Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə395/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   391   392   393   394   395   396   397   398   ...   412

Üzünü Mariusa sarı çevirərək sözünə davam etdi: 

– Ġndi, cənab, siz belə bir Ģeyi təsəvvür edin: mən sizə heç nə deməmiĢəm, mən cənab FoĢlevan 

olub qalmıĢam, sizin içərinizdəyəm, bu ailənin üzvüyəm, mənə verilən otaqda yaĢayıram, ev 

ayaqqabısını geyib səhər naharını eləmək üçün yemək otağına gəlirəm, axĢam üçümüz də teatra 

gedirik, mən xanım Ponmersini Tüilriyə, ya da Kral meydanındakı bağçaya aparıram, biz həmiĢə 

bir yerdəyik, siz məni öz ailənizin adama hesab edirsiniz, bir gün də, bax, mən burada, siz orada 

oturub söhbət edəndə, gülüb danıĢanda, birdən siz ucadan ―Jan Valjan!‖ deyə bir səs eĢidirsiniz. 

Zülmətdən qorxunc bir əl uzanır, bu, polis əlidir, bu əl mənim maskamı qoparıb atır. 

O yenə də susdu. Marius duyduğu dəhĢətdən diksinərək yerindən qalxdı. Jan Valjan ondan 

soruĢdu: 

– Siz buna necə baxırsınız? 

Mariusun susması buna cavab oldu. 

Jan Valjan dedi: 

– Siz çox yaxĢı görürsünüz ki, mən bunları söyləməkdə haqlıyam. Qulaq asın, siz xoĢbəxt olun, 

göylərə yüksəlin, baĢqa bir mələyin hamisi olun, günəĢ Ģüaları içində üzün, bununla da 

kifayətlənin. Sizin nəyinizə gərəkdir ki, zavallı, günahkar bir adam öz vəzifəsini yerinə yetirmək 

üçün hansı yolla ürəyini açıb tökür... Sizin qarĢınızdakı bədbəxt bir adamdır, cənab. 

Marius yavaĢ-yavaĢ otağın o baĢından gəldi, Jan Valjanın yanına çatıb, əlini ona uzatdı. 

Lakin Marius özü onun əlini qaldırmalı oldu, – Jan Valjanın əli qalxmadı. Jan Valjan etiraz 

etmədi; Mariusa elə gəldi ki, o, daĢdan düzəldilmiĢ bir əli sıxdı. 

Marius: 

– Mənim babamın dostları var, – dedi, – mən sizin üçün əfv diləyirəm. 

Jan Valjan: 

– Gecdir, – dedi. – Məni ölmüĢ bilirlər, bu, kifayətdir. Ölülər polis nəzarətindən xilas olurlar. 

Onlara qəbirdə rahat çürüməyə imkan verilir. Ölüm özü də əfv edilməkdir. 

Jan Valjan əlini Mariusun əlindən çəkərək yenilməz bir ləyaqətlə bu sözləri əlavə etdi: 

– Bir də ki, mənim bir dostum var, lazım olanda mən ona müraciət edirəm: bu dost – vəzifəni 

yerinə yetirməkdir; – elə bir əfv edilmək var ki, mən ancaq ona ehtiyac duyuram. O da 

vicdanımın əfvidir. 

Elə bu anda otağın o biri baĢındakı qapı yavaĢca açıldı; qapının azca açılmıĢ tayları arasından 

Kozettanın sevimli üzü göründü; onun saçı füsunkar bir halda dağılmıĢdı, gözləri yuxudan azca 

ĢiĢmiĢdi. O, baĢını yuvadan çıxaran quĢa oxĢayırdı; Kozetta əvvəl ərinə, sonra da Jan Valjana 

baxaraq güldü, o gülərkən, elə bil ki, qızılgül açıldı; çığıraraq dedi: 

– Lap mərc gələrəm ki, siz siyasətdən danıĢırsınız! Mənimlə bir yerdə oturmaq əvəzinə, 

siyasətdən danıĢmaq mənasız bir Ģeydir! 

Jan Valjan diksindi. 

Marius dili dolaĢa-dolaĢa: 

– Kozetta!.. – deyərək susdu. 

Onlar, elə bil, nədə isə müqəssirdilər. 

Kozetta fərəhindən gülümsəyərək onlara baxırdı. Sanki, onun gözlərində cənnət iĢıqları bərq 

vururdu. 

Kozetta: 

– Mən sizi cinayət etdiyiniz yerdə tutmuĢam, – dedi. – Mən indicə qapı dalından eĢitdim, atam 

FoĢlevan deyirdi: ―Vicdan... Öz vəzifəsini yerinə yetirmək‖, bu, siyasətə aiddir, elə deyilmi? 

Mən bunu istəmirəm. Elə ertəsi günü... Siyasətdən danıĢmaq olmaz. Bu, ədalətsizlikdir. 

Marius: – Sən yanılırsan, Kozetta, – dedi. – Biz iĢdən danıĢırdıq. Biz ondan danıĢırdıq ki, sənin 

altı yüz min frankından necə əlveriĢli bir Ģəkildə istifadə edək... 

Kozetta onun sözünü kəsdi: 

– Məsələ bunda deyil. Mən gəlmiĢəm. Məni burada görmək istəyirlərmi? 

O, qəti bir addım ataraq otağa girdi. Onun əynində – boynundan ta ayaqlarına qədər enən uzun 

qollu, qırçınlı, enli ağ penüar vardı. Mələklərin büründüyü belə gözəl xlamidaları orta əsr 

Ģəkillərinin yıldızlı göylərində görmək olardı. 




Kozetta bədənnüma aynanın qabağında durub, özünü baĢdan-ayağa süzdü, böyük fərəh və 

coĢqunluqla ucadan dedi: 

– Biri varmıĢ, bir yoxmuĢ, bir kral, bir kraliça varmıĢ! Ah, mənim sevincimin həddi-hüdudu 

yoxdur! 


Sonra da Mariusla Jan Valjanın qarĢısında reverans etdi: 

– Ġndi mən sizin yanınızda, kresloda oturacağam; səhər yeməyi yarım saatdan sonra olacaq; siz 

nədən istəsəniz söhbət eləyə bilərsiniz; mən bilirəm, kiĢilər gərək danıĢsın; mən də sakitcə 

oturacağam. 

Marius Kozettanın əlini əlinə alıb məftunluqla dedi: 

– Bizim söhbətimiz iĢ barəsindədir. 

– Bilirsiniz nə var, mən pəncərəni açdım, indicə bizim bağa çoxlu gülməli hay-küyçülər uçub 

gəldi. Bunlar karnaval hay-küyçüləri deyil, günahların etiraf edildiyi gündür, amma onların hələ 

də pəhriz bayramıdır. 

– Kozetta, əzizim, sənə deyirəm ki, biz iĢ barəsində söhbət eləyirik, bizi bir az tək burax. Biz 

rəqəmlərdən danıĢırıq. Bu, səni darıxdırar. 

– Marius, sən bu gün çox gözəl qalstuk taxmısan. Hörmətli cənab, siz yamanca ―modabazsınız‖. 

Yox, bu, məni darıxdırmaz. 

– Səni əmin edirəm ki, darıxdırar. 

– Yox, darıxmaram. Çünki danıĢan sizsiniz. Mən sizin dediyinizi baĢa düĢməyəcəyəm, ancaq 

sizə qulaq asacağam. Adam sevimli səsləri eĢidəndə, sözlərin mənasını baĢa düĢməyə ehtiyac 

duymur. Mən ancaq burada, sizin yanınızda olmaq istəyirəm, mənə ayrı bir Ģey lazım deyil. Mən 

burada qalıram, vəssalam! 

– Kozetta, mənim sevgilim, bu, mümkün deyil. 

– Mümkün deyil? 

– Bəli. 

– YaxĢı da. Mən sizə demək istəyirdim ki, baba hələ yatıb, xala ibadətə gedib, mənim atam 

FoĢlevanın buxarısı tüstü verir, Nikoletta gedib bacatəmizləyən çağırıb, Tusenlə Nikoletta 

sarsaqlamağa baĢlayıblar, Nikoletta Tusenin kəkələməsinə gülür. Qoy belə olsun; siz heç bir Ģey 

bilməyəcəksiniz. Hə, bu, mümkün deyil? YaxĢı, dayanın, əlbət mənim də əlimə fürsət düĢər, 

görərsiniz, cənab, mən də onda deyəcəyəm: ―Bu, mümkün deyil!‖ Görək onda kim peĢman 

olacaq. Marius, əzizim, səndən rica edirəm, icazə ver sizin yanınızda oturum. 

– And içirəm ki, biz gərək ikilikdə danıĢaq, burada gərək kənar adam olmasın. 

– Mən kənar adamam? 

Jan Valjan bircə kəlmə də söz deməmiĢdi. Kozetta ona sarı döndü: 

– Ata, bəs siz? Hər Ģeydən əvvəl, mən istəyirəm ki, siz məni öpəsiniz. Sonra da, axı bu nə olan 

Ģeydir, siz bircə kəlmə də söz demirsiniz, axı siz gərək mənim tərəfimi saxlayasınız! Bilmirəm 

mənə belə atanı kim bağıĢlayıb! Siz çox yaxĢı görürsünüz ki, ailədə mən yaman bədbəxtəm. 

Ərim məni döyür. Sizə deyirəm, bu saat məni öpün! 

Jan Valjan ona yaxınlaĢdı. 

Kozetta Mariusa sarı dönərək ağız-burnunu əydi: 

– Al, bu da sizin payınız! 

Sonra alnını Jan Valjana tərəf tutdu. 

Jan Valjan ona tərəf bir addım atdı. 

Kozetta birdən geri çəkildi: 

– Ata, sizin rənginiz nə yaman qaçıb! Əliniz bərk ağrıyır? 

Jan Valjan: 

– Yox, – dedi, – daha ağrımır. 

– Gecə pis yatmısınız? 

– Yox. 

– Qəmginsiniz? 



– Yox. 


Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   391   392   393   394   395   396   397   398   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə