Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə400/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   396   397   398   399   400   401   402   403   ...   412

– Daha mənə ata deməyin. 

– Nə? 


– Mənə cənab Jan deyin. Ġstəsəniz elə Jan deyin. 

– Siz daha mənim atam deyilsiniz? Mən daha Kozetta deyiləm? Cənab Jan? Axı bu nə olan 

Ģeydir? Bu, xalis bir çevriliĢdir! Axı nə olub? Bir mənim üzümə baxın! Siz mənimlə yaĢamaq 

istəmirsiniz? Siz öz otağınızı istəmirsiniz? Mən sizə nə eləmiĢəm? Mən sizə nə eləmiĢəm? 

Görünür, nəsə bir Ģey olub? 

– Heç bir Ģey olmayıb. 

– Bəs onda belə niyə? 

– Hər Ģey əvvəlki kimi qalır. 

Siz adınızı niyə dəyiĢirsiniz? 

– Axı siz də öz adınızı dəyiĢdiniz. 

Jan Valjan yenə bayaqkı kimi gülümsəyərək əlavə etdi: 

– Siz xanım Ponmersi olandan sonra mən niyə cənab Jan olmayım?! 

– Mən heç bir Ģey baĢa düĢmürəm. Bunların hamısı mənasız Ģeydir. Mən hələ ərimdən 

soruĢacağam, görüm o sizə cənab Jan deməyə icazə verirmi? Əminəm ki, o razılıq verməyəcək. 

Siz məni yaman kədərləndirirsiniz. Adamda qəribə hərəkətlər ola bilər, ancaq adam öz xırdaca 

Kozettasını incitməz. Bu heç yaxĢı iĢ deyil. Siz gərək kinli olmayasınız, siz axı çox gözəl 

insansınız. 

Jan Valjan dinmədi: 

Kozetta cəld Jan Valjanın əllərindən yapıĢıb üzünə sarı qaldırdı, böyük bir coĢqunluq və 

mehribanlıqla çənəsinin altına sıxdı. 

– Ah, əvvəlki kimi mərhəmətli olun! – dedi. 

Sonra əlavə etdi: 

– Mən mərhəmətli olmaq nəyə deyirəm? Ona deyirəm ki, sevimli olun, köçün bizə gəlin – 

burada da, Plüme küçəsindəki kimi, quĢlar var – bizimlə bir yerdə yaĢayın. Silahlı adam 

küçəsindəki o mənfur daxmanı atın getsin, bizi müəmmalar içində qoymayın, hamı necəsə, siz də 

elə olun, bizimlə nahar eləyin, səhər yeməyini yeyin, sözün qısası, mənim əziz atam olun. 

Jan Valjan əllərini onun əllərindən azad elədi. 

– Sizə ata lazım deyil, indi sizin əriniz var. 

Kozetta hirsləndi: 

– Mənə ata lazım deyil? Belə mənasız sözü eĢidəndə, vallah adam heç bilmir ki, nə desin. 

Jan Valjan nüfuzlu Ģəxslərdən kömək gözləyən, özünü saxlamaq üçün hər xırdaca budağa əl atan 

bir adam kimi sözünə davam etdi: 

– Tusen burada olsaydı, o mənim belə xasiyyətdə olduğumu hamıdan əvvəl təsdiq edərdi. Bu 

məsələdə təzə bir Ģey yoxdur. Mən həmiĢə öz qaranlıq guĢəmi xoĢlamıĢam. 

– Axı bura soyuqdur. Adam yaxĢı görmür. Bir də ki, özünüzü cənab Jan adlandırırsınız – bu çox 

pis uydurmadır! Mən istəmirəm ki, siz mənə ―siz‖ deyəsiniz. 

Jan Valjan söhbəti dəyiĢdi: 

– Bu gün bura gələndə Sen-Lui küçəsində, qiymətli mebel düzəldən dülgərdə bir Ģey gördüm. 

Mən qəĢəng bir qadın olsaydım, onu alardım. Müasir zövqə əsasən hazırlanmıĢ çox gözəl bir 

tualet idi. Deyəsən, sizdə buna çəhrayı ağac deyirlər. Çox qiymətli naxıĢları, böyük aynası, 

xırdaca siyirtmələri vardı. Çox qəĢəng Ģeydi. 

Kozetta ərk ilə dedi: 

– Ah, yaramaz ayı! 

Üz-gözünü füsunkar halda qırıĢdıraraq, bir-birinə sıxdığı diĢləri arasından Jan Valjanın üstünə 

fınxırdı. Bu vəziyyətilə o, balaca, acıqlı piĢiyi təqlid edən Qratsiyanın özü idi. 

– Mən lap dəli oluram, – dedi. – Dünəndən bəri siz hamınız məni bərk acıqlandırırsınız. Mən 

yaman hirslənmiĢəm. Mən heç bir Ģey baĢa düĢmürəm. Siz məni Mariusdan qorumursunuz. 

Marius mənim tərəfimi saxlamaq istəmir. Mən lap tək qalmıĢam. Mən sizin otağınızı elə yaxĢı 

bəzəmiĢəm ki! Ayı göydən gətirə bilsəydim, onu da sizin otağınızdan asardım. Bəs indi axı nə 

olsun? Əmriniz nədir? Ġndi mən bu otağı neyləyim? Mənim həmxanam məni çox pis vəziyyətdə 




qoyur. Nikolettaya tapĢırmıĢam ki, nahara çox ləzzətli bir Ģey hazırlasın. O da mənə deyir ki, 

―Xanım, sizin naharınız heç kəsə lazım deyil!‖ Atam FoĢlevan da, heç bilmirəm niyə, tələb edir 

ki, mən ona cənab Jan deyim, onu köhnə, pis, çirkin, üfunətli zirzəmidə qəbul edim; elə zirzəmi 

ki, divarları saqqal çıxarıb, içinə büllur qablar yerinə boĢ ĢüĢələr qoyulub, pəncərəsindən pərdə 

yerinə hörümçək toru asılıb! Siz qəribə adamsınız, buna mənim sözüm yox, bunlar hamısı sizin 

xasiyyətinizə uyğun Ģeylərdir, ancaq evlənən adamlara da nəfəslərini dərməyə imkan vermək 

lazımdır! Elə o saat əvvəlki xasiyyətinizə əl atmağa sizin ixtiyarınız yoxdur! Doğrudanmı bu 

murdar Silahlı adam küçəsində yaĢamaq sizin çox xoĢunuza gəlir? Amma mən orada yamanca 

bədbəxt idim. Mən axı sizə nə elədim? Siz məni yaman kədərləndirirsiniz? Fi! 

Birdən o, Jan Valjana diqqətlə baxaraq ciddi bir ifadə ilə əlavə etdi: 

– XoĢbəxt olduğum üçün sizin mənə acığınız tutur? 

Məsumluq, heç özü də bilmədən, bəzən çox həssas olur. Bu sual Kozetta üçün çox adi sual olsa 

da, Jan Valjan üçün onun böyük mənası vardı; Kozetta onu bir balaca cırmaqlamaq istədi, lakin 

çox bərk yaraladı. 

Jan Valjanın rəngi ağardı. Əvvəl o heç nə demədi, sonra izahı mümkün olmayan bir ifadə ilə, öz-

özünə söyləyirmiĢ kimi, pıçıldadı. 

– Onun xoĢbəxtliyi – mənim yaĢamaqda məqsədim, bax, bu idi. Ġndi Allah məni azad eləyə bilər. 

Sən xoĢbəxtsən, Kozetta, mənim vaxtım qurtarmıĢdır. 

Kozetta həyəcanla dedi: 

– Ah! Siz mənə ―sən‖ dediniz! – Jan Valjanın boynunu qucaqladı. 

Jan Valjan nə vəziyyətdə olduğunu unudaraq böyük həyəcan içində Kozettanı sinəsinə basdı. O 

az qalırdı ki, Kozettanı yenə də geri qaytardığına inansın. 

Kozetta pıçıldadı: 

– Sağ ol, ata! 

Jan Valjan bu həyəcana qapılaraq ağır iztirab duyurdu. O özünü üsulluca Kozettanın ağuĢundan 

azad edərək, Ģlyapasını götürdü. 

Kozetta soruĢdu: 

– Nə olub? 

Jan Valjan: 

– Mən gedirəm, xanım, sizi gözləyirlər. 

Sonra qapının qabağında dayanaraq əlavə etdi: 

– Mən sizə ―sən‖ dedim. Ərinizə deyin ki, bu daha təkrar olunmayacaq. Məni bağıĢlayın. 

Bu qəribə vidalaĢmaq Kozettanı lap ĢaĢırtdı; Jan Valjan onu bu vəziyyətdə qoyub otaqdan çıxdı. 

 

 



ĠKĠNCĠ FƏSĠL. 

 

Yenə də bir neçə addım geriyə. 



 

Jan Valjan ertəsi gün elə həmin vaxtda Kozettanın yanına gəldi. 

Kozetta daha ona sual vermirdi, onun hərəkətlərinə təəccüb etmirdi, soyuqdan Ģikayətlənmirdi, 

daha onu qonaq otağına çağırmırdı; ona ata, ya cənab Jan deməkdən eyni dərəcədə çəkinirdi. 

Özünə ―siz‖ deməyə, ―xanım‖ deməyə yol verirdi. Onun sevinci bir az azalmıĢdı. O, dərd 

çəkməyi bacarsaydı, onu qəmgin hesab etmək olardı. 

Yəqin, Mariusla onun arasında elə bir söhbət olmuĢdu ki, bu söhbətdə sevilən adam ağlına gələni 

deyir, heç bir Ģeyi izah eləmir, bununla belə, sevdiyi qadını sakitləĢdirə bilir. Sevənlərin marağı 

onların sevgisi hüdudundan xaricə çıxmır. 

AĢağı zalı bir az səliqəyə saldılar. Bask ĢüĢələri yığıĢdırıb apardı, Nikoletta hörümçək torunu 

təmizlədi. 

Jan Valjan hər gün eyni vaxtda gəlirdi. Mariusun sözünü hərfi mənada deyil, baĢqa bir mənada 

baĢa düĢmək üçün özünü məcbur edə bilmirdi, buna gücü çatmırdı. Marius iĢini elə qurmuĢdu ki, 

Jan Valjan gələndə o, evdən gedirdi. Evdəkilər cənab FoĢlevanın qoyduğu qayda-qanuna az 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   396   397   398   399   400   401   402   403   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə