Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə403/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   399   400   401   402   403   404   405   406   ...   412

 

 

DÖRDÜNCÜ FƏSĠL. 



 

Cəzb edən və rədd edən nöqtə. 

 

1833-cü ildə, yazın sonunda, yayın əvvəlində, Mare məhəlləsində tək-tək yoldan keçənlər, 



dükançılar, darvaza qabağında boĢ-boĢ duran maymaqlar qara paltarlı, təmiz geyimli bir qoca 

görürdülər; bu qoca hər gün eyni vaxtda, hava qaralmağa baĢlayanda Silahlı adam küçəsindən, 

Sent-Krua-de-la-Bretonri tərəfindən çıxaraq Ağ mantiya küçəsi ilə gedir, Müqəddəs Yekaterina 

zəmisi küçəsini keçərək EĢrap küçəsinə çıxır, sonra da sola, Sen-Lui küçəsinə dönürdü. 

Burada o, addımlarını yavaĢıdır, baĢını qabağa uzadaraq heç bir Ģey görmədən, heç bir Ģey 

eĢitmədən, gözlərini həmiĢə bir nöqtəyə dikərək, ağır-ağır gedirdi; həmin nöqtə ona yol göstərən 

bir ulduz kimi görünürdü; əslində bu, Ehtiraslar küçəsinə olan döngədən baĢqa bir Ģey deyildi. 

Döngəyə yaxınlaĢdıqca onun baxıĢları canlanır, göz bəbəkləri, daxili bir iĢıqla iĢıqlanmıĢ kimi, 

sevinclə parıldayırdı, üzündə fərəh və könül riqqətinin ifadəsi görünürdü, dodaqları səssizcə 

tərpənirdi, sanki, bu qoca gözə görünməyən bir adamla danıĢırdı; o, yazıq-yazıq gülümsəyir, 

bacardığı qədər yavaĢ yeriyirdi. Elə zənn etmək olardı ki, o, bir məqsədə doğru gedir, eyni 

zamanda bu məqsədə daha çox yaxınlaĢacağı dəqiqədən qorxurdu. Onu cəzb edən küçəyə bir 

neçə ev qalanda o qədər yavaĢ yeriyirdi ki, kənardan baxan onun bir yerdə durduğunu zənn 

edirdi. Onun yırğalanan baĢı bir nöqtəyə zillənən baxıĢı kompasın qütbü axtaran əqrəbini 

xatırladırdı. O nə qədər yavaĢ getsə də, istədiyi yerə çatmasını nə qədər uzatsa da, axırda yenə 

ora – Ehtiraslar küçəsinə çatırdı; O burada dayanır, baĢını qorxa-qorxa sonuncu evin tinindən 

çıxarır, əsə-əsə bu küçəyə baxırdı; onun iztirablı baxıĢında vüsalı mümkün olmayan bir məxluq 

qarĢısında pərəstiĢə və əldən çıxmıĢ cənnətin iĢığına bənzər bir ifadə vardı. YavaĢ-yavaĢ 

gözlərinə yığıĢan yaĢ damla-damla onun yanaqlarından aĢağı süzülürdü, bəzən də gəlib 

dodaqlarında dayanırdı. Qoca onda göz yaĢının talx dadını duyurdu. Bu qayda ilə o, daĢa dönmüĢ 

kimi bir neçə dəqiqə orada durur, sonra eyni yol ilə, eyni yeriĢlə evinə qayıdırdı; o getdikcə 

gözündəki iĢıq sönürdü. 

Sonra elə oldu ki, qoca Ehtiraslar küçəsinin tininə də gəlib çata bilmədi; o, yarıyolda, Sen-Lui 

küçəsində dayanırdı, bəzən bu küçədən bir az qabağa, bəzən də lap azca qabağa gedirdi. Bir gün 

o, Müqəddəs Yekaterina zəmisi küçəsinin tinində qaldı, qabağa gedə bilmədi, buradan Ehtiraslar 

küçəsinin tininə baxmağa baĢladı, sonra, nədənsə imtina edirmiĢ kimi, baĢını dinməz-söyləməz 

sağdan-soldan yelləyərək, geri döndü. 

Çox keçəmdi ki, o özünü heç Sen-Lui küçəsinə də yetirə bilmədi. DöĢəmə küçəsi tinində dayanıb 

baĢını tərpədir, geri qayıdırdı; bir qədər sonra o, Üç bayraq küçəsindən kənara çıxa bilmədi. O, 

çoxdan qurulmuĢ, dayanmağa yaxınlaĢdıqca hərəkəti azalan bir saatın kəfgirini xatırladırdı. 

O, hər gün eyni vaxtda evdən çıxır, eyni yol ilə gedirdi, lakin istədiyi yerə daha gedib çata 

bilmirdi və bəlkə, özü də dərk etmədən yolunu get-gedə qısaldırdı. Onun üzündə yalnız bir fikir 

ifadə olunurdu: ―Niyə axı?‖ Onun bəbəkləri sönmüĢdü, bu bəbəklərdə daha parıltı görünmürdü. 

Göz yaĢı tükənmiĢdi, dalğın-dalğın baxan gözləri quru idi. Onun baĢı hələ də qabağa uzanırdı, 

çənəsi hərdən əsirdi, arıq, qırıĢmıĢ boynuna baxanda adamın ona yazığı gəlirdi. YağıĢ yağanda 

bəzən onun qoltuğunda çətir olardı, lakin bu çətiri heç açmazdı. Ətraf məhəllələrin cici-bacıları 

deyirdilər ki, ―onun baĢı xarab olub‖. UĢaqlar onun ardınca yüyürür, ona gülürdülər. 

 

 



 

 

 



 

QATI ZÜLMƏT, PARLAQ ġƏFƏQ. 

 



 

 

BĠRĠNCĠ FƏSĠL. 



 

Bədbəxtlərə rəhminiz gəlsin, xoĢbəxtlərə 

güzəĢtə gedin! 

 

XoĢbəxt olmaq nə dəhĢətli Ģeydir! Ġnsan məmnuniyyətlə öz xoĢbəxtliyi ilə kifayətlənir! XoĢbəxt 



adam əmindir ki, daha ona heç bir Ģey lazım deyil! Ġnsan xoĢbəxt olduqdan, həyatın bu yanlıĢ 

yoluna çıxdıqdan sonra çox asanlıqla əsil məqsədini, yəni öz vəzifəsini unudur! 

Onu da deyək ki, Mariusu məzəmmət etmək haqsızlıq olardı. 

Biz yuxarıda demiĢdik ki, Marius evlənən kimi cənab FoĢlevana sual vermirdi, evlənəndən sonra 

da ondan söz soruĢmağa qorxurdu. O, Jan Valjana düĢünmədən, birdən-birə söz verdiyinə təəssüf 

edirdi. Jan Valjanın ağır vəziyyətini nəzərə alaraq nahaq yerə güzəĢtə getdiyini dəfələrlə öz-

özünə demiĢdi. Lakin o, Jan Valjanı yavaĢ-yavaĢ evdən uzaqlaĢdırmaq, mümkün qədər 

Kozettanın zehnindən silmək tədbirilə kifayətləndi. Marius, elə bil ki, Kozetta ilə Jan Valjanın 

arasında durmuĢdu: o əmindi ki, Kozetta Jan Valjanı görməsə, onu unudacaq, onun haqqında 

düĢünməyəcəkdir. Lakin bu, Jan Valjanı Kozettanın zehnindən silməkdən də böyük Ģeydi: bu, 

Jan Valjanı tamamilə unutmaq deməkdi. 

Marius bunu zəruri və ədalətli bir hərəkət hesab edirdi. O düĢünürdü ki, hədsiz amansızlıq, həm 

də zəiflik göstərmədən Jan Valjanı evdən uzaqlaĢdırmaq lazımdır; bunun üçün onun əlində əsaslı 

dəlillər vardı, – oxucular bu dəlillərin nədən ibarət olduğunu bilirlər; bundan baĢqa elə dəlillər 

vardır ki, oxucular bunu sonra biləcəklər. Marius bu məhkəmə iĢində təsadüfən Lafit bankının 

köhnə bir qulluqçusuna rast gəldi, ondan bəzi sirli məlumatlar aldı; əslində, o belə bir məlumat 

almaq fikrində deyildi. Düzünü desək, bu sirr haqqında o əlavə məlumat toplamadı, həm ona 

görə ki, sirri gizli saxlayacağına söz vermiĢdi, həm də Jan Valjanın təhlükəli vəziyyəti onu 

düĢündürürdü, ona yazığı gəlirdi. Hal-hazırda o, çox mühüm bir vəzifəni yerinə yetirmək, yəni 

altı yüz min frankı naməlum sahibinə qaytarmaq fikrində idi: bu adamı mümkün qədər ehtiyatla 

axtarırdı. Hələ ki, o pula əl vurmurdu. 

Kozettanın bu sirlərdən heç xəbəri yox idi. Lakin Jan Valjan məsələsində onu da müqəssir hesab 

etmək amansızlıq olardı. 

Kozetta ilə Marius arasında çox qüvvətli bir maqnit cərəyanı vardı; bu cərəyan Kozettanı qeyri-

iradi, bəlkə də, qeyri-Ģüuri olaraq Mariusun bütün arzularını yerinə yetirməyə məcbur edirdi. 

―Cənab Jana‖ aid olan məsələlərdə bu Mariusun iradəsini hiss edir, buna tabe olurdu. Əri ona heç 

nə demirdi, Kozetta özü onun gizlin niyyətlərini tutqun, lakin baĢa düĢüləcək bir Ģəkildə duyur, 

bunu kor-koranə yerinə yetirirdi. O Ģeyi ki Marius Kozettanın zehnindən silirdi, Kozetta onu bir 

daha yada salmamalı idi, – Kozettanın tabeliyi də indi bundan ibarətdi. Bu barədə o çətinlik 

çəkmirdi. Onun ruhu, heç özünün xəbəri olmadan, heç təqsiri olmadan, ərinin ruhu ilə 

birləĢmiĢdi, o Ģeyin üstünə ki, Marius öz fkirində unutqanlıq örtüyünü atırdı, bunlar Kozettanın 

da hafizəsində sönürdü. 

Lakin bir Ģeyi mübaliğəsiz deyək: Kozettanın Jan Valjana olan bu laqeydliyi, hafizəsindən 

silinməsi, ancaq zahirən idi. Kozetta hadisələrə bir az ötəri baxsa da, olan Ģeyləri unutmurdu. 

Əslində o, uzun zaman ―ata‖ dediyi adamı indi də çox sevirdi. Lakin ərini bundan artıq bir 

mehribanlıqla sevirdi. Kozettanın daxili müvazinətini pozan, onu bir tərəfə əyən də bu idi. 

Bəzən elə olurdu ki, Kozetta Jan Valjandan söhbət açır, onun gəlməməsinə təəccüb edirdi. 

Marius onu sakitləĢdirərək deyirdi: ―Mən elə güman edirəm ki, o, Parisdə yoxdur. O axı deyirdi 

ki, harasa gedəcəkdir‖. Kozetta: ―Doğrudur – deyə düĢünürdü. – Onun belə bir adəti vardı: 

birdən harasa gedərdi. Ancaq onun gediĢi belə uzun çəkməzdi‖. O, cənab Janın gəlib-

gəlməməsini bilmək üçün Nikolettanı iki-üç dəfə Silahlı adam küçəsinə göndərdi, Jan Valjan hər 

dəfə ondan xahiĢ edirdi ki, desin gəlməyib. 

Kozetta da sakitləĢirdi, çünki bu dünyada, o ancaq Mariussuz yaĢaya bilməzdi. 



Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   399   400   401   402   403   404   405   406   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə