi dedi, – bizdə yaxĢıca oynayarıq. 

– Anam qoymaz, – mən dedim, – çox gecdir. 

– Ona bildirmərik, – Nensi dedi, – sabah deyərik. Heç nə eləməz. 

– O bizi buraxmaz, – mən təkrar etdim. 

– Ġndi ona deməyəcəyik ki, – Nensi əl çəkmirdi, – xəlvətcə gedək. 

– O, bizə getməyin demədi ki, – Keddi dedi. 

– SoruĢduq ki? – mən dedim. 

– Getsəniz, anama deyəcəm, – Ceyson dedi. 



 

35



– Nə istəsəniz eləyərik, – Nensi dedi. – Valideynləriniz heç nə deməz. Gözümü açandan 

sizə iĢləmiĢəm. Mənə görə heç nə deməzlər sizə. 

– Mən getməkdən qorxmuram, – Keddi dedi, – bircə Ceyson qorxur. O bizi satacaq. 

– Yox, mən heç kimə deməyəcəyəm, – Ceyson dedi. 

– Deyəcəksən, – Keddi dedi, – hökmən deyəcəksən. 

– Yox, deməyəcəyəm, – Ceyson dedi, – mən qorxaq deyiləm. 

– Ceyson bizə getməkdən qorxmur, – Nensi dedi, – eləmi, Ceyson? 

– Ceyson  bizi  satacaq,  – Keddi dedi. Dalan qaranlıq  idi.  Çəmənliyin qapısına  çatdıq.  – 

Mərc gəlirəm ki, indi bu qapının arxasından bir Ģey çıxsa, qorxudan Ceysonun bağrı yarılar. 

– Yarılmaz, – Ceyson dedi.  

Çəmənliyi keçdik. Nensi bərkdən danıĢırdı. 

– Niyə belə bərkdən danıĢırsan, Nensi? – Keddi soruĢdu. 

– Kim? Mən? – dedi. – Bunlara bir baxın, Kventin də, Keddi də, Ceyson da deyirlər ki, 

mən bərkdən danıĢıram. 

–  Elə  danıĢırsan  ki,  elə  bil,  biz  burda  beĢ  nəfərik,  –  Keddi  dedi.  –  Elə  bil,  atam  da 

burdadır. 

– Kim, mən bərkdən danıĢıram, mister Ceyson? – Nensi dedi. 

– Aaa, Nensi Ceysona «mister» dedi, – Keddi təəccübləndi. 

– Mən yox, uĢaqlar bərkdən danıĢır, – Nensi dedi. 

– Biz bərkdən danıĢmırıq, – Keddi etiraz elədi. – Aramızda bircə sən bərkdən danıĢırsan, 

elə bil, atam da… 

– Sısss, – Nensi dedi,  

– sıss

, mister Ceyson! 



– Nensi yenə Ceysona “mist...”  

– Kiri, – Nensi Keddini susdurdu.  

Bütün  yol  boyu-xəndəkdən  adlayanda  da,  taxta  hasarın  barmaqlıqları  arasından  siviĢib 

keçəndə də, ta evə çatanacan, o, bərkdən danıĢdı. Onun daxmasına çatdıq. Çox sürətlə gəlmiĢdik. 

Qapını açdı. Otaqdan lampa, Nensidən isə pilətə iyi gəlirdi; sanki,  biri o birini gözləyirmiĢ kimi 

iyləndilər. Nensi  lampaya od vurdu, qapını örtüb, arxadan cəftələdi. Yalnız indi bizə  baxa-baxa 

səsini yavaĢıtdı. 

– Hə, indi neyləyəcəyik? – Keddi dedi.  

– Nə eləmək istəyirsiniz? – Nensi bizdən soruĢdu. 

– Demədin oynayacağıq? – Keddi dedi. 

Elə bil, bu evə nə  isə olmuĢdu, adam özünü birtəhər hiss eləyirdi. Yaman pis iyi gəlirdi. 

Ceyson da bu iyi duymuĢdu:  

– Mən burda qalmaq istəmirəm, – o dedi, – mən evə gedirəm. 



 

35



– Gedirsən, get də, – Keddi dedi. 

– Tək getmək istəmirəm axı, – Ceyson dedi. 

– Hə, gəlin Ģənlənək, – Nensi dedi. 

– Necə? – Keddi soruĢdu. 

O, qapının yanında dayanıb, bizə baxırdı; amma, elə bil, gözlərinin nuru sönmüĢdü, elə 

bil, bu gözlər xarab olmuĢdu, iĢləmirdi. 

– Nə istəyirsiniz? – o dedi. 

– Nağıl istəyirik, – Keddi dedi, – nağıl danıĢa bilərsən? 

– Bilərəm, – dedi. 

–  Onda  danıĢ,  –  Keddi  dedi.  Dayanıb  ona  baxırdıq.  –  Deyəsən,  sən  heç  nağıl  da 

bilmirsən? 

– Bilirəm, – Nensi dedi, – vallah,  bilirəm. 

O gəlib ocağın yanında, stulda oturdu. Ocağın közü hələ sönməmiĢdi, Nensi üfürüb onu 

alıĢdırdı,  amma  içəri,  onsuz  da,  isti  idi.  Ocaq  xeyli  gücləndi.  Nensi  bir  nağıl  danıĢırdı.  Elə 

danıĢırdı ki, elə bil, onun bizə baxan gözləri, bu gözlərdəki baxıĢlar,  nağıl danıĢan səsi özününkü 

deyildi.  Elə  bil,  o,  hardasa  baĢqa  yerdə  nəfəs  alır,  baĢqa  yerdə  gözləyirdi.  Hardasa  daxmadan 

kənarda.  Səsi  burda,  içəridə,  onun  –  baĢında  iri  paltar  bağlamasını  hasarın  taxta  barmaqlıqları 

arasından  yüm-yüngül  hava  Ģarı  kimi  tərpənməz  adladan  Nensinin  surəti  isə  orda,  bayırdaydı. 

«Və  Ģahzadə  xanım  quldurun gizləndiyi  xəndəyə  çatdı, oraya düĢəndə  dedi:  «Bircə  bu  xəndəyi 

keçsəydim». Hımm, görüm sonrası necəydi…» 

– Hansı xəndəyi? – Keddi soruĢdu. – Bizim bu xəndəyi deyirsən? Axı Ģahzadə xanım nə 

üçün xəndəyə düĢür? 

– Çünki evlərinə gedən yol ancaq ordan idi, – Nensi dedi, – oranı keçib evlərinə çatacaq, 

içəri girib qapını arxadan cəftələyəcəkdi. 

– Bəs nə üçün evə getməliydi? – Keddi soruĢdu. – Niyə qapını arxadan cəftələməliydi? 

IV 


 

 

Nensi  bizə  baxdı.  Daha  danıĢmadı,  elə  hey  bizə  baxırdı.  Ceyson  onun  qucağında 



oturmuĢdu, gödək Ģalvarının balaqları daha da yuxarı dartılmıĢ, qıçları çıl-çılpaq qalmıĢdı. 

– Bu nağıl mənim xoĢuma gəlmir, – o dedi, – mən evimizə getmək istəyirəm.  

– Düzdü, bəlkə biz getsək… – Keddi dedi. DöĢəmədən qalxdı. – Yəqin ki, indi evdə bizi 

axtarırlar. – O, qapıya sarı getdi. 

–  Dayan,  –  Nensi  dedi,  –  açma  qapını.  – 

O,  cəld


  ayağa  qalxdı  və  Keddini  ötüb  qapıya 

çatanda dayandı, nə onu, nə də onun cəftəsini açdı. 

– Niyə qapını açmırsan? – Keddi dedi. 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə