Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə396/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   392   393   394   395   396   397   398   399   ...   412

– Onda məni öpün. Əgər siz salamatsınızsa, əgər gecə yaxĢı yatmısınızsa, əgər məmnunsunuzsa, 

onda sizi danlamayacağam. 

Alnını yenə də Jan Valjana tutdu. 

Jan Valjan onun səma kimi aydın, təmiz alnından öpdü. 

– Gülümsəyin. 

Jan Valjan gülümsədi. Bu, kabus təbəssüm idi. 

– Ġndi məni öz ərimdən xilas edin. 

Marius dedi: 

– Kozetta!.. 

– Ata, onu danlayın. Ona deyin ki, mən gərək burada qalam. Mənim yanımda da lap yaxĢı 

danıĢmaq olar. Görünür, siz məni lap axmaq bir qız hesab edirsiniz. Yoxsa, sizin danıĢdığınız 

söz çox qəribə sözdür? ĠĢimiz var, pulu banka qoyacağıq, – nə böyük məsələ imiĢ! KiĢilər 

həmiĢə boĢ Ģey üstündə özlərini tox tuturlar. Mən qalmaq istəyirəm. Mən bu gün çox qəĢəngəm! 

Marius, bir mənə bax! 

Kozetta çiyinlərini tərpətdi, zərif dodaqlarını qönçə kimi büzərək, Mariusa baxdı. Bu iki məxluq 

arasında, sanki, ildırım çaxdı. Burada üçüncü adam olsa da, bunun əhəmiyyəti yox idi. 

Marius: 

– Səni sevirəm, – dedi. 

Kozetta: 

– Sənə məftunam, – dedi. 

Onlar yenilməz bir qüvvəyə tabe olaraq, bir-birini qucaqladı. 

Kozetta penüarının qırçınlarını gülməli bir Ģəkildə, qalibiyyətlə düzəldə-düzəldə yenə sözə 

baĢladı: 

– Mən qalıram. 

Marius yalvarıcı səslə: 

– Yox, qalmaq olmaz, – dedi. – Bir məsələ var, biz onu qurtarmalıyıq. 

– Yenə ―yox?‖ 

Marius öz səsinə sərt ifadə verməyə çalıĢdı: 

– Kozetta, inan ki, bu, mümkün deyil. 

– Cənab, siz hökmdar səsi ilə danıĢdınız! YaxĢı da. Mən gedirəm. Ata, bax, siz mənim tərəfimi 

saxlamadınız, ha! Mənim cənab ərim, mənim cənab atam, siz zalım hökmdarsınız. Ġndi bu saat 

mən bunun hamısını babama söyləyəcəyəm. Əgər siz elə zənn edirsiniz ki, mən yenə qayıdıb 

gələcəyəm, sizdən xahiĢ edəcəyəm, alçalacağam, səhv edirsiniz. Görərsiniz, mənsiz 

darıxacaqsınız. Mən gedirəm, sizə elə-belə də lazımdır. 

Kozetta bunu deyib otaqdan çıxdı. 

Bir saniyədən sonra qapı yenə açıldı, qapı tayları arasından yenə də onun qırmızı yanaqlı, 

təravətli, zərif üzü göründü; o çığıraraq dedi: 

– Mən yaman acıqlanmıĢam! 

Qapı örtüldü, yenə də otağa qaranlıq çökdü. 

Sanki, yolunu azmıĢ günəĢ Ģüası, heç özü də bilmədən, qəfildən zülməti yarıb, yenə gizləndi. 

Marius qapının kip örtülüb, örtülmədiyini yoxladı. 

Pıçıltı ilə dedi: 

– Zavallı Kozetta! bunları biləndə... 

Bu sözləri eĢidəndə Jan Valjanın bütün bədəni titrədi. Dalğın baxıĢlarını Mariusa dikərək dedi: 

– Kozetta! Bəli, doğrudur, siz bunun hamısını Kozettaya deyəcəksiniz. Bu, düzgün olardı. Ah, 

bu, mənim heç fikrimə gəlmirdi. Adamın gücü bir Ģeyə çatır, baĢqa bir Ģeyə çatmır. Cənab, sizi 

and verirəm, sizə yalvarıram, cənab, bütün övliyalara and için ki, Kozettaya heç nə 

deməyəcəksiniz! Bu Ģeyləri sizin bilməyiniz kifayət deyilmi? Mən heç kəs tərəfindən məcbur 

edilmədən, öz xoĢuma bunları hər kəsə deyərdim, bütün kainata deyərdim, mənim üçün fərqi 

yoxdur. Lakin Kozetta bunu bilməməlidir! Bu, onu dəhĢətə gətirər. Katorqa dustağı, bir 

fikirləĢin! Onda bu sözü ona izah etmək lazımdır ki: ―Kürək cəzası gəmilərində olan adama 

katorqa dustağı deyirlər‖. O bir dəfə katorqa dustaqlarının aparıldığını görüb... Aman Allah! 




Jan Valjan ağır-ağır kresloya oturub, əlləri ilə üzünü örtdü. Ondan səs çıxmırdı, lakin çiyinləri, 

tərpənirdi, hiss olunurdu ki, o ağlayır. Səssiz-səssiz tökülən göz yaĢı ən dəhĢətli göz yaĢıdır... 

ġiddətli hıçqırıqlar adamı boğur. Jan Valjanın bədəni, elə bil ki, qıc oldu. O, sanki, nəfəsini 

dərmək üçün dikəlib özünü geri verdi, kreslonun arxasına söykəndi; qolları aĢağı sallandı; bu 

zaman Marius onun göz yaĢından islanmıĢ üzünü gördü, pıçıltısını eĢitdi, elə bil ki, bu səs dərin 

quyudan gəlirdi: ―Ah, mən ölsəydim...‖ 

Marius: 

– Sakit olun, – dedi, – mən sizin sirrinizi heç kəsə açmayacağam. 

Bəlkə də, Marius lazım olduğu qədər deyil, bundan az mütəəssir olmuĢdu. Onun üçün bu vaxt 

içərisində bu dəhĢətli yeniliyə öyrəĢmək, bu həqiqətə tədriclə inanmaq, katorqa dustağının cənab 

FoĢlevanı yavaĢ-yavaĢ kölgədə buraxdığını görmək və nəhayət, bu adamla onun arasında birdən-

birə əmələ gələn uçurumu dərk etmək çətin idi. Lakin o dedi: 

– Mən sizə tapĢırılan əmanət haqqında bir neçə kəlmə söz demək istəyirəm, – bu əmanəti siz 

vicdanla saxlayıb, olduğu kimi sahibinə qaytarmısınız. Bu, sizin çox alicənab bir adam 

olduğunuzu göstərir. Çox ədalətli bir iĢ olardı ki, siz bunun mükafatını alaydınız. Mükafatın 

qədərini siz özünüz təyin edin, bu məbləğ sizə veriləcəkdir. Bunun həddindən artıq çox görünə 

bilməsindən qorxmayın. 

Jan Valjan mülayim səslə: 

– TəĢəkkür edirəm, cənab, – dedi. 

Jan Valjan Ģəhadət barmağı ilə baĢ barmağının dırnağını qeyri-Ģüuri olaraq sığallaya-sığallaya bir 

anlığa fikrə getdi, sonra səsini ucaldaraq dedi: 

– Hər Ģey deyilib qurtardı. Ġndi axırıncı bir Ģey qalmıĢdır... 

– O nədir? 

Jan Valjan, elə bil ki, dərin tərəddüd içində qaldı, o nəfəsini qısaraq lap astadan dedi, daha 

doğrusu, kəkələdi: 

– Ġndi hər Ģey sizə məlumdur, belə olandan sonra cənab, siz, Kozettanın əri, necə hesab edirsiniz: 

mən bundan sonra Kozettanı görməməliyəmmi? 

Marius laqeyd halda dedi: 

– Mən belə hesab edirəm ki, görməsəniz yaxĢı olar. 

Jan Valjan pıçıldadı: 

– Mən bir daha onu görməyəcəyəm. 

O, qapıya sarı getdi. 

Qapının dəstəyinə toxundu, dəstək çevrildi, qapı bir az açıldı. Jan Valjan keçmək üçün qapını 

daha geniĢ açdı, bir anlığa dayandı, sonra yenə də qapını örtüb Mariusa sarı döndü. 

Onun bənizi ağarmıĢdı, qurğuĢun rəngi almıĢdı. Gözləri quru idi, lakin bu gözlərdə kədərli bir od 

parıldayırdı. Ġndi o, son dərəcə sakit danıĢırdı, bu sakitlik özü çox qəribə görünürdü: 

– Qulaq asın, cənab, icazə versəniz, mən onu gəlib görərəm. Ġnanın ki, bu, mənim üçün zəruridir. 

Kozettanı görmək mənim üçün zəruri olmasaydı, mən bu Ģeyləri açıb sizə deməzdim, baĢqa bir 

ölkəyə gedərdim. Lakin, mən Kozetta olan yerdə qalmaq istədim, onu görmək istədim, buna görə 

də bu Ģeyləri sizə söyləməli idim. Siz mənim dediklərimə fikir verirsinizmi? Bu, çox aydın 

məsələdir. Doqquz ildir ki, o mənimlə olur: əvvəl biz o bulvardakı daxmada, sonra monastırda, 

sonra da Lüksemburq bağına yaxın yerdə yaĢayırdıq. Siz də onu ilk dəfə bu bağda gördünüz. 

Onun göy, məxmər Ģlyapası yadınızdadırmı? Sonra biz Plüme küçəsinə, Əlillər məhəlləsinə 

köçdük; bizim orada dəmir barmaqlıqlı bağımız da vardı. Mən dal həyətdə yaĢayırdım, oradan 

Kozettanın fortepiano çaldığını eĢidirdim. Bax, mənim bütün həyatım bundan ibarətdir. Biz bir-

birimizdən heç ayrılmamıĢıq. Bizim bu həyatımız doqquz il və bir neçə ay davam etdi. Mən ona 

ata oldum, o mənim balam idi. Cənab Ponmersi, bilmirəm, siz mənim dediklərimi baĢa 

düĢürsünüzmü? Ancaq buradan getmək, onu bir daha görməmək, onunla bir daha danıĢmamaq, 

hər Ģeydən məhrum olmaq – bu mənim üçün çox ağır olardı. Kozettanın yanına gəlməyimə siz 

pis baxmasaydınız, mən arabir gələrdim. Tez-tez gəlməzdim. Onun yanında çox qalmazdım. Siz 

sərəncam verərdiniz ki, məni aĢağıdakı kiçik zalda qəbul etsinlər: birinci mərtəbədə. Mən sizin 

xidmətçiləriniz kimi dal eyvandan içəri girərdim; bu, bəlkə də, söz-söhbətə səbəb olardı. BaĢ 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   392   393   394   395   396   397   398   399   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə