Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə388/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   384   385   386   387   388   389   390   391   ...   412

nikah ayininin qurtardığına inanmırdı. O, Mariusa, adamlara, göyə baxırdı; o, sanki, yuxudan 

ayılacağından qorxurdu. Onun üzündə ifadə olunan heyrət və tərəddüd ona baĢqa bir cazibədarlıq 

verirdi. Karetaya minib geri qayıdanda Marius Kozettanın, cənab Jilnorman isə Jan Valjanın 

yanında, üz-üzə oturdular. Madmuazel Jilnorman ikinci plana keçərək, o biri karetaya mindi. 

Qoca deyirdi: ―Budur, mənim balalarım, indi siz cənab baron və xanım baronnesasınız, sizin 

otuz min frank rentanız var‖. Kozetta baĢını əyərək öz gözəl səsi ilə Mariusun qulağına 

mehribanca pıçıldadı: ―deməli, bu həqiqətdir? Mən sənin adını daĢıyıram. Mən – xanım Sənəm‖. 

Bu iki gənc böyük sevinc içində idi. Bir daha təkrar olunmayan, geri qayıtmayan an onlar üçün 

həqiqət olmuĢdu: onlar zirvəyə çatmıĢdılar; onların çiçəklənən gəncliyi bu zirvədə tam 

xoĢbəxtliyə qovuĢmuĢdu. Jan Prüverin Ģeirində deyildiyi kimi, onların bir yerdə heç qırx yaĢı da 

yox idi. Bu, təmiz, saf bir ittifaq idi: bu iki gənc iki zanbağı xatırladırdı. Onlar bir-birini 

görmürdülər, seyr edirdilər. Marius Kozettanın gözünə halə içində, Kozetta Mariusa pyedestal 

üstə görünürdü. ġirin xəyalların və öpüĢlərin vüsala irdiyi yer – izdivac yatağı bu pyedestal 

üzərində, bu halədə, sanki, iki təntənəli ayində, əlçatmaz uzaqlarda, Kozetta üçün tutqun duman, 

Marius üçün parıltı və alov içində, həm real bir Ģey, həm də ideal kimi iĢıq saçırdı. 

Onlar çəkdikləri əzabı könül riqqəti ilə xatırlayırdılar. Onlara elə gəlirdi ki, o yuxusuz gecələr, o 

göz yaĢı, o həyəcan, qorxu, dəhĢət, iztirab, ümidsizlik iĢığa və nəvaziĢə çevrilərək xoĢbəxt 

dəqiqələrin cazibədarlığını artırır, o qəm-qüssə ancaq onların Ģəfəq dolu sevincini nikah üçün 

bəzəyən xidmətçilərdi. Bu qədər dərd çəkmək nə yaxĢı imiĢ! Çəkdikləri müsibət onların 

xoĢbəxtliyinin haləsi idi. EĢqin bu uzun iĢgəncəsi onları göylərə yüksəltmiĢdi. 

Bu iki gəncin qəlbi eyni dərəcədə məst olmuĢdu, lakin Mariusun duyduğu nəĢədə ehtiras, 

Kozettanınkında utancaqlıq vardı. Onlar pıçıltı ilə deyirdilər: ―Biz yenə də Plüme küçəsindəki 

bağımıza dəyərik‖. Kozettanın paltarının qırçınları Mariusun dizi üstünə düĢmüĢdü. 

Bu gün – xəyalla həqiqətin, nail olmaqla Ģirin arzuların bir-birinə sarıldığı gün idi. Gələcəyi 

duymaq üçün hələ vaxt var idi. Günün günorta çağında gecəyarısını arzu etmək vəsfə gəlməyən 

bir hissdir. Camaat da bu iki qəlbin xoĢbəxtliyini duyaraq sevinirdi. 

Adamlar Sent-Antuan küçəsində, Sen-Pol kilsəsi qarĢısında dayanaraq ekipajın ĢüĢəsinə baxır, 

ĢüĢənin o biri üzündə, Kozettanın gözəl baĢında titrəyən narıncı çiçəkləri seyr edirdi. 

Nəhayət, onlar gəlib yaĢadıqları küçəyə çatdılar. Mariusla Kozetta əl-ələ tutaraq fərəh və iftixarla 

pilləkənlə yuxarı qalxdılar; bu həmin pilləkəndi ki, bir neçə ay əvvəl Mariusu buradan ölümcül 

halda yuxarı qaldırmıĢdılar. Qapıya toplaĢan fağır-füqəra bol-bol verilən sədəqəni öz aralarında 

bölüĢdürür, cavanlara dua edirdilər. Hər yer gül-çiçəklə dolu idi. Evdən də, kilsə kimi, gözəl 

qoxu saçılırdı. Buxurdan sonra qızılgül ətri duyulurdu. AĢiqlərin qulağına əlçatmaz yüksəklikdə 

oxunan nəğmə səsi gəlirdi, Tanrı onların qəlbində idi, gələcək onların təsəvvüründə ulduz dolu 

göy qübbəsi kimi canlanırdı, onlar doğan günəĢin iĢığını baĢları üstündə görürdülər. Birdən 

saatın vaxt bildirən səsi eĢidildi. Marius Kozettanın gözəl, çılpaq qoluna, korsajın krujevası 

arasından görünən çəhrayı çiyninə baxdı. Kozetta onun baxdığını duyaraq qıpqırmızı qızardı. 

Toya Jilnorman ailəsinin çoxlu köhnə dostları çağırılmıĢdı; hamı Kozettanın ətrafına toplaĢaraq 

bir-birinə macal vermədən ona nəvaziĢ göstərirdi; hamı birinci olaraq ona xanım baronessa 

demək Ģərəfinə nail olmaq istəyirdi. 

Ġndi kapitan rütbəsində olan Teodül Jilnorman, əmisi nəvəsi Ponmersinin toyunda iĢtirak etmək 

üçün, eskadronu dayanan ġatrdan gəlmiĢdi. Kozetta onu tanımadı. 

O da qadınlar arasındakı müvəffəqiyyətindən ərköyünləĢdiyi üçün Kozettanı tanımadı, Kozetta 

da o biri qızlar kimi unudulmuĢdu. 

Qoca Jilnorman öz-özünə dedi: 

– Mən bu ulan barəsində olan dedi-qoduya inanmırdım, inanmamağa haqqım varmıĢ! 

Hələ indiyə qədər Kozetta Jan Valjana belə mehriban olmamıĢdı. Kozetta qoca Jilnormanı bir 

əks-səda kimi təkrar edirdi: Jilnorman öz sevincini aforizmlər və hikmətli sözlərlə ifadə etdiyi 

halda, Kozetta öz məhəbbət və nəvaziĢini ətir kimi saçırdı. XoĢbəxt adam bütün dünyaya 

xoĢbəxtlik diləyir. 

Jan Valjan Kozettanın səsində onun uĢaqlıq səsini duyurdu. Kozettanın təbəssümü onun könlünü 

oxĢayırdı. 




Toy məclisi yemək otağında qurulmuĢdu. 

Parlaq iĢıq böyük Ģənliyin zəruri aĢqalıdır. Tutqunluq, alaqaranlıq xoĢbəxt adamların qəlbinə 

fərəh verməz. Onlar qara rəngi istəməzlər. Gecə onları cəzb edər, qaranlıq yox. GünəĢ yoxsa, 

günəĢi yaratmaq lazımdır. 

ĠĢıqlar yemək otağında bərq vururdu. Otağın ortasında, ağ süfrə salınmıĢ stolun üzərindən gümüĢ 

asqılı bənövĢəyi, göy, qırmızı, yaĢıl rəngli quĢ fiqurları, stolun üstündə böyük və zinətli 

Ģamdanlar, divarlarda üç Ģamlı, beĢ Ģamlı divar Ģamdanları vardı; ĢüĢələr, büllur qablar, qədəhlər, 

müxtəlif fəğfur, çini, minalı, qızıl, gümüĢ qab-qaĢıq par-par parıldayır, adamın ürəyini açırdı. Ġri 

Ģamdanlar arasında gül dəstələri qoyulmuĢdu, – iĢıq olmayan yerdə əlvan çiçəklər görünürdü. 

Dəhlizdə üç skripka ilə bir fleytada Qaydnın kvartetini çalırdılar. 

Jan Valjan qonaq otağında, lap qapının yanında oturmuĢdu, qapının bir tayı onun qabağını 

kəsmiĢdi. Kozetta süfrənin yanına gedəndən bir neçə dəqiqə əvvəl, vəhy gəlmiĢ kimi, Jan 

Valjanın yanına yüyürdü, nikah paltarını düzəldə-düzəldə reverans edərək dəcəlliklə və 

mehribanca dedi: 

– Ata, siz sevinirsinizmi? 

Jan Valjan: 

– Bəli, sevinirəm, – dedi. 

– Elə isə gülümsəyin. 

Jan Valjan gülümsədi. 

Bir neçə saniyədən sonra Bask xəbər verdi ki, süfrəyə xörək gətirilmiĢdir. 

Cənab Jilnorman Kozettanın qoluna girib, onu yemək otağına apardı; toya çağırılan adamlar da 

onların ardınca gedib müəyyən edilmiĢ qayda ilə stolun ətrafında oturdular. 

Kozettanın sağında və solunda iki böyük kreslo qoyulmuĢdu: bunun biri cənab Jilnorman, biri də 

Jan Valjan üçün idi. Cənab Jilnorman öz yerində oturdu. O biri kreslo boĢ qaldı. 

Hamı gözü ilə ―cənab FoĢlevanı‖ axardı. 

―Cənab FoĢlevan‖ yox idi. 

Cənab Jilnorman Baskdan soruĢdu: 

Sən bilirsənmi cənab FoĢlevan haradadır? 

Bask: 

– Bəli, bilirəm, cənab, – dedi, – cənab FoĢlevan buyurdu ki, siz cənablarına onun sözlərini 



yetirim; o buyurdu ki, əli ağrıdığı üçün cənab baron və xanım baronessa ilə yemək yeyə 

bilməyəcəkdir. XahiĢ etdi ki, onu əfv etsinlər. O, sabah səhər gələcək. Lap indicə qapıdan çıxdı. 

BoĢ kreslo toy Ģənliyində bir anlığa ovqattəlxlik əmələ gətirdi. Lakin cənab FoĢlevan getsə də, 

cənab Jilnorman burada idi, o, cənab FoĢlevanı əvəz edirdi. O dedi ki, cənab FoĢlevanın kefi 

yoxdur, o gedib tez yatmaqla ağıllı iĢ tutur, ancaq yarası elə ciddi deyil. Belə izahat hamını 

sakitləĢdirdi. Bir də ki, qaranlıq bir bucaq belə Ģənlik dənizinə kölgə sala bilərdimi? Kozetta ilə 

Marius elə xoĢbəxt dəqiqələr keçirirdi ki, insan bu vəziyyətdə xoĢbəxtlikdən baĢqa heç nəyi, heç 

kəsi duya bilməz. Bu zaman cənab Jilnormanın da ağlına gözəl bir fikir gəldi: ―Axı bu kreslo 

niyə boĢ qalsın? Marius, gəl otur burada. Sənin xaltan buna icazə verər. Bu kreslo elə sənin 

üçündür. Bu, tamamilə qanunidir, ürəkaçan Ģeydir. XoĢbəxt oğlan xoĢbəxt qızın yanında 

oturur...‖ Bütün məclis bu sözləri alqıĢladı. Marius Jan Valjanın yerində, Kozettanın yanında 

oturdu. Jan Valjanın getməsi Kozettanın kefini pozmuĢdu, lakin iĢ elə gətirdi ki, o da bundan razı 

qaldı. Marius Allahın da yerini tutsaydı, Kozetta bundan narazı qalmazdı. 

Marius kresloda oturan kimi cənab FoĢlevan hamının yadından çıxdı; onun yoxluğunu daha heç 

kəs hiss etmirdi. Heç beĢ dəqiqə də keçmədi ki, bütün məclis hər Ģeyi unudaraq, gülüb 

danıĢmağa baĢladı. 

Çərəzdən sonra cənab Jilnorman ayağa durdu, qədəhi qaldıraraq cavanlar üçün sağlıq dedi; 

qocalıqdan əlləri əsdiyi üçün qədəhə yarıya qədər Ģampan Ģərabı tökmüĢdü. 

O ucadan dedi: 

– Bu gün siz iki moizəyə qulaq asmaqdan boyun qaçıra bilməyəcəksiniz. Səhər siz keĢiĢin 

moizəsini eĢitdiniz, axĢam da qoca babanı dinləməli olacaqsınız. Diqqət! Mən sizə məsləhət 

vermək istəyirəm: bir-birinizə pərəstiĢ edin. Mən sözü o yan-bu yana atmayacağam, birbaĢ 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   384   385   386   387   388   389   390   391   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə