Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə398/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   394   395   396   397   398   399   400   401   ...   412

birinə mane olurmuĢ, Jan Valjan ondan qisas almaq üçün barrikadaya gəlibmiĢ. Görünür, o, 

Javerin əsir alındığını bilirmiĢ. Korsika qan qisası cəmiyyətin aĢağı təbəqələrinə daxil olaraq, 

orada qanun olmuĢdu; bu qan qisası elə adət Ģəklini almıĢdı ki, qismən xeyrə sarı dönən adamı da 

təəccübləndirmirdi; bunlar elə adamdır ki, onları, öz hərəkətindən peĢman olan cinayətkarın 

intiqam fikri deyil, oğurluq fikri təĢviĢə sala bilər. Jan Valjan Javeri öldürmüĢdür. Hər halda, 

Marius buna inanırdı. 

Sonuncu sual. Bu sualın cavabı yox idi. Bu sual Mariusu odlu bir kəlbətin kimi sıxırdı. Necə 

olmuĢdu ki, Jan Valjan uzun illər boyu Kozetta ilə yan-yana yaĢamıĢdı? Qəza-qədərin bu 

anlaĢılmaz oyunu – belə bir tifili bu adama rast gətirməsi nə deməkdi? Deməli, göydə də buxov 

varmıĢ, deməli, Allah da mələklə iblisi eyni zəncirlə bir-birinə bağlaya bilərmiĢ? Deməli, 

günahla məsumluq fəlakətin sirli katorqası kamerasında yoldaĢ ola bilərmiĢ? Məhkum edilmiĢ 

adamların insan taleyi adlanan bu yürüĢündə bir-birinə bənzəməyən iki sima yan-yana dura 

bilərmiĢ: bunlardan biri aydın və təmizdir, biri qorxuncdur, birinin üzərinə səhər Ģəfəqinin iĢığı 

düĢmüĢdür, o birini Tanrı qəzəbinin ildırımı qarsalamıĢdır. Belə anlaĢılmaz ittifaqı kim 

əvvəlcədən müəyyən edə bilərdi? Necə olmuĢdu ki, səmavi, gənc bir məxluqun taleyi 

islahedilməz bir günahkarın taleyi ilə birləĢmiĢdi, bu necə möcüzə idi?! Quzu ilə canavarı kim 

birləĢdirə bilmiĢdi? Bundan da artıq ağlasığmaz bir Ģey: kim canavarı quzuya bağıĢlamıĢdı? 

Çünki canavar quzunu sevirmiĢ, çünki yırtıcı bir məxluq zəif bir məxluqa pərəstiĢ edirmiĢ, çünki 

iblis on il mələyə arxa olubmuĢ! Kozettanın uĢaqlığı, gəncliyi, onun isməti, qızlıq inkiĢafı – 

həyata və idraka can atan coĢqunluğu bir əjdaha tərəfindən sədaqətlə qorunurmuĢ! Burada 

suallar, sanki, saysız-hesabsız müəmmalara bölünürdü, bir girdabın dibində baĢqa bir girdab 

açılırdı. Mariusun Jan Valjan haqqında düĢünə-düĢünə, baĢı gicəlirdi. Axı girdab olan bu insan 

kim idi? 

―Həyat kitabı‖nın qədim simvolları əbədidir: daha yüksək həqiqətlər insan cəmiyyətini 

dəyiĢməsə, bu vəziyyətində o həmiĢə iki cür insan yetiĢdirmiĢ və yetiĢdirəcəkdir; bunlardan biri 

– yüksək mənəviyyatlı, birisi – alçaq təbiətli adamdır; biri – xeyir təbliğ edən Habildir, biri – Ģər 

təbliğ edən Qabil. Bu Jan Valjan, bu incə qəlbli Qabil kim idi? Məsumluq qarĢısında müqəddəs 

bir Ģey kimi baĢ əyən, onu qoruyan, bəsləyib böyüdən, müdafiə edən, əxlaq cəhətdən 

möhkəmləndirən, özü qəbahətli olduğu halda onu qəbahətsizlik haləsi ilə bürüyən bu quldur kim 

idi? Bu necə günahkar adamdır ki, ismət qarĢısında pərəstiĢ etmiĢ, onu heç bir Ģeylə 

ləkələməmiĢdir? Kozettanı tərbiyə edən bu Jan Valjan axı kim idi? Ulduzun çıxmasını ən kiçicik 

kölgədən, ən kiçicik buluddan belə qoruyan, yalnız bir məqsədlə yaĢayan, zülmət içindən çıxan 

bu adam kim idi? 

Bu, Jan Valjanın sirri idi; bu, həm də, Allahın sirri idi. 

Marius bu iki sirrin qarĢısında geri çəkildi. Bu sirlərdən biri müəyyən dərəcədə o biri sirr 

barəsində ona təskinlik verirdi. Bunların hamısında lap açıqca Jan Valjan kimi Allah da iĢtirak 

edirdi. Allahın öz tədbiri var. O, hansı vasitəni lazım bilsə, ondan istifadə edir. O, insanlara 

haqq-hesab verməyə borclu deyil. Allah öz tədbirini necə yerinə yetirir – bu, bizə məlumdurmu? 

Jan Valjan çox böyük zəhmət nəticəsində Kozettanı tərbiyə edə bilmiĢdi. Kozettanın ruhunu 

yaradan müəyyən dərəcədə o idi. Bu, qəti idi. Nə olar ki? ĠĢçi son dərəcə eybəcər olsa da, iĢinin 

nəticəsi çox gözəl idi. Allah istədiyi kimi möcüzə yarada bilər. O, füsunkar Kozettanı yaratmıĢ, 

Jan Valjanı isə ona tərbiyəçi qoymuĢdur. O, özünə belə qəribə bir köməkçi seçmək istəmiĢdir. 

Biz ona nə deyə bilərik? Qızılgülün açması üçün peyinin yaza kömək etdiyi birinci dəfə deyil ki! 

Marius özü öz suallarına cavab verir, öz-özünü inandırırdı ki, verdiyi cavablar doğrudur. O, 

burada göstərdiyimiz Ģübhələr haqqında Jan Valjandan söz soruĢmağa cəsarət etmirdi. O, 

Kozettanı sevirdi. Kozetta onun idi. Kozettadan məsumluq iĢığı saçılırdı. Bu, onun üçün 

kifayətdi. Onun daha hansı izaha ehtiyacı vardı? Onun sevdiyi qız iĢıq idi. ĠĢığın da izahata 

ehtiyacı varmı? Onun hər Ģeyi vardı; o daha nə istəyə bilərdi? Hər Ģeyin olması kifayət deyilmi? 

Jan Valjanın xüsusi iĢləri onun nəyinə lazımdı?! O, öz fikrində məĢum bir kölgə üzərinə 

əyilərək, bu səfilin təntənə ilə söylədiyi sözlərdən bərk-bərk yapıĢırdı: ―Mən Kozettanın heç 

nəyiyəm. On il bundan əvvəl mən onun dünyada heç yaĢayıb-yaĢamıdığını bilmirdim‖. 



Jan Valjan yoldan keçən təsadüfi bir adamdı. Bunu o, özü dedi. Budur, ötüb keçdi. O, kim olsa 

da, öz rolunu oynayıb qurtarmıĢdır. Kozettanı qoruyan qəza-qədərin yerini tutmaq üçün indi 

Marius qalmıĢdır. Kozetta mavi göylərdə özünə tay olan bir məxluq tapmıĢdır, bu, onun 

sevgilisidir, bunu ona Allah göndərmiĢdir. Kozetta, baramadan çıxan kəpənək kimi, 

qanadlanaraq, dəyiĢərək boĢ və iyrənc qabığını, yəni Jan Valjanı yerdə qoyub göylərə 

yüksəlmiĢdir. 

Mariusun baĢında nə kimi fikirlər dolaĢsa da, o yenə Jan Valjanın qarĢısında dəhĢət duyurdu. Bu, 

bəlkə də, fövqəladə bir dəhĢətdi, çünki – biz indicə qeyd etdik, – bu adamda o quid divinum1 

hiss edirdi. Lakin o nə etsə də, vəziyyəti yüngülləĢdirən Ģeylər axtarıb tapsa da, yeni bir 

məsələnin üstünə qayıtmalı olurdu: deyirdi ki, bu adam katorqa dustağıdır, baĢqa sözlə, 

cəmiyyətin heç bir pilləsində yeri olmayan, son pillədən də aĢağı enən məxluqdur. Ən aĢağıda 

duran insanlardan sonra katorqa dustağı gəlir. Əslinə qalanda, katorqa dustağı canlılar sırasından 

çıxmıĢdır. Qanun insandan almağa qüvvəsi yetən hər Ģeydən – bütün insan hüququndan, insan 

ləyaqətindən onu məhrum etmiĢdir. Marius demokrat olsa da, məhkəmə cəzası məsələsində hələ 

də amansız cəza tədbirlərinin tərəfdarı idi, qanunun cəzalandırdığı adamlara da bu qanun 

nöqteyi-nəzərindən baxırdı. Qeyd etmək lazımdır ki, Mariusun mənəvi inkiĢafı hələ tamama 

yetməmiĢdi. O hələ insanın müəyyən etdiyi Ģeyi Allahın müəyyən etdiyi Ģeydən, qanunu haqdan 

ayıra bilmirdi. O hələ insanın, bir daha geri qaytarılması və düzəlməsi mümkün olmayan Ģeylərə 

hökm vermək haqqını mənimsəməsini ətraflı surətdə düĢünməmiĢdi, götür-qoy eləməmiĢdi. Onu 

vindiste1 sözü qəzəbləndirmirdi. O, yazılı qanuna bəzən əl qatılmasının ömürlük cəza tədbiri ilə 

nəticələnməsini haqlı hesab edirdi, ictimai mədəniyyətin tapdığı təsvir vasitəsi kimi qəbul edirdi. 

O hələ bu pillədə dururdu, lakin ona görə dururdu ki, sonralar mütləq yuxarı pillələrə qalxsın, 

çünki o öz təbiəti etibarilə yaxĢı adamdı, özü də qeyri-Ģüuri olaraq tərəqqi yoluna qədəm 

qoymuĢdu. 

Belə ideyalar aləmində Jan Valjan ona iyrənc və mənfur bir məxluq kimi görünürdü. Bu məxluq 

səfil idi. Bu məxluq katorqa dustağı idi. Bu son söz onun qulaqlarında haqq divanın suri-Ġsrafili 

kimi səsləndi; o, Jan Valjan haqqında xeyli düĢündükdən sonra belə bir nəticəyə gəldi: Jan 

Valjandan üz döndərdi. Vade retro2. 

Bir Ģeyi də göstərmək, hətta qeyd etmək lazımdır. Marius Jan Valjandan bəzi Ģeyləri soruĢarkən 

(bu zaman Jan Valjan, hətta ona: ―Siz məni sorğu-suala tutmusunuz‖ demiĢdi) ona həlledici iki-

üç sual da verməmiĢdi; ona görə verməmiĢdi ki, qarĢısında belə suallar durmurdu, – onun 

qarĢısında belə suallar dururdu, lakin o bu suallardan qorxurdu. Jondretin daxması? Barrikada? 

Javer? Kim bilir, bu ifĢa ilə nəticələnə bilərdi?! Jan Valjan geri çəkilən adama oxĢamırdı; bəlkə 

də, Marius Jan Valjanı bəzi Ģeylər söyləməyə vadar etsəydi, özü onun sözünü kəsmək istərdi. 

Bəlkə də, bizim hamımız belə bir vəziyyət qarĢısında qalmıĢıq: ağır Ģübhələr içində iztirab çəkə-

çəkə sual veririk, lakin elə o saat da qulaqlarımızı tıxayırıq ki, bunun cavabını eĢitməyək. Belə 

qorxaqlıq, xüsusilə sevən adamlara xasdır. Bizim üçün təhlükəli olan vəziyyəti son nöqtəsinə 

qədər tədqiq etmək ağılsızlıqdır, xüsusilə elə bir vəziyyəti ki, bu, bizim həyatımızda facianə, həm 

də ayrılmaz surətdə bağlıdır. Kim bilir, Jan Valjanın ağılsız etirafı bütün məsələlərə necə dəhĢətli 

iĢıq sala bilərdi! Kim bilir, bəlkə, bu iyrənc iĢıq gedib Kozettaya da çatardı. Kim bilir, bəlkə də, 

cəhənnəm alovunun bu zəif iĢığı mələyin alnında qalardı. Ən zəif ildırım çaxması da göy 

gurultusu ilə nəticələnir. Qəza-qədərin hökmü belədir ki, hətta məsumluğun özü də, sirli 

əksolunma qanununun qurbanı olmaqla, günahın damğasını öz üzərində gəzdirməlidir. Bəzən elə 

olur ki, ən təmiz məxluqun üzərində, onun qonĢuluğunda olan iyrəncliyin izi həmiĢəlik qalır. 

Marius haqlı olsa da, olmasa da, bundan qorxurdu. Bunsuz da o, həddindən artıq çox Ģey bilirdi. 

O, bütün bu Ģeyləri yadında saxlamaqdan artıq unutmaq istəyirdi. O, tam təĢviĢ içində, Jan 

Valjandan üz döndərərək, sanki, Kozettanı öz ağuĢuna alıb aparmağa tələsirdi. 

Jan Valjan gecəyə, canlı və qorxunc bir gecəyə bənzəyirdi! Necə cəsarət edib bu gecənin zülməti 

içərisinə girmək olardı? Zülməti sorğu-sual etməkdən dəhĢətli Ģey yoxdur. Kim bilir, o nə cavab 

verəcəkdir?! ġəfəq üzərinə həmiĢəlik qaranlıq çökə bilərdi. 

Marius belə bir ruhi vəziyyətlə Jan Valjanın bundan sonra da Kozetta ilə əlaqə saxlayacağı üçün 

narahat olmaya, ağır düĢüncələrə dalmaya bilməzdi. O, geri çəkildiyi üçün, amansız və qəti 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   394   395   396   397   398   399   400   401   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə