Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə391/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   387   388   389   390   391   392   393   394   ...   412

Kozetta ilə Mariusun xoĢbəxtliyinə o necə münasibət bəsləyəcəkdir? O özü onların xoĢbəxt 

olmasını istəyirdi, o, özü buna çalıĢırdı, o özü könüllü olaraq bu xoĢbəxtliklə qəlbini yaralamıĢdı, 

indi isə öz əməlinə baxaraq, bir silahdüzəldən kimi, öz iĢindən bir növ razı qala bilərdi; bu ona 

bənzəyir ki, silahdüzəldən qanlı xəncəri öz sinəsindən çıxararkən, onun üstündə öz damğasını 

görür. 

Kozettanın Mariusu vardı, Marius Kozettaya sahib olmuĢdu. Onların hər Ģeyi, hətta sərvəti də 



vardı. Bunun da hamısını ancaq Jan Valjan yaratmıĢdı. 

Ġndi o nə etməli idi, axı bu xoĢbəxtlik əldə edilmiĢdi, bu xoĢbəxtlik meydanda idi. Bu xoĢbəxtliyi 

məhv etsinmi? Onunla öz xoĢbəxtliyi kimi rəftar etsinmi? Əlbəttə, Kozetta indi özgəsinin idi, 

lakin Jan Valjan mümkün ola bilən Ģeyləri əldə saxlaya biləcəkdimi? O, arabir baĢ çəkilən, lakin 

indiyə qədər hörmət edildiyi kimi hörmət edilən bir ata olub qalacaqdımı? Ya o, Kozettanın 

evinə köçüb orada rahat yaĢayacaqdımı? O öz keçmiĢini dinməz-söyləməz onların gələcəyinin 

ayaqları altına atacaqdımı? Bu evə o, buna haqqı olan bir adam kimi girəcəkdimi, onların parlaq 

ocağı yanında, maskasını çıxartmadan, oturmağa cəsarət edəcəkdimi? Məhkum olunmuĢ adam 

olduğu halda, bu məsum gənclərin əllərini gülümsəyə-gülümsəyə sıxacaqdımı? O, Jilnormanın 

qonaq otağında, buxarının odu qabağında ayaqlarını barmaqlığın üstünə qoya biləcəkdimi, axı bu 

ayaqların ardınca qandalların biabırçı kölgəsi sürünürdü?! Mariusla Kozettanın xoĢbəxtliyinə o 

da Ģərik olacaqdımı? Onun baĢı üstündə zülmət artmayacaqdımı, onların üzərinə kölgə 

enməyəcəkdimi? O öz küskün taleyini onların bəxtəvərliyinə qatacaqdımı? Yenə əvvəlki kimi 

susacaqdımı? Ümumiyyətlə, bu xoĢbəxt adamların qarĢısında taleyin dilsiz, məĢum rolunu 

oynayacaqdımı? 

Bəzi məsələlər bütün çılpaqlığı, bütün dəhĢəti ilə qarĢımıza çıxanda, gözümüzü yerə dikməmək 

üçün, zalım qəza-qədərə, onun dönüklüyünə alıĢmaq lazımdır. Amansız sual iĢarəsinin arxasında 

xeyirmi gizlənir, Ģərmi? Sfinks soruĢur: ―Sən necə hərəkət edəcəksən?‖ 

Jan Valjan belə sınaqlara alıĢmıĢdı. O, sfinksin düz gözünün içinə baxırdı. 

Bu həlledilməz müəmmanı o, hər cəhətdən öyrənmiĢdi. 

Kozetta, bu gözəl məxluq qəzaya uğrayan adam üçün nicat dairəsi idi. Nə etmək lazımdı? Ondan 

tutmaqmı, ya onu buraxmaqmı? 

Ondan tutsaydı, məhv olmazdı, girdabın içindən üzüb çıxardı, günəĢi görərdi, onun paltarından, 

saçından acı dəniz suyu süzülüb tökülərdi. O, xilas olardı, o yaĢayardı. 

Əldən buraxsaydı? 

Onda girdabın dibinə gedərdi. 

Bu qayda ilə Jan Valjan əzab və iztirab içində öz vicdanı ilə məsləhətləĢirdi. Daha doğrusu, öz-

özü ilə mübarizə edirdi: o gah həyatına, gah da öz əqidələrinə amansız hücum edirdi. 

Jan Valjan üçün ağlaya bilmək xoĢbəxtlikdi. Bu, bəlkə də, onun ürəyini sakitləĢdirirdi. Ancaq 

baĢlanğıc son dərəcə çətindi. Onun qəlbində qopan fırtına vaxtilə onu Arrasa qovan fırtınadan da 

amansızdı. KeçmiĢ onun qarĢısında hal-hazırla yanaĢı canlanırdı; o bunları müqayisə edərək acı-

acı ağlayırdı. Göz yaĢları sel kimi axırdı, o, ümidsizlik içində boğulurdu, hönkürtü onu əldən 

salırdı. 

O, son həddə yetdiyini hiss edirdi. 

Heyhat, xudbinliklə vəzifə arasında gedən ölüm-dirim mübarizəsində, o zaman ki, biz ĢaĢqın və 

qəzəbli halda, dəlicəsinə öz mövqeyimizi əldən verə-verə, hər qarıĢ torpağı qoruya-qoruya, 

qaçmaq imkanına ümid edə-edə, çıxıĢ yolu axtara-axtara sarsılmaz idealımız qarĢısında addım-

addım geri çəkilirik, onda bizim arxamızda qəfildən məĢum bir divar yüksəlir! 

Müqəddəs bir kölgə, gözə görünməyən, lakin amansız bir Ģey sizin yolunuzu kəsir, sizi geri 

çəkilməyə qoymur, – bunu hiss etmək nə böyük vəsvəsədir! 

Bəli, vicdanı özünə tabe etmək olmaz. Qərara gəl, Brut! Qərara gəl, Katon! Vicdan dərin fəzadır, 

çünki o Allahdır. Biz bu quyuya bütün bir ömrün əməyini atırıq, karyeranı atırıq, sərvəti, Ģöhrəti 

atırıq, azadlığı, ya vətəni atırıq, sağlamlığı atırıq, istirahəti atırıq, xoĢbəxtliyi atırıq! Daha, daha 

bir çox Ģeyləri atırıq! ġüĢələri də boĢaldın! Qabları da əyin! Nəhayət, biz ora öz qəlbimizi atırıq! 

Qədim bir zirzəminin zülməti içində belə dərin çəllək vardır. 



Nəhayət, qurban verməkdən boyun qaçırmaq bağıĢlanmaz Ģeydirmi? Məgər tükənməzlik də haqq 

tələb edə bilərmi? Məgər son dərəcə ağır yük insan qüvvəsindən artıq deyilmi? Siziflə Jan 

Valjan: ―Bəsdir!‖ desə, kim onları məzəmmət edə bilər? 

Maddənin mütiliyi sürtünmə ilə məhdudlaĢmıĢdır; məgər qəlbin mütiliyinin hüdudu yoxdurmu? 

HəmiĢəlik hərəkət mümkün deyilsə, bəs onda adamdan həmiĢə fədakarlıq tələb etmək olarmı? 

Ġlk addım atmaq nədir ki; ancaq son addım atmaq çətindir. ġanmatye hadisəsi Kozettanın ərə 

getməsi və bundan meydana gələn vəziyyət qarĢısında nə idi ki?! Katorqaya getmək qorxusu 

indiki heçliyə getmək qorxusu qarĢısında nə idi ki?! 

Ah, aĢağıya enən birinci pillə, sən də dumanlısan! Ah, aĢağıya enən ikinci pillə, sən nə 

qaranlıqsan! Burada necə geri sıçramayasan? 

Məzlumluq ruhu əzə-əzə yüksəldir. Bu, iĢgəncədir, bu, padĢah olmaq üçün verilən xeyir-duadır. 

Ġnsan ilk dəqiqədə buna razı ola bilər; insan pul kimi qızarmıĢ hökmdar əsasını əlinə alır, lakin o 

hələ odlu mantiya da geyməlidir, – belə anda zəif bədən qiyam edib, məzlumluq çələngindən əl 

çəkməzmi? 

Nəhayət, Jan Valjan lap əldən düĢərək sakitləĢdi. 

O, müvazinətin bütün imkanlarını iĢıqla kölgənin sirli tərəzisində çəkdi, təhlil etdi, ətraflı 

düĢündü. 

Katorqa dustağının ağır yükünü bu iki xoĢbəxt gəncin üzərinə qoysunmu, ya özünün məhv 

olmasını nəhayətə yetirsinmi? Birinci halda o, Kozettanı qurban verəcəkdi, ikinci halda özünü. 

Onun qərarı nə oldu? O, hansı nəticəyə gəldi? Taleyin ədalətli istintaqında onun qəti daxili 

cavabı nə oldu? Hansı qapını açmağı qət etdi? O, həyatının hansı yarısını rədd etməli, qıfıl 

altında saxlamalı idi? Onu əhatə edən dərin uçurumlardan hansını seçdi? Hansı ifrat qərara gəldi? 

Bu girdablardan hansının qarĢısında baĢ əydi? 

Əzablı düĢüncələr bütün gecə onu tərk etmədi. 

O, səhərə kimi dizi üstə duraraq, taleyin həddindən artıq ağır yükü altında əzilərək, – heyhat, 

bəlkə də, pamal olaraq! – yumruqlarını bərk-bərk sıxaraq, üzü üstə çarpayıya yıxılıb qaldı; o, 

çarmıxa çəkilmiĢ adam kimi əl-qolunu açmıĢdı, elə bil, onu xaçdan götürüb üzü üstə yerə 

atmıĢdılar. O, uzun qıĢ gecəsində on iki saat baĢını qaldırmadan, bircə kəlmə də söz söyləmədən, 

soyuqdan dona-dona bu vəziyyətdə qaldı. O tərpənmirdi, sanki, ölmüĢdü, bu zaman onun fikri 

gah ilan kimi yerə sürünür, gah qartal kimi göylərə yüksəlirdi. Lakin birdən onun bədəni titrəyir, 

o elə üzü üstə düĢmüĢ halda, Kozettanın paltarını öpməyə baĢlayırdı, onda bilmək olurdu ki, o 

ölməmiĢdir, diridir. 

Bunu kim görə bilərdi? Kim? Jan Valjan ki otaqda tək idi, onun yanında heç kəs yox idi? 

Bunu qaranlıq gecələrdə yatmayan adam görə bilərdi. 

 

 

 



 

 

 



ƏZABIN ƏN AĞIR DƏQĠQƏLƏRĠ. 

 

 



 

BĠRĠNCĠ FƏSĠL. 

 

Yeddinci dairə və göyün səkkizinci qatı. 



 

Toyun ertəsi günü sakitlik olur. Adamlar, eĢqdən məst olmuĢ gənclərin istirahətini pozmaq 

istəmirlər, həm də onların yuxudan gec durmalarına mane olmurlar. Hay-küylü təbriklər və 

görüĢlər gec baĢlanır. Fevralın 17-si idi, günortadan xeyli keçmiĢdi, Bask, əlində cındır, 

qoltuğunda süpürgə, ―dəhlizini təmizləməklə məĢğuldu‖, birdən qapı yavaĢca döyüldü. Görünür, 



Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   387   388   389   390   391   392   393   394   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə