Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə390/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   386   387   388   389   390   391   392   393   ...   412

ÜÇÜNCÜ FƏSĠL. 

 

Ayrılmaz dost. 



 

Jan Valjan hara getdi? 

Jan Valjan Kozettanın mehribanca təkidi ilə gülümsədikdən az sonra yerindən qalxdı, heç kəsin 

ona fikir vermədiyindən istifadə edərək dəhlizə çıxdı. O, səkkiz ay bundan əvvəl Mariusu həmin 

bu otağa, babasının yanına gətirmiĢdi, onda Jan Valjanın üst-baĢı palçığa, qana, barıt hisinə 

bulaĢmıĢdı, qapqara idi. Qədim divarların panelindən indi çiçək və yarpaq hörgüləri asılmıĢdı. O 

zaman Mariusun qoyulduğu divanın üstündə çalğıçılar oturmuĢdu. Bask bəzənmiĢdi; o, frak, qısa 

Ģalvar, ağ corab geymiĢ, ağ əlcək taxmıĢdı, o hər dəfə xörəyi süfrəyə aparanda onu əvvəlcə 

qızılgül çələngi ilə bəzəyirdi. Jan Valjan sarğılı əlini ona göstərdi, getməsinin səbəbini izah 

etməyi ona tapĢırıb otaqdan çıxdı. 

Jan Valjan yemək otağının küçəyə açılan parlaq iĢıqlı pəncərələri qabağında, qaranlıqda bir neçə 

dəqiqə hərəkətsiz dayandı. O dayanıb qulaq asırdı. Toy məclisindən qarıĢıq səslər gəlirdi. O, 

qocanın ucadan inamla söylədiyi sözlərini, skripkanın, boĢqabların, qədəhlərin səsini, arabir 

yüksələn qəhqəhələri, bu uğultu içərisində də Kozettanın mehriban, Ģən, zərif səsi eĢidirdi. 

Jan Valjan oradan öz evinə, Silahlı adam küçəsinə qayıtdı. 

O öz evinə dolanbac yolla – Sen-Lui, Müqəddəs Yekaterina Zəmisi və Ağ mantiya küçəsi ilə 

gəldi; o, çirkli-palçıqlı, izdihamlı köhnə Tampl küçəsindən keçməmək üçün üç ay idi ki, hər gün 

Kozettanı bu yolla Silahlı adam küçəsindən Ehtiraslar küçəsinə gətirirdi. 

Kozetta bu yolla gedirdi, o da baĢqa yol ilə getmək istəmirdi. 

Jan Valjan evinə gəldi. ġamı yandırıb öz otağına qalxdı. Mənzil bomboĢ idi. Tusen də burada 

yox idi. Jan Valjanın addımları boĢ otaqlarda boğuq-boğuq səslənirdi. Bütün Ģkafların qapısı 

taybatay açıqdı. Jan Valjan Kozettanın yan otağına keçdi. Çarpayının üstündə döĢəkağı yox idi. 

BalıĢın üzü çıxarılmıĢdı, krujevası yox idi. BalıĢ döĢəyin aĢağı tərəfində, bükülmüĢ adyal yığını 

üstündə idi; burada daha heç kəs yatmayacaqdı. Kozettanın çox xoĢladığı xırda-para bəzək 

Ģeyləri də aparılmıĢdı; ancaq ağır mebel, bir də çılpaq divarlar qalmıĢdı.Tusenin də 

çarpayısından döĢəkağı, balıĢ üzü götürülmüĢdü. Bircə çarpayı vardı ki, ona əl dəyməmiĢdi, 

sanki, o, kimi isə gözləyirdi; bu, Jan Valjanın çarpayısı idi. 

Jan Valjan divarlara göz gəzdirdi, Ģkafların qapısını örtdü, boĢ otaqları gəzdi. 

Nəhayət, öz yataq otağına gəldi, Ģamı stolun üstünə qoydu. 

Qolundakı sarğını bayaqdan açıb atmıĢdı, qolunu çox sərbəst tərpədirdi, sanki, ona heç bir Ģey 

olmamıĢdı. 

Çarpayısına yaxınlaĢdı, Kozettanın da çoxdan bəri qibtə etdiyi və ―ayrılmaz dost‖ adlandırdığı 

xırdaca sandıqçaya təsadüfi olaraqmı, ya qəsdənmi baxdı; bu sandıqçanı o, hara getsə özü ilə 

aparırdı. Jan Valjan iyunun dördündə Silahlı adam küçəsinə köçdükdən sonra sandıqçanı 

çarpayının baĢ tərəfinə, balaca stolun üstünə qoymuĢdu. O, qəribə bir halda tələsə-tələsə 

sandıqçaya yaxınlaĢdı, cibindən açarı çıxarıb, onu açdı. 

Kozettanın uĢaqlıq paltarlarını oradan yavaĢ-yavaĢ çıxarmağa baĢladı: Kozetta on il əvvəl 

Monfermeyldən bu paltarda getmiĢdi. Əvvəl kiçicik qara donunu, sonra qara ləçəyini, sonra da 

qəĢəng uĢaq ayaqqabısını, möhkəm pamazıdan tikilmiĢ lifçiyini, toxunma tumanını, xırdaca 

cibləri olan döĢlüyünü, yun corabını çıxartdı; Kozettanın ayaqları elə balaca idi ki, bu 

ayaqqabıları indi də geyə bilərdi. Corablarda hələ qəĢəng uĢaq ayaqlarının izi qalmıĢdı, onlar Jan 

Valjanın əlindən uzun deyildi. Hamısı da qara idi. Jan Valjan özü bu Ģeyləri Kozetta üçün 

Monfermeylə gətirmiĢdi. Bunları sandıqçadan çıxartdıqca yatağın üstünə, bir-birinin yanına 

qoyurdu. Jan Valjan düĢünürdü, o günü yadına salırdı. Onda qıĢ idi, dekabr ayı idi, hava bərk 

soyuqdu. Kozetta soyuqdan tir-tir əsirdi; o, cındır paltar geymiĢdi, ayağında taxta ayaqqabı vardı, 

xırdaca ayaqları soyuqdan qızarmıĢdı. Jan Valjan onu məcbur etdi ki, əynindəki cın-cındırı 

çıxartsın, bu yas paltarını geysin. Onun anası, yəqin, qəbirdə sevinəcəkdi ki, qızı onun üçün qara 

geymiĢdir, xüsusilə ona görə sevinəcəkdi ki, qızının əynində isti paltar vardır, o daha üĢümür. 

Jan Valjan Monfermeyl meĢəsini xatırladı; meĢədən onlar ikisi bir yerdə keçib getmiĢdi; o, 



çovğunlu qıĢ gününü, çılpaq ağacları, quĢsuz meĢəni, günəĢsiz göyü xatırladı, – hər necə olsa, 

bunlar gözəl xatirələrdi. Jan Valjan bu uĢaq paltarını çarpayının üstünə qoydu: ləçəyi tumanın 

yanına, corabı ayaqqabının yanına, lifçiyi donun yanına... Bir-bir onlara baxmağa baĢladı. 

Kozetta onda balaca idi, əlindəki böyük kuklanı bağrına basmıĢdı. Jan Valjanın bağıĢladığı qızıl 

pulu həmin bu döĢlüyünün cibinə qoymuĢdu, özü də gülürdü; onlar əl-ələ tutaraq gedirdilər; 

ondan baĢqa Kozettanın dünyada heç kəsi yox idi. 

Birdən onun ağ saçlı baĢı yatağa sarı əyildi, qoca mərd qəlbi sarsıldı, o, üzünü Kozettanın paltarı 

üstünə qoydu; bu zaman pilləkənlə bir adam qalxsaydı, ürək parçalayan hönkürtü səsi eĢidərdi. 

 

 

 



DÖRDÜNCÜ FƏSĠL. 

 

Jmmortale jecur. 



 

Əvvəlki amansız mübarizə yenə də baĢlanmıĢdı; bu mübarizəni biz müxtəlif vaxtlarda müĢahidə 

etmiĢdik. 

Ġakov mələklə ancaq bircə gecə vuruĢmuĢdu. Heyhat, Jan Valjanı biz bir neçə dəfə zülmətdə, öz 

vicdanı ilə təkbətək ağır mübarizədə əldən düĢən görmüĢük! 

Bu, misli-bərabəri görülməmiĢ bir vuruĢma idi! Bəzən onun ayağı büdrəyər, bəzən də yer 

ayaqları altında parçalanıb dağılardı. O dəfələrlə xeyrə ürəkdən can atmıĢ, amma vicdan onu 

boğmuĢ, yerə çırpmıĢdı! Dəfələrlə amansız həqiqət dizini onun sinəsinə qoymuĢdu! Dəfələrlə 

idrakın iĢığı onu məğlub etmiĢdi, o yalvara-yalvara aman diləmiĢdi! O, kor olmaq istəyəndə, 

keĢiĢin onun qəlbində və ətrafında yandırdığı amansız iĢıq dəfələrlə, onun iradəsi xilafına olaraq, 

gözünü açmıĢdı! O dəfələrlə bu döyüĢdə qayadan tutaraq, sofizmə əl ataraq, öz vicdanını 

tapdalayaraq ayağa qalxmıĢdı, dəfələrlə vicdan özü onu yerə yıxmıĢdı, o, yerdə sürünmüĢdü! 

Dəfələrlə o, bic-bic kələklərdən, xudbinliyin təhriki ilə meydana gələn xaincəsinə və 

riyakarcasına dəlillərdən sonra baĢı üstündə qəzəblənmiĢ vicdanın səsini eĢitmiĢdi: ―Bu, alçaq 

hərəkətdir, əclaf!‖ Dəfələrlə onun tabe olmaq istəməyən düĢüncələri mübahisə qəbul etməyən 

vəzifənin təpiyi altında çırpına-çırpına xırıldamıĢdı! Bu, Allaha müqavimət göstərməkdi! Bu, 

ölüm təri idi! Onun qəlbində, ancaq onun özünə bəlli olan, hələ də qan sızan nə qədər gizlin 

yaralar vardı! Onun məĢəqqətli həyatında nə qədər çapıq yara vardı! O tez-tez baĢdan-ayağa qan 

içində, taqətdən düĢmüĢ, yorulmuĢ halda, qəlbində ümidsizlik, lakin aydın fikirlə, bəsirət gözü 

açılmıĢ halda ayağa qalxmıĢdı! Məğlub olduğu halda, özünü qalib hiss etmiĢdi. Vicdan onu yerə 

yıxdıqdan sonra onun baĢı üstündə duraraq həm qorxunc, həm təmin olunmuĢ, həm xoĢbəxt 

halda deyərdi: ―Ġndi çıx get!‖ 

Lakin, heyhat! Belə ağır mübarizədən sonra məyusluq və ruh düĢkünlüyü baĢlardı. 

Jan Valjan hiss edirdi ki, bu gecə o, son döyüĢə girməlidir. 

Onun qarĢısında əziyyətli bir məsələ dururdu. 

Tale həmiĢə adamı düz yolla aparmır, hər kəs üçün bir yol təyin edir: bu yolda dalanlara, künc-

bucağa, qaranlıq döngələrə, mənhus yol ayrıclarına rast gəlmək olur; bu yol ayrıclarından da 

çoxlu cığırlar uzanır. Jan Valjan indi ən təhlükəli bir yol ayrıcında idi. 

O, indi son hüdudda, xeyirlə Ģərin bir-birini qət etdiyi yolda idi. Onun gözləri önündə məĢum bir 

yol ayrıcı dururdu. Yenə də onun qarĢısında, baĢqa çətin vəziyyətlərdə olduğu kimi, iki yol vardı; 

bunlardan biri onu aldadır, o birisi qorxudurdu. Bu yollardan hansını seçmək lazımdı? 

Sirli bir barmaq ona ikinci yolu göstərirdi: biz hər dəfə gözümüzü məchul bir yerə dikəndə bu 

barmaq peyda olur. 

Jan Valjan yenə də ya qorxunc limanı, ya da cəzbedici tələni seçməli idi. 

Deməli, bu, doğrudur: qəlbi sağaltmaq olar, taleyi dəyiĢmək olmaz. Taleyin hökmü dəhĢətli 

Ģeydir! 


Jan Valjanın qarĢısında duran məsələ bundan ibarətdi: 


Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   386   387   388   389   390   391   392   393   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə