Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə399/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   395   396   397   398   399   400   401   402   ...   412

qərarla nəticələnə biləcək o məĢum sualları vermədiyi üçün az qala özünü məzəmmət edirdi. 

Hesab edirdi ki, həddindən artıq rəhmdil, həddindən artıq yumĢaq, lap açıq desək, həddindən 

artıq zəif olmuĢdur. O, ehtiyatsızlıq edərək, bu zəiflik nəticəsində güzəĢtə getmiĢdi, ürəyinin 

yumĢalmasına yol vermiĢdi. Nahaq da eləmiĢdi. O gərək Jan Valjanı rədd edəydi. Jan Valjan 

günah yuyan bir qurbandı; o gərək bu qurbanı verib, evini ondan xilas edəydi. O öz hərəkətindən 

peĢman olmuĢdu, qəlbində birdən-birə qalxan Ģiddətli qasırğaya qarĢı acıqlanmıĢdı, – bu qasırğa 

onun qulaqlarını kar, gözlərini kor etmiĢdi, onu, arzusu əleyhinə olaraq, baĢqa səmtə çəkib 

aparmıĢdı. O öz-özündən narazı idi. 

Ġndi nə etmək lazımdı? Jan Valjan Kozettanın yanına gələcəkdi, – bu fikir onda dərin nifrət hissi 

oyadırdı. Bu adam onun nəyinə gərəkdi? Bəs o nə etsin? Burada dayanıb dururdu, məsələnin 

sonuna kimi getmək, öz qəlbinin dərinliyinə varmaq, öz-özünü araĢdırmaq istəmirdi. O, vəd 

etmiĢdi, bu adamın xahiĢinə uyaraq güzəĢtə getmiĢdi, ona söz vermiĢdi. Jan Valjan istədiyi vədi 

almıĢdı; verilən sözü, hətta katorqa dustağına, xüsusilə katorqa dustağına verilən sözü yerinə 

yetirmək lazımdı. Bununla belə, o, hər Ģeydən əvvəl Kozettanın vəziyyətini düĢünməli idi. 

Xülasə, qüvvətli bir nifrət hissi onun qəlbində olan baĢqa hissləri sıxıĢdırıb çıxarırdı. 

Marius bu dolaĢıq fikir yığınını zehnində yoxlayır, bir fikirdən o birisinə keçir, ağır iztirab içində 

çırpınırdı. O, dərin təĢviĢ içində idi. Bu təĢviĢi Kozettadan gizlətmək asan deyildi; lakin sevgi 

böyük qüvvədir: Marius bu iĢin öhdəsindən gələ bildi. 

Marius, əsil məqsədini bildirmədən, Kozettaya bir neçə sual verdi; heç bir Ģeydən xəbəri 

olmayan Kozetta ağ göyərçin kimi məsum idi. Marius Kozettanın öz uĢaqlığı və gəncliyi 

haqqında söylədiyi sözləri dinləyərkən get-gedə daha artıq əmin olurdu ki, bu katorqa dustağı 

Kozettaya böyük mehribanlıq, atalıq qayğısı göstərmiĢ, əsil insana xas olan bir ləyaqətlə onu 

böyütmüĢdür. Mariusun hiss etdiyi və güman etdiyi Ģey doğru çıxdı. O məĢum qanqal bu zanbağı 

sevirmiĢ və qoruyurmuĢ. 

 

 

 



 

 

 



QARANLIQ ARTIR. 

 

 



 

BĠRĠNCĠ FƏSĠL. 

 

AĢağı mərtəbədəki otaq. 



 

Ertəsi gün hava qaralanda Jan Valjan Jilnormanın darvazasını döydü. Bask onun qabağına çıxdı. 

O, müəyyən edilən vaxtda həyətdə idi, sanki, kiminsə sərəncamını yerinə yetirirdi. Bəzən elə 

olur ki, xidmətçiyə deyirlər: ―Göz-qulaq ol, filan ağa gələcək‖. 

Bask Jan Valjanın yaxına gəlməsini gözləməyərək dedi: 

– Cənab baron mənə tapĢırıb ki, siz cənablarından soruĢum: siz yuxarı qalxmaq istəyirsiniz, ya 

aĢağıda dayanmaq? 

Jan Valjan: 

– Mən aĢağıda dayanacağam, – deyə cavab verdi. 

Bask, böyük hörmət ifadə edən tövrünü pozmadan, aĢağı mərtəbədəki zalın qapısını açıb dedi: 

– Gedim cavan ev sahibəsinə xəbər verim. 

Jan Valjan – tağlı, rütubətli, qırmızı kaĢı döĢəməli, lazım olanda ərzaq damı kimi istifadə edilən 

bir otağa girdi. Otağın qapısı küçəyə açılırdı. Onun dəmir barmaqlıqlı bir pəncərəsi vardı, 

pəncərədən içəri zəif iĢıq düĢürdü. 




Bu otaq tez-tez iri, xırda süpürgə, Ģotka görən otaqlardan deyildi. Toza heç əl dəyməmiĢdi. 

Hörümçəklərlə mübarizə aparılmırdı. Ölü milçəklərlə bəzənmiĢ iri, qara hörümçək toru yekə bir 

yelpik kimi pəncərəni tutmuĢdu. Bu balaca, alçaq otağın yeganə zinəti küncə tökülən bir yığın 

boĢ ĢüĢədən ibarətdi. Divarların sarı oxra ilə rənglənmiĢ suvağı parça-parça qopub tökülmüĢdü. 

Otağın dib tərəfində bir buxarı vardı; buxarının ensiz taxtası qarağac rəngində rənglənmiĢdi. 

Buxarıda odun yanırdı. Bu onu göstərirdi ki, Jan Valjanın ―mən aĢağıda qalacağam‖ cavabı 

qabaqcadan nəzərə alınmıĢdı. 

Buxarının qabağında iki kreslo vardı. Kresloların arasına yerə xalça əvəzinə sürtülmüĢ, yundan 

çox iplikləri qalmıĢ bir Ģəlpə salınmıĢdı. 

Otaq yalnız buxarıdakı od ilə, bir də pəncərədən düĢən tutqun iĢıqla iĢıqlanmıĢdı. 

Jan Valjan yorğun idi. Bir neçə gündü ki, o heç nə yemirdi, yatmırdı. O, ağır-ağır kresloya 

çökdü. 


Bask qayıdıb gəldi, yandırılmıĢ Ģamı buxarının üstünə qoyub, otaqdan çıxdı. Jan Valjan baĢını 

sinəsi üstə əyərək fikrə dalmıĢdı, o nə Baskın gəldiyini, nə də Ģamın buxarı üstünə qoyulduğunu 

bildi. 

Birdən o dikəldi, sanki, onu yuxudan oyatdılar. Kozetta onun arxasında durmuĢdu. 



Jan Valjan Kozettanın içəri girdiyini görməmiĢdi, hiss etmiĢdi. 

Dönüb Kozettaya baxdı. Kozetta füsunkardı, gözəldi. Lakin Jan Valjanın dalğın baxıĢları onun 

gözəlliyini deyil, qəlbini axtarırdı. 

Kozetta ucadan dedi: 

– Ata, mən bilirdim ki, siz qəribə adamsınız, ancaq belə bir qəribəliyi sizdən heç gözləmirdim! 

Bu nə əcaib fantaziyadır! Marius dedi ki, guya, siz özünüz istəmisiniz ki, mən sizi burada qəbul 

edim. 

– Bəli, mən özüm istəmiĢəm. 



– Mən elə-belə də bilirdim. Ġndi özünüzü gözləyin! Xəbərdarlıq edirəm, bu saat sizinlə 

dalaĢacağam. Lap elə baĢdan baĢlayaq. Ata, məni öpün. 

Kozetta üzünü ona yaxınlaĢdırdı. 

Jan Valjan yerindən tərpənmədi. 

– Siz heç qımıldanmadınız da. Bunu yadda saxlarıq. Siz özünüzü müqəssir adam kimi 

tutursunuz. Fərqi yoxdur, mən sizi əfv edirəm. Həzrət Ġsa demiĢdir: ―Üzünüzün o biri tərəfini 

çevirin‖. Bu da üzümün o biri tərəfi. 

Jan Valjan yenə də tərpənmədi. Sanki, onun ayaqları yerə mıxlanmıĢdı. 

Kozetta: 

– Məsələ ciddiləĢir, – dedi. – Mənim təqsirim nədir? Bax, xəbərdarlıq eləyirəm: mən sizdən 

küsmüĢəm. Siz gərək elə bir iĢ tutasınız ki, mən sizinlə barıĢam. Siz gərək bizimlə nahar 

edəsiniz. 

– Mən nahar eləmiĢəm. 

– Düz demirsiniz. Mən cənab Jilnormandan xahiĢ edəcəyəm ki, sizi yaxĢıca danlasın. Babalar 

ona görə yaranıb ki, ataları danlasın. YaxĢı da! Gedək qonaq otağına! Bu saat gedək! 

– Bu, mümkün deyil. 

Kozetta bu sözü eĢidəndə bir az özünü itirdi. O daha əmr etməyib sorğu-suala keçdi. 

– Niyə axı? Bir də ki bizim görüĢümüz üçün siz niyə bu boyda evdə ən pis otağı seçmisiniz? 

Bura çox pisdir. 

– Sən axı bilirsən ki... 

Jan Valjan səhvini düzəltdi: 

– Siz axı bilirsiniz ki, baronessa, mən, qəribə adamam, mənim öz Ģıltaqlıqlarım var. 

Kozetta xırdaca əllərini heyrətlə bir-birinə çırpdı? 

– Baronessa?.. Siz?.. Təzə xəbər! Bu nə deməkdir? 

Jan Valjan ürək parçalayan iztirablı bir təbəssümlə Kozettaya baxdı, – bəzən onun dodaqlarında 

bu cür təbəssüm görünərdi. 

– Siz özünüz baronessa olmaq istədiniz. Baronessa da oldunuz. 

– Ata, axı sizin üçün yox. 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   395   396   397   398   399   400   401   402   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə