Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə392/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   388   389   390   391   392   393   394   395   ...   412

gələn adam zəngdən istifadə etmək istəməyibmiĢ, – belə gündə bu cür təvazökarlıq lap yerinə 

düĢürdü. Bask qapını açanda cənab FoĢlevanı gördü. Onu qonaq otağına apardı; qonaq otağında 

aləm bir-birinə qarıĢmıĢdı, heç bir Ģey öz yerində deyildi, otaq, dünənki sevinc və Ģənliyin döyüĢ 

meydanına oxĢayırdı. 

Bask dedi: 

– Özünüz baĢa düĢürsünüz ki, cənab, biz bu gün yuxudan gec durmuĢuq. 

Jan Valjan soruĢdu: 

– Ağanız durubmu? 

Bask cavab vermək əvəzinə soruĢdu: 

– Qolunuz necədir, cənab? 

– YaxĢıdır. Ağanız durubmu? 

– Hansı ağam: qoca, ya cavan? 

– Cənab baron? 

Baron rütbəsi xidmətçilərin nəzərində xüsusi əhəmiyyət kəsb edir; sanki, bu rütbədən onlara da 

bir Ģey düĢür, filosof buna ―zati-alilərin qır-qırıntısı‖ deyərdi; bu, onların xoĢuna gəlir. Sözarası 

bir Ģeyi də qeyd etmək lazımdır: Marius döyüĢkən bir respublikaçı idi, o bunu öz iĢi ilə sübut 

etmiĢdi, lakin indi heç özü istəmədiyi halda baron olmuĢdu. Bu rütbə evdə kiçik bir inqilaba 

səbəb oldu. Ġndi cənab norman Mariusun bu rütbəni daĢımasını təkidlə tələb edirdi, Marius 

istəmirdi. Lakin podpolkovnik Ponmersi yazmıĢdı: ―Mənim oğlum mənim rütbəmin varisi 

olmalıdır‖. Marius tabe oldu. Bir də Kozettada qadınlıq hissi oynamağa baĢladığından, o, 

baronessa olmasından son dərəcə sevinirdi. 

Bask: – Cənab baron? – deyə təkrar etdi, – Bu saat baxaram. Deyərəm ki, cənab FoĢlevan sizi 

görmək istəyir. 

– Yox, mənim kim olduğumu deməyin. Deyin ki, bir adam sizinlə danıĢmaq istəyir, ancaq adımı 

söyləməyin. 

Bask uzada-uzada dedi: 

– E-lə! 

– Mən ona təzə xəbər vermək istəyirəm. 

Bask yenə də: 

– Elə! – deyə təkrar etdi; bu ikinci ―elə!‖ni elə söylədi ki, sanki, bununla birinci ―elə‖ni özü-

özünə izah edirdi. 

Sonra da otaqdan çıxdı. 

Jan Valjan tək qaldı. 

Ġndicə demiĢdik ki, qonaq otağında aləm bir-birinə qarıĢmıĢdı. Sanki, diqqətlə qulaq asılsaydı, 

hələ də toy Ģənliyinin qarıĢıq səs-küyünü eĢitmək olardı. Çiçək hörgülərindən, qadınların 

saçından parketə cürbəcür güllər tökülmüĢdü. Yanıb qurtaran Ģamların ərintisi aĢağı süzülərək, 

çilçırağın asqılarını stalaktit kimi bəzəmiĢdi. Stulların heç biri öz yerində deyildi. Künc-bucaqda 

dairə Ģəklində qoyulan kreslolar, sanki, axĢamkı söhbəti davam etdirirdi. Hər Ģeydə toy Ģənliyi 

duyulurdu. 

Səs-küylə keçən Ģənlik yerində yenə də cazibədarlıq qalır. Burada xoĢbəxtlik qonaq qalmıĢdı. 

Səliqəsiz halda ora-bura qoyulan stullar üstə, solan güllər, sönən iĢıqlar arasında, ancaq 

Ģadlıqdan danıĢmıĢlar. GünəĢ çilçırağı əvəz edərək, qonaq otağına ürək açan iĢıq saçırdı. 

Bir neçə dəqiqə keçdi. Jan Valjan Baskın qoyub getdiyi yerdə hərəkətsiz durmuĢdu. Onun bənizi 

çox solğundu. Sönük gözləri yuxusuzluqdan elə çuxura düĢmüĢdü ki, göz çanağında güclə 

görünürdü. ƏzilmiĢ qara sürtukunun qırıĢıqları göstərirdi ki, Jan Valjan gecə onu əynindən 

çıxartmamıĢdır. Dirsəkləri ağarmıĢdı: mahud kətana sürtünəndə onun üstündə ağ iz qalır. Gün 

iĢığı pəncərənin Ģəklini yerə sərmiĢdi, – Jan Valjan ayağı altına düĢən bu Ģəklə baxırdı. 

Qapının dalından səs gəldi; Jan Valjan baĢını qaldırdı. 

Marius, üzündə və gözlərində fərəhli, təntənəli bir ifadə, gülümsəyə-gülümsəyə, qürurla içəri 

girdi. 


Jan Valjanı görüb ucadan dedi: 


– Ah, sizsiniz, ata! Bu sarsaq Bask elə sifət göstərdi ki, guya, sizi tanımır. Ancaq siz çox tez 

gəlmisiniz. Ġndi hələ birin yarısıdır. Kozetta yatır. 

Mariusun cənab Jan Valjana söylədiyi ―ata‖ sözü onun üçün böyük xoĢbəxtlik idi. Bu vaxta 

qədər onların arasında soyuqluq, qeyri-təbii münasibət vardı; bu buzu ya sındırmaq, ya da 

əritmək lazımdı. XoĢbəxtlik Mariusu elə məst etmiĢdi ki, onların arasında bir divar kimi 

yüksələn bu vəziyyət öz-özünə uçub dağıldı, buz əridi, cənab FoĢlevan Kozettanın atası olduğu 

kimi, onun da atası oldu. 

Marius yenə sözə baĢladı; o çətinlik çəkmədən çox sərbəst danıĢırdı: bu sevincin ilahi 

coĢqunluğuna tutulan adamlara xas olan bir haldır. 

– Sizi görməyimə çox Ģadam. Sizin dünən burada olmamağınız bizə çox təsir elədi. XoĢ gördük, 

ata! Əliniz necədir? YaxĢıdır, elə deyilmi? 

Öz sualına verdiyi cavabla kifayətlənərək sözünə davam etdi. 

– Sizin haqqınızda Kozetta ilə çox danıĢmıĢıq! Kozetta sizi çox sevir! Yadınızdan çıxarmayın ki, 

sizin üçün otaq hazırlanmıĢdır. Biz Silahlı adam küçəsini daha tanımaq istəmirik. Onun adını heç 

eĢitmək istəmirik. Necə olub ki, siz ora köçmüsünüz? O yaman pis küçədir, yaraĢıqlı deyil, 

soyuqdur, səhhət üçün zərərlidir, hər yeri hasarla örtülüdür, heç ora getmək olmur. Köçün bizə. 

Elə bu gün. Yoxsa siz Kozettaya cavab verməli olacaqsınız. O, bizim hamımıza böyüklük etmək 

fikrindədir, sizə xəbərdarlıq eləyirəm. Siz öz otağınızı görmüsünüz, o bizim otağın yanındadır. 

Onun da pəncərələri bağa baxır. Qapısının kilidini düzəldiblər, yataq hazırlayıblar, bircə köçmək 

qalıb. Kozetta sizin çarpayınızın yanına utrext mahuduna tutulmuĢ böyük, qədim bir kreslo 

qoyub, özünə də əmr edib ki, ―onun qabağında ağuĢunu açarsan!‖ Pəncərələrinizin qabağındakı 

yasəmən ağaclarına hər il yazda bir bülbül qonur. Ġki aydan sonra siz onun səsini eĢidəcəksiniz. 

Onun yuvası sizin sol tərəfinizdə, bizim sağ tərəfimizdə olacaq. Sizin otağınız düz cənuba baxır. 

Kozetta sizin kitablarınızı, kapitan Kukun səyahətini, Vankuverin səyahətini, bütün Ģeylərinizi 

ora qoyacaq. Deyəsən, sizin balaca bir sandıqçanız var, sizin nəzərinizdə o çox qiymətlidir, 

otaqda mən onun üçün lap yaxĢı bir yer seçmiĢəm. Siz mənim babamın çox xoĢuna gəlmisiniz, 

siz bir-birinizə layiq adamlarsınız. Biz hamımız bir yerdə yaĢayacağıq. Siz vist oynaya 

bilirsinizmi? Oynaya bilirsinizsə, babam bundan məmnun qalacaq. Mənim məhkəmə iclaslarım 

olanda siz Kozetta ilə gəzməyə gedəcəksiniz, onun qoluna girib gəzdirəcəksiniz, əvvəllər 

Lüksemburq bağında olduğu kimi, yadınızdadırmı? Biz qət etmiĢik ki, çox xoĢbəxt yaĢayaq. Siz 

də, ata, bizim xoĢbəxtliyimizlə xoĢbəxt olacaqsınız. Siz bu gün bizimlə nahar edəcəksiniz, elə 

deyilmi? 

Jan Valjan dedi: 

– Cənab, mən sizə bəzi Ģeylər deməliyəm. Mən əvvəllər katorqa dustağı olmuĢam. 

Səsin kəskinliyi üçün bir hüdud var, bu hüdud xaricində səsi heç qulaq deyil, idrak da qavramır. 

Cənab FoĢlevanın ağzından çıxan və Mariusun qulağına toxunan bu ―mən əvvəllər katorqa 

dustağı olmuĢam‖ sözləri qavramaq hüdudundan xaricdə idi. Marius bu sözləri eĢitmədi. Elə bil 

ki, ona nəsə dedilər, ancaq nə deyildiyini o bilmədi. O, böyük ĢaĢqınlıq içində idi. 

Marius onunla danıĢan adamın qorxunc olduğunu ancaq indi gördü. O, öz xoĢbəxtliyi ilə məst 

olduğundan cənab FoĢlevanın qanı qaçmıĢ solğun bənizi bu vaxta qədər onun gözündən 

yayınmamıĢdı. 

Jan Valjan sağ qolundan qara sarğını götürdü, əlinə sarınmıĢ kətan parçanı açdı, baĢ barmağını 

Mariusa göstərib dedi: 

– Mənim əlimə heç bir Ģey olmayıb. 

Marius onun barmağına baxdı. 

Jan Valjan əlavə etdi: 

Heç əvvəllər də bir Ģey olmayıb. 

Doğrudan da, onun barmağı heç cızılmamıĢdı da. 

Jan Valjan sözünə davam etdi 

– Mən gərək sizin evdə olmayaydım. Mən bacardığım qədər bunu eləməyə çalıĢdım. 

Barmağımın yaralandığını özümdən uydurdum, ona görə uydurdum ki, saxta iĢ görməyə məcbur 

olmayım, ―kəbin düzgün kəsilməyib‖ deyilməsinə yol verməyim, kəbin kağızına qol qoymayım. 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   388   389   390   391   392   393   394   395   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə