Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə389/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   385   386   387   388   389   390   391   392   ...   412

məqsədə keçəcəyəm: xoĢbəxt olun. Təbiətdə bir-birini sevən göyərçinlərin sevgisindən mənalı 

Ģey yoxdur. Filosoflar deyir ki: ―Zövq-səfa məsələsində mötədil olun‖. Amma mən deyirəm: 

―BaĢ alıb gedin, cilovu buraxın‖. Dəlicəsinə vurulun. Divanə olun. Filosoflar boĢ-boĢ danıĢırlar. 

Mən onların fəlsəfəsini qaytarıb boğazlarına tıxardım. Həyatda da həddindən artıq ətir, 

həddindən artıq qızılgül, bülbül nəğməsi, yaĢıl yarpaq, al Ģəfəqlər olarmı? Həddindən artıq da 

sevmək olarmı? Adam da həddindən artıq bir-birinin xoĢuna gələrmi? Ayıq ol, Estella, sən 

həddindən artıq gözəlsən; ayıq ol, Nemorin, sən həddindən artıq qəĢəngsən! Bu nə axmaq 

sözdür?! Məftunluğun da, cazibədarlığın da, nəvaziĢin də ölçüsünü bilmək olarmı? Həddindən 

artıq da diri olmaq olarmı? Həddindən artıq da xoĢbəxt olmaq olarmı? ―Zövq-səfa məsələsində 

mötədil olun‖. TəĢəkkür edirəm, iltifatınız artıq olsun! Rədd olsun filosoflar! Filosofluq – Ģənlik 

etməkdədir. ġənlik edək, vəcdə gələk! Biz yaxĢı olduğumuz üçünmü xoĢbəxtik, ya xoĢbəxt 

olduğumuz üçünmü yaxĢıyıq? MəĢhur bir brilyant var, niyə ona Sansi deyirlər? Ona görəmi ki, o 

Arle də Sansinin idi, ya ona görəmi ki, ağırlığı yüz altı karatdır?1 Mən haradan bilirəm! Həyat 

belə məsələlərlə doludur; ən əsas məsələ Sansiyə sahib olmaqdır, xoĢbəxtlikdən istifadə 

etməkdir. XoĢbəxt olaq, əllaməlik eləməyək! Kor-korana günəĢə tabe olaq! GünəĢ nədir? – 

GünəĢ – sevgidir. Kim sevgi deyirsə, ―qadın‖ deyir. Hə-ə, siz bilmək istəyirsiniz ki, hər Ģeyə 

qadir olmaq nə deməkdir? Buyurun – qadın deməkdir. Bizim bu demaqoq Mariusdan soruĢun. O, 

Kozetta adlı bu balaca, zalım qızın əsiri ola bilməz, amma qadın dünya yaranandan bəri 

hökmranlıq edir. Mən royalistəm, amma bü gündən sonra ancaq bu kraliçanı tanıyıram. Adəm 

nədir? Adəm Həvvanın idarə etdiyi padĢahlıqdır! Həvva üçün heç bir səksən doqquzuncu il 

yoxdur! ZanbaqĢəkilli kral əsası vardı, imperator hökmdarlığı vardı, Böyük Karlın dəmir əsası, 

Böyük Lüdovikin qızıl əsası vardı; inqilab bunların hamısını, çox ucuz bir zinət əĢyası kimi, öz 

barmaqları arasında əzib atdı; bu Ģeylər sındırılmıĢ, yerə atılmıĢdır, daha hökmdar əsası yoxdur. 

Ġndi siz gəlin patçuli ilə ətirlənmiĢ xırdaca bir krujevalı yaylıq əleyhinə inqilab edin görüm necə 

edirsiniz! Hə, giriĢin görüm! Bu yaylıq niyə belə möhkəmdir? Çünki, bu, adicə bir qadın 

zinətidir. Ah, siz on doqquzuncu əsrdəsiniz? Nə olsun ki, biz də on səkkizinci əsrdənik! Biz heç 

də sizdən axmaq deyilik. Siz bizim yoluxucu xəstəliyimizə vəba, burra rəqsimizə kaçuça 

deməklə elə zənn etməyin ki, kainatı alt-üst eləmisiniz. Nə olur olsun, hər zaman qadın 

seviləcəkdir. Lap mərc gələrəm ki, siz də onlardan yaxanızı qurtara bilməyəcəksiniz. Bu 

əcinnələr bizim üçün mələkdilər. Bəli, sevgi, qadın, öpüĢ – bu elə sehrli dairədir ki, lap mərc 

gələrəm, siz də oradan çıxa bilməyəcəksiniz; məni desəniz, mən lap məmnuniyyətlə yenə ora 

qayıdardım. Zöhrə ulduzunun, göylərin bu böyük iĢvəli qızının, bu okean Selimenasının, 

fırtınaları sakitləĢdirərək, qadın kimi dalğalara baxa-baxa ucsuz-bucaqsız fəzaya qalxdığını 

sizlərdən görən varmı? Okean amansız Alsestdir. Qoy o istədiyi qədər donquldansın, Zöhrə 

ulduzu çıxanda o gülümsəyir. O kobud heyvan tabe olur. Biz hamımız beləyik. Qəzəblənirik, 

tufan qoparırıq, göy kimi guruldayırıq, dalğalarımız buludlara qalxır. Bu öz yerində. Qadın görən 

kimi, ulduz çıxan kimi üzü üstə düĢün! Altı ay əvvəl Mariusu vuruĢurdu, indi evlənir. YaxĢı da 

eləyir. Bəli, Marius, bəli, Kozetta, siz haqlısınız. Bir-birinizi əzizləyin, bir-birinizə pərəstiĢ edin, 

qoy biz hamımız sizə baxıb paxıllığımızdan partlayaq. Yer üzündə olan bütün səadət çöplərini 

dimdiyinizlə yığın, özünüz həmiĢəlik yuva tikin. Sevmək, sevilmək, – bu əcaib bir Ģey deyil. Elə 

zənn etməyin ki, o ilk dəfə sizin ağlınıza gəlib. Mən də Ģirin xəyallara dalmıĢam, mən də intizar 

çəkmiĢəm; mənim də qəlbimə ay iĢığı dolmuĢdur. Sevgi çağadır, onun altı min yaĢı var. Sevginin 

uzun, ağ saqqala tamamilə haqqı var. Mafusail Kupidona görə südəmər uĢaqdır. AltmıĢ əsrdir ki, 

kiĢi ilə qadın bir-birini sevə-sevə girdabdan çıxmağa çalıĢır. Ġblis hiyləgərdir, o, insana nifrət 

etdi; insan ondan da hiyləgərdir, o, qadını sevdi. Bu, ona iblisin etdiyi pislikdən daha çox xeyir 

gətirdi. Belə hiyləgərlik cənnət hələ yer üzündə olanda düĢünülmüĢdür. Dostlar, bu köhnə 

uydurmadır, lakin həmiĢə yenidir. Bundan istifadə edin. Filemon və Bavkida olmaq vaxtı gələnə 

kimi Dafnis və Xloya olun. Elə yaĢayın ki, ikilikdə sizə heç bir Ģey lazım olmasın, Kozetta 

Marius üçün kainat olsun. Kozetta, qoy ərinin təbəssümü sizin üçün aydın gün olsun; Marius, 

qoy arvadının göz yaĢı sənin üçün yağmurlu gün olsun. Qoy sizin həyatınızda pis hava olmasın. 

Siz bacarıb həyat lotereyasında ən yaxĢı bileti ovlaya bilmisiniz: – bu da – evlənməklə 

nəticələnən sevgidir; baĢ uduĢ sizə düĢmüĢdür, bunu göz bəbəyi kimi qoruyun, onu ağzı qıfıllı 




sandıqda saxlayın, boĢ yerə sərf etməyin, bir-birinizə pərəstiĢ edin, – qalan Ģeylər qoy cəhənnəm 

olsun! Ġnanın mənim sözümə! Bunu sağlam düĢüncənin özü deyir. Sağlam düĢüncə yalan deyə 

bilməz. Bir-birinizə səcdə edin. Hər kəs özünə görə Allaha ibadət edir. Allaha ən yaxĢı pərəstiĢ – 

kiĢinin öz arvadını sevməsidir! Mən səni sevirəm – bax, mənim dini əqidəm budur! Kim sevirsə, 

o mömindir. Dördüncü Henrix ən çox xoĢladığı söyüĢündə müqəddəsliklə eyĢ-iĢrəti və əyyaĢlığı 

birləĢdirir. ―Müqəddəs – sərxoĢ – qarın‖ deyir. Mən belə bir dinin pərəstiĢkarı deyiləm. Burda 

qadın yaddan çıxmıĢdır. Mən baĢqalarından belə Ģeyi gözləsəm də, Dördüncü Henrixdən 

gözləməzdim. Dostlar, yaĢasın qadın! Adamların dediyinə inansaq, mən qocayam; ancaq qəribə 

burasıdır ki, mən cavanlaĢıram, mən bunu hiss edirəm. Mən məmnuniyyətlə meĢədə gəzərdim, 

çoban tütəyinə qulaq asardım. Bu uĢaqların gözəlliyi və xoĢbəxtliyi məni məst edir. Birisi mənə 

gəlsəydi, mən özüm də evlənməkdən boyun qaçırmazdım. Allahın bizi ayrı bir Ģey üçün 

yaratdığını təsəvvür etmək mümkün deyil; pərəstiĢ etmək, bəzənmək, göyərçin kimi quruldamaq, 

xoruz kimi banlamaq; səhərdən axĢama kimi öpüĢmək, qucaqlaĢmaq, arvadının qabağında özünə 

tumar vermək, lovğalanmaq, Ģənlik etmək, təkəbbür satmaq – yaĢamaqda məqsəd bax budur! Bu 

sizin xoĢunuza gəlirmi, ya gəlmirmi, fərqi yoxdur, biz cavan olanda, öz zəmanəmizdə belə 

düĢünürdük. Ax, keçmiĢdə nə qədər füsunkar, nə qədər gözəl, nə qədər cazibədar qadın vardı! 

Mən onların qəlbinə az hücum etmədim! Bəli, bir-birinizi sevin. Sevgi olmasa, onda, mən 

bilmirəm, bahar gərək niyə gəlsin?! Mənə qalırsa, mən qadir Allahdan xahiĢ edərdim ki, 

yaratdığı, bundan da bizi narahat etdiyi bütün gözəl Ģeylərini – çiçəkləri, quĢları, qəĢəng qızları 

öz anbarına yığıb ağzını bağlasın. Balalarım, qocanın xeyir-duasını qəbul edin. 

Məclis canlı, Ģən və gözəl keçdi. Qocanın kefi çox duru idi, onun güĢadlığı bütün Ģənliyə rövnəq 

verirdi; hamı istər-istəməz bu yüz illik qəlbin xoĢ hisləri ilə yaĢayırdı. Bir az oynadılar, güldülər; 

bu, çox abırlı toy idi. Bura Gözəl qədim zamanı lap cəsarətlə qonaq çağırmaq olardı. Əslində bu 

qədim zaman cənab Jilnormanın Ģəxsiyyətində toyda iĢtirak edirdi. 

Səs-küydən sonra sakitlik oldu. 

Təzə evlənənlər gözdən itdilər. 

Gecə yarısından sonra Jilnormanın evi məbədə çevrildi. 

Biz burada dayanacağıq. Mələk toy gecəsinin astanasında durur, barmağını dodaqlarına qoyub 

gülümsəyir. 

Ruh, təntənəli sevgi ayini baĢ verən məbədgah qarĢısında fikrə dalır. 

Belə evlərin üstündə halə görünməlidir. Bu evlərin içindəki xoĢbəxtlik divarların daĢlarından zəif 

iĢıq kimi keçməli, gecənin zülmətinə yayılmalıdır. Ola bilməz ki, taleyin əvvəlcədən müəyyən 

etdiyi bu müqəddəs Ģənlik namütənahiliyə gözəl iĢıq saçmasın. Sevgi ilahi bir dəmirçi ocağıdır, 

kiĢi ilə qadının birləĢməsi burada baĢ verir; vahid, üçcəhətli, kamil məxluq, insan üçlük vəhdəti 

bu ocaqdan çıxır. Ġki ruhdan bir ruhun meydana gəlməsi məchuliyyət aləmində həyəcan 

yaratmalıdır. AĢiq – kahindir; qüsursuz qızı xoĢ bir qorxu bürüyür. Bu sevincin bir hissəsi Allaha 

yüksəlir. O yerdə ki həqiqi nikah və sevgi var, ideal iĢığı ordadır. Yeni evlənənlərin qaranlıqdakı 

toy yatağı Ģəfəqin qızartısı kimidir. Ġnsanlara yüksək aləmlərin əcaib və qorxunc xəyallarını 

görmək imkanı verilsəydi, onda, yəqin ki, gözə görünməyən aləmlərdən uçub gələn gecə 

ruhlarının, qanadlı mavi məxluqların bu iĢıq saçan evin üzərində toplaĢdığını, riqqətlə xeyir-dua 

verə-verə, dünya səadəti ilahi üzlərində əks oluna-oluna özünü itirmiĢ, cəsarətsiz, məsum aĢiqləri 

bir-birinə göstərə-göstərə bu evə sarı əyildiklərini görərdilər. Təzə evlənən, ehtirasdan məst olan, 

tək olduqlarını yəqin edən aĢiqlər bu gözəl anda qulaq assaydılar, öz yataqlarında qanad xıĢıltısı 

eĢidərdilər. Həqiqi səadətdə mələklər də iĢtirak edirlər. Ucsuz-bucaqsız səma bu kiçik qaranlıq 

yatağın qübbəsi olur. Sevgi ilə təqdis edilən dodaqlar can verən öpüĢlə qovuĢanda, bu öpüĢ 

yüksəkliklərdə, əsrarəngiz ulduzlar aləmində titrəyə-titrəyə əks olunmaya bilməz! 

Ancaq belə səadət həqiqi səadətdir. Bundan baĢqa ayrı heç bir sevinc yoxdur. Sevgi yer üzündə 

yeganə səadətdir. Qalan hər Ģey göz yaĢı vadisidir. 

Sevmək, sevgini hiss etmək kifayətdir. Bundan artıq bir Ģey tələb etməyin. Siz həyatın qaranlıq, 

gizlin yerlərində bundan ayrı heç bir inci tapa bilməyəcəksiniz. Sevgi həyatın özüdür. 

 

 



Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   385   386   387   388   389   390   391   392   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə