Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə172/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   168   169   170   171   172   173   174   175   ...   192

 

35



 Pis əməllərlə  məĢğul olmasaydın, bu iĢ də baĢına gəlməzdi, 

 atam dedi, 



 ancaq indi 

qorxma, yəqin, o,  hardasa çox uzaqda, Sent-Luisdə-zaddadır. Bəlkə də, ayrı arvadı var, sən onun 

heç yadına da düĢmürsən. 

 Yox, elə Ģey olmaz, 



 Nensi dedi, 

 yoxsa mən onları yerin deĢiyindən də olsa axtarıb 



tapardım, kəsdirərdim  yataqlarının  üstünü:  əvvəlcə Ġsusun o arvadı qucaqlayan qollarını, sonra 

baĢını kəsərdim, sonra da  o qadının qarnını yırtıb… 

 Sısss, 


 atam onun sözünü kəsdi. 

 Nensi, kimin qarnını? 



 Keddi soruĢdu. 

 Mən qorxub eləmirəm, – Ceyson öyündü. 



 Mən bu dalandan təkbaĢına da keçərəm. 

 Baah, 


 Keddi dedi, 

 biz burda olmasaq, heç bir addım da ata bilməzdin. 



 

II 


 

Dilsi hələ də  xəstə yatırdı və  biz hələ də hər axĢam Nensini evinə ötürürdük. Bir axĢam 

anam buna qəti etiraz elədi: «Nə vaxta qədər bu davam edəcək? Nə vaxta qədər məni bu boyda 

evdə tək qoyub, o qorxaq zəncini ötürəcəksiniz?!» 

Biz mətbəxdə Nensiyə həsir döĢəkdə yer saldıq. Bir gecə qəribə bir səsə oyandıq. Bu nə 

zümzümə idi, nə hıçqırıq, özü də mətbəxdən gəlirdi. Anamın yataq otağında iĢıq yanırdı. Atamın 

dəhlizə, ordan da arxa pilləkənlərlə aĢağı düĢdüyünü eĢitdik və Keddi ilə mən də dəhlizə çıxdıq. 

DöĢəmə yaman soyuq idi. Biz dəhlizdə dayanıb o səsə qulaq asdıqca soyuqdan ayağımızın birini 

götürüb,  birini  qoyurduq.  Bütün  zəncilərin  çıxardığı  səslər  kimi,  bu  səs  də  həm  zümzüməyə 

oxĢayırdı, həm də yox.. 

Birdən səs kəsildi.  Atamın  yenə də  mətbəxə düĢdüyünü eĢitdik, pilləkənlərə sarı gəldik. 

Sonra o səs təzədən eĢidildi – bu dəfə lap pilləkənlərdən gəlirdi, amma zəif. Nensi pilləkənlərin 

tən  ortasında  divara  söykənmiĢ  halda  oturub  bizə  baxırdı.  Gözləri  piĢik  gözləri  kimi  iĢim-iĢim 

iĢıldayırdı, elə bil, yekə bir piĢik divarın dibinə qısılıb bizi pusurdu. Onun yanına düĢdük, səsini 

kəsdi,  atam  əlində  tapança  mətbəxdən  qayıdanacan  yanında  qaldıq.  Atam  Nensini  də  özü  ilə 

götürüb təzədən mətbəxə düĢdü və bir azdan onlar Nensinin döĢəyini götürüb geri qayıtdılar. 

Nensiyə  bizim  otaqda  yer  saldıq.  Anamın  otağında  iĢıq  sönən  kimi  gözləri  təzədən 

iĢıldadı. 

 Nensi, 


 Keddi pıçıldadı, 

 Nensi, yatmamısan? 



O da nə isə  mızıldandı, «Ohh» dedi, yoxsa «Yox» dedi, baĢa düĢə bilmədim. Elə bil, bu 

sözü  heç  o  demədi,  hardansa,  baĢqa  yerdən  gəldi,  elə  bil,  heç  Nensinin  özü  də  burda,  bizim 

yanımızda uzanmamıĢdı, gözlərini isə, yəqin, ona görə görürdüm ki, bayaq pilləkənlərdə onlara 



 

35



çox  diqqətlə  baxmıĢdım:  necə  ki  günəĢə  uzun-uzadı  baxandan  sonra  gözlərini  yumsan  da,  onu 

yenə də görürsən. «Ġsus, 

 Nensi pıçıldadı, 



 Ġsus». 


– Ġsus idi oradaı? – Keddi dedi. – Mətbəxə soxulmaq istəyirdi? 

–  Ġsus,  –  Nensi  dedi,  bax  belə:  Ġiiiiisus.  Onun  səsi  sönən  kibrit  çöpü  və  ya  Ģam  kimi 

tədricən batdı. 

– Nensi o biri Ġsusu çağırır, – mən dedim. 

–  Nensi,  sən  bizi  görə  bilirsən?  –  Keddi  pıçıldadı.  –  Sən  də  bizim  gözlərimizi  görə 

bilirsən? 

– Zənciyəm, deməli, heç nəyəm, – Nensi dedi. – Bir Allah bilir, Allah özü bilir. 

– Axı o mətbəxdə sənin gözünə nə görünüb? – Keddi pıçıldadı. – Axı kim ora soxulmaq 

istəyirdi? 

– Allah özü bilir, – Nensi dedi;  onun gözləri hələ də parıldayırdı. – Allah özü bilir. 

Dilsi sağaldı. Daha yeməyimizi özü biĢirirdi. 

– Gərək bir-iki gün də yataydın, – atam ona dedi. 

– Nə üçün? – Dilsi dedi. – Bir gün də gec gəlsəydim, daĢ-daĢ üstə qalmazdı. Çıxın, çıxın 

bayıra, qoyun bu mətbəxi qaydaya salım. 

AxĢam yeməyini Dilsi hazırlayırdı. Həmin axĢam, Ģər qarıĢmamıĢ Nensi mətbəxə gəldi. 

– Haradan bilirsən ki, o qayıdıb? – Dilsi dedi. – Öz gözünlə görmüsən? 

– Ġsus zəncidir, – Ceyson dedi. 

– Görməsəm də, hiss eləyirəm ki, orda, xəndəkdə gizlənib. 

– Ġndi, bu axĢam? – Dilsi dedi. – Deyirsən indi o orda gizlənib? 

– Dilsi də zəncidir, – Ceyson dedi. 

– Götür, bir Ģey ye, – Dilsi Nensiyə dedi. 

– ĠĢtaham yoxdur. 

– Amma mən zənci deyiləm, – Ceyson dedi. 

– Heç olmasa, qəhvə  iç,  – Dilsi ona qəhvə  süzdü.  – Hardan  bilirsən ki,  indi o ordadır? 

Hardan bilirsən ki, hökmən o bu gecə… 

– Bilirəm, – Nensi dedi, – ordadır, məni gözləyir. Bilirəm. O qədər vaxtı onunla bir yerdə 

havayı yaĢamamıĢam ki? Bir dəqiqə sonra nə edəcəyini mən onun özündən yaxĢı bilirəm. 

– Götür qəhvəni iç, – Dilsi dedi.  

Nensi  stəkanı  götürüb  ağzına  yaxınlaĢdırdı,  içinə  üfürdü,  onun  ağzı  rezin  kimi  bir  yerə 

yığıldı, büzüldü, dodaqları bozardı,  elə bil, dodaqlarının rəngini də stəkana üfürmüĢdü. 

– Amma mən zənci deyiləm, – Ceyson dedi. – Sən zəncisən, Nensi? 

–  Mən  Allahın  qəzəbinə  gəlmiĢ,  kimsəsiz  bir  yetiməm,  –  Nensi  dedi.  –  Tezliklə  məni 

gəldiyim yerə göndərəcəklər. 



 

35



III 

 

Qəhvəni içməyə baĢladı. Stəkanı ikiəlli tutub qəhvəsini içə-içə yenidən inildədi. Elə bil, o 



bu  səsi  stəkanın  içinə  üfürürdü,  çünki    tezliklə  qəhvə  daĢıb  onun  əllərini  və  paltarını  buladı. 

Oturub  bizə  baxırdı.  Qollarını  dizlərinə  dirsəkləyib,  stəkanı  əlləri  arasında  bərk-bərk  sıxaraq 

onun bulaĢıq ĢüĢəsindən bizə sarı baxa-baxa inildəyirdi. 

– Nensiyə baxın, – Ceyson dedi, – daha o bizə yemək biĢirməyəcək, çünki Dilsi sağalıb. 

– Di sus görək, – Dilsi dedi.  

Nensi əlində stəkan bizə baxa-baxa inildəyirdi, elə bil, o, iki adam idi: biri bizə baxır, biri 

isə inildəyirdi. 

– Niyə qoymursan ki, mister Ceyson Ģerifə zəng vurub hər Ģeyi ona danıĢsın? 

Nensi  o  dəqiqə  səsini  kəsdi.  Qəhvə  stəkanı  hələ  də  əlindəydi  və  onu  qaldırıb  içmək 

istəyəndə  uzun  qara  əllərini  əsməcə  tutdu  və  yenə  qəhvə  tökülüb  üstünü  buladı.  Stəkanı  yerə 

qoydu. Ceyson ona baxırdı. 

– Mən bunu içə bilmirəm, – Nensi dedi, – daha doğrusu, boğazımdan keçmir. 

– Get bizə, – Dilsi dedi. – Fronni sənə yer salar, yatarsan. Özüm də indi gəlirəm. 

– Elə bilirsən, o səndən qorxacaq? – Nensi dedi. – Yox, o, zəncilərdən qorxan deyil. 

– Mən zənci deyiləm, – Ceyson dedi, – elə deyil, Dilsi? 

–  Elədi.  –  Dilsi  dedi.  O,  üzünü  Nensiyə  tutmuĢdu.  –  Məncə  elədi.  Bəs  onda  hara 

gedəcəksən? 

Nensi bizə baxdı. Gözləri qəribə təlaĢ içindəydi, sanki, onların ömrü lap daralmıĢdı, sonra 

baxmağa  vaxt  tapmayacaqdılar,  amma  özü  isə  tələsənə  oxĢamırdı.  O,  üçümüzə  də  birdən 

baxmağa çalıĢırdı. «Yadınızdadır, bir gecə sizinlə bir yerdə yatdıq», – o dedi. Sonra sabahı gün 

yuxudan  oyananda  necə  oynaqlaĢdığımızdan  danıĢdı.  O  günü  atam  yuxudan  oyanıb,  bizi  səhər 

yeməyinə  çağıranacan  Nensinin  yatdığı  həsir  döĢəyin  üstünə  çıxıb  səssiz-səmirsiz  xeyli 

oynaqlamıĢdıq. «Gedin ananıza deyin, qoysun bu gecə sizinlə yatım, – Nensi dedi. – Mənə heç 

həsir döĢək də lazım deyil. Yenə də çoxlu-çoxlu oynayarıq». 

Keddi anamdan xahiĢ elədi. Ceyson da onunla  qalxdı. «Olmaz, biz zənci ilə bir evdə yata 

bilmərik», – anam dedi. Ceyson ağlamağa baĢladı. Amma anam deyəndə ki, əgər kiriməsən bir 

də sənə konfet verməyəcəm, o dəqiqə səsini kəsdi. Sonra Ceyson dedi ki, Dilsi ona Ģokolad tortu 

biĢirməsə, yenə ağlayacaq. Atam da ordaydı.  

– Niyə tədbir görmürsən? – anam dedi. – Bəs o polislər nədən ötrüdür?  

– Axı Nensi Ġsusdan niyə qorxur ki? – Keddi dedi. – Ana, sən atamdan qorxursan? 

– Polis  neyləyə  bilər?  – atam dedi.  – Heç Nensi  özü də onu gözüynən görməyib, polis 

onu hardan tapacaq? 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə