Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə402/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   398   399   400   401   402   403   404   405   ...   412

– Bilmirəm, – deyə cavab verdi. 

Jan Valjan sözünə davam etdi: 

– O cümlədən Tusen. O çıxıb getdi. Siz onun yerinə heç kəsi tutmadınız. Niyə? 

– Bizə Nikoletta da kifayətdir. 

– Baronessa, sizə axı xidmətçi qadın lazımdır. 

– Mənim Mariusum yoxdurmu? 

– Sizin gərək öz eviniz, öz qulluqçunuz olsun, karetanız olsun, teatrda lojanız olsun. Elə bir Ģey 

yoxdur ki, sizin üçün həddindən artıq yaxĢı görünsün. Siz niyə öz sərvətinizdən istifadə 

etmirsiniz? Sərvət xoĢbəxtliyi çox-çox artırır. 

Kozetta dinmədi. 

Jan Valjan Kozettanın yanına gələndə heç də əvvəlkindən az oturmurdu. Əksinə, onun yanında 

daha da çox qalırdı. Qəlb aĢağı enməyə baĢlayanda, eniĢdə dayanmaq çətin olur. Jan Valjan 

görüĢü uzatmaq, vaxtı Kozettanın yadından çıxartmaq istəyəndə Mariusu tərifləməyə baĢlayırdı. 

Mariusun qəĢəng, nəcib, cəsarətli, ağıllı, mərhəmətli cavan, yaxĢı natiq olmasından söz açırdı. 

Kozetta onun sözünə qüvvət verirdi. Jan Valjan öz tərifini yenidən baĢlayırdı. Onların sözü 

qurtarmırdı. ―Marius‖ mövzusu, elə bil ki, tükənməz bir mövzu idi. Onun adındakı bu altı 

hərfdən cildlər bağlamaq olardı. Bu qayda ilə Jan Valjan Kozettanın yanında çox qala bilirdi. 

Kozettanı görmək, onun yanında hər Ģeyi unutmaq nə qədər xoĢ idi! Bu, sanki, onun yarasını 

sağaldırdı, çox vaxt elə olurdu ki, Bask bir-iki dəfə gəlib onlara deyirdi: ―Cənab Jilnorman 

buyurdu ki, baronessanın yadına salım, süfrəyə yemək qoyulmuĢdur‖. 

Jan Valjan belə günlərdə çox dalğın halda evinə qayıdırdı. 

Marius öz təsəvvüründə Jan Valjanı kəpənəyin baraması ilə müqayisə etmiĢdi – bu müqayisədə 

bir həqiqət vardımı? Jan Valjan, bəlkə,  doğrudan da, içindən kəpənək çıxan bir barama idi ki, bu 

uçub gedən kəpənəyin yanına o yenə də inad edib gedirdi? 

Bir gün o, Kozettanın yanında daha çox qaldı. Ertəsi gün gələndə gördü ki, buxarını 

yandırmayıblar. ―Görürsənmi! Buxarını yandırmayıblar!‖ – deyə düĢündü. O, öz-özünə belə bir 

izahatla təskinlik verdi: ―Məsələ aydındır. Aprel ayı girib. Daha soyuq deyil‖. 

 

Kozetta içəri girəndə həyəcanla dedi: 



– Aman allah, bura nə soyuqdur! 

Jan Valjan ona etiraz etdi: 

– Qətiyyən soyuq deyil. 

– Deməli, siz Baska demisiniz buxarını yandırmasın? 

– Mən demiĢəm. 

– Sobaları iyun ayına kimi yandırırlar. Bu zirzəminin buxarısını bütün il boyu yandırmaq 

lazımdır. – Mən elə fikirləĢirdim ki, buxarını yandırmağın daha mənası yoxdur. 

Kozetta acıqlandı: 

– Bu da sizin uydurmalarınızdan biridir! 

Ertəsi gün buxarını yandırmıĢdılar. Lakin kresloların ikisini də zalın o biri baĢına, qapının lap 

qabağına qoymuĢdular. 

Jan Valjan düĢündü: 

―Bu nə deməkdir?‖ 

Gedib kresloları gətirdi, əvvəlki yerinə qoydu. 

Lakin buxarının yandırılması onu sakitləĢdirdi. O, Kozetta ilə əvvəlkindən də çox söhbət elədi. 

Ayağa qalxıb getmək istəyəndə Kozetta dedi: 

– Dünən ərim mənə qəribə bir Ģey dedi. 

– Nə dedi? 

– Dedi ki: ―Kozetta, bizim otuz min rentamız var. Bunun iyirmi yeddisi sənindir, üç minini də 

mənə babam verir‖. Mən ona dedim ki: ―Bu eləyir otuz min‖. Sonra o mənə belə dedi: ―Sən 

ancaq üç minlə yaĢamağa dözərdinmi?‖ Mən də dedim ki: ―Əlbəttə, dözərdim, qoy heç renta da 

olmasın səninlə bir yerdə olmağım kifayətdir‖. Sonra ondan soruĢdum ki: ―Sən niyə bunu mənə 

deyirsən?‖ O, mənə belə cavab verdi: ―Hər ehtimala qarĢı‖. 



Jan Valjan bircə kəlmə də söz demədi. Görünür, Kozetta ondan izahat gözləyirdi, lakin Jan 

Valjan qaĢqabağını tökərək susdu. O, Silahlı adam küçəsinə elə dalğın halda gəldi ki, yaĢadığı 

evin qapısını səhv saldı, öz həyətinə girmək əvəzinə qonĢu həyətə girdi. Ancaq üçüncü 

mərtəbəyə qalxanda səhv elədiyini baĢa düĢüb aĢağı endi. 

Ağır düĢüncələr onu bürüdü. Aydın görünürdü ki, Marius altı yüz min frankın düz yolla 

qazanılmadığından Ģübhələnir, qorxur. Kim bilir, bəlkə də, bu pulun Jan Valjanın öz pulu 

olduğunu bilmiĢdir, bu Ģübhəli sərvəti qəbul etməkdə tərəddüd edir, buna sahib olmaqdan 

çəkinir, bu Ģübhəli mirası qəbul etməkdənsə, Kozetta ilə kasıb yaĢamağı üstün tutur. 

Bundan baĢqa, Jan Valjan hiss edirdi ki, onu Mariusgilin evindən uzaqlaĢdırmaq istəyirlər. 

Ertəsi gün aĢağı mərtəbədəki zala girəndə heç gözləmədiyi bir vəziyyət onu sarsıtdı: kreslolar 

yox olmuĢdu. Otaqda heç stul da görünmürdü. 

Kozetta içəri girəndə həyəcanla dedi: 

– Gör ha! Kreslolar yoxdur! Kreslolar necə olub? 

Jan Valjan: 

– Kreslolar daha yoxdur, – deyə cavab verdi. 

– Bu lap ağ oldu! 

Jan Valjan mızıldandı: 

– Baska mən demiĢəm onları götürsün. 

– Niyə axı? 

– Bu gün mən burada bir neçə dəqiqə qalacağam. 

– Az vaxta gəlmək həmiĢə ayaq üstə qalmaq demək deyil ki! 

– Baska, deyəsən, qonaq otağı üçün kreslo lazımdı? 

– Niyə lazımdı? 

– Görünür, axĢam qonağınız gələcək. 

– Qonaq-zad gəlməyəcək. 

Jan Valjan daha bircə kəlmə də söz deyə bilmədi. 

Kozetta çiyinlərini çəkdi: 

– TapĢırmaq ki, kresloları aparsın?! Keçən həftə tapĢırmıĢdınız ki, buxarını yandırmasınlar. Siz 

nə qəribə adamsınız! 

Jan Valjan pıçıldadı. 

– Sağlıqla qalın! 

O: ―Sağlıqla qal, Kozetta!‖ demədi, lakin ―Sağlıqla qalın, xanım!‖ deməyə də onun iqtidarı 

olmadı. 

Jan Valjan qəmgin halda otaqdan çıxdı. 

Bu dəfə o, məsələni baĢa düĢdü. 

Ertəsi gün gəlmədi. O, ancaq axĢam Kozettanın yadına düĢdü. 

Dedi ki: 

– Bu nə olan Ģeydir? Cənab Jan bu gün gəlməyib?! 

Onun ürəyi sıxıldı, lakin elə o saat da ötüb keçdi: Marius öz öpüĢü ilə onu bu fikirdən 

uzaqlaĢdırmıĢdı. 

Jan Valjan o birisi gün də gəlmədi. 

Kozetta buna əhəmiyyət vermədi, axĢamı adi qayda ilə keçirtdi, yaxĢı yatdı, ancaq yuxudan 

ayılanda Jan Valjan yadına düĢdü. Kozetta son dərəcə xoĢbəxtdi! Elə o saat Nikolettanı cənab 

Janın yanına göndərdi ki, xəbər bilsin görək, o xəstələnməyib ki; xəstələnməyibsə, niyə 

gəlməyib? Nikoletta cənab Jandan xəbər gətirdi. O xəstələnməyib. BaĢı qarıĢıq olduğundan gələ 

bilməyib. Bu yaxında gələcək. Fürsət düĢən kimi. Bir də ki, o, kiçik bir səfərə çıxmaq istəyir. 

Xanım Ponmersinin, yəqin ki, yadındadır: O arabir harasa gedirdi, bu da çox sürmürdü. Qoy 

onun üçün narahat olmasınlar. Qoy onun haqqında düĢünməsinlər. 

Nikoletta cənab Janın yanına gedəndə öz xanımının sözünü eynən ona söylədi: ―Xanım məni 

göndərib ki, bilim görək cənab Jan dünən niyə gəlməmiĢdi‖. Jan Valjan onun səhvini qısa bir 

ifadə ilə düzəltdi: ―Mən düz iki gündür ki, gəlməmiĢəm‖. 

Lakin Nikoletta Jan Valjanın bu sözünə əhəmiyyət vermədi, Kozettaya da heç bir Ģey demədi. 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   398   399   400   401   402   403   404   405   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə