Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə397/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   393   394   395   396   397   398   399   400   ...   412

qapıdan gəlsəm yaxĢı olar. Cənab, mən çox istəyirəm ki, hərdənbir Kozetta ilə görüĢüm. Qoy lap 

az görüĢüm, – siz necə istəyirsinizsə, elə olsun. Siz özünüzü mənim yerimdə təsəvvür edin: 

ondan baĢqa mənim heç kəsim yoxdur. Bir də ki, ehtiyatlı olmaq lazımdır. Mən heç gəlməsəm, 

bu, pis təsir bağıĢlar, qəribə görünər. Gəlin belə eləyək: mən, məsələn, axĢamlar, hava lap 

qaralandan sonra gələ bilərəm. 

Marius: 


– Siz hər axĢam gələcəksiniz, – dedi, – Kozetta da sizi gözləyəcək. 

Jan Valjan: 

– Siz çox mərhəmətlisiniz, cənab, – dedi. 

Marius Jan Valjana təzim etdi; xoĢbəxt adam bədbəxt adamı qapıya qədər ötürdü; onlar 

ayrıldılar. 

 

 



ĠKĠNCĠ FƏSĠL. 

 

ĠfĢada aydın olmayan cəhətlər. 



 

Marius sarsılmıĢdı. 

Kozettanın yanında gördüyü bu adama qarĢı o, həmiĢə qəribə bir soyuqluq hiss edirdi, indi 

bunun səbəbi aydın oldu. Bu adamda anlaĢılmaz bir Ģey vardı, – Mariusun duyğusu onu 

aldatmamıĢdı. Bu anlaĢılmaz Ģey rüsvayçılığın son pilləsi olan katorqa imiĢ. Cənab FoĢlevan, heç 

demə, katorqa dustağı Jan Valjan imiĢ. 

XoĢbəxtliyin ən gözəl çağında belə bir sirrə qəfildən bələd olmaq, qumru quĢu yuvasında əqrəbə 

rast gəlmək kimi bir Ģeydir. 

Mariusla Kozettanın xoĢbəxtliyi bundan sonra belə bir əqrəblə yan-yanamı yaĢayacaqdı? Bunu 

baĢ vermiĢ bir hadisəmi hesab etmək lazımdı? Marius evləndikdən sonra bu adamı qəbul etməyə 

borclu idimi? BaĢqa bir yol tapmaq mümkün deyildimi? 

Marius katorqa dustağı ilə bir evdəmi yaĢayacaqdı? 

Qoy iĢıqdan və Ģənlikdən toxunan çələng xoĢbəxt adamın baĢını bəzəsin, qoy, o həyatının ən 

xoĢbəxt çağından – məhəbbət dəqiqələrindən zövq alsın, – belə bir zərbə nəinki onu, hətta vəcdə 

gəlmiĢ baĢ mələyi də, Ģöhrətin ən yüksək pilləsində olan qəhrəmanı da sarsıda bilər. 

O adamın ki gözləri önündə belə dəyiĢikliklər olur, o düĢünməyə baĢlayır. Marius da düĢünməyə 

baĢladı: bu barədə, bəlkə, o özünü məzəmmət etməlidir? Bəlkə, daxili duyğu onu aldatmıĢdır? 

Bəlkə, o, qeyri-ixtiyari olaraq ağılsızlıq etmiĢdir? Bir cəhətdən bu belədir? Bəlkə də, o, 

evlənməklə nəticələnən sevgi macərasında lazımınca düĢünmədən hərəkət etmiĢdir, – Kozettanın 

heç ata-anası haqqında da məlumat toplamamıĢdır. Həyat bu qayda ilə bizi, tutduğumuz iĢləri 

ardıcıl surətdə aydınlaĢdırmağa məcbur edir, səhvlərimizi yavaĢ-yavaĢ düzəldir. O indi öz 

xasiyyətində, gözdən yayınan bulud kimi, xəyalpərəstliyə, fantaziyaya olan meyli görürdü; bu 

bulud bir çox adamda, ehtiras və iztirabın Ģiddətləndiyi vaxtda ruhun hərarətini dəyiĢdirir, 

Ģüurunu dumanlandırır. Biz Mariusun Ģəxsiyyətində olan bu səciyyəvi cəhəti dəfələrlə qeyd 

etmiĢik. O, Plüme küçəsində, sevgidən məst olduğu nəĢə dolu beĢ-altı həftə içərisində – 

Qorbonun daxmasında baĢ verən faciəni, baĢına müsibət gələn adamın qəribə hərəkətini, 

mübarizə zamanı inadla susmağını, mübarizə qurtaran kimi qaçmasını Kozettaya hələ 

danıĢmamıĢdı, – indi bu, onun yadına düĢdü. Necə olmuĢdu ki, Kozettaya heç nə deməmiĢdi? 

Hadisə axı bu yaxınlarda baĢ vermiĢdi, özü də çox dəhĢətli hadisə idi! Necə olmuĢdu ki, 

Tenardyenin ailəsindən, xüsusilə Eponinaya rast gəlməsindən ona bir Ģey danıĢmamıĢdı? Onda 

Marius susmasının səbəbini indi özünə güclə izah edə bilərdi. Lakin bunun nə üçün belə 

olunduğunu o, baĢa düĢürdü. O, özünü, öz divanəliyini, Kozettanın eĢqindən məst olduğunu, 

aĢiqlə məĢuqun idealın zirvəsinə yüksəlməsindən baĢqa bir Ģey olmayan, adamın bütün varlığını 

bürüyən sevgisini xatırlayırdı; bəlkə də, o, qəlbinin coĢqun, o füsunkar çırpıntıları içərisində 

idrakın nəzərə çarpmayan xırdaca bir zərrəsi kimi, bu təhlükəli hadisəni gizlətmək, onu öz 

hafizəsindən silib atmaq fikrini də dumanlı Ģəkildə xatırlayırdı, bu hadisədə heç bir rol oynamaq 




istəmirdi, bundan qaçırdı, bu məsələdə o, nə hadisəni nəql edən bir adam, nə də Ģahid ola bilərdi, 

ittihamçı da ola bilməzdi. Bir də ki, bu bir neçə həftə ildırım sürətilə ötüb keçmiĢdi; onlar ancaq 

bir-birini sevməklə məĢğul idilər, ayrı heç nəyə vaxt qalmırdı. O, hər Ģeyi ölçüb-biçərək, hər Ģey 

nəzərdən keçirərək, hər Ģeyi düĢünərək Qorbonun daxmasında baĢ verən hadisəni Kozettaya 

söyləsəydi də, Tenardyenin adını çəksəydi də, bunun nə əhəmiyyəti ola bilərdi? O, hətta bilsəydi 

ki, Jan Valjan katorqa dustağıdır, bu, onun fikrində bir dəyiĢiklik əmələ gətirərdimi! Ya bunu 

Kozetta bilsəydi, onun fikrində bir dəyiĢiklik əmələ gələrdimi? O, Kozettadan əl çəkərdimi? Ona 

pərəstiĢ etməyə bilərdimi? Onunla evlənməyə bilərdimi? Yox. BaĢ verən hadisədə bu, bir Ģey 

dəyiĢə bilərdimi? Yox. Deməli, heç bir Ģeyə təəssüf etmək, heç bir Ģeydə öz-özünü məzəmmət 

etmək lazım deyil. Hər Ģey yaxĢı gedirdi. AĢiq-məĢuq adlanan bu əyyaĢlar üçün də hələ göydə 

Allah vardır. Kor Marius da gözü görən adamın seçdiyi yolla gedərdi. Sevgi onun gözlərini niyə 

bağlamıĢdı? Onu cənnətə aparmaq üçün! 

Lakin bu cənnəti indi qonĢuluqda olan cəhənnəm korlayırdı. 

Mariusun çoxdan bəri bu adama, Jan Valjana çevrilən FoĢlevana olan soyuqluğunu indi dəhĢət 

əvəz etmiĢdi. 

Qeyd edək ki, bu dəhĢətdə bir az mərhəmət, hətta bir az fərəh də vardı. 

Bu islaholunmaz oğru ona tapĢırılan əmanəti sahibinə vermiĢdir. Özü də nə qədər? Altı yüz min 

frank! Bu pulun varlığını yalnız o bilirdi. Bunu o verməyə də bilərdi, lakin o, pulun hamısını 

sahibinə qaytardı. 

Bundan baĢqa, o öz ictimai vəziyyətini də açıb söylədi. Bunu söyləməyə heç kəs onu məcbur 

etmirdi. Onun kim olduğu, ancaq onun vasitəsilə aydın oldu. Onun etirafı özünü alçaltmaq deyil, 

bundan çox-çox böyük bir Ģeydi, – özünü təhlükəyə atmaq deməkdi. Məhkum edilmiĢ adam 

üçün maska – maska deyil, sığınacaqdır. Bu sığınacağı o rədd etdi. BaĢqa bir adamın adı onun 

üçün təhlükəsizlikdi, bu adı istəmədi... O, katorqa dustağıdır, o, abırlı bir ailədə həmiĢəlik 

gizlənə bilərdi, lakin o belə tamahdan özünü saxladı. Niyə? Onun vicdanı bunu tələb edirdi. O 

özü bunu inkar edilməsi mümkün olmayan bir həqiqət kimi izah etdi. Sözün qısası, bu Jan Valjan 

necə adam olsa da, bir Ģey Ģübhəsizdi: onun qəlbində vicdan oyanmıĢdı. Onun qəlbində sirli bir 

dəyiĢikliyin baĢlandığı hiss olunurdu; görünür, bu adam uzun illərdən bəri ruhi narahatlıq 

duyurmuĢ. YaxĢılığa və ədalətə olan belə bir meyl adi adamlarda ola bilməz. Vicdanın oyanması 

qəlbin əzəmətini göstərir. 

Jan Valjan səmimi danıĢırdı. Gözlə görünən, duyulan, inkar edilməyən bu səmimiyyətin onun 

özünə verdiyi əzab göstərirdi ki, Jan Valjanın səmimi olduğuna baĢqa bir sübut lazım deyil; həm 

də bu səmimiyyət onun sözlərinə böyük məna verirdi. Vəziyyət Marius üçün qəribə bir Ģəkildə 

dəyiĢmiĢdi. Cənab FoĢlevan Mariusda necə hiss oyatmıĢdı? Etimadsızlıq hissi! Jan Valjan onda 

necə hiss oyatmıĢdı? Etimad hissi! 

Marius öz fikrində Jan Valjanın hərəkətinə qiymət verir, iĢin aktiv və passiv cəhətini müəyyən 

edərək, mizanlaĢdırmağa çalıĢırdı. Lakin Mariusun ətrafında və onun daxilində, sanki, fırtına 

qopmuĢdu. O, Jan Valjan haqqında aydın təsəvvür əldə etmək üçün onun surətini hafizəsinin lap 

dərinliklərində canlandırır, onu gah itirir, gah da məĢum bir duman içində tapırdı. 

Jan Valjanın əmanəti vicdanla qaytarması, söylədiyi sözlərin düzgünlüyü yaxĢı Ģey idi. Bu, bulud 

arasından düĢən iĢığı xatırladırdı, lakin bulud sonra yenə də qaralırdı. 

Mariusun xatirələrinə qədər aydın olmasa da, sirrin mövcud olduğunu göstərirdi. 

Jondretin daxmasında axı nə olmuĢdu? Polis iĢçiləri gələndə bu adam onlardan kömək istəmək 

əvəzinə niyə gözdən itmiĢdi? Ġndi bu sualın cavabı Marius üçün aydın oldu. Çünki bu adam 

dustaqxanadan qaçmıĢdı, polis nəzarətindən gizlənirdi. 

Ġkinci sual: niyə bu adam barrikadaya gəlmiĢdi? Bu hadisə, odun təsiri ilə görünən simpatik 

mürəkkəb kimi, yenə də Mariusun qarĢısında, onun həyəcanlı qəlbində aydın Ģəkildə canlandı. 

Bu adam barrikadada idi. Ancaq vuruĢmurdu. O niyə barrikadaya gəlmiĢdi? Bu sualın qarĢısında 

bir kabus canlanaraq suala cavab verdi: bu kabus Javer idi. Ġndi Marius Jan Valjanın barrikadaya 

gəldiyini, əl-qolu bağlanmıĢ Javeri barrikadadan apardığını aydınca xatırlayırdı; o indi də 

Mondetur küçəsinin tinindən gələn qorxunc tapança səsini eĢidirdi. Belə güman etmək lazımdı 

ki, casusla katorqa dustağı arasında çoxdan bəri davam edən düĢmənçilik varmıĢ. Onlar bir-




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   393   394   395   396   397   398   399   400   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə